Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   2   3   4   5   6   7   8   9   ...   89

18 
göstərilməli və dövlət toxum kitabı qiymətli sənəd kimi saxla-
nılmalıdır. Hər bir sort haqqında ayrıca hesabat aparılır. To-
xumçu aqronom sorttəzələmə zamanı toxumların düzgün 
istifadə olunmasını hər il dövlət toxum kitabında göstərir. 
Dövlət səviyyəsində köhnə sortlar o zaman yenisi ilə  əvəz 
edilə bilər ki, o, yüksək məhsuldar, məhsulun keyfiyyəti və 
digər əlamətlərinə görə köhnə sortlardan üstün olsun. 
 
1.4.  Toxumşünaslığın tarixi 
 
Arxeoloji qazıntılar, qədim dövrün maddi-mədəniyyətinin 
qalıqları, tarixi abidələrin, saxsı qabların və ev ləvazimatlarının 
üzərindəki naxışlar, habelə bir çox bitki toxumlarının təsviri və 
başqa faktlar göstərir ki, Azərbaycanda və Zaqafqaziyanın bir 
çox başqa respublikalarında buğda və digər taxıl bitkilərinin 
becərilməsi dörd min ildən artıq tarixə malikdir.  
Bu barədə A.Məstanzadənin 1928-ci ildə Binəqədidə 
(Bakıdan 10 km şimalda yerləşir) kəşf etdiyi qır qalıqları ara-
sında tapılan çətirli, paxlalı bitkilərin toxumları, ardıc və sö-
yüdyarpaq armud ağaclarının meyvələri olduqca maraqlıdır.  
Bunlarla birlikdə qazıntılar zamanı buğda dəni və un, daş 
kirkirə, xüsusilə buğda becərmək üçün daş toxalar, vəllər və s. 
alətlər tapılmışdır. Göstərilən alətlərdən 3-4 min il bundan 
qabaq istifadə edilirmiş. 
Dənli bitkilərin becərilməsini, heyvanlardan istifadə edilmə-
sini, xüsusilə suvarma sisteminin varlığını göstərən surətlər 
daha maraqlıdır. Bu şəraitdə yalnız suvarma sistemi sayəsində 
əkinçilik özünə məxsusi yer tuta bilmişdir.  
Mingəçevir ərazisində ilk bürünc dövrünə və sonrakı dövr-
lərə aid buğda, arpa və vələmir, yaşayış evlərinin divarına vu-
rulan suvaq qatının tərkibində küləş, saman və toxum qalıqları 
tapılmışdır. Bunlarla bərabər çoxlu miqdarda dən əzən, oraqlar 
üçün seqment və düzbucaq formalı çaxmaq daşları tapılmışdır. 
Burada bəzən həvənglərə də təsadüf olunur. Aşkara çıxarılmış 


19 
dən saxlamaq üçün quyular da çox maraqlıdır. Bəzən quyuların 
dibində üzvi maddə tapılmışdır ki, bunların da əzilmiş dən- un 
olduğu ehtimal edilir.  
Gültəpədəki qazıntılar zamanı 4,65 m dərinlikdə buğda və 
arpa dəni tapılmışdır. Bundan başqa, yenə orada dən  əzən və 
keramikalar da tapılmışdır ki, bunların tarixi eramızdan  əvvəl 
III minilliyə aiddir.  
Gəncə yaxınlığında, Göygöl rayonunun qərbində qazıntılar 
zamanı tapılmış tayfa evində eramızdan  əvvəlki II minilliyin 
sonuna aid daş kirkirələr aşkara çıxarılmışdır burada həmin 
dövrə aid olan taxta oraqlar üçün daş (çaxmaq daşı) qınlar da 
tapılmışdır. 
1940-cı ildə Göygöl rayonunda aparılan qazıntılar zamanı 
ağac və daş vəllər tapılmışdır; bu vəllər çaxmaq daşından ibarət 
olub, eramızdan əvvəlki II minilliyin sonuna aiddir. Bu vəllərlə 
bir yerdə adam meyidi də dəfn olunmuşdur. Güman etmək olar 
ki, bu adam əkinçi olmuşdur.  
S.M.Qazıyev və başqa tarixçilərdən ibarət olan ekspedi-
siyanın üzvləri tərəfindən Mingəçevirdə aparılan qazıntılar 
zamanı un və buğda dənəsi xüsusilə maraqlıdır. Bunlar 
eramızın I əsrinə aiddir. Toxumlar öz kəhrəba rəngini və for-
masını tamamilə saxlamış, un isə  rəngini azacıq dəyişmişdir. 
Tapılmış buğdanın iki min il ərzində öz kəhrəba rəngini dəyiş-
məməsini, bir tərəfdən yaxşı saxlanma şəraiti, digər tərəfdən 
isə buğdanın yüksək keyfiyyətinə malik olması ilə izah etmək 
olar. Dənli bitkilərin yüksək keyfiyyətə malik olması XIV əsr 
tarixçisi Həmdullah Qəzvininin əsərlərində təsvir edilmişdir.  
Ən qədim zamanlardan bəri Azərbaycan ərazisində müxtəlif 
kənd təsərrüfatı bitkilərinin və o cümlədən buğdanın geniş 
miqyasda becərilməsi haqqında antik müəlliflər də  məlumat 
verir (Heredot, Teofrast, Plini, Polibi və başqaları). 
Azərbaycanda bir çox kənd təsərrüfatı bitkilərinin becəril-
məsi haqqında bəzi tarixçilərin, coğrafiyaşünasların və səyyah-
ların – Moisey Xorenskinin (V-VI əsrlər) və Moisey Kaqankat-


20 
vatsinin (X əsr) daha müfəssəl məlumatlarına təsadüf edirik. 
Sonuncu öz dövrününün Azərbaycan  əkinçiliyini xarakterizə 
edərək yazır ki, “Böyük Kür çayı öz axını ilə çoxlu miqdarda 
iri və xırda balıqlar gətirir. Kür çayı böyük bir məsafə keçərək, 
nəhayət Xəzər dənizinə tökülür. Çayın  ətraf yerlərində bol 
taxılşərab, neft, duz, ipək və pambıq istehsal olunur; buralarda 
çoxlu zeytun ağacları var, dağlardan qızıl, gümüş və sarı qatran 
çıxarılır”. Azərbaycanda müxtəlif kənd təsərrüfatı bitkilərinin 
becərilib inkişaf etdirilməsinə görkəmli  şair Nizami Gəncə-
vinin poemalarında da təsadüf olunur.  
Azərbaycanda dənli bitkilərin toxumçuluğunun tarixi əkin-
çiliyin tarixi ilə  sıx  əlaqədardır.  İnsanlar ilk dəfə  əkinçiliklə 
məşğul olarkən yabanı halda yayılmış bitkilərdən seçib, öz 
həyətyanı sahələrində becərmişlər ki, bu da seleksiya işinin 
başlanması demək idi. Azərbaycanda qədim dövrlərdən bəri 
yabanı halda yayılmış bir çox bitkilər vardır ki, bunlar insanlar 
tərəfində seçilib becərilmiş  və  nəticədə  mədəni hala salınmış-
dır. Yabanı halda bitən bir çox bitki formaları onların mədəni 
sortları ilə müqayisə edilsə, sonuncuların nə qədər inkişaf etmiş 
olduğu asanlıqla gözə çarpar. Ağsu dağlarının və  cənub-şərq 
yamaclarında (Böyük Qafqaz dağlarının  şərq yamaclarında) 
yabanı halda geniş yayılmış  Triticum araraticum Jakubz. 
növünün formaları ilə mədəni buğda sortlarının müqayisəsi də 
buna parlaq sübutdur. Bu buğda növü ilk dəfə 1931-ci ildə 
M.M. Yakubsiner tərəfindən Azərbaycan ərazisində - Naxçıvan 
MR-da  Əznəburt kəndi yaxınlığındakı dağlarda (Kiçik Qafqa-
zın Dərələgöz sıra dağlarının cənub  ətəklərində) başqa yabanı 
buğda bitkisi formaları ilə  (Triticum aegilopodies Balansa) 
birlikdə tapılmışdır. Azərbaycanda bitən arpa bitkisinin bir çox 
yabanı formalarını (bulbozum və spontanium), habelə yabanı 
birillik və çoxillik çovdar bitkilərini onların mədəni sortları ilə 
müqayisə etdikdə bu sonuncuların üstünlüyü nəzərə çarpır. 
Göstərdiyimiz misallar insan fəaliyyəti nəticəsində (becərmə, 
seçmə və hibridləşdirmə) bitki orqanizminin təbiətini dəyişdir-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə