Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

27 
altında Kiyev stansiyası (1897-ci ildə), sonralar isə Xarkovski 
(1906), Yekatirinoslavski (1907), Voronejski (1911), Mos-
kovski (1912) və b. toxum stansiyaları təşkil olunmuşdur. 
Toxumların səpin keyfiyyətinə kütləvi nəzarət üçün toxum 
nəzarəti laboratoriyaları var. Bu laboratoriyalara da toxum 
müfəttişləri nəzarət edir.  
Hal-hazırda hər növ analiz üçün Dövlət nəzarəti (k/t bit-
kilərinin toxumlarının təyini üçün üsullar) vardır. 
1937- ci ildə  dənli bitkilərin toxumlarını yaxşılaşdırılması 
tədbirləri haqqında qərar qəbul edildi. Onun əsasında vahid, 
seleksiya toxumçuluq və Dövlət sort sınağı və s. təşkil edildi. 
1993 -cü ildən sonra Respublikamızda toxumçuluq və nəzarət 
haqqında qərarlar qəbul edildi. Onlarda toxumların yüksək 
səpin keyfiyyətində istehsalı üçün əsas verir.  
Toxumun səpin keyfiyyətini yüksəltmək üçün toxum müd-
dətliliyi əsas rol oynayır. Onlara rəhbərlik etmək üçün kənd tə-
sərrüfatı nazirliyi nəzdində Dövlət toxum müfəttişliyi vardır. 
Müxtəlif ölkələrin toxum nəzarət işi vahid beynəlxalq təş-
kilatda birləşərək toxum üzrə nəzarət təşkil etmişlər (1924). Bu 
nəzarətin hal-hazırda 50 ölkə üzvüdür.  
Beynəlxalq assosiasiya 3 ildən bir konqres çağırır və to-
xumların təhlilinin metodikasını təşkil edir. Burada müxtəlif öl-
kələrdə görülən işlərin nəticələri təhlil edilir. Elmi məruzələr 
hazırlanır və elmi məqalələrdə işıqlandırılır.  
 
1.5.  Dövlət toxumçuluq xidməti, onun hüquqları və 
vəzifələri 
 
Azərbaycan Respublikasında dövlət toxumçuluq xidməti 
toxumçuluğun idarə edilməsindən və toxumçuluğa dövlət 
nəzarətindən ibarətdir və müvafiq icra hakimiyyəti orqanları 
tərəfindən həyata keçirilir. 
Dövlət toxumçuluq xidmətinin fəaliyyəti və vəzifəli şəxslə-
rin səlahiyyətləri müvafiq qaydada təsdiq olunmuş əsasnamələr 


28 
və təlimatlarla müəyyən olunur. 
Hal-hazırda Azərbaycanda toxum üzərində dövlət və 
təsərrüfat tərəfindən nəzarət aparılır. Dövlət nəzarəti fermer 
təsərrüfatı  və seleksiya-təcrübə idarələrində  kənd təsərrüfatı 
bitkiləri toxumlarının keyfiyyəti üzərində aparılan tədbirlər 
sistemindən ibarətdir. Dövlət nəzarətinin bilavasitə  vəzifəsi 
fermer təsərrüfatlarının ayırdığı toxum materiallarının səpin və 
cins keyfiyyətini müəyyən etməkdən ibarətdir.  
Dövlət nəzarəti iki formada olur: 
1Sort əkinlərdə bitkilər kökü üzərində olarkən aparılan nə-
zarət-bu tarla aprobasiyası və sort əkinlərin qeyd edilməsidir.  
2. Toxum nəzarəti–dövlət toxum-nəzarət laboratoriyaları ilə 
toxumların saxlanması, tədarükü və planlı istifadəsi zamanı 
sort və səpin keyfiyyəti üzərində olan nəzarətdir.  
Toxum üzərində dövlət nəzarətindən başqa, təsərrüfatdaxili 
nəzarət də aparılır.  
Təsərrüfatdaxili nəzarətin vəzifəsi daim toxumçuluğun tex-
nikası  və aqrotexnikası üzərində  nəzarət etmək, toxumun sort 
zibillənməsinin, cırlaşmasının və səpin keyfiyyətinin aşağı düş-
məsinin qarşısını almaqdan ibarətdir. Bu nəzarət düzgün 
aparılmazsa, toxumçuluq işinə və təsərrüfata böyük ziyan vura 
bilər.  
Təsərrüfatdaxili nəzarət, toxumçu aqronom, fermer təsərrü-
fatının idarə heyəti, müdiriyyəti və digər məsul işçiləri tərəfin-
dən aparılır. Təsərrüfatdaxili nəzarət zamanı orta nümunənin 
düzgün götürülməsinə, aprobasiyanın aparılmasına, toxumçu-
luq sahələrinin ayrılmasına və bu sahələrdə toxumçuluğun 
aqrotexnikasına əməl edilməsinə nəzarət edilir.  
Təsərrüfatdaxili nəzarət zamanı, xüsusilə toxumçuluq sənəd-
lərinin tərtib edilməsinə diqqət edilməlidir.  
Sortun saflılığını və təmizlik dərəcəsini təyin etmək üçün üç 
üsuldan: laboratoriyada yoxlamaq, tarlada yoxlamaq və tarla 
aprobasiyasından istifadə edilir, hər üç üsul bir-birini tamam-
layır.  


29 
Dövlət toxumçuluq xidməti aşağıdakı hüquqlara malikdir: 
• toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət 
etmələrinə nəzarəti həyata keçirmək;  
• toxumlara sortluq və  səpin keyfiyyətlərini təsdiq edən 
uyğunluq sertifikatları vermək; 
• sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və 
bitki mənşəli məhsullardan nümunələr götürmək və onları 
təhlil etmək; 
• dövlət standartlarına, texniki şərtlərə  uyğun gəlməyən və 
keyfiyyət sənədləri olmayan toxumları çıxdaş etmək və onların 
toxumluq məqsədilə satılmasını qadağan etmək; 
• toxumçuluq subyektlərini attestasiyadan keçirmək və 
qeydiyyata almaq; 
• qanunvericilikdə  nəzərdə tutulmuş qaydada toxumçuluq 
subyektlərindən sortun patent sahibi ilə lisenziya müqaviləsi 
bağlanmasını tələb etmək; 
• toxumçuluq haqqında qanunvericiliyin pozulması barədə 
akt və  təqdimatları  təqsirli  şəxslərin Azərbaycan Respublika-
sının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə 
cəlb edilməsi üçün prokurorluğa, məhkəməyə  və ya müvafiq 
icra hakimiyyəti orqanlarına göndərmək; 
• toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən 
etmək; 
• toxumçuluq sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan 
Respublikasının maraqlarını müdafiə etmək; 
• müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr, 
idarələr və təşkilatlar yaradılması üçün təkliflər vermək; 
• aprobatorların hazırlanmasını, onların ixtisasının artırılma-
sını və attestasiya edilməsini təşkil etmək
• dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, 
elit və reproduksiyalı toxumları ilə qrunt nəzarəti aparmaq; 
• ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini 
aparmaq; 
• qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata 
keçirmək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə