28
ildə emalatxanalarının yaradılması ilə başladı. Emalatxanalarda iş amerika
mütəxəssislərinin nəzarəti altında aparılırdı. Sonra özəl kommersiya şirkəti yaradıldı
və ABŞ raketlərinin təmiri və texniki xidməti üçün bütün əməliyyatları həmin şirkətə
ötürüldü. Sonra raket tikintisi sahəsində milli ETTK başlanıldı və özlərinin “yer-yer”
raketlərinin yaradılması üçün kifayət qədər səy göstərildi. stismarın mənimsənilməsi
zamanı strategiya dəyişir və yeni strategiyaya – texnoloji mənimsəmə strategiyasına
keçid baş verir.
Texnoloji mənimsəmə strategiyası. nkişafın yeni mərhələsində məhsulun idxal
edilmiş texnoloji proseslər əsasında müstəqil istehsalı vərdişləri əldə olunur. Burada
dövlət onların idxalına yardım edir. Sonra idxal edilmiş texnologiyalara əsasən
hazırlanmış məhsulun idxalından tədricən imtina edilir.
Məhsul idxalının əvəzlənməsi strategiyası. Dövlətin bu mərhələdə həvəsləndirici
təsiri ölkə daxilində milli istehsalın təşkilinə yönəlib. Məhsulların idxalına qarşı
marağın azaldılması istiqamətində təsbirlər görülür.
Məhsulun ixracı strategiyası. Bu strategiyanın özəyində lisenziya əsasında həm
daxili ehtiyaclar üçün, həm də ixrac məqsədi ilə məhsulun istehsalı durur. Dövlət
ixraca həvəsləndirmək, bir sıra hallarda isə müəssisələri xarici bazara çıxarmalıdır.
Texnolojin idxalın əvəz olunması strategiyası. Bu strategiya texnologiyaların
idxalı üzrə qadağanedici tədbirlərin yaradılması və öz texnologiyalarının yaradılması
üzrə həvəsləndirici tədbirlərin görülməsini nəzərdə tutur. Bu mərhələdə ölkə (və ayrı-
ayrı müəssisələr) öz innovasiyalarının yaradılmasına, yeniliklərin mərhələləri
tətbiqinin özülünün qoyulması strategiyasına, həmləli borc götürmə strategiyasına
keçirlər.
Məhsul-texnoloji ixrac strategiyası. Dövlət məhsulların ixracı ilə bərabər həmin
məhsulların istehsalının da ölkə hüdudlarından kənara çıxarılmasını həvəsləndirir.
Tətbiqi əlavə maddi, əmək, maliyyə və intellektual ehtiyatların cəlb olunmasını tələb
edən yeni proses və məhsulların yarandıqca (əvvəlki cümlədə qeyd olunan)
proseslərə ehtiyac yaranır. Onların istehsalın fəaliyyət göstərən tərkib hissələrindən
29
çıxarılması ilkin mərhələlərdə istehsal proseslərinin qismən ölkədən xaricə
çıxarılmasını tələb edir.
Texnoloji ixrac strategiyası. Bu strategiyaya müvafiq olaraq məhsulun istehsalı
tam olaraq xaricə çəxarılır və ölkə xaricində satılır.
Texnoloji komponentlərin idxalı strategiyası texnoloji proseslərin ayrı-ayrı
hissələrinin istehsalının xaricə çıxarılmasına, daha sonra isə bu proseslərin nəticəsi
olan aralıq məhsullarının ölkəyə gətirilməsinə həvəsləndirilməni nəzərdə tutur.
nnovasiya proseslərinin dəstəklənməsinin xarakteri. Dövlət innovasiya
proseslərini birbaşa və bilavasitə dəstəkləyə bilər. Hər iki halda dövlətin dəstəyi
innovasiya prosesinin müxtəlif mərhələlərinə istiqamətlənib – tədqiqata, işlənib
hazırlanmaya, istehsala. Dövlət dəstəyi həm daxili, həm də xarici innovasiya
proseslərinə istiqamətlənə bilər.
Belə bir sual ortaya çıxır: yuxarıda sadalanan makroinnovasiya strategiyaları
hansı hallarda tətbiq etmək olar? Bu və ya digər strategiya sisteminin tətbiqi ilə bağlı
amillərin üç qrupunu göstərmək olar:
- innovasiya siyasəti tipi, sadalanan strategiyalar bu tipin çərçivəsi daxilində
reallaşır;
- strategiyaların tətbiq olunduqları obyektlər xüsusunda dövlət prioritetlərinin
xarakteri;
- adıçəkilən obyektlərin vəziyyəti.
Bazar institutsional infrastrukturun (pul-kredit bazarının, fond bazarının,
sığorta, pensiya və sərmayə fondlarının) vəziyyəti elmi-texniki məhsul və yeniliklər
bazarının inkişafını sürətləndirə yaxud əksinə, azalda bilər. Sirr deyil ki, ideya və
ixtiraların maddiləşdirilməsi (həyata keçirilməsi, reallaşdırılması) kifayət qədər
maddi vəsait qoyuluşunu tələb edir. Həmin vəsaitlərin formalaşması üçün əsas
vasitələr uzunmüddətli kreditlər, həmçinin qiymətlər kağızlar bazarının
mexanizmidir.
Bahalı kredit elmi-texniki məhsul bazarının durğunluğunun əsas amillərindəndir.
Az-çox ciddi elmi-tədqiqat layihəsi 2-3 il elmi tədqiqat işlərinə (ET ), həmçinin
30
sınaq-konstruktor işlərinə (SK ) bir o qədər vaxtın xərclənməsini və istehsala hazırlıq
üçün də əlavə vaxt tələb edir. Kommersiya baxımdan reallaşdırılması üçün layihənin
sərmayələrə ehtiyacı olduğundan onu kimsə maliyyələşdirməlidir. Inkişaf etmiş bazar
infrastrukturu olan ölkələrdə bu məqsədlər xüsusilə müştərək müəssisə (vençur)
maliyyələşdirmə mexanizmindən istifadə olunur. Bu mexanizmdən fəal istifaə
olunması elmi-texniki məhsul bazarının xüsusi seqmentinin – riskli innovasiya
layihələri bazarı- inkişafına kömək edir.
Qanunvericilik. Qanunvericilik bazasının yaradılması elmi-texniki məhsul
bazarının xarakterində iz qoyur. Söhbət ilk növbədə patent-lisenziya
qanunvericiliyindən gedir. Lisenziyalar bazarı özü elmi-texniki məhsulun əsas
mövcud olma formalarından biridir. Əgər iqtisadi sistemdə patent və lisensiya
yoxdursa, inkişafetmiş elmi-texniki məhsul bazarı da yoxdur, belə ki, intellektual
məhsulun bazarda ötürülməsinə dair əsas hüquqi formalar yoxdur. Məhsulu sadəcə
elə-belə götürmək oalrsa, istehlakçı məhsulu nə üçün satın alsın ki?
Patent–lisensiya sistemnin olmaması innovasiya proseslərinə ikili təsir edir.Bir
tərəfdən istehsalçının yeniliklərə birbaşa çıxışı həmin yeniliyi işləyib hazırlayan
şəxsin intellektual məhsulu satmaq istəyinin olmaması ilə bağlı olaraq həmin
yeniliklərin qarşısında duran maneələri aradan götürür. Yenilik, sanki, ümumi əmlaka
çevrilir.Bu vəziyyət həm elmi-texniki sistemdə, həm də istehsalatda dövlət
mülkiyyəti hakim olan zaman mövcud olur. Digər tərəfdən belə şəraitdə məhsulun
müəllifi orijinal, yüksək səmərəli intellektual məhsulların yaradılmasında az maraqlı
olur, belə ki, həmin məhsullara görə alacağı mükafat onların tətbiq olunacağı sahədə
əldə ediləcək səmərə ilə nisbətdə müqayisə edilməyəcək qədər azdır.
Elm və istehsalatın inteqrasiyası.Elmi-texniki məhsul bazarının xarakterinə təsir
edən əhəmiyyətli amil elm və istehsalın inteqrasiya səviyyəsi ilə əlaqədar olan və
üstünlük təşkil edən ETSK təşkilat formasıdır. Burada elmi fəaliyyət həyata
keçirilməsinin iki forması son həddlər ola bilərlər–istehsal vahidləri tərkibində və
onlardan kənarda.
Dostları ilə paylaş: |