Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
  1   2   3   4   5   6   7   8   9   ...   31



 
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
MAG STRATURA MƏRKƏZ
 
 
Ə
lyazması hüququnda 
 
 
 
 
 
 
Türkan Vüsət qızı 
 
“Dünya təsərrüfat əlaqələrinin qloballaşması şəraitində Azərbaycanın rəqabət 
strategiyası” mövzusunda 
 
 
MAG STR D SSERTAS YASI 
 
 
xtisasın şifri və adı060401  Dünya Iqtisadiyyatı 
xtisaslaşma                    Xarici  qtisadi Fəaliyyət 
 
 
Elmi rəhbər: 
i.ü.f.d., dos. Əliyeva G.T. 
 
Magistr proqramının rəhbəri: 
i.ü.f.d., dos. Cəmilov M.R. 
Kafedra müdirii.e.d.,prof.Hacıyev Ş.H. 
 
 
 
 
 
 
BAKI  - 2016 



 
MÜNDƏR CAT 
 
G R Ş.................................................................................................. 3 
FƏS L I. Rəqabət anlayışı, onun nəzəri metodoloji əsasları və əsas 
formaları............................................................................................. 6 
1.1.
  Rəqabət anlayışı, onun funksiyaları, əsas formaları və rəqabətin bazar 
modelləri.................................................................................................... 6 
1.2.
  Rəqabətin nəzəri əsasları və rəqabət haqqında nəzəriyyələrin tətbiqi......  23 
 
FƏS L II. Azərbaycanın rəqabət funksiyalarının tədqiqi............... 36 
2.1.
  Rəqabət strategiyası, rəqabət mühitinə təsir göstərən amillər sisteminintəhlili 
........................................................................................................  36 
2.2.
  Azərbaycan  sənayesinin  rəqabət  qabiyyətliliyi  və  onun  xarici  iqtisadi 
aspektləri............................................................................................ 46 
 
FƏS L III. Müasir qloballaşma şəraitində Azərbaycanın rəqabə
strategiyası...........................................................................................  54 
 
3.1.
  Müasir qloballaşma şəratində rəqabət qabliyyətinin qiymətləndirilməsi və bu 
sahədə 
yaranmış 
problemlərin 
aradan 
qaldırılması 
yolları......................................................................................................... 54 
3.2. Azərbaycan rəqabət qabliyyətinin yüksəldilməsində dövlətin rolu..............   62 
3.3. Azərbaycanın gələcək inkişafında rəqabət imkanlarının yüksəldilməsi 
perspektivləri.............................................................................................  86 
NƏT CƏ VƏ TƏKL FLƏR..............................................................................  90 
ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT S YAHISI........................................   93 
RESUME ……...................................................................................................  97 
РЕЗЮМЕ
……………………………………………………………………....  98 
 



 
G R Ş 
Mövzunun  aktuallığı.Müasir  qloballaşan  iqtisadiyyatda  dünya  ölkələri 
arasında  gedən  surətli  inteqrasiya  prossesi  zamanı  dünya  təsərrfatında 
Azərbaycanın rolunun və rəqabət strategiyasının müəyyən olunması zəruridir. Həm 
iqtisadi, həm sosial anlamda ölkəmizin dünyanın inkişaf tsiklində özünəmxsus yeri 
danılmazdır.  Hazırda  ölkəmizin  dünya  təsərrüfat  sisteminə  inteqrasiya  olunduğu 
dövrdə sənaye sahəsinin inkişaf etdirilməsi, onun ixrac imkanlarını tədqiq edilməsi 
daha aktual əhəmiyyət kəsb edir.  
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  qarşısında  duran,  azad  bazar 
iqtisadiyyatını  hədəfləmiş  iqtisadi  transformasiyanın  məqsədləri  var.  Ancaq, 
istənilən  halda  hədəfin  xüsusi  mülkiyyətə  əsaslanan  azad  bazar  olduğu  aydındır. 
Lakin bazarın mövcudluğu onun mükəmməl fəaliyyətindən xəbər vermir. Bazarın 
özünün  daxili  "oyun  qaydaları"  mövcuddur.  Məhz  təşəkkül  tapmış  azad  bazar 
şə
raitində dövlətin ən əsas vəzifəsi də ədalətli oyun qaydalarının müəyyən edilməsi 
və  bu  qaydalara  əməl  olunmasına  nəzarəti  həyata  keçirməkdir.  Adam  Smitin 
“görünməz  əl”  nəzəri  konsepsiyasında  da  bu  öz  əksini  tapır.  Bu  qaydaların  əsas 
ünsürü kimi isə rəqabət mühiti çıxış edir. Məhz rəqabət mühiti formalaşmış bazarın 
real simasını özündə əks etdirir. Belə ki, rəqabət mühiti yalnız mövcud olan hüquqi 
ə
sasları  deyil,  həm  də  bazar  iştirakçılarının  rəsmi  və  qeyri-rəsmi  davranış 
ünsürlərini  özündə  birləşdirərək  formalaşmış  bazar  mühitini  özündə  təcəssüm 
etdirir.  Burada  qlobal  məqsəd  Azərbaycanın  dövlət  müstəqilliyinin  hazırki 
mərhələsində  rəqabət  mühitinin  sağlamlaşdırılmasına  nail  olub  respublikamızın 
siyasi müstəqilliyini beynəlxalq səviyyədə möhkəmləndirməkdən ibarətdir. 
Tədqiqatın məqsədi və vəzifələri.Araşdırmamın məqsədi də Azərbaycanda 
bu  rəqabət  mühitinin  əsas  ünsürlərinin  nədən  ibarət  olmasını  müəyyən  etmək  və 
dünya  təsərrüfat  əlaqələrinin  qloballaşması  şəraitində  ölkəmizin  rəqabət 
strategiyasını  müəyyən  etməkdir.  Bu  ünsürlərin  aşkar  edilməsi  istər  dövlət  üçün, 
istərsə də şirkətlər üçün xüsusi önəmə malikdir. Belə ki, dövlət, bununla, bazarın 
rəqabət  mühitində  hüquqi  və  praktiki  mənfi  (müsbət)  cəhətləri  aşkar  etməklə 
yeritdiyi rəqabət siyasətinin gələcək istiqamətini müəyyənləşdirməkdə istifadə edə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə