Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

41 

 

 



 

1.  nnovasiyaların  transferi  mərkəzləri  (Qazaxıstan  təcrübəsində  sınaqdan 

keçirilib)  və  biznes  inkubatorların  yaradılması  (Rusiyanın  müxtəlif  regionlarında 

yaradılıb) və inkişafı; 

2.  Aqrar  innovasiyaların  transferi  şəbəkəsinin  inkişafı,  milli  və  qlobal 

səviyyədə inteqrasiyası; 

3.  ABŞ  təcrübəsindən  istifadə  edərək  aqrar  sahədə  vençur  fondların  yara-

dılması və inkişaf etdirilməsi; 

4.  Aqrar-innovativ  klasterlərin  yaradılması  üçün  apstrim  (upstream)  və 

dounstrim (downstream) istiqamətlərin kompleks inkişafı; 

5.  Aqrar innovasiyalara  dövlət dəstəyi  mexanizminin  formalaşması  və vahid 

informasiya sisteminin yaradılması; 

6.  Elektron  kənd  təsərrüfatı  infrastrukturunun  yaradılması  və  inkişaf 

etdirilməsi. 

Bu  gun  innovasiyaların,  texnoloji  prosesin  və  azad  sahibkarlığın  gur  inkişafı 

iləbağlı  qlobal  dəyişikliklər  coxlu  sayda  qlobal  cağırış  doğurmuşdur  ki,  dünyanın 

bütün ölkələrinin iqtisadiyyatları bunlarla qarşılaşmışdır. Azərbaycan da, mühüm 

geostrateji  əhəmiyyət  kəsb  edən  təbii  resursların  çoxlu  sayda  növlərinin  böyük 

ehtiyatlarına malik olan ölkə olaraq  bu və ya digər dərəcədə bu çağırışlarla üz-üzə 

gəlir. Gercəkliyin daha mühüm və miqyaslı çağırışları dəqiq qarşılıqlı əlaqəsi olan və 

aşağıdakı dəyişikliklərdən asılı olan amillərlə müəyyən edilir: 

-təkcə  ənənəvi  əmtəə,  kapital,  texnologiyalar  və  işçi  qüvvəsi  bazarlarını 

deyil,həm  də  siyasi  idarəetmə  sistemlərini,  innovasiyalara  kömək,  insan 

potensialınıninkişafını əhatə edən qlobal rəqabətin güclənməsi; 

-innovasiyaların 

sosial-iqtisadi 

inkişafda 

rolunu 


gücləndirən 

və 


rəqabətqabiliyyətliliyininbir  cox  ənənəvi  artım  amillərinin  təsirini  azaldan 

texnolojidəyişikliklərin gözlənilən yeni dalğası; 

-iqtisadi inkişafın və dayanıqlı rəqabət üstünlüklərinin formalaşmasının əsas 

amili  kimi  insan  kapitalının  rolunun  artması,  elmtutumlu  iqtisadiyyat 

keyfiyyətcəəməktutumlu və kapitaltutumlu iqtisadiyyatın tələb etdiyindən fərqli 



42 

 

 



 

kadrlar tələb edir; 

-iqtisadi inkişaf modelinin yanacaq və xammal ixracının sürətlə yetişməsinə 

ə

saslanan ixrac-xammal potensialının tükənməsi; 



-dünya ərzaq böhranının mürəkkəbləşməsi; 

-dünya enerji böhranının kəskinləşməsi; 

-müasir  demoqrafik  və  immiqrasiya  vəziyyətinin  mürəkkəbləşməsi,  həm 

istehklakçı,həm də işci qüvvəsi kimi çıxış edən əhalinin sayının və keyfiyyət 

strukturunun dəyişməsi; 

-gözlənilən ekoloji dəyişikliklər və bunların nəticəsi kimi, iqtisadi inkişafın 

texnogen xarakterindən imtina, onun ekologizasiyasının sürətləndirilməsi [36]. 

Bununla  belə,  qeyd  etmək  istərdik  ki,  Azərbaycanda  əldə  edilmiş  siyasi 

sabitlikşəraiti,  həmcinin,  son  illər  islahatların  gələcək  irəliləyişi  üçün  yaradılmış 

uğurlusosial-iqtisadi  baza,  zənnimizcə,  artıq  bu  gün  iqtisadiyyatımız  qarşısında 

rəqabət  qabiliyyəti  daha  yuksək  olan  ilk  əlli  ölkə  sırasına  daxil  olmaq  imkanını 

gündəmə gətirir. Bu, fikrimizcə,  milli iqtisadi təhlükəsizliyimizin təmin edilməsinin 

təkmilləşdirilməsinin davam işinin real və eyni zamanda, irimiqyaslı məqsəddir. 

Çoxillik beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın modernləşdirilməsinin 

davam  etdirilməsi  və  Azərbaycanda  innovasiya  sisteminin  formalaşması 

iqtisadiyyatımızı üstün xammal ixracı inkişafı zonasından çıxarmağa imkan verəcək 

və emal sahələrinin artım dinamikasına güclu təkan verəcək, ölkənin dünya birliyində 

rəqabətqabiliyyətliliyini  və  onun  dünya  iqtisadi  məkanına  bərabər  hüquqlu 

inteqrasiyasını tam mənada təmin edəcək. 

 

 

 



43 

 

 



 

2.3. Bilik iqtisadiyyatının formalaşmasında dövlətin rolu 

( nkişaf etmiş bir ölkənin nümunəsində

 

Tədqiqat  göstərdi  ki,  EÖ-in  dünya  ixracında  apancı  rolu  təkcə  onların  burada 

ə

ldə etdikləri yüksək xüsusi çəki ilə ifadə olunmur. Bu ölkələrin rolu bir də ondadır 



ki,  onlar  əsasən  yüksək  texnologiyalı  məhsullar  ixrac  edirlər.  Bu  cür  məhsullar  da 

digər ölkələrdə ya heç, ya da kifayət qədər istehsal olunmur. Məhz bu cəhət  EÖ-in 

xeyrinə olur:yüksək texnoloji məhsula tələbatı olan ölkə bu ölkələrdən asılı vəziyyətə 

düşür və  EÖ-lərə monopol mənfəət əldə etmək imkanı qazandırır. Lakin bu imkanı 

onlara heç kim və heç bir dövlət könüllü vermir. Bu imkanı həmişə  EÖ-in özləri öz 

ölkələrində elmə, texnikaya, texnologiyaya və onların yaradıcılan olan  NSANA fikir 

verdiklərinə,  onların  qayğısına  qaldıqlanna  görə  əldə  etmişlər  və  indi  də 

etməkdədirlər. 

EÖ  xarici  iqtisadi  əlaqələrinin  başlıca  fərqləndirici  xüsusiyyətlərindən  biri  də 

prosesdə  dövlət  tənzimlənməsinin  yaradıcılıqla  həyata  keçirilməsidir.  Problemin 

öyrənilməsi göstərdi ki,  EÖ-in hamısında xarici iqtisadi fəaliyyətdə dövlət böyük rol 

oynayır.  Əsas  məqsəd  ölkədə  sosial-iqtisadi  inkişafı  təmin  etməkdir.  Dövlət  bütün 

yollardan istifadə etməklə ixracla məşğul olan kompaniyaları müdafiə edir və lazım 

gələrsə  onlara  maliyyə,  texniki,  təşkilati,  mənəvi  kömək  göstərir.  Lazım  olan  vaxt 

subsidiyalaşdıma və ixrac kreditlərinə təminat verilməsi üsulları da işə salınır. Qərbin 

inkişaf  etmiş  ölkələri  xarici  kapitalın  ölkəyə  daxil  olmasi  prosesində  də  çox  çevik 

hərəkət edirlər. Əgər dövlət hesab edir ki, xarici investisiya çox zəruridir onda dövlət 

liberal  rejim  yaradır.  Liberal  rejimin  mahiyyəti  ondadır  ki,  dövlət  burada  icazə-

qadağa  üsulundan  yox,  qeydəalma  üsulundan  istifadə  edir.  Bu  halda  da  dövlət 

passivlik  göstərmir.  Ölkə  üçün  çox  mühüm  olan  kapitalı  cəlb  etmək  üçün  müvafiq 

infrastrukturlar yaratmaq yolu ilə onu stimullaşdırır. 

Sənaye  istehsalı  ilə  elmin  əlaqələndirilməsi,  iqtisadiyyatın  digər  sahələri  ilə 

elmin  əlaqələndirilməsindən  daha  çox  fayda  verir.  Elmlə  sahibkarlıq  fəaliyyətinin 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə