Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   2   3   4   5   6   7   8   9   ...   24

14 

 

 



 

ölkələrdə  çox  tez-tez  rast  gəlmək  olur.Məhz  buna  görə  də  biliklə  iqtisadiyyatın 

qarşılıqlı  əlaqəsini  dərk  edib  təcrübədə  və  xüsusən  iqtisadiyyatın  inkişafında  ondan 

istifadə  etmək  üçün  Beynəlxalq  Bank  inkişafda  olan  ölkələrə  aşağıdakıları  tövsiyə 

edir. 

Birincisi,  onlar  inkişaf  etmiş  ölkələrlə  öz  ölkələri  arasında  yaranmış  bilik 



çatışmazlığının  fərqini  azaltmağa  yönələn  siyasət  həyata  keçirməlidirlər.Belə 

siyasətin  əsasını  insanların  savadlandırılmasına  dövlət  investisiyasının  artırılması, 

iqtisadiyyatın  açıqlıq  səviyyəsinin  yüksəldilməsi,  telekommunikasiya  sahəsində 

rəqabətə mane olan baryerlərin götürülməsi təşkil etməlidir.  

kincisi,  inkişaf  etməkdə  olan  ölkələrin  dövlət  orqanları,  beynəlxalq 

idarələr,qeyri-dövlət  təşkilatları  və  şəxsi  bölmələr  bir-birləri  ilə  informasiya 

probleminin  həlli  ilə  məşğul  olan  institutların  xeyrinə  əməkdaşlıq  etməlidirlər.Bu 

cəhətdən  əsas  diqqət  mühasibat  uçotunun  standartlaşdırılmasına,  informasiyanın 

açılma  qaydalarına,  kredit  reytinqi  sistemi  mexanizmlərinin  yaradılmasına 

yönəldilməlidir.  Bunlardan başqa,müqavilə  öhdəliklərinin  yerinə  yetirilməsini təmin 

edə bilən səmərəli qanunçuluq və məhkəmə sistemləri formalaşdırmaq tələb olunur.  

Üçüncüsü,  bilik  çatışmazlığının  tam  aradan  qaldırılmasının  qeyri-

mümkünlüyünü  nəzərə  almaq  lazımdır,  lakin  biliyin  iqtisadi  inkişafda  həlledici 

rolunu dərk etməklə çox zaman elə optimal nəticələr əldə etmək olar. 

 

1.2. Sosial-iqtisadi inkişafın yeni forması kimi bilik iqtisadiyyatının 

mahiyyəti və özəllikləri 

 

Biliyin gücü, onun verdiyi iqtisadi və sosial səmərəyə misal kimi dünya-iqtisadi 

inkişafında  "Yaşıl  inqilab"  adı  ilə  məşhur  olan  ümumdünya  hərəkatını  göstərmək 

olar.  Biliyə  əsaslanan  bu  ümumdünya  hərəkatı  artıq  bir  çox  onilliklərdir  ki,  kənd 

təsərrüfatı  sahəsində  yeni  biliklər  yaratmaq,  onları  dünya  miqyasında  yaymaqla 



15 

 

 



 

məşğuldur.  nkişaf  məqsədi  ilə  bilikdən  istifadəni  əyani  olaraq  göstərən  bir  modelə 

çevrilmiş  “Yaşıl  inqilab"  hərəkatı  həm  də  özünün  beynəlminəlliyi  ilə  fərqlənir.  Bu 

hərəkatda  çoxlu  dövlətlər,  qeyri-kommersiya  təşkilatları,  çoxtərəfli  kompaniyalar, 

fərdi fırmalar, banklar, torpaq becərənlər, torpaqsız muzdlu kəndlilər iştirak etmişlər. 

Bunlar  hamısı  birgə  çalışıb  bilik  məhsulu  yaradırdılar  və  konkret  kənd  təsərrüfatı 

sahələrində onu tətbiq edirdilər ki, məhsuldarlığı artırsınlar. 

nformasiya  cəmiyyətinin  müvəffəqiyyətlə  formalaşması,  ilk  növbədə, 

informasiyaya  və  biliyə,  müasir  texnologiyalara  və  innovasiyalara  əsaslanan  yeni 

iqtisadiyyatın,  o  cümlədən  informasiya  iqtisadiyyatının  formalaşmasından  və 

inkişafından asılıdır.  

nformasiya iqtisadiyyatı dedikdə, ümumi daxili məhsulun (ÜDM) 50%-dən çox 

hissəsinin  informasiyanın  və  biliyin  istehsalı,  emalı,  mühafizəsi  və  yayılması 

fəaliyyəti  sahəsində  təmin  olunduğu  və  əmək  qabiliyyətli  əhalinin  yarıdan  çoxunun 

bu fəaliyyətdə iştirak etdiyi iqtisadiyyat başa düşülür.  

nformasiya  iqtisadiyyatı  termini  ilk  dəfə  elmi  dövriyyəyə  1970-ci  illərin 

ortalarında  amerika  alimi  M.Porat  tərəfindən  daxil  edilmişdir.  Onun  fikrincə, 

informasiya  texnologiyaları  yeni  cəmiyyətin  əsas  məzmununu  əks  etdirir  -  əsas 

istehsal resursları və ictimai sərvət formaları kimi isə informasiya və bilik çıxış edir 

[2]. 


nformasiya iqtisadiyyatının xüsusiyyətləri, əsasən, aşağıdakılardan ibarətdir [3]:  

• 

nformasiyanın və biliyin istehsal faktoru və əsas resurs olması;  



• 

nformasiya  texnologiyalarının  istehsal  və  qeyri-ishehsal  sahələrində 

geniş tətbiqi:  

• 

Yaradılan məhsulun maddiliyini itirməsi (dematerializasiya);  



• 

Ə

məyin xarakterinin və strukturunun dəyişməsi;  



• 

Yeni iqtisadiyyatın qlobal xarakter daşıması və s.  

Texnoloji  innovasiyalar  yeni  iqtisadiyyatın  formalaşmasında  olduqca  mühüm  rol 

oynayır.  Xüsusilə  də,  KT-nin  inkişafı  informasiya  cəmiyyətinin  və  ona  uyğun 




16 

 

 



 

iqtisadiyyatın,  o  cümlədən  innovativ  informasiya  iqtisadiyyatının  formalaşması  və 

inkişafı üçün zəruri şərtdir.  

KT-nin inkişafı informasiyanın, yeni əlaqə vasitələrinin əlyetərliliyini, istehsal 

proseslərinin təşkilini və bir çox iqtisadi fəaliyyət növlərinin səmərəliliyinin artmasını 

təmin  edir.  nformasiya-kommunikasiya  sistemləri  beynəlxalq  bazar  və  qlobal 

istehsal şəbəkələri ilə əlaqə yaratmaqla, iqtisadiyyatın qloballaşmasını sürətləndirir.  

KT  iqtisadi  artımın  aparıcı  qüvvəsinə  çevrilir.  Onun iqtisadi inkişafa  təsiri iki 

istiqamətdə  baş  verir.  Birincisi,  KT  mallarının  və  xidmətlərinin  istehsalı  - 

iqtisadiyyatın  ən  innovativ  və  dinamik  sahələrindən  biridir  və  iqtisadi  artıma 

ə

həmiyyətli töhfə verir.  kincisi, iqtisadi və digər sahələrdə  KT-nin tətbiqi innovativ 



inkişafa  təkan  verir,  əmək  məhsuldarlığının  artmasına,  məsrəflərin  azalmasına, 

iqtisadi  fəaliyyətin  yeni  sahələrinin  meydana  gəlməsinə  və  həyat  şəraitinin 

yüksəlməsinə imkan yaradır [4] . 

R.Atkinson və A.MakKey  KT-nin istifadəsinin sosial-iqtisadi inkişafa təsirinin 

aşağıdakı mexanizmlərini qeyd etmişdilər [5]:  

- əmək məhsuldarlığının həm makro, həm də mikro səviyyədə artması - ayrı-ayrı 

işçilərin  əmək  məhsuldarlığının  artması  ilə  bərabər,  həm  də  kapitalın  və  təbii 

resursların daha səmərəli istifadəsi mümkün olur;  

-  artımın  dolayı  yolla  stimullaşdırılması  bazarların  genişlənməsinə 

vəidarəetmənin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır;  

- iş yerlərinin sayının artması və iqtisadiyyatın vəziyyətinin yaxşılaşması;  

-  istehsal  məhsullarının  və  xidmətlərinin  yayılması  şəraitinin  yaxşılaşması  və 

məhsulun istehlakçıya çatdırılmasına çəkilən xərclərin azaldılması;  

- malların və xidmətlərin keyfiyyətinin yüksəlməsi və kütləvi təbəqələşməsi;  

- innovasiyaların genişlənməsi.  

qtisadi inkişafın tarixi mərhələləri texnoloji istehsal üsullarının əvəzlənməsi ilə 

sıx  bağlıdır.  Müasir  şəraitdə  informasiya  texnologiyalarına  əsaslanan  texnoloji 

istehsal  üsulu  formalaşır  ki,  burada  da  inkişafın  əsas  hərəkətverici  qüvvələri 

informasiya və bilikdir.  



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə