104
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
20 Yanvar Faciəsi Azərbaycan Mətbuatinda (1990-2000)
Aynurə Niyaz qızı Paşayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, Bakı şəhəri,
aynure8@mail.ru
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil
olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər
salnaməsidir. 1980-ci illərin sonunda Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbərliyini ciddi narahat
edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Ümumilli
lider Heydər Əliyev 1987-ci ilin oktyabr ayında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi
Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra 15
yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçov “DQMV və bəzi başqa rayonlar-
da fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzalamış, 15-17 yanvar tarixində SSRİ rəhbərliyi Bakının
ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir. İkinci dəfə SSRİ Ali Sovetinin
Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman vermişdir. Lakin həmin dövrdə xalqın mətbuata daha böyük
ehtiyac duyduğu zamanda yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının
enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Bakı şəhərində 20
Yanvar saat 00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər
saat 5:30-da radio ilə elan olunmuşdur. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 20-
nə keçən gecə gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri Yazovla
birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdir.
Açar sözlər: 20 Yanvar, faciə, mətbuat, publisistika, Heydər Əliyev.
105
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Cümhuriyyət Nəğməkarı Ə.Cavadın “Səslı Qız” Əsərındə Tarıxı Reallığın Metaforık
Təqdımi
Afaq Xəlil qızı Yusifli
Gəncə Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru, dosent
yusifli.afaq@mail.ru
Xülasə
Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin nəğməkarı Ə.Cavadın “Səsli qız” poemasının təhlilinə həsr
olunmuşdur. Poemada tarixi keçmişimizin metaforik əksinə dair faktlar analiz edilmiş, müqayisələr
aparılmışdır.Danılmaz faktdır ki, Azərbaycanın işğalı və azadlıq mübarizəsi haqqında yazılmış ən maraqlı
əsərlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin nəğməkarı Əhməd Cavadın “Səsli qız” əsəridir. “Səsli qız”ın
hansı janrda yazıldığına dair mübahisə və təxminlərə akademik B.Nəbiyev son qoyaraq belə yazmışdır: ”Mənim
qənaətimə görə “Səsli qız” mükəmməl süjet əsasında qurulmuş epik poema...dır”.Təxminən 780 misradan ibarət
olan poema 1928-1929-cu illərdə qələmə alınmış, “tarixi keşmişə müraciətlə” yazıldığından tədris və ədəbi
təhlildən uzun müddət kənarda qalmışdır. “Səsli qız” sanki məkandan və zamandan qəsdən məhrum edilib, kifayət
qədər şəffaf işarələrin olmasına baxmayaraq poemadakı qanlı işğal səhnələrini istənilən məkana və zamana aid
etmək
olar.
Poemadakı işarələr və faktlar həddindən artıq şəffafdır: “seyrək saqqallı” Xaqan Ağa Məhəmməd şah
Qacar, “zavallı məğlub ölkə” isə Qarabağ xanlığıdır və əslində geniş proyeksiyada bütünlükdə XX əsrin 20-ci
ilində
işğal
olunmuş,
lakin
“yüksələcəyinə”
inam
ifadə
olunmuş
Azərbaycandır.
Cümhuriyyətin süqutundan sonra 28 mayın 28 aprellə əvəz olunması və Azərbaycanın işğalı gününün uzun illər
məcburi bayram edilməsi poemada çox ətraflı əks olunur. Bizim fikrimizcə, tarixi metaforik şəkildə
obrazlaşdıran və Ə.Cavadın bədii yaradıcılıqla məşğul olduğu dövrdə çox dəbdə olan Qacar mövzusunun “Səsli
qız” poeması üçün bir leytmotiv olaraq seçilməsi bu mövzuya müraciət edən digər sənətkarlarda olduğu
kimi yaşadıqları tarixi kəsimdə işğal və haqsızlıqlara etiraz ifadə etməyin bir yolu olmuşdur. Ümumiyyətlə,
Qacar dönəmini canlandıran, təxminən eyni ədəbi epoxaya aid olan əsərlərdə tarixi keçmişin müasir mühitə
inkorporasiyası baş verir ki, bu da həmin tipli əsərlərin müqayisəli şəkildə və geniş tədqiqinə ehtiyac olduğunu
göstərir.
Açar sözlər: azadlıq, işğal, Qacar, metafor
Dostları ilə paylaş: |