Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə63/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   59   60   61   62   63   64   65   66   ...   115

 
 
 114
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Demokratiya Və Qloballaşma Şəraitində Təhsilalanların Müstəqil Yaradıcı Düşünmə 
Qabiliyyətinin İnkişafı. 
Zərifə NƏZİRLİ 
Bakı Dövlət Universiteti 
nezirli.zerife@mail.ru 
 
Mətanət MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti 
metanet.memmedova.61@mail.ru 
 
Ümumi  təhsilin  dövlət  və  cəmiyyət  qarşısında  ən  mühüm  vəzifələrindən  biridə  ayrı-ayrı  sahələr  üzrə 
istedadlı, xüsusi qabilliyyəti ilə fərqlənən şagird və tələbələrin üzə çıxarılması və buna səbəb olan təlim siteminin 
inkişaf  etdirilməsi  olmuşdur.   Təlim  prosesinin  mahiyyəti,  təlim  metodlarının  məzmunu  ictimai  şərait  inkişaf 
etdikcə  dəyişdiyindən,  Azərbaycan  Respublikası  azad,  müstəqil  inkişaf  yoluna  keçdikdən  sonra  inkişafın 
xarakterinə  uyğun  olaraq  təlim  metodları  da  forma  və  məzmunca  yeniləşməyə  başlamışdır.  Müstəqil 
Azərbaycanda  son  illərdə  təhsilin  beynəlxalq  standartlara  uyğunlaşdırılması  və  dünya  təhsil  sisteminə 
inteqrasiyası,  təlim  tərbiyənin  şagirdlərin  meyl  və  marağı  əsasında  qurulması  tələbləri  ümumi  təhsilin 
məzmununda  köklü  dəyişikliklər  aparılmışdır.  Cəmiyyət  müstəqil  düşünən,  kamil,  rəqabətə  qabil  şəxsiyyət, 
yaradıcı  insan  yetişdirməyi  problem  kimi  təhsil  müəssisələrinin  qarşısında  qoyulmuşdur.  Azərbaycan 
Respublikasında  təhsil  sahəsində  İslahat  Proqramı  yeni  təlim  metodlarından,  təlim  texnologiyalarından 
istifadənin  elmi,  pedoqoji-psixoloji  əsasların  işlənilməsini  əsas  problem  kimi  qarşıya  qoyulmuşdur.  Təlim 
prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə 
maraq yaratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək müəyyən metod, texnika və proseduralardan 
istifadə  edilməlidir.  Şagird  təlimin  fəal  iştirakçısı  olmaq üçün  hazırlanmalıdır. Müəllim  şagirdə  dünyanı  başa 
düşməkdə və qazandıqları bilikləri real həyat şəraitinə tətbiq etməkdə yardım göstərməlidir. bu məsələlər başda 
olmaqla digər bununla bağlı təhsil məsələlərini məqaləmizdə tədqiq edəcək və elmi təcrübələrimizi tətbiq etmə 
zamanlı yaşadaığımız problemlərin həllini araşdırmağa çalışacağıq. 
Demokratika, Təhsil, müəllim, tələbə. 
 
 


 
 
 115
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycan və Türkmən Versiyalarında “Koroğlu” Dastanı 
Nailə ƏSKƏR 
AMEA Folklor İnstitutunun əyani doktorantı 
qaracantali@live.com 
 
“Koroğlu”  dastanı  türk  xalqlarının  epik  yaradıcılığında  geniş  yayılmış  dastanlardan  biridir.  Bu  gün 
“Koroğlu” dastanı türk, qazax, qırğız, özbək, türkmən, tatar, başqırd, qaqauz, Azərbaycan, qaraqalpaq, uyğur və 
s.  xalqlar  arasında  öz  həyatını  davam  etdirir.  Koroğluşünas  alimlərdən  B.Qarrıyevə  və  P.N.Boratava  görə 
“Koroğlu” dastanı türkmən mənşəlidir. Bir çox sovet və Azərbaycan alimlərin ortaq fikrinə görə isə dastan Cənubi 
Qafqazda  və  Azərbaycanda  ortaya  çıxmış,  oradan  Anadoluya  və  yaxın  bölgələrə  yayılmışdır.  Bu  dastanının 
Mərkəzi Asiyada yayılmış variantları içərisində türkmən xalqının “Goroğlu” dastanı xüsusi yer tutur. Dastanın 
həcmi  böyükdür  və  qollarının  sayı  etibarilə  zəngindir.  Azərbaycan  və  türkmən  versiyalarında  “Koroğlu” 
dastanının tipoloji xüsusiyyətləri kifayət qədər fərqlilik göstərir. Bu sahədəki araşdırmalar versiyaların ortaq və 
fərqli tərəflərini üzə çıxarmaqla dastanın variantlarını daha dərindən anlamağa yardım edir. Bu araşdırmalar 
həm epik yaradıcılığın etnik təfəkkür və mədəniyyətlə əlaqəsinin, həm də qardaş xalqlar arasında epik yaradıcılıq 
mübadiləsinin öyrənilməsinə yardım edir. Şifahi xalq yaradıcılığında söyləyicilik prinsipinə bağlı olaraq bu epik 
əsərin girişi ilk qoldan başlayır. 
Bu  məqalədə  “Koroğlu”  dastanının  hər  iki  versiyasındakı  qollar  haqqında  məlumat  verilir,  dastanın 
tipoloji xüsusiyyətlər, ortaq və fərqli motivlər, epizodlar haqqında söhbət açılır. 
 “Koroğlu” dastanı, türkmən, versiya, variant, Koroğlu, qol 
 
 
 


 
 
 116
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azerbaycan Enerji Politikasının Avrupalılaştırılması Na Yönelik Bir Değerlendirme 
Ülviyye AYDIN 
Manisa Celal Bayar Üniversitesi 
ulaydin91@hotmail.com 
 
Soğuk Savaş sonrası sınırlarını genişleten Avrupa Birliği'nin (AB) enerjide dışa bağımlılığı da önemli 
ölçüde artmıştır. Dünyadaki jeopolitik gelişmelerin yanı sıra, özellikle Baltik ve Doğu Avrupa bölgesindeki yeni 
üyelerin  enerjide  tek  bir  tedarikçiye  bağımlı  olması  noktasından  hareketle  Birlik  farklı  seçenekler  arayışına 
girmiştir. Nitekim Bakü-Tiflis-Ceyhan Petrol Boru Hattı'nın başarıyla tamamlandığı 2006'da AB ile Azerbaycan 
arasında enerji alanında stratejik ortaklığa dair Mutabakat Zaptı imzalanmıştır. Enerji işbirliği aynı yıl imzalanan 
AB-Azerbaycan  Eylem  Planı  çerçevesinde  taraflarca  on  öncelikli  işbirliği  alanlarından  biri  olarak  da 
belirtilmiştir.  Geçen  süre  zarfında  "enerji  arz  güvenliği"  konusunun  Birlik  gündeminde  ilk  sıralarda  yerini 
koruması AB-Azerbaycan ilişkilerinde enerji işbirliğinin önemini arttırmıştır. Güney Kafkasya ve Ortadoğu’da 
meydana gelen jeopolitik gelişmeler, devam eden sıcak çatışmalar, özellikle devlet dışı aktörlerin devreye girmesi 
ile artan terör olayları, son dönemde yaşanan siber saldırılar, ham petrolde %90, doğalgazda %69 gibi yüksek 
bir  oranda  dışa  bağımlı AB için  “enerji  arz  güvenliği” konusunun  ciddiyetini  korumuştur.  Bir diğer taraftan, 
petrol ve doğalgaz Azerbaycan’ın en değerli servetleri olup, ülke milli gelirinin önemli bir kısmını bu kaynakların 
dünya pazarlarında satışından sağlamaktadır. Dolayısıyla, AB için “enerji arz güvenliği” önemli olduğu kadar 
Azerbaycan  için  de  “enerji  talep  güvenliği”  elzemdir.  Bu  bağlamda  karşılıklı  çıkarlara  dayalı  işbirliği 
kapsamında  AB, Azerbaycan enerji kaynaklarının  kullanılması için  kurumsal  yapılar  geliştirilmesine ve enerji 
yönetiminin  Avrupalılaştırılması’na  yönelik  çabalar  ortaya  koymaktadır.  Bu  çalışmada  Azerbaycan  enerji 
politikasının  Avrupalılaştırılması  hususunda  yapılan  girişimler  değerlendirilerek,  gelinen  noktadan  hareketle 
geleceğe yönelik bazı çıkarımlarda bulunmak hedeflenmektedir. 
Anahtar Kelimeler:Avrupa Birliği, Avrupalılaştırma, Azerbaycan, enerji politikası. 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə