Microsoft Word turklib ru doc



Yüklə 1,12 Mb.
səhifə1/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
  1   2   3   4   5   6   7   8   9   ...   46


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



VƏTƏNİM,  ANAM,  DİLİM 

 

 

VƏTƏNİ   SEVMƏYƏN  İNSAN  OLMAZ 

 

ABBAS  SƏHHƏT 

 

VƏTƏN 

 

Könlümün sevgili məhbubu mənim 

Vətənimdir, Vətənimdir, Vətənim. 

Məni xəlq eyləmiş əvvəlcə xuda, 

Sonra vermiş Vətənim nəşvü- nüma.* 

Vətənim verdi mənə nanü- nəmək,** 

Vətəni, məncə, unutmaq nə demək?! 

Anadır hər kişiyə öz Vətəni: 

Bəsləyib sinəsi üstündə onu. 

Südüdür kim, dolanıb qanım olub, 

O mənim sevgili cananım olub, 

Saxlaram gözlərim üstə onu mən, 

Ölərəm, əldən əgər getsə Vətən. 

Vətənin neməti nisyan olmaz, 

Naxələflər ona qurban olmaz. 

Vətən - əcdadımızın mədfənidir.*** 

Vətən - övladmızın məskənidir. 

Vətəni sevməyən insan olmaz, 

Olsa, ol şəxsdə vicdan olmaz. 

 

*Nəşvü- nüma- burada: can vermək 

**Nanü- nəmək- duz- çörək 

***Mədfən - məzar 

 

TOFİQ  FİKRƏT 

 

MİLLƏT  ŞƏRQİSİ 

 

Çeynəndi, yetər, varlığımız cəhl ilə qəhrə! 

Doğrandı mübarək Vətənin bağrı səbəbsiz. 

Birlikdə bu gün bulmalıyıq dərdinə çarə, 

Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz! 

Millət yoludur, haqq yoludur tutduğumuz yol! 

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gəl, qardaşım, anan sana möhtac, ona çatmaq, 

Çatmaq ona, qurtarmaq o bibaxtı - vəzifən. 

Qarşında köksü, bağrı açıq, ölgün yatır, bax, 

Onsuz  yaşamaqdansa bərabər ölüm əhvən! 

Hər an o gözəl sinəyi xəncərləyir əllər, 

İmdadına çatmasaq əgər, məhvi- müqəddər. 

 

Zülmün topu var, gülləsi var, qələsi varsa, 

Haqqın da bükülməz qolu, dönməz üzü vardır. 

Göz yumma günəşdən, nə qədər nuru qaralsa, 

Sönməz əbədi, hər gecənin gündüzü vardır! 

Millət yoludur, haqq yoludur tutduğumuz yol! 

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol! 

 

Vaxtilə baban kimsəyə minnətmi edərdi?! 

Yox! Qalmadı haşa sana zillət pədərindən.* 

Dünyada şərəfdir yaşadan milləti, fərdi, 

Silkin, ətalət tozu uçsun üzərindən. 

İnsanlığı pamal** edən alçaqlığı yıx, əz, 

Vallah, yaşamaq yerdə sürüklənməyə dəyməz! 

 

Haqsızlığın hər üzünü gördük…Bumu qanun? 

Ən qəmli səfalətlərə düşdük…Bumu dövlət? 

Dövlətsə də,  qanunsa da, artıq yetər olsun, 

Artıq yetər olsun bu qədər zülmi -  cəhalət… 

Millət yoludur,  haqq yoludur tutduğumuz yol! 

Ey haqq, yaşa! Ey sevgili  millət, yaşa! Var ol! 

 

*Pədər -ata 

**pamal- məhv, təhqir 

 

 

MƏHƏMMƏDHÜSEYN   ŞƏHRİYAR 

 

AZƏRBAYCAN* 

 

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan, 

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. 

 

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram, 

Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan… 

 

Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə 

Abad olub, azad olub mülki-İran, Azərbaycan! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Bisütuni-inqilabda Şirin- vətən üçün Fərhad 

Külüng vurmuş öz başına, zaman-zaman Azərbaycan! 

 

Vətən eşqi məktəbində can verməyi öyrənmişik, 

Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan! 

 

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını, 

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan! 

 

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin, 

Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?! 

 

İgidlərin İran üçün şəhid olub, əvəzində 

Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan! 

 

Övladların nə vaxtadək tərki-vətən olacaqdır? 

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan! 

 

Bəsdir fəraq odlarından kül ələndi başımıza, 

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! 

 

Şəhriyarın ürəyi  də səninki tək yaralıdır, 

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan! 

 

*Fars dilindən tərcümə Fikrət Sadığındır 

 

 

MƏHMƏT ƏMİN  YURDAQUL 

 

 

YA  QAZİ  OL, YA  ŞƏHİD 

 

Haydı yavrum! Mən səni bu gün üçün doğurdum, 

Xamırını igidlik duyğusuyla yoğurdum; 

Türk övladı odur ki, yurdu olan torpağı 

Ana namusu bilib yad ayağı basdırmaz; 

Bu yabançı bayrağı 

Azan səsi duyulan heç bir yerə asdırmaz. 

Get, övladım, illərcə mən oğulsuz qalaram. 

Bu yaralı bağrıma qara daşlar çalaram! 

Haydı, oğlum, haydı get, 

Ya qazi ol, ya şəhid! 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə