Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə14/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Qəlbimizin hər duyğusu, 

hər vurğusu 

Vətən! - desin. 

Fərqi yoxdur, harda olaq, 

Zamanımız, məkanımız 

Vətən! - desin 

Çox yatdıq, çox mürgülədik, 

Qoca millət! 

Mürgülədik: qoşa-qoşa 

Dağlarımız oğurlandı. 

Çaylarımız, göllərimiz 

oğurlandı. 

Düzlərimiz, çöllərimiz 

oğurlandı. 

Oğurlatdıq! 

İndi saysaq saya sığmaz, 

Daha nələr, nələr oğurlanıb. 

Yer üstündə xəzinələr, 

Yer altında dəfinələr 

oğurlanıb! 

Qoca millət, hər andımız, 

Amanımız, 

Əgər varsa, 

Zərrə qədər imanımız, 

İmanımız Vətən!- desin 

Hər yaxşımız, yamanımız 

Vətən!- desin 

Əli kəsik, dili kəsik 

Uşaqlar var -  hələ dustaq, 

Körpə dustaq Vətən! - deyir. 

Bu nə külək, bu nə bulud, 

Bu nə yağış, bu nə qardı? 

Didərginlər üzərində 

susub durdu, 

Vətən! - dedi, 

Mürgülüsən, qoca millət: 

Daha möhkəm, daha ötkəm 

gəlsin səsin, 

Vətən!- desin 

Qoca millət, Bu gün gərək 

Hər anımız Vətən!- desin. 

 

 

CABİR   NOVRUZ 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

VƏTƏN  ƏBƏDİ  QORUQDUR… 

 

Vətəni sevmək azdır, 

Onu qorumaq gərək. 

Vətənim demək azdır, 

Vətənin olmaq gərək. 

 

Onun adi torpağı, 

Ruhdan, candan irəli… 

O, anandan qabaqdır, 

O, atandan irəli… 

 

Sərhədləri qız təki 

Toxunulmaz, bakirə. 

Hələ övlad deyil ki, 

Hər doğulan sakini… 

 

Övlad gərək vətənə, 

Vətəndir yol, deyirlər… 

Ona qurban gedənə 

Əsl oğul deyirlər… 

 

Sevməyirsə el səni, 

Yox dərdinin çarəsi. 

Onun dili, lisanı, 

Ən basılmaz qalası… 

 

Onun əvəzi olmur, 

O hər kəsdən irəli. 

Gözdən əzizi olmur, 

Vətən gözdən irəli… 

 

Adi quşcuğazın da 

Ola Vətəni gərək. 

Vətəni sevmək azdır, 

O sevə səni gərək… 

 

Nə vaxt viran olur o, 

Zülmət gəzir üzündə: 

Cığırını, yolunu 

Yad çəkmələr əzəndə… 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



O nə zaman bölünər, 

Nə vaxt çıxar əlindən? 

Ləhcəsinə, dilinə 

Yad ləhcələr girəndə… 

 

O keçməz əldən - ələ, 

O əbədi diləkdir. 

Qara tikanı belə 

Yenə Vətən deməkdir… 

 

Fərqi yoxdur azca da; 

Ya kiçik yalı getdi, 

Ya bir quru ağacı, 

Ya bir mahalı getdi… 

 

O daimi namus, ar, 

O əbədi qoruqdur. 

Ürkək quş kimi uçar, 

Onu əldən buraxdın… 

 

Bilir ərlər, ərənlər, 

Vətənə tay olmayır, 

Ömürdən pay verərlər, 

Vətəndən pay olmayır. 

 

 

 

 AZƏRBAYCAN, ÖTƏCƏYƏM  ADINI 

 

 

 

 

 

 

         (ixtisarla) 

 

Azərbaycan,ötəcəyəm adını, 

Nə qədər ki  ilhamım var,sözüm var. 

Çöllərində nəhayətsiz nəciblik, 

Dağlarında bir yenilməz əzm var. 

 

Mənim üçün cahan səndən başlayır, 

Məslək,qeyrət,vicdan səndən başlayır. 

Sevgi,nifrət,güman səndən başlayır, 

Sənin kimi bir ölməyən kəsim var. 

 

Qədim dilin- allahımdır o mənim, 

Bu günümdür,sabahımdır o mənim, 

Həm nəğməm,həm silahımdır o mənim, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Onda saysız cavahir var,qızıl var. 

 

Əsrlərlə yadellilər,oğrular 

Varını ha taladılar,soydular, 

Nə tükəndin,nə əyildin,ey diyar, 

Çünki səndə hər bir dərdə dözüm var. 

 

Mənə oğul deməyinlə ölməzəm, 

Bircə tikə çörəyinlə ölməzəm, 

Bircə solmuş çiçəyinlə ölməzəm, 

Bircə əsim küləyində səsim var. 

 

Nə varının,dövlətinin acıyam, 

Nə adının,şöhrətinin acıyam, 

Nə malının,sərvətinin acıyam, 

Beşcə qarış torpağında gözüm var. 

 

 

 

VƏTƏN 

 

Vətən hər kəsə nəfəsdir, 

O hər uludan uludur. 

Vətənə tərif deməzlər, 

Tərifdən ucada durur o… 

 

Cavanlar sevişər, vurular, 

Düşərlər məhəbbət oduna… 

Vətənçün ömürlər kül olar, 

Yanarlar cövrünə, oduna… 

 

Üstündə gəzməkdən doymazlar, 

Qoynunda yatmaqdan heç zaman… 

Heç nəyi ona tay qoymazlar, 

Onu tək yaradıb Yaradan… 

 

Ananın südüylə süzülər, 

Birbaşa iliyə, qana o… 

Kim qulaq asmasa sözünə, 

Cəhənnəm odunda yanar o… 

 

Kök atıb qəlbinə hər kəsin, 

Bu eşq dərindən dərinə… 

Onun milyardla zərrəsi, 

Ətimdə, qanımda, dərimdə… 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə