Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə2/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   2   3   4   5   6   7   8   9   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Haydı yavrum! Kəndinə, nişanlına vədə et; 

Kotanını, tarlanı, hər şeyini fəda et; 

O silaha sarıl ki, böylə gündə bir erkək 

Bu dualı dəmirdən başqa bir şey işlətməz. 

Bunu tutan bir bilək 

Köləliyin uğursuz zəncirinə uzanmaz. 

Get, övladım, illərcə mən oğulsuz qalaram; 

Bu yaralı bağrıma qara daşlar çalaram! 

Haydı, oğlum, haydı get, 

Ya qazi ol, ya şəhid! 

 

Haydı yavrum! Özünə sən də «İgiddir!» dedirt. 

Sehrli qazilərə  ocağına can gətirt, 

O cəngləri qazan ki, sənin böyük Türk adın 

Yeddi iqlim, dörd cəhət içərisinə ün salsın. 

Beş yüz yaşlı əcdadın 

Qəbirlərdə titrəyən sümükləri öc alsın. 

Get, övladım, illərcə mən oğulsuz qalaram, 

Bu yaralı bağrıma qara daşlar çalaram! 

Haydı, oğlum, haydı get, 

Ya qazi ol, ya şəhid! 

 

Haydı yavrum! Bu gün də dərdli nənən ağlasın, 

Ayrılığın oduyla ürəyini dağlasın, 

O yaşları saçsın ki, sənin aslan köksündə 

Mənim qanlı göz yaşım düşmən üçün kin olsun. 

Qara yerin üzündə 

Ayağını basdığın yerlər leş ilə dolsun. 

Get, övladım, illərcə mən oğulsuz qalaram, 

Bu yaralı bağrıma qara daşlar çalaram! 

Haydı, oğlum, haydı get, 

Ya qazi ol, ya şəhid! 

 

MƏHMƏT AKİF ƏRSOY 

 

İSTİQLAL  MARŞI 

 

Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq, 

Sönmədən yurdumun üstündə yanan ən son ocaq! 

O mənim millətimin ulduzudur, parlayacaq, 

O mənimdir, o mənim millətimindir ancaq. 

 

 

 

 

*** 

Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal, 

Qəhrəman irqimə bir gül… Nə bu şiddət, nə  cəlal?! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sənə olmaz tökülən qanlarımız sonra halal. 

Haqqıdır haqqa tapan* millətimin istiqlal. 

 

 

 

 

*** 

Mən əzəldən bəridir, hür yaşadım, hür yaşaram, 

Hansı çılğın mənə zəncir vuracaqmış?! Çaşaram! 

Kükrəmiş sel kimiyəm; bəndimi çeynər, aşaram, 

Yırtaram dağları, ənginlərə sığmam, daşaram. 

 

*** 

Qərbin afaqını sarmışsa, polad zirhli**  divar, 

Mənim iman dolu köksüm kimi  sərhəddim var. 

Ulasın, qorxma! Necə böylü bir imanı boğar 

«Mədəniyyət» dediyin tək dişi qalmış canavar? 

 

*** 

Arkadaş! Yurduma alçaqları uğratma, sakın, 

Sipər et gövdəni, dursun bu həyasızca axın! 

Doğacaqdır, sənə vəd etdiyi günlər haqqın, 

Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın. 

 

*** 

Basdığın yerləri «torpaq» deyərək keçmə, tanı, 

Düşün altında minlərcə kəfənsiz yatanı. 

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı, 

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni! 

 

*** 

Kim bu cənnət Vətənin uğruna olmaz ki, fəda?! 

Şühəda*** fışqıracaq, torpağı sıxsan şühəda. 

Canı, cananı, bütün varlığı alsın da xuda, 

Etməsin tək vətənimdən məni dünyada cüda.**** 

*** 

Ruhumun səndən, ilahi,  budur ancaq əməli: 

Dəyməsin məbədinin köksünə naməhrəm əli! 

Bu əzanlar ki, şəhadətləri dinin  təməli- 

Əbədi yurdumun üstündə mənim inləməli. 

 

*** 

O zaman vəcd ilə min səcdə edər, varsa daşım, 

Hər bir yaramdan, ilahi, boşalar qanlı yaşım, 

Fışqırar ruhi- mücərrəd kimi yerdən nəşim, 

O zaman yüksələr ərşə dəyər,  bəlkə başım. 

*** 

Dalğalan, sən də şəfəqlər kimi, ey şanlı hilal! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Olsun artıq tökülən qanlarımın hamsı halal! 

Əbədiyyət, sənə yox, irqimə yox, izmi- hilal***** 

Haqqıdır hür yaşamış bayrağımın hürriyyət, 

Haqqıdır haqqa tapan millətimin istiqlal. 

 

*Tapmaq(tapınmaq)- səcdə etmək 

**Zirhli- zirehli 

***Şühəda- şəhid 

**** Cüda- ayrı 

*****İzmi- hilal- məhv olma, itib getmə 

     ARİF  NİHAT ASYA 

 

MARŞ 

 

Göy mavi, başaq sarışın, 

Dadı nə gözəl barışın! 

Qarları ilıq olacaq 

Sabah yuvalarda qışın. 

 

On altı yaş qucağına 

Gedə bilir iyirmi yaşın 

Qanadları üzərində 

Eşqin,  diləyin, alqışın. 

 

Göy mavi, başaq sarışın, 

Dadı nə gözəl  barışın! 

Fəqət sənin o savaşa 

Dəyər, ey yurd, bir qarışın. 

 

 

QALX, İGİDİM 

 

Qalx, igidim, yenə dağ başını duman aldı… 

Parçalandı bir qitənin torpaqları. 

Aslan payını aslan olmayan aldı… 

Qalx, igidim, yenə dağ başını duman aldı… 

 

Həm çinli, həm çinsiz başlar alayı… 

Qanadlı, qanadsız quşlar… 

Atılmamış dağlar, çıxılmamış yoxuşlar… 

Dağları, daşları, axar sularıyla 

Bu canımız torpaqda 

Bir böyük dünya parçası 

Fatehimi aramaqda 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə