Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə3/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   2   3   4   5   6   7   8   9   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Dünyanı axirətdən ayıran 

Divarları yıx da gəl! 

Ay doğar kimi, Gün doğar kimi 

Bu qırmızı üfüqdən çıx da gəl! 

 

Qalx, igidim, yenə dağ başını duman aldı… 

Parçalandı bir qitənin torpaqları. 

Aslan payını aslan olmayan aldı… 

Qalx, igidim, yenə dağ başını duman aldı… 

 

 

 

ƏLİ  BƏY  HÜSEYNZADƏ  (TURAN) 

 

 

Ucundadır dilimin 

Həqiqətin böyüyü. 

Nə qoydular diyəyim, 

Nə kəsdilər dilimi. 

 

Bilirsənmi cühəla* 

Nə etdilər Vətənə? 

Nə qoydular uyuya, 

Nə qoydular oyana. 

 

Durur belə hərəkət, 

Rəvamı bir diriyə? 

Nə getmədi irəli. 

Nə dönmədi geriyə. 

 

Ədu** qırar qapıyı, 

Biz evdə bixəbəriz, 

Nə başqa- başqa deriz, 

Nə ittihad*** edəriz. 

 

Ayıltmadı qələmim 

Şu Türk ilə Əcəmi, 

Nə qoydular yazayım, 

Nə qırdılar qələmi. 

 

*Cühəla- cahillər 

**Ədu- düşmən 

***İttihad- birləşmə 

 

            

 

     NİHAL  ATSIZ 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

QƏHRƏMANLIQ 

 

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, 

Nə də ulduzlar kimi parlayıb sönməməkdir. 

Ölməzliyi düşünmək boşuna bir əməkdir, 

Qəhrəmanlıq, vuruşub, bir daha dönməməkdir! 

 

Sızlasa da könüllər düşənlərin yasından, 

Dabanqırma getməli onların arxsından! 

Qəhrəmanlıq - içərək acı ölüm tasından, 

İrəliyə atılmaq və sonra dönməməkdir! 

 

Yırtıcılar az yaşar… uzun sürməz doğanlıq*… 

Hər işığın ardında  gizlidir bir qaranlıq; 

Adsız-sansız olsa da, ən böyük qəhrəmanlıq: 

Göz qırpmadan vuruşub bir daha dönməməkdir! 

 

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir! 

Nə də günəşlər kimi parlayıb sönməməkdir. 

Bunun üçün ölümə bir atılış gərəkdir, 

Atıldıqdan sonra da bir daha dönməməkdir! 

 

*Doğan- yırtıcı ov quşu 

 

 

    

BU  GÜNÜN  GƏNCLƏRİNƏ 

 

Yer tapmasın könlündə nə ehtiras, nə həvəs, 

Sən bütün varlığınla yurdumuzun malısan! 

Sən bir insan deyilsən: nə sümüksən, nə də ət, 

Tuncdan abidə kimi əbədi qalxmalısan! 

 

İztirab çək, inləmə!.. Səs çıxarmadan aşın! 

Bir damlacıq axsa da, bil acızdir göz yaşın: 

Yarı yolda ölsə də, ən sevimli yoldaşın, 

Təkbaşına diləyə doğru at salmalısan! 

 

Əzilməkdən çəkinmə… Gərilməkdən sakın! 

İradənlə olmalı bütün uzaqlar yaxın. 

 

Doğru-düzgün edərkən qayənə doğru axın, 

Odlara atılmalı, dənizə dalmalısan! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ölümlərdən qorxma, gəl, məyus olmaqdan utan, 

Bir kərə düşün, nədir səni dünyada tutan?! 

Məfkurəsindən başqa hər varlığı unudan 

Əsl qəhrəmanlar  tək əbədi qalmalısan! 

 

 

 

  ƏHMƏD  CAVAD 

 

               BİSMİLLAH 

 

Atıldı dağlardan zəfər topları, 

Yürüdü irəli əsgər, Bismillah! 

O Xan  Sarayında çiçəkli bir qız 

Bəkliyor bizlərdən zəfər, Bismillah! 

 

Ey, döyünən ürək, dumanlı şəhər, 

Bilirmisən bu zor gurultu nədir? 

Aç sisli qoynunu Ordumuz gəlir, 

Nişanlın qoynuna girər, Bismillah! 

 

Ey hərbin taleyi, bizə yol ver, yol! 

Sən ey gözəl dəniz, gəl Türkə ram ol! 

Sən ey sağa - sola  qılınc vuran qol! 

Qollarına qüvvət gələr, Bismillah! 

 

Ey Bakı, sən qorxma gəldik, gələli! 

Səninçin atıldıq daim irəli! 

Sağ qalanlar analara təsəlli! 

Şəhidlərin ruhu gülər, Bismillah! 

 

Ey düşmən, alnının yazısı qara, 

Öldürməz bizləri vurduğun yara, 

Yolladığım qurşun ərməğan sana 

O kirli alnını öpər, Bismillah! 

 

Sən mərd ölüb dursan qarşımda əgər, 

Qudurğan saçmalı növbətin keçər. 

Saxladığın torpaq qanını içər, 

Yurdum olmaz sənə sipər, Bismillah! 

 

Yurdumuzda bizə meydan oxuyan, 

Murdar cəmdəkləri murdar qoxuyan, 

Təkbir səslərini uzaqdan duyan 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə