Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə46/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   38   39   40   41   42   43   44   45   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Zamandan zamana, əsrdən əsrə 

                   vuruşla yol gələn davalı dilim! 

                  Babək qılıncının davamı dilim! 

Kim qoruya bilməyirsə 

öz yurdunu, yuvasını, 

                       udmasın yurd havasını. 

Kim qorumur öz dilini, 

                     itsin mənim gözlərimdən ilim- ilim, 

O sahili bu sahillə birləşdirən 

                          polad  körpüm, qılıncımdır, 

                                   günəşimdir mənim dilim! 

 

 

BƏXTİYAR   VAHABZADƏ 

 

ANA  DİLİ 

 

Dil açanda ilk dəfə « ana » söyləyirik biz, 

« Ana dili » adlanır bizim ilk dərsliyimiz. 

İlk mahnımız laylanı anamız öz südüylə 

İçirir ruhumuza bu dildə gilə - gilə. 

 

Bu dil  bizim ruhumuz, eşqimiz, canımızdır, 

Bu dil  bir- birimizlə əhdi- peymanımızdır. 

Bu dil  tanıtmış bizə bu dünyada hər şeyi, 

Bu dil  əcdadımızın bizə miras verdiyi 

Qiymətli xəzinədir…onu gözlərimiz tək 

Qoruyub, nəsillərə biz də hədiyyə verək. 

 

Bizim uca dağların sonsuz əzəmətindən, 

Yatağına sığmayan çayların hiddətindən, 

Bu torpaqdan, bu yerdən, 

Elin bağrından qopan yanıqlı nəğmələrdən, 

Güllərin rənglərindən, çiçəklərin iyindən, 

Mil düzünün, Muğanın sonsuz genişliyindən, 

Ağsaçlı babaların əqlindən, kamalından, 

Düşmən üstünə cuman o Qıratın nalından 

Qopan səsdən yarandın. 

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. 

 

Ana dilim,  səndədir xalqın əqli, hikməti, 

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. 

Ürəklərə yol açan Füzulinin sənəti, 

Ey dilim, qüdrətinlə dünyalara yol açmış. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Səndə mənim xalqımın qəhrəmanlıqla dolu 

Tarixi varaqlanır, 

Səndə neçə min illik mənim mədəniyyətim, 

Şan- şöhrətim saxlanır. 

Mənim adım- sanımsan, 

Namusum, vicdanımsan! 

 

Bu dil  tanıtmış bizə bu dünyada hər şeyi, 

Bu dil  əcdadımızın bizə qoyub getdiyi 

Ən qiymətli mirasdır, onu gözlərimiz tək 

Qoruyub, nəsillərə biz də hədiyyə verək! 

 

Ey öz doğma dilində danışmağı ar bilən 

fasonlu ədabazlar, 

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 

Bunlar qoy mənim olsun, 

Ancaq Vətən çörəyi, 

Bir də ana ürəyi.* 

Sizlərə qənim olsun. 

 

*Bu misranı S.Vurğun əlavə etmişdir. 

 

 

NƏBİ  XƏZRİ 

 

  ANA  DİLİM 

 

Səni şəfəq bildim bu cahanda mən, 

Bəzən şimşək olub qəzəblə çaxdın. 

İlk dəfə dünyaya göz açanda mən 

Qəlbimə günəşin özüylə axdın. 

 

Ana gözlərindən süzən nur kimi 

Hopdun ürəyimə sən gilə- gilə, 

Hər kəlmən, hər sözün bəzənməyibmi 

Mehriban anamın təbəssümüylə?! 

 

…Ucalır bağçadan bülbülün səsi, 

Çay susur, əsməyir, çəməndə yel də. 

Nə qədər doğmadır onun nəğməsi, 

Bülbül də elə bil ötür bu dildə. 

 

 

BALAŞ AZƏROĞLU 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

 

ANA   DİLİ 

 

Bir gün əsir düşmüş bir qəhrəmanı 

Sorğuya, suala çəkəndə cəllad: 

- Sizin əlinizdə ölmərəm! - Dedi, - 

Məni zaman- zaman yaşadar həyat. 

Dedilər: - Gözünü ovarıq sənin, 

Görə bilməzsən. 

Dedi: - Yaşaram! 

Dedilər: - Qolunu qırarıq sənin, 

Silahın, kəsərin düşər əlindən. 

Dedi: - Yaşaram! 

Dedilər: - Qıçına kündə vurarıq, 

Gəzə bilməzsən. 

Başında elə bir tonqal qalarıq 

Dözə bilməzsən. 

Dedi: - Yaşaram! 

Dedilər: - Nəyin var apararıq biz,  

Bir də keçmişinə dönə bilməzsən. 

Dedi: - Yaşaram! 

Dedilər: - Dilini qopararıq biz, 

Danışa bilməzsən, dinə bilməzsən. 

Susdu qəhrəman, 

Nə yaşaram dedi, nə ölləm dedi. 

Söylədi: - Nə bilsən elə, ey cəllad. 

Divan sənindir, 

Dövran sənindir… 

 

 

MƏMMƏD  ASLAN 

 

 

MƏNİM  DİLİM-  QİBLƏGAHIM 

 

Mənim dilim bütövcə bir şermiş, 

Hər əzası, hər boyası yerində. 

Dalğaları sahilləri döyərmiş, 

Müəmması inci kimi dərində. 

 

Nə olubsa, bütövlüyü pozulub, 

Yavaş- yavaş unudulub nizamı. 

Bal kəlmələr bir-birindən üzülüb, 

Qiymələnib söz qoşanın ilhamı. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Salxım- salxım uyar qalıb hər sözə, 

Hər kəlmənin qədərincə cinası. 

Həm mənası, həm biçimi möcüzə, 

Altdan-üstdən bərbəzəyi, cilası. 

 

Mənim dilim- yırğalanan bir dəniz, 

Qayalardan süzüb gələn çeşmədi. 

Gahdan onu quzu təki görərsiz, 

Gah görərsiz, bulud kimi kişnədi. 

 

Dilimizdə bir bayatı qalıbdı- 

Natəvanın hıçqırığı, gileyi. 

Uluların söz sərvəti qalıbdı, 

Bir bayatım yandırıbdı fələyi. 

 

Mənim dilim- Füzulinin qəzəli, 

Hər misrası tonqal- tonqal püskürtü! 

Mənim dilim yar- yaraqlı, nizəli, 

Əcdadımın pak ruhuna əsgərdi. 

 

Mənim dilim- ildırımdan ovxarlı, 

Misri qılınc kəsərində bir silah! 

Yaranışdan bir məbəddi- vüqarlı, 

Mənim dilim- millətimə qibləgah! 

 

 

       TOFİQ  BAYRAM 

 

ANA  DİLİM 

 

Qalxıb Şahdağına söz istəyirəm, 

Çatsın hay- harayım dinləyənlərə. 

Mən nankor deyirəm, nacins deyirəm 

Öz ana dilini bilməyənlərə! 

 

Bu dil şirinlikdə şərbət kimidir, 

Saflığı qorunan sərhəd kimidir, 

Anamız Vətən də qürbət kimidir 

Öz ana dilini bilməyənlərə! 

 

Döyüşdə bərkiyib el polad olur, 

Zirvəyə uçmağa  dil qanad olur, 

Torpağın sevinci, dərdi yad olur 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Öz ana dilini bilməyənlərə! 

 

 

SABİR   RÜSTƏMXANLI 

 

 

       SAĞ  OL,  ANA  DİLİM! 

 

Yollarım sınandı yad ölkələrdə, 

Neçə yad dodaqda səsləndi adım. 

Sağ ol, ana dilim, məni heç yerdə 

Köməksiz qoymadın, yalqız qoymadın. 

 

Barmağım altında düymə fırlanır, 

Londonla, Parislə yanaşı Bakı… 

Doğma sözlər üçün darıxan hanı? 

Deyin qoy dinləsin: «Danışır Bakı!» 

 

Danışır, açılır ömrün baharı, 

Dünyaya mən onun qoynundan uçdum. 

Mənim ürəyimin antenaları 

Gözəl Azərbaycan dilinə tuşdu. 

 

Döyüşdə qılınc tək sıyrıldı qından, 

Başımın üstündə bayrağım oldu. 

Torpağım ikiyə bölünən zaman 

Bu dil bölünməyən torpağım oldu. 

 

Utansın tarixə dəllallıq edən, 

Tarix qapısına açar sözlər var. 

Pərdəni qaldırsan, beş-on kəlmədən 

Qondarma cildlər tar-mar olar. 

 

Bu dildə sevincim, qəmim, kədərim 

Təzə ümidlərə açılan səhər. 

Bu dilin reaktiv təyyarələri 

Araz sərhəddini qıran kəlmələr. 

İpək nəğmələrim gülləbatmazdı, 

Qolunu qandalla bağlamaq olmaz. 

Bu taydan o taya arxayın keçən, 

O taydan bu taya arxayın keçən 

Dilin sənədini yoxlamaq olmaz, 

Sevginin yolunu saxlamaq olmaz! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sağ ol, ana dilim, ana öyüdüm, 

Füzuli eşqindən divanə dilim. 

Ürəyim başına nəfəs dərmədən 

Fırlanıb kül olan pərvanə dilim. 

 

Hanı Xanım çaylar, hanı bəy göllər, 

Dillərdə cücərən yurdun izidir. 

Yüz yol yaralanmış doğma kəlmələr 

Xalqımın döyüşlər xəritəsidir. 

 

Ala dağ, Qara dağ…di seç, di ayır, 

Dağları basılmaz ordum sanmışam. 

Harda bircə kəlmə sözüm yaşayır, 

Oranı halalca yurdum sanmışam. 

 

Üstünə yüyürdü Quran dilləri, 

Peyğəmbər dilləri, qanun dilləri… 

Qapılar dalında qoydular səni, 

Haqq dedin, dabandan soydular səni, 

Ancaq məhv olmadın, anam, can  dilim, 

Ordular sarsıdan Qəhrəman dilim! 

 

Ömrüm qırılmazdı, yol qırılsa da, 

Səninlə həmişə mən üzüağam. 

Bədənim torpağa tapşırılsa da, 

Ruhumu mən sənə tapşıracağam. 

 

 

ZƏLİMXAN   YAQUB 

 

        DİLİM 

 

Füzuli zirvəli, Vaqif axarlı, 

Mənim Qorqud dilim, Ələsgər dilim! 

Ömrümün naxışı, bəxtimin xalı, 

Dadda, şirinlikdə bal, şəkər dilim! 

 

Gözümün nurusan, başımın tacı, 

Sən yollar süpürən ətək olmadın. 

Heç zaman çəkmədin söz ehtiyacı, 

Heç zaman dinəndə pəltək olmadın. 

 

Dərdli anaların bağrından qopan, 

Neçə yol dağlanıb, əzilən dilim. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ruhuma işləyən, qanıma hopan 

Sazın pərdəsindən süzülən dilim! 

 

Düşmən döndərəndə toyları yasa 

Durub boylanmağın yeri vardımı? 

Sənin qüdrətinə arxalanmasa, 

Xətai qılıncdan yapışardımı?! 

 

Bayatı beşiyi, layla yuvası, 

Mənim tarlı dilim, kamanlı dilim. 

Kiməsə həmişə bahar havası, 

Kiməsə həmişə dumanlı dilim! 

 

« Ənəlhəq » bayraqlı, « heyrət » nidalı, 

Misri qılıncım tək kəsərli dilim! 

Nərəli, ləhcəli, səsli, sədalı, 

Şerli, nəğməli, əsərli dilim! 

 

Buluddan sıyrılıb, Günəşdən çıxıb, 

Göylərin taxtından enib gəlmisən! 

Ölməz dahilərin əlini sıxıb, 

Tanrı qüdrətinə dönüb gəlmisən! 

 

Hər gün çiçək açıb, bar- bəhər verib, 

Dilimdən güc alıb elimin kökü. 

Elimə, günümə gör nələr verib, 

Sözümün şirəsi, dilimin kökü. 

 

Dünyanın qəlbinə yatan dilimin 

Özülü bir ölməz ruhdadı, bəlkə? 

Budağı bu günə çatan dilimin 

Kökü Adəmdədi, Nuhdadı, bəlkə? 

 

Füzuli zirvəli, Vaqif axarlı, 

Mənim Qorqud dilim, Ələsgər dilim! 

Ömrümün naxışı, bəxtımın xalı, 

Dadda, şirinlikdə bal- şəkər dilim! 

 

          SABİR  ARAZLI 

 

 

 

 

 

ANA   DİLİM 

 

Əsrlərin sınağından 

mətin çıxan müqəddəsim, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Məşəqqətli bir talenin 

 

 

           büllurluğu, həyat dərsim- 

 

 

 

 

ana dilim, 

Bütövlüyüm,  

aydınlığım, 

 etiqadım, 

 

Sirrim, sehrim… 

 

    Yığın- yığın,  

 

 

 

 

pərən- pərən, 

 

 

 

 

dağın- dağın, 

 

Hikmət nəhrim - 

 

 

  Ana dilim. 

 

Həsənoğlum, 

 

 

 

 

şah Xətaim, 

 

 

 

         Mirzə Fətəlim - 

 

Ana dilim… 

 

Bizi məslək yaşatsa da, 

 

Zaman- zaman 

 

 

 

 

sözümüzü, 

 

 

 

 

fikrimizi, 

 

 

 

 

nəğməmizi 

 

Biz dördnala çapammadıq. 

 

Zaman- zaman haqsızlığın 

 

 

 

 

 pəncəsindən sapammadıq. 

 

Zaman- zaman 

 

 

 

 

 qovurdular torpağımı, 

 

Qorunu da ələdilər. 

 

Zaman- zaman cahangirlər 

 

Od yurdumu 

 

 

 

     qızıl qana bələdilər, 

 

 

 

Fəqət 

 

Yenə ruhumu şad, 

 

 

 

 

       diri bildim,  

 

Ana dilim. 

 

Mərdliyindən Koroğlumun 

 

Ər qolları çatılsa da, 

 

Şəfa, 

 

 

 

 

      büllur qaynağıma 

 

Yad axarı qatılsa da, 

 

Zaman- zaman  

 

Bu çeşmənin saf suyunu  

 

 

 

 

      dürr bildim. 

 

Ana dilim. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Minilliklər ötüb keçdik, 

 

İzim itməz innən belə. 

 

Hələm-  hələm sönməz oldum, 

 

Fikrim bitməz innən belə. 

 

…Qorqud qopuzlu, 

 

Zərdüşt heyrətli, 

 

Cavanşir qılınclı, 

 

Vətən qeyrətli, 

 

Möhtəşəmim, ucam, ulum - 

 

Ana dilim. 

 

 

 

SƏRVAZ    HÜSEYNOĞLU 

 

 

 

 

      İNANMIR  ANAM 

 

Yaşım otuz beşi, qırxı haqlayıb, 

Yaşımı anama deyə bilmirəm. 

Dünənki uşağam gözündə hələ, 

İnanmır yaşıma niyə, bilmirəm. 

 

Birdən soyuq dəyər, azarlayaram, 

Bütün fəsilləri qış bilir anam. 

Göyə bulud gəldi, hava qaraldı- 

Mənim köynəyimi yaş bilir anam. 

 

Oğul- qız yiyəsi tay- tuşlarımla 

Yaşıd olduğumu görmək istəmir. 

Dünyadan çox görüb- götürübsə də, 

Yaşa dolduğumu görmək istəmir. 

 

Barmaq hesabına vurur illəri, 

Çevirib payız, qış, yaz hesablayır. 

Harda artıq gəlir yaşım, çevirib 

O öz yaşını da az hesablayır. 

 

Yaşım otuz beşi, qırxı haqlayıb, 

Yaşımı anama deyə bilmirəm. 

Dünyada hər şeyə inanan anam, 

İnanmır yaşıma niyə, bilmirəm. 

 

 

 




Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 



 

Turkiston Kutubxonasi 

Turkistan Library 

Туркестанская Библиотека 

 

http://www.turklib.ru



 

http://www.turklib.uz



 

http://www.turklib.com



 

 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə