Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə5/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   2   3   4   5   6   7   8   9   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



                                             SƏHƏND 

 

FƏDAİLƏR  MARŞI 

 

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm, 

Bir azadlıq istəyirəm, bir də azad bir Vətən. 

 

Düşmənlərin gülləsiylə qana batam gərək mən, 

Vətən üstə parələnsin bədənimdə pirəhən,* 

Qoy mən ölüm, zalimlərdən pak olunsun bu Vətən, 

Çox razıyam, cəbhədə mən basdırılım bikəfən, 

Çün azadlıq istəyirəm, bir də azad bir Vətən. 

 

Haqq istərəm, haqq yolunda candan keçmək rəvadır, 

Bu ölümdən geri durmaq məzlumlara cəfadır. 

Səngərlərdə qana batmaq dərdimizə şəfadır, 

Qoy mən ölüm, ibrət alsın, bizdən sonra hər gələn, 

Çün azadlıq istəyirəm, bir də azad bir Vətən. 

 

Qoy səngərlər evim olsun, dağlar başı məskənim, 

Zülm əlindən azad olsun bu müqəddəs Vətənim. 

Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim, 

Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən, 

Çün azadlıq istəyirəm, bir də azad bir Vətən. 

 

 

*Pirəhən- köynək 

 

 

DAVUD 

BİR  ƏSGƏRİN  XİTABI 

 

Bən əsgərə gedirəm, ana, neçün ağlarsan? 

Bir əsgərin ürəyini, ana, neçün dağlarsan? 

Bən yurduma sinirlərdə əldə silah növbətçiyəm, 

Namusuma, millətimə əldə silah gözətçiyəm. 

 

Doğmadınmı sən bizləri bu gün üçün, annəciyim, 

Axıtdığın göz yaşları bilməm neçin, annəciyim, 

Bən əsgərəm, etməliyəm yardım, kömək bu yurduma, 

Siz salamat qalın, annə, bən gedirəm orduma. 

 

 

 

ƏSGƏR  ŞƏRQİSİ 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Əlimizdə can qurtaran tüfənglər, 

Belimizdə dinamitli fişənglər, 

Coşsun yenə əski, polad yürəklər, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

Dalğalanır üç boyalı şu bayraq, 

Hürr yaşayır bərəkətli şu torpaq, 

Sağlam bir imanla silah alaraq, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

Biz saği kən yaşayacaq yurdumuz, 

Böyük bir ad qazanacaq ordumuz, 

Həpimizin fədakarlıq borcumuz, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

Silahlansın coşqun qanlı arslanlar, 

Ortalığa çıxsın yigit oğlanlar, 

Girəməsin yurdumuza düşmənlər, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

Yurdumuza girmək istər düşmənlər, 

Zalım, cani, alçaq bir çox insanlar, 

Müstəbiddir, vəhşidirlər həp onlar, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

Damarında varsa əgər türk qanı, 

Silahınla məhv edərək düşmanı, 

Köksünü gər, saxla Azərbaycanı, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

Biz əsgəriz, həqiqətə qurbanız, 

Biz əsgəriz, zalımlara düşmanız. 

Biz əsgəriz, yurdumuza çobanız, 

Haydı, qardaş, sinirlərə qoşalım! 

 

 

 

ƏLİ    KAMİ 

MARŞ 

 

Anam məni yetişdirdi, bu yerlərə göndərdi, 

Bu sancağı təslim etdi, allaha ismarladı. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



             Boş oturma, çalış, - dedi,- xidmət elə vətənə, 

             Südüm sənə halal olmaz, saldırmazsan düşmənə. 

 

Arş, irəli, marş, irəli, Azərbaycan əsgəri, 

Arş, irəli, marş, irəli, igidlər dönməz geri. 

 

             Sədaqətdir ilk borcumuz bu torpaqda, biləlim, 

             Bu sancağın altında biz döyüşlərə girəlim. 

 

Bu diyarın sancağını atamdan çox sevəlim, 

Hər gördükcə salam verib, ətəyindən öpəlim. 

 

Arş, irəli, marş, irəli, Azərbaycan əsgəri, 

Arş, irəli,  marş, irəli, igidlər dönməz geri. 

 

 

MƏHƏMMƏD  ÜMİD  GƏNCƏLİ 

 

 

AZƏRBAYCAN  VƏTƏN   ŞƏRQİSİ 

 

Azərbaycan torpağıdır türk yurdunun ürəyi, 

Hifz etməli o ölkəni nasıl gözün bəbəyi. 

Tarixə bax, unutma sən ulu baba, dədəyi, 

Qan tökmüşlər bu Vətənçün, həp çəkmişlər əməyi. 

Vətən üçün, millət üçün gənclər getdi əsgərə, 

Könüllü get sən də yazıl o mübarək səfərə. 

 

Qatarı sal, atını min, tüfəngi al əlinə, 

Babalardan irs qalan qılıncı tax belinə, 

Bir yabançı qədəm qoymaq istər isə elinə. 

Bəhri- Xəzər coşub-  daşar, tab gətirməz selinə. 

Vətən üçün, millət üçün gənclər getdi əsgərə, 

Könüllü get sən də yazıl o mübarək səfərə. 

 

Bir hüdudun İsgəndərin səddi - qarlı Dağıstan, 

Hər daşının dalısında yatmış yüzlərlə aslan, 

Bir hüdudun Şiri-  Xurşid-  qədim tarixli İran, 

Bir hüdudun cənnət bağı, o qönçəli Gürcüstan. 

Vətən üçün, millət üçün gənclər getdi əsgərə, 

Könüllü get əsgər yazıl o mübarək səfərə. 

 

Hisar fələk* Gəncə dağı Koroğlunun yatağı, 

Qayasına çıxıb tikmiş tərlan kimi otağı, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə