Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə6/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   2   3   4   5   6   7   8   9   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Şərur, Ordubad, Naxçıvan Azərbaycan budağı, 

Qoyma girsin o mübarək yerə düşmən ayağı. 

Vətən üçün, millət üçün gənclər getdi əsgərə, 

Könüllü get sən də yazıl o mübarək səfərə. 

 

Cənab Allah tapşırmışdır bu yerləri əmanət, 

Vəzifəmiz qoruq çəkmək, saxlamaqdır səlamət, 

Çalışayım, yurdumuza göstərəyim sədaqət, 

Hər müşkülü asan edər çalışmaqla mətanət. 

Vətən üçün, millət üçün gənclər getdi əsgərə, 

Şəhid olsan adın düşər  tarix ilə dəftərə. 

 

*Hisar fələk -  fələyin  hasarı. 1139- cu ildə baş vermiş zəlzələ  

nəticəsində Kəpəz dağının (şerdə Gəncə dağı) ikiyə bölünməsin- 

dən sonra Gəncə şəhərinin hasarla iki yerə ayrılmasına işarədir.  

 

 

     AŞIQ  ŞENLİK 

 

CAN   SAĞ  İKƏN 

YURD  VERMƏRİZ  DÜŞMƏNƏ 

 

Əhli- İslam olan eşitsin, bilsin, 

Can sağ ikən yurd verməriz düşmənə, 

İstərsə Uruset nə ki var gəlsin, 

Can sağ ikən yurd verməriz düşmənə! 

 

Qurşanın qılıncı, geyinin donu, 

Qovğa buludları sardı hər yanı, 

Doğdu qoç igidin şan alma günü, 

Can sağ ikən yurd verməriz düşmənə! 

 

Əsgər olan bölük - bölük bölünür, 

Sandızmı ki, Qars qalası alınır, 

Boz atlar üstündə qılınc çalınır, 

Can sağ ikən yurd verməriz düşmənə! 

 

Dava günü namərd sara yer arar, 

Ər olan köksünü düşmənə gərər, 

Hamı ərvah* biznən meydana girər, 

Can sağ ikən yurd verməriz düşmənə! 

 

Şenlik, nə durursuz, atları minin, 

Sıyra qılınc kafir üstünə dönün. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Artacaqdır şanı odlu yurdumun, 

Can sağ ikən yurd verməriz düşmənə! 

 

*Ərvah-ruhlar 

 

SƏMƏD  VURĞUN 

 

   AZƏRBAYCAN 

 

(ixtisarla) 

 

Çox keçmişəm bu dağlardan, 

Durna gözlü bulaqlardan, 

Eşitmişəm uzaqlardan 

Sakit axan arazları, 

Sınamışam dostu, yarı… 

 

El bilir ki, sən mənimsən, 

Yurdum, yuvam, məskənimsən! 

Anam, doğma Vətənimsən! 

Ayrılarmı könül candan? 

Azərbaycan, Azərbaycan! 

 

Mən bir uşaq, sən bir ana, 

Odur ki, bağlıyam sana: 

Hankı səmtə, hankı yana 

Hey uçsam da, yuvam sənsən, 

Elim, günüm, obam sənsən! 

 

Fəqət səndən gen düşəndə, 

Ayrılıq məndən düşəndə, 

Saçlarıma dən düşəndə 

Boğar aylar, illər məni, 

Qınamasın ellər məni. 

 

Dağlarının başı qardır, 

Ağ örpəyin buludlardır, 

Böyük bir keçmişin vardır; 

Bilinməyir yaşın sənin, 

Nələr çəkmiş başın sənin. 

 

Düşdün uğursuz dillərə, 

Nəs aylara, nəs illərə. 

Nəsillərdən nəsillərə 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Keçən bir şöhrətin vardır, 

Oğlun, qızın bəxtiyardır… 

 

Bir tərəfin bəhri-Xəzər, 

Yaşılbaş sonalar gəzər, 

Xəyalım dolanar, gəzər 

Gah Muğanı, gah Eldarı, 

Mənzil uzaq, ömür yarı! 

 

Sıra dağlar, gen dərələr, 

Ürək açan mənzərələr… 

Ceyran qaçar, cüyür mələr, 

Nə çoxdur, oylağın sənin! 

Aranın, yaylağın sənin. 

 

Bu yerlərdə limon sarı, 

Əyir, salır budaqları; 

Dağlarının dümağ qarı 

Yaranmışdır qarlı qışdan, 

Bir səngərdir yaranışdan. 

 

Lənkəranın gülü rəng-rəng, 

Yurdumuzun qızları tək. 

Dəmlə çayı, tök ver görək, 

Anamın dilbər gəlini! 

Yadlara açma əlini. 

 

Min Qazaxda köhlən ata, 

Yalmanına yata-yata, 

At qan-tərə bata-bata. 

Göy yaylaqlar belinə qalx, 

Kəpəz dağdan Göy gölə bax!.. 

 

Könlüm keçir Qarabağdan, 

Gah bu dağdan, gah o dağdan, 

Axşamüstü qoy uzaqdan 

Havalansın Xanın səsi, 

Qarabağın şikəstəsi. 

 

Gözəl Vətən! Mənan dərin, 

Beşiyisən gözəllərin! 

Aşıq deyər sərin-sərin, 

Sən günəşin qucağısan, 

Şer, sənət ocağısan. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə