Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə8/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Dünyanın çox dağı var- 

Əzəmətli, vüqarlı, 

Yaxını, uzağı var, 

Başı daima qarlı. 

Zirvəsindən bir dəfə 

Xəbər belə verən yox, 

O yerlərə qalxmağa 

Əsla yol göstərən yox. 

Uca deyil gözümdə 

Heç biri Şah dağımdan, 

Öz ana torpağımdan 

Qəşəng diyar bilmirəm, 

Bəlkə də, var, bilmirəm. 

Sənin əzəmətini  

Dünyada tək sanıram. 

Vüqarını dağlardan 

Daha yüksək sanıram. 

Ölməz ad- sanım mənim, 

Azərbaycanım mənim. 

 

Doğma yurdum, de, sənin 

Qucağında nə yoxdur? 

Xəzinənə çatası 

Zəngin xəzinə yoxdur. 

Sənsən bu yer üzünün 

Ən nadir məmləkəti. 

Millətimin şöhrəti, 

Arzum, gümanım mənim, 

Azərbaycanım mənim. 

 

Dünyanın dənizləri 

Ümmanları az deyil, 

O qədər gölləri var, 

Üz qayıqla ilbəil. 

Fəqət deyin hansı göl 

Gözəldir Göy gölüm tək? 

Hansı dənizdir qəşəng 

Mənim Xəzərim kimi? 

Sinəsində od yanıb 

Deyin hansı şəhərin 

Mənim şəhərim kimi. 

Gül açmış qucağında 

Arzum, hissim, niyyətim. 

Get işıqlı günlərə, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Azad cümhuriyyətim, 

Bu günündən sabahın 

Daha da uğurludur. 

Dünya bilir bunu ki, 

Gələcəyin nurludur. 

Mənə səadət dolu 

Qızıl bir cam vermisən, 

Gözəllikdən yazmağa 

Bitməz ilham vermisən. 

Vətən eşqini duyan, 

Sözlərimi oxuyan 

Bilir nədən gözəlsən. 

Məndən ötrü nə üçün 

Hər ölkədən gözəlsən, 

Şöhrətim, şanım mənim, 

Azərbaycanım mənim! 

 

 

ƏLİAĞA   VAHİD 

 

 

VƏTƏNDİR 

 

Könlüm yenə bülbül kimi şeydayi-Vətəndir, 

Məcnun edən aşiqləri Leylayi-Vətəndir. 

 

Yüzlərlə gözəl aşiqi olsam da mən, amma 

Qəlbim yenə də aşiqi, sevdayi-Vətəndir. 

 

Dünyaya gözəllik verən, əlbəttə, günəşdir, 

Ondan da gözəl xəlqə təcəllayi-Vətəndir. 

 

Qoymaz bu müqəddəs yerə biganə toxunsun, 

Hər kəs ki sədaqətlidir əbnayi-Vətəndir.* 

 

Tərifi- behişt eyləməsin xəlqimə hər kəs, 

Cənnət də, behişt də bizə səhrayi-Vətəndir. 

 

Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm, 

Məşuqə mənə eşqi Züleyxayi-Vətəndir. 

 

*Əbnayi- Vətən-Vətən övladı 

 

SÜLEYMAN   RÜSTƏM 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

YAD  GÜL  DƏRƏ  BİLMƏZ 

 

Yad gül dərə bilməz çəmənimdən, 

Heç qüvvə ayırmaz məni bir an 

Öz doğma elimdən, Vətənimdən. 

 

Hər yerdə günəşdir mənə bayraq, 

Baş əymərəm aləm yağı olsa, 

Qan axsa da, sel tək bədənimdən. 

 

Ölsəm, qalacaqdır əməlim sağ 

Düşmən mənə əl vursa, əminəm, 

Atəş açılacaqdır kəfənimdən. 

 

Heç qüvvə ayırmaz məni bir an 

Öz doğma elimdən, Vətənimdən. 

 

 

AZƏRBAYCAN! 

 

Qanımdır, canımdır Azərbaycanım, 

Adımdır, sanımdır Azərbaycanım! 

Uğrunda canından keçənlər olub, 

Əcəl şərbətini içənlər olub, 

Gözəl dünyamızdan köçənlər olub. 

Oğullar itirib Azərbaycanım, 

İgidlər yetirib Azərbaycanım! 

 

Sonsuz məhəbbəti ürəyimdədir, 

Qüvvəti dizimdə, biləyimdədir, 

Torpağının ətri çörəyimdədir, 

Belə bir dünyadır Azərbaycanım, 

Həmişə bahardır Azərbaycanım! 

 

Vicdanı bir ləkə götürməz onun, 

Bağçası bir qanqal bitirməz onun. 

Övladı dostluğu itirməz onun, 

Həyat nəfəslidir Azərbaycanım, 

İnqilab səslidir Azərbaycanım! 

 

Hüsnünü qoruyan gözüm var mənim, 

Dağında, daşında izim var mənim, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Zəfər kitabında sözüm var mənim, 

Bütün varlığımdır Azərbaycanım, 

Bəxtiyarlığımdır Azərbaycanım! 

 

ƏLİ   KƏRİM 

 

AZƏRBAYCAN 

 

Azərbaycan! 

Odlar yurdu!- 

Ürəklərin odundan 

Yaranmış bir diyar. 

Dostuyla 

hər dərdi-məlalı, 

Sevinci bir duyar. 

Azərbaycan- 

Tarixlər şahidi, 

Nizamisi sərhədsiz təfəkkürü, 

Nəsimisi həqiqət şəhidi. 

Füzulisi könlün 

Hər guşəsindən 

xəbər verən, 

eşqin bütün çalarlarını görən 

dünya ürəkli bir sənətkar. 

Nəsrəddini, Cəlili 

çiynində xalq dərdinin 

Kəpəzi, 

Şahdağı. 

Sinəsində çalın-çarpaz 

göz yaşı, 

                    ah dağı. 

Sabiri  gülüşündə hüzn, 

Kədərində hüsn, 

Sükutunda tufan, 

Tufanı ərşə dayaq alovdan 

Yaranan bir insan 

Azərbaycan! 

Şöhrəti sərhədlər aşan, 

özündən böyük 

                   ölkələrlə yarışan, 

dünyaya yaraşan, 

yaraşıb ona gözəllik verən, 

neft diyarı. 

Yanar ən uca zirvələrdə 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə