Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə9/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



şöhrət ulduzları. 

Suları üstündə 

dünyanın 

ən nəhəng gəmisi kimi 

lövbər atmış 

polad küçəli, 

min ayaqlı, 

dalğaların nəğməsi zirvəsində 

qərar tutmuş 

cavan, 

            ləngərli, 

                    qorxmaz, 

                            igid bir şəhər. 

Dalğalar üstünə 

                    mavi nəğmələr 

                                              səpələr. 

Azərbaycan! 

İnsanı 

               təbiət kimi təbii, 

                                         mehriban, 

 

təbiəti hər dildə 

                          danışa bilən insan. 

Yolları insanla, 

                          mənayla dopdolu 

                                               şer misrası. 

Məna ətriylə 

                    doldurar dunyanı 

                                               onun milyon çalarlı 

hər yazı. 

Çaylarında könül oxşayan, 

nəğməli bir haray. 

Qüzeyi-qış, 

                   güneyi-yay- 

Azərbaycan! 

Gecə-gündüz 

ilhama gətirən məni. 

Azərbaycan! 

Könlümün, 

                     ruhumun, 

                                      sevincimin, 

                                                       kədərimin, 

 

 

 

 

 

 

 

 

 

     

 

   fikrimin Vətəni! 

Azərbaycan! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



İnsan zəkasının 

                             işıqlandırdığı, 

                                                  könlündə 

                                                  min çıraq yandırdığı 

bir  diyar. 

Bayramı zəfərlərlə, 

bugünkü parlaq, 

sabahkı daha parlaq 

                                    səhərlərlə dolu; 

Yolu- 

Bəşər fikrinin 

zirvə yolu. 

 

BƏXTİYAR   VAHABZADƏ 

 

 

AZƏRBAYCAN 

 

Azərbaycan, adın oddur, özün - işıq, sözün- işıq. 

Biz də sənin bu müqəddəs torpağından boy atmışıq, 

Sənsən bizim bu dünyada məsləkimiz, amalımız, 

Yolumuza işıq saçsın ulduzumuz, hilalımız. 

 

Nəfəsimiz - ulu Qorqud dədəmizin öz nəfəsi, 

Mahnımızda yaşar bizim babaların addım səsi. 

Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq, 

Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq. 

 

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz. 

Bu məramla boy atmışıq Çənlibellər üstündə biz. 

Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız, 

Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız. 

 

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq, 

Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq. 

Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz, 

Vətən - bizim namusumuz, biz Vətənik, Vətən də biz. 

 

 

AZƏRBAYCAN  OĞLUYAM 

      

(ixtisarla) 

 

Azərbaycan oğluyam, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Odu allah sanmışam. 

Anam torpaq, 

Atam od, 

Mən oddan yaranmışam. 

 

Od kimi istiqanlı, 

Seltək dəliqanlıyam, 

Həyat qədər qədiməm, 

Torpaq qədər şanlıyam. 

 

Od kimi yandıranam. 

Su kimi söndürənəm. 

Məni yandırsalar da, 

Suda batırsalar da, 

Yenə mənəm, 

Mən mənəm! 

 

Köküm üstə bitmişəm, 

Şöhrətim var, 

Şanım var. 

Mənim gələcəklə də 

Öz əhdi - peymanım var. 

 

Azərbaycan oğluyam, 

At belində doğuldum, 

Zamanın qazanında 

Neçə dəfə dağ oldum. 

 

Mənim damarlarımda 

Gur sellər çağlamışdır, 

Anam cəngilər üstə 

Məni qundaqlamışdır. 

 

Azərbaycan oğluyam, 

Min ildir, 

Öz adımın 

Keşiyində durmuşam. 

Silahım olmayanda 

Nifrətimi barıt tək 

Qəlbimə doldurmuşam. 

 

…Azərbaycan oğluyam, 

Yaşım adımdan qədim. 

Heç kəsin toyuğuna 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə