Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə19/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Arzu da beləcə sərhədsiz olur 

Ümman da beləcə, göy də beləcə. 

Ruhumuz sərhədsiz olduğu üçün 

Payımız gəlibdi göydən beləcə. 

 

Belə sonsuzluğun sonsuz qayğısı… 

Bəlkə də, taleyim düz eləməyir. 

Mənə yurdumuzun son sahilinə 

Yetməyə bir ömür bəs eləməyir. 

 

Dünyanın köksündən bir ümman axır, 

Yayılır qolları, dəyişir adı. 

Yolları Şərurda dayanan xalqın 

Qəlbinin paytaxtı Kərbəladadı*. 

Dərbənd qəbristanı özündən böyük, 

Müdrik babamıza dayanacaqdır… 

Bir gün Dədəm Qorqud mənə işimcə 

Təzə ad verməyə oyanacaqdır! 

 

« İrəvan çuxuru » alışır sazda, 

Sinəmə sıxmağa « Göyçə gölüm » var. 

Dağların başında Ələsgər kimi 

Bizdən uzaq düşmüş bir küsülüm var. 

 

Gəzəm oba - oba Qarayazını, 

Süleyman saz çala, ağlayam zar -zar. 

Hərəsi yurdumun bir paytaxtıdı 

Borçalı elində tutqun analar! 

 

Hardan tapacaqsan sərhədlərini, 

Əmrahın sazından keçirsə əgər. 

Dərbənddə Pərvanə adlanan qızın 

Çağlayan gözündən keçirsə əgər. 

Qitələr dolanan didərginlərin 

Yolundan, izindən keçirsə əgər. 

O şəkər dillərin belini qıran 

Şəhriyar sözündən keçirsə əgər. 

Şumerdən adlayan on min il yaşlı 

Ölümsüz bir dilin söz qatlarında 

« Nənə » kəlməsindən keçirsə əgər… 

 

Arzu da beləcə sərhədsiz olur, 

Ümman da beləcə, göy də beləcə. 

Ruhumuz sərhədsiz olduğu üçün 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Payımız gəlibdi göydən beləcə… 

 

*Füzulinin qəbri nəzərdə tutulur 

 

                         SƏYAVUŞ  SƏRXANLI 

 

 

 

VƏTƏN  NƏĞMƏSİ 

 

Keçdim çadır- çadır obalarından, 

Yolundan, düzündən doymaq çətindir. 

Ömrə işıq səpər 

Nə tar, nə kaman, 

Oxut dərələri, 

Daşları dindir! 

 

Yer qədər, göy qədər uludur Vətən, 

Hərdən kainatla o tən görünər. 

Bütün yer üzünü dolaşsam da mən, 

Yenə ürəyimdən Vətən görünər. 

 

Onsuz nəğmələrim düşərdi oda, 

Onsuz daş olardı sinəmdə ürək. 

Onsuz boş qalardı bir yer dünyada 

Döyüşdə vurulan əsgər  yeritək! 

 

Odur işıqladan mənim fikrimi, 

Həyatın dadı var, duzu var onda. 

Odur gecə- gündüz bir tonqal kimi 

Yanıb dörd yanına işıq salan da! 

 

Bizim obaların 

Şeri, bayatısı, toyu- mağarı 

Vətəndir mənə. 

Bizim babaların 

Kövrək xatirəsi, çıraq ağılı 

Vətəndir mənə. 

Qarı nənələrin dolu sinəsi, 

Gecəni gündüzə qatan nağılı 

Vətəndir mənə… 

 

Vətən… Sərhədləri ürəyimdədir, 

Onun yollarıdır mənim qollarım. 

Elləri, kəndləri ürəyimdədir, 

Mənim qollarımdır onun yolları. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Keçsəm neçə eli, neçə ölkəni, 

Dolaşsam dünyanın harasını mən, 

Dalımca boylanan bir ana kimi 

Yollar ayrıcında dayanar Vətən! 

 

 

HAFİZ   BAXIŞ 

 

AZƏRBAYCAN  OĞLUYAM 

 

Uzaq - uzaq ellərdə adım var, ünvanım var, 

Dastanlara sığmayan şöhrətim var, şanım var. 

Qəhrəmanlar içində neçə qəhrəmanım var. 

Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam- 

Azərbaycan oğluyam… 

 

Nizamilər övladı, Nəsimilər nəsliyəm, 

Yurdum Odlar yurdudur, atəş, od nəfəsliyəm. 

Təbiətim belədir toy- bayram həvəsliyəm, 

Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam- 

Azərbaycan oğluyam. 

 

Göy göl dərin düşüncəm, Dəlidağ vüqarımdır, 

Kür, Araz coşqun qanım, Xəzər şah damarımdır. 

Can dərmanı istəsən, istə,  ey dost, varımdır. 

Torpağım bol, suyum bol, aranlıyam, dağlıyam- 

Azərbaycan oğluyam. 

 

Vətən olub əzəldən söhbətim də, sözüm də, 

Vətənlə ucalırıq övladım da, özüm də, 

Qoy dünya başdan - başa cənnət olsun gözümdə. 

Ürəyimlə, qanımla bu torpağa bağlıyam- 

Azərbaycan oğluyam! 

 

 

ÇİNGİZ   ƏLİOĞLU 

 

AND 

 

Yaylıqları bayraq olan Vətənim! 

Anaların pak südünə and olsun! 

Bayraqları torpaq olan Vətənim, 

Torpağının boz külünə and olsun! 

Hər qarış yerinçün candan keçərik, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə