67.408
U 74
“Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının
alınması üzrə metodik vəsait” Azərbaycan Respublikası
Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının
1.2.4-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə bağlı “Məişət
zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq İctimai
Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmışdır.
Vəsaitin hazırlanmasında
"Ümidli Gələcək" Gənclərin İctimai
Birliyinin texniki dəstəyindən istifadə edilmişdir.
Tərtibatçılar:
Ş.İsmayılova
G.Həsənova
S.Babazadə
A.Balayeva
K.Ağayeva
U 74
Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının
alınması üzrə metodik vəsait. Bakı, 2017. – 60 səh. Tiraj 3000.
3
Metodik vəsait təcili yardım həkimləri, ilkin səhiyyə xidmətində
çalışan tibb işçiləri, o cümlədən mama-ginekoloqlar, cərrahlar, təhsil
və hüquq mühafizə müəssisələrində, məhkəmə-tibbi ekspertizası və
həbsxanalarda çalışan tibb işçiləri üçün nəzərdə tutulub.
Hədəf qrupu zorakılığa məruz qalmış uşaq və yeniyetmələr.
Metodik vəsait zorakılıqdan əziyyət çəkən yetkinlik yaşına
çatmamış şəxslərin müəyyən edilməsi, onların hüquqlarının və
mənafelərinin qanunla qorunması məqsədilə müvafiq tədbirlərin
aparılması üçün beynəlxalq standartlara əsaslanan tövsiyələrin
verilməsi məqsədini daşıyır.
İxtisarların siyahısı
BMT
Birləşmiş Millətlər Təşkilatı
CYYİ cinsi yolla yoluxan infeksiyalar
DİN
Daxili İşlər Nazirliyi
PTSP
Posttravmatik Stress Pozuntusu
ÜST Ümumdünya
Səhiyyə Təşkilatı
4
MÜNDƏRİCAT
İxtisarların siyahısı ........................................................................... 3
I
İstifadə olunan terminlər ................................................... 5
II Ümumi
müddəalar ............................................................. 7
III Zorakılığın növləri ............................................................. 9
IV Risk faktorları .................................................................... 14
V Səhiyyə müəssisələrində çalışan əməkdaşların fəaliyyəti.. 16
VI Zorakılığın qurbanı olan uşaqların aşkarlanması............... 17
VII Zorakılığın qurbanı olan uşaqların vəziyyətlərinin
qiymətləndirilməsi ............................................................. 28
VIII Zorakılığa məruz qalmış uşaqlarla aparılan tədbirlər üzrə
tövsiyələr ........................................................................... 32
IX Sənədləşdirmə .................................................................... 39
X Uşağın reabilitasiyası və təhlükəsizliyini təmin etmək
məqsədilə sığınacaqlarda yerləşdirilmə xidmətlərinin
göstərilməsi ....................................................................... 44
XI Uşaqlara qarşı zorakılığın profilaktikası............................ 45
Əlavə 1
Normativ hüquqi sənədlər ................................................. 47
Əlavə 2
Zorakılığa məruz qalmış şəxslərə ixtisaslaşdırılmış tibbi
yardım göstərən dövlət müəssisələri ................................. 50
Əlavə 3
Azərbaycanda yerləşən krizis mərkəzləri .......................... 51
Əlavə 4
Zorakılığın ehtimal edilməsi haqqında yazılı məlumat
blankının nümunəsi ........................................................... 54
Əlavə 5
Pasiyent keçdiyi mərhələlərin alqoritmi ............................ 55
Əlavə 6 Bədən zədələrinin morfoloji xüsusiyyətləri və təsviri
prinsipləri .......................................................................... 56
ƏDƏBİYYAT .................................................................................. 59
5
I. İstifadə olunan terminlər
Zorakılıq anlayışına Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
aşağıdakı kimi tərif verir: zorakılıq - özünə, digər şəxsə, bir qrup
insana, icmaya qarşı yönələn və nəticədə cismani zədələr, ölüm,
psixoloji travma, inkişafın pozulması və ya digər formada zərər
vuran (yaxud böyük ehtimalla güman olunan) həqiqi və ya hədə
şəklində qəsdən edilən fiziki qüvvə və ya səlahiyyətin tətbiq
edilməsidir.
Kobud rəftar anlayışına BMT-nin Uşaq hüquqları haqqında
Konvensiyası aşağıdakı kimi tərif verir: kobud rəftar - fiziki və ya
psixoloji zorakılığın, təhqirin, sui-istifadənin, qayğısızlığın və ya
etinasız münasibətin, istismarın, o cümlədən seksual sui-istifadənin
hər cür formasıdır.
Uşaqlara qarşı zorakılıq - fiziki, psixoloji, iqtisadi, cinsi, sosial
təcavüzün istifadəsi ilə uşağın konstitusiya və azadlıq hüquqlarının
pozulmasıdır.
Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən
zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və
ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın
bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı
özündə cəmləşdirir.
Uşaq dedikdə
18 yaşadək şəxs nəzərdə tutulur.
Qohumlar və yaxın insanlar dedikdə aşağıdakılar nəzərdə
tutulur: valideynlər, qardaş və bacılar, həyat yoldaşı/keçmiş həyat
yoldaşı, övladlar, nəvələr, bir yerdə yaşayan insanlar (nikah və ya
heç bir qohumluq əlaqəsində olmayanlar), nişanlı olanlar, evlənmək
istəyənlər.
Məcburiyyət – fiziki və və/ya psixoloji təsir göstərməklə uşağın
seçim haqqı olduğu halda hər hansı bir fəaliyyətin görülməsi və ya
görülməməsinə məcbur edilməsidir.
Fövqəladə hal – uşağın həyatı və ya sağlamlığı üçün təhlükə
yaradan hal.
Acizlik, əlacsızlıq (əlacsız vəziyyət) – özünə yardım etmək üçün
heç nə edə bilməmək. Bunun səbəbi azyaşlılıq, ahıl yaş, fiziki
qüsurlar, psixi və emosional durumun pozulması, xəstəlik və ya