mümkündür. Xarici ticarət əlaqələri ölkənin beynəlxalq əmək bölgüsündə layiqli
yer tutması və sərfəli (müqayisəli üstünlüklər prinsipi baxımından) proporsiyalarda
ixtisaslaşmasına şərait yaradır; xarici ticarət daxili bazarda real bazar
mexanizminin formalaşması prosesinə müsbət təsir göstərir, öz mahiyyəti etibarı
ilə istehsal amillərinin, o cümlədən kapital ixracının alternativ forması kimi çıxış
edir və xarici ticarət ixrac multiplikatorunu hərəkətə gətirir. Xarici ticarət
ə
laqələrinin inkişafı xarici bazara çıxışa şərait yaradır ki, bunsuz da respublika
iqtisadiyyatının inkişafı sadəcə olaraq, qeyri-mümkündür. Xarici ticarət idxal
asılılığının yüksək səviyyədə olduğu və keçid dövrünün bir sıra spesifik
problemlərinin mövcudluğu şəraitində getdikcə pisləşən həyat şəraitini qismən də
olsa sabit saxlamağa imkan verir.
Qlobal iqtisadi əlaqələrdə «millilik» sərhədlərinin getdikcə daha sürətlə
silinməsi texnologiya, nəqliyyat və rabitə sferalarında baş verən əsaslı keyfiyyət
dəyişiklikləri nəticəsində geniş təkrar istehsal sferasının fazaları arasında sıx
uzlaşma xarici ticarət strategiyasının zəruriliyini müasir getçəkliyin tələbi kimi
ortaya qoyur. Azərbaycan respublikasının potensial imkanları, mövqeyindən
yanaşdıqda, ölkənin xarici ticarət strategiyasının qlobal kontekstdə araşdırılması
real situasiyanın daxili məntiqinə əsaslanır. Bu baxımdan xarici ticarət siyasətinin
iki əsas istiqamətinin – azad ticarət və proteksionizmin başlıca cəhətlərini tədqiq
etməklə keçid iqtisadiyyatı şəraitində onların tətbiqi xüsusiyyətini üzə çıxarmaq
məqsədəuyğun olmuşdur.
Sübut etməyə ehtiyac yoxdur ki, ölkənin xarici ticarət strategiyası
bütövlükdə iqtisadi təhlükəsizlik konsepsiyasının tərkib elementi kimi nəzərdən
keçirilməlidir. Söhbət, hər şeydən əvvəl element-sistem qarşılıqlı münasibətlərində
üzvi birliyə nail olmaqdan, yarana biləcək antoqonist ziddiyyətlərin daha az itgi ilə
aradan qaldırılmasından gedir. Xarici ticarətin strukturunda baş verən ən cüzi
dəyişikliklər belə ölkənin maddi rifahına təsir göstərmək iqtidarındadır. Deməli,
real bazar münasibətlərinin təşəkkülü prosesinə paralel olaraq ümumilli
mənafelərin subyekt tərkibi mövqeyindən, ümumidən xüsusiyə yönələn inkişafın
labüdlüyü heç bir şübhə doğurmur. Belə ki, iqtisadi maraqların ifrat fərdiləşməsi
meylinin getdikcə dərinləşməsi sözsüz ki, ölkənin həm iqtisadi təhlükəsizlik
konsepsiyasında, həm də onun ayrılmaz tərkib hisəsi olan xarici ticarət siyasətində
də adekvat dəyişikliklərə gətirib çıxaracaqdır. Xarici ticarət əlaqələrinin dövlət
müdaxiləsinin sərhədlərini müəyyənləşdirən amillər kompleksi tədqiq edilərək,
xarici ticarət strategiyasının beynəlxalq potensiala uyğunlaşdırılması problemi
araşdırılmışdır.
Tədqiqatların nəticələri belə bir qənaətə gəlmək imkanı verir ki, mövcud
inkişaf modelləri arasında iqtisadi regionalizmin seçilməsi daha məqsədə müvafiq
olardı. Fikrimizcə, ölkənin xarici ticarət strategiyasının əsas istinad bazası regional
iqtisadi inteqrasiya çərçivəsi daxilində yaradılan azad ticarət blokları ola bilərdi.
Ölkənin xarici ticarətin inkişaf dinamikası 2001-2010-ci illəri əhatə etməklə
tədqiq olunmuşdur. Təhlilin nəticələri göstərir ki, sabiq SSR dövründə ölkənin
mal dövriyyəsində müttəfiq respublikaların xüsusi çəkisi 62 % təşkil etmiş və
Azərbaycan hər il orta hesabla 2,3 mlrd dollardan çox aktiv saldoya malik
olmuşdur ki, bu məbləğin də böyük hissəsi ittifaq hökumətinin sərəncamına
keçirilmişdir.
Müstəqillik
illəri
ə
rzində
xarici
ticarət
ə
laqələrinin
istiqamətlərində əhəmiyyətli dəyişikliklər baş vermiş və MDB ölkələrinin xüsusi
çəkisi kəskin şəkildə azalmışdır.
Ümumiyyətlə, ölkənin müstəqillik illəri ərzində xarici ticarət əlaqələrinin
dinamikası bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən situasiyaların təsirinə
məruz qalmışdır. Yaranmış meyl və xüsusiyyətlər, eləcə də ölkənin bazar
iqtisadiyyatına keçid dövründə olması ilə bağlı olan problemlər xarici ticarətin
sahə strukturunun dinamikasına da əhəmiyyətli surətdə təsir göstərmişdir. Təhlilin
nəticələri göstərir ki, iqtisadiyyatın müxtəlf sahələri üzrə kompensasiya
ə
laqələrinin qırılması və bir sıra siyasi xarakterli mənafelərin uyğunlaşdırılmaması
sabiq SSR məkanı timsalında ənənəvi satış bazarının itirilməsi, istehsal edilən
məhsulların keyfiyyət parametrləri baxımından dünya standartlarına cavab
verməməsi, keçid dövrünün spesifik problemlərinin daha da kəskinləşməsi,
müharibə vəziyyəti və s. amillərin təsiri nəticəsində ölkənin xarici mal dövriyyəsi
getdikcə azalmaqda və monostruktur istiqamət daha da dar çərçivədə
formalaşmaqla davam edir.
Xarici ticarət ölkədaxili situasiyaya həm birbaşa, həm də, dolayısı ilə təsir
göstərir. Qeyd etmək lazımdır ki, xarici ticarətin optimallıq kriteriyası xarici
bazarda fəaliyyət göstərən müəssisə ilə məhdudlaşmır.
Onun lokal kriteriyasında istehsal səmərəliliyi də əks olunur. Buna görə də,
xarici ticarətin səmərəlilik kateqoriyasına daha geniş və əhatəli anlayış kimi
yanaşmaq və onun bütövlükdə beynəlxalq əmək bölgüsünün effektivliyi kimi
səciyyələndirmək daha məqsədəuyğun olardı. Təhlil nəticəsində idxal-ixrac
ə
məliyyatlarının iqtisadi səmərəliliyi müəyyənləşdirilmişdir. Bütün bunlarla
yanaşı, qeyd edilməlidir ki, Azərbaycanın müasir reallığı baxımından xarici
ticarətin dinamik səmərəliliyi, ondan ölkə iqtisadiyyatının perspektiv inkişafında
zəruri tələblər səviyyəsində istifadə edilməsi qeyri-mümkündür. Əlbəttə, iqtisadi
hesablamalarda və optimal inkişafa olan inama əsaslanmaqla müəyyən
dəyişikliklərin aparılmasını tövsiyyə etmək olar. Lakin, qeyd etdiyimiz kimi
müasir gerçəklik baxımından bu bir qədər qeyri-real yanaşma təsiri bağışlayır.
Azərbaycan Respublikasının xarici ticarət siyasətinin təkmilləşdirilməsi və
perspektiv inkişaf yolundan maneələrin aradan qaldırılması məqsədi ilə
aşağıdakıların tətbiqi və onlardan istifadə edilməsi məqsədəuyğun olardı:
1. Azərbaycanın geoiqtisadi strategiyasını müəyyənləşdirərkən xarici ticarət
siyasətinin konkret prinsipinə xüsusi diqqət verilməlidir. Keçid dövrü
ə
rzində müqayisəli üstünlüklərdən istifadə real bazarın təşəkkülünə qədər
davam edə bilər. Real bazar şəraitində rəqabət üstünlükləri prinsipinə
istinad edilməli və ölkənin potensial imkanları məhz bu istiqamətdə
qruplaşdırılmalıdır.
2. Xarici ticarət əlaqələrinin təşkili və tənzimlənməsində dövlət müdaxiləsinin
obyektiv və subyektiv sərhədləri müəyyənləşdirilməlidir.
3. Xarici ticarətdə rəqabətətablılığın yüksəldilməsi və dünya bazarında
səmərəli fəaliyyət göstərilməsi məqsədilə:
Dostları ilə paylaş: |