Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
B) Mədənin fundal hissəsinin divertikulu 
C) Qida borusunun epifrenal divertikulu 
D) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu 
E) Udlaq-qida borusu divertikulu 
 
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
45) Epifrenal divertikulun cərrahi müalicəsi zamanı hansı kəsik aparılır? 
 
A) Yuxarı orta laparotomiya 
B) Sol tərəfdən 5-ci qabırğaarası sahədən torakotomiya 
C) Sağ tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya 
D) Sağ tərəfdən 7-ci və 8-ci qabırğaarası sahədən torakotomiya 
E) Sol tərəfdən 9-cu qabırğaarası sahədən torakotomiya 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,36с. 
 
46) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı forma  
müşahidə edilmir? 
 
A) Kardiofundal  
B) Qida borusu  
C) Kardial  
D) Bağırsaq  
E) Subtotal 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
47) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı əlamət 
müşahidə olunmur? 
 
A) Hipoqastral nahiyədə ağrı 
B) Döş sümüyü arxasında ağrı 
C) Qıcqırma 
D) Gəyirmə 
E) Stenokardiya tipli ağrı 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
48) Qida borusunun peptiki strikturası hansı səbəbdən   əmələ gəlir? 
 


 
 
A) Kardiyanın xalaziyası zamanı mədə turşusunun qida borusunun distal hissəsinə 
zədələyici təsiri nəticəsində 
B) Diafraqmanın qida borusu dəliyinin daralması nəticəsində 
C) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi 
nəticəsində 
D) Qida borusunun epifrenal divertikulu nəticəsində 
E) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi 
nəticəsində 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
49) Qida borusunun peptiki strikturası zamanı  aşağıdakılardan hansı müşahidə 
olunmur? 
 
A) Disfagiya 
B) Requrgitasiya 
C) Qıcqırma 
D) Döş sümüyü arxasında ağrı 
E) Qusma 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
50) Qida borusunun peptiki strikturasının müalicəsi nədən başlanmalıdır? 
 
A) Fundoplikasiya olunur 
B) Klapanlı qastroplikasiya  
C) Konservativ müalicə,bujlama və ya pnevmodilatasiya  
D) Ezofaqofundorafiya  
E) Qida borusunun distal hissəsinin  rezeksiyası   
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
51) Qida borusunun peptiki strikturasının cərrahi müalicəsi zamanı seçim 
əməliyyatı hansıdır? 
 
A) Antireflüks əməliyyatı 
B) Ezofaqofundorafiya 
C) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı 
D) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya 
E) Qida borusunun plastikası 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 


 
 
 
52) Qida borusunun distal hissəsinin yanıq strikturasının cərrahi müalicəsi 
zamanı seçim əməliyyatı hansıdır? 
 
A) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı 
B) Ezofaqofundorafiya 
C) Antireflüks əməliyyatı 
D) Qida borusunun plastikası 
E) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
53) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı ən çox hansı 
orqanlar zədələnir? 
 
A) Qida borusu 
B) 12 barmaq bağırsaq 
C) Mədə 
D) Diafraqma 
E) Öd kisəsi 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
54) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı öd daşı xəstəliyi ilə 
yanaşı gedərsə hansı əməliyyat icra olunur? 
 
A) Xolesistektomiya və Dor əməliyyatı 
B) Xolesistektomiya 
C) Fundoplikasiya 
D) Xolesistektomiya və fundoplikasiya 
E) Xolesistektomiya və diafraqma ayaqcıqlarının tikilməsi 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
55) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən effektiv cərrahi 
müalicə üsulu hansıdır? 
 
A) Ezofaqofundorafiya 
B) Qastropeksiya 
C) Fundoplikasiya 
D) Hill əməliyyatı 
E) Diafraqma dəliyinin tikilərək daraldılması 
 


 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
56) Diafraqmanın relaksasiyasının səbəbi ən çox nə olur? 
 
A) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı 
B) Qonşu orqanlarda inkişaf edən bədxassəli törəmələr 
C) Ümumi peritonit 
D) Azan sinirin zədələnməsi 
E) Diafraqmal sinirin zədələnməsi 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
57) Reflüks-ezofagitin ən effektiv cərrahi müalicə üsulu hansıdır? 
 
A) Kötük vaqotomiyası ilə fundoplikasiya 
B) Hill əməliyyatı 
C) Mədə rezeksiyası 
D) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya 
E) Ezofaqofundorafiya 
 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
58) Həqiqi Nissen fundoplikasiyasının çatışmayan cəhəti nədir? 
 
A) Fundoplikasiyanın qısa icra edilməsi 
B) Fundoplikasiyanın mədənin ön divarı hesabına yaradılması 
C) Fundoplikasiyanın mədənin arxa divarı hesabına yaradılması 
D) Fundoplikasiyanın mədənin həm ön,həm də arxa divarı hesabına yaradılması 
E) Mədə divarının qida borusuna tikilməsi 
 
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
 
59) Nissen fundoplikasiyasının Çernousov modifikasiyasından fərqləndirici 
cəhəti nədir? 
 
A) Mədə divarının qida borusuna tikilməsi 
B) Fundoplikasiyanın mədənin ön divarı hesabına yaradılması 
C) Fundoplikasiyanın mədənin həm ön,həm də arxa divarı hesabına yaradılması 
D) Fundoplikasiyanın mədənin arxa divarı hesabına yaradılması 
E) Fundoplikasiyon manjetin zirvəsinin hər iki tərəfdən qida borusuna tikilməsi 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə