Microsoft Word Urbanizasiya və onun yaratdigi ekoloji problemler



Yüklə 109,62 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü109,62 Kb.
#42510


Urbanizasiya və onun 

yaratdığı ekoloji problemlər

 

     Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının 

artması  prosesidir.  Bu  mənada  urbanizasiya  demoqrafik  xüsusiyyətə  malikdir.  Lakin 

urbanizasiya  sadəcə  olaraq  əhali  artımı  prosesi  olmayıb,  eyni  zamanda  cəmiyyətin 

iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, 

geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin 

kəmiyyətcə  artması  və  böyüməsi  nəticəsində,  cəmiyyətdə  sürətli  təşkilatlanma,  əmək 

bölgüsü  və  ixtisaslaşma  yaratmaqla,  insanların  davranış  və  münasibətlərində  şəhərə 

xas  olan  dəyişikliklərə  yol  açan  bir  əhali  artımı  prosesidir.  Planetimizdə  ilk  şəhərlər 

5000  il  bundan  əvvəl  yaranmışdır.  Bu  insanların  ümumi  təlabatını  ödəyə  bilən  insan 

qrupları  idi.  Bu  kompakt  qruplarda  insanlar  birgə  qidalanır,  birgə  qorunur  və 

yaşayırdılar.  Bu  yaşayış  yerləri  adətən  bir-birinə  yaxın  məsafələrdə  yerləşirdi. 

Müəyyən  müddət  keçdikdən  sonra  həyat  şəraiti  dəyişdi,  yaşayış  məskənləri  ərazi  və 

say  baxımından  böyüdü.  Bu  şəhərlər  insanların  müasirləşməsinə  şərait  yaratdı. 

Mədəniyyət, 

hərb, 


din, 

şə

hər 



qanunları 

və 


s. 

formalaşmağa 

başladı. 

     Şəhərlərin 

formalaşma 

prosesini 

şə

rti 


olaraq  3 

dövrə 


ayırmaq 

olar. 


1.  İlk  urbanizasiya  XVI  -XVII  əsrlər.  Bu  dövrdə  yerli  qidalanma,  əl  əməyi,  külək  və 

sudan  alınan  enerji  və  s.  mövcud  idi.  Kifayət  qədər  inkişafın  olmaması  ilk  ekoloji 

problemlərin 

yaranmasına 

gətirib 

çıxarmışdı. 

2.  Urbanizasiyanın  ikinci  mərhələsi  su  və  quru  nəqliyyatın  yaranması,  yolların 

çəkilməsi, 

istilik 

yanacağından 

istifadə 

ilə 


müşahidə 

olunmuşdur. 

3. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır. 

     1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya 

olmuşdur. 

Son  XX-  XXI  əsrlərdə  BMT  –nin  verdiyi  məlumata  görə  6  mlrd.  insan  bir  yerdən 

başqa 

yerə 


köçmüşdür.  

Urbanizasiya latın sözü olub, urbanus- şəhər deməkdir.1) şəhərlərin artım və inkişafı; 

2) şəhər əhalisinin regionlarda, ölkələrdə sayının artması; 3) kənd ərazilərinə xarakter 

olan  xarici  görkəmin  şəhərlərə  tətbiq  olunması;  4)  cəmiyyətin  inkişafı  ilə  əlaqədar 

olaraq 

şə

hərlərin 



genişlənməsi.  

     Urbanizasiya  demoqrafik  xüsusiyyətə  malik  olub,  şəhərlərin  sayının  və  şəhərlərdə 

yaşayan  əhalinin  sayının  artması  prosesidir.  Geniş  mənada  urbanizasiya  sənayeləşmə 

www.behruzmelikov.com




və  iqtisadi  tərəqqiyə  paralel  olaraq,  şəhərlərin  kəmiyyətcə  artması  və  böyüməsi 

nəticəsində,  cəmiyyətdə  sürətli  təşkilatlanma,  əmək  bölgüsü  və  ixtisaslaşma 

yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol 

açan 


bir 

ə

hali 



artımı 

prosesidir.  

     İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  urbanizasiya  fərqli  xüsusiyyətlərə 

malikdir. 

Urbanizasiyanın  intensivliyi  həmin  ölkənin  sənayesinin  inkişaf  səviyyəsindən 

bilavasitə  asılıdır.  Zəif  inkişaf  etmiş  ölkələrdə  urbanizasiya  səviyyəsi  10%,  nisbətən 

inkişaf 

etmiş 


ölkələrdə 

isə 


60-70% 

müşahidə 

olunur. 

Bəzi  proqnozlara  görə  planetin  hamısı  şəhərlərə  axın  edəcək,  lakin  bununla  belə,  bir 

sıra  sıx  əhailsi  olan  şəhərlərdə  artım  elə  intensiv  getmişdir  ki,  şəhər  kənarına  axın 

müşahidə edilməkdədir 

     Sənaye  inqlabından  sonra  dünya  şəhərlərin  istər  iqtisadi,  istərsə  də  siyasi 

strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqlabı, müəyyən 

fasilələrlə  Almaniya,  Fransa,  İsveçrə  və  Belçika  kimi  digər  Avropa  ölkələrinə 

yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada 

artıq şəhər cəmiyyəti formalaşmışdır.  Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji 

mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və 

ə

lverişli  olduğu  yerlərə  axın  etməyə  başladı.  Məhz  sənaye  inqlabından  sonra, 



urbanizasiya  prosesi  başlamış  və  get  gedə  vüsət  almışdır.  Başqa  söz  lə  sənayeləşmə 

urbanizasiyanı 

şə

rtləndirən 



başlıca 

amil 


olmuşdur. 

     Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən 

ölkələr,  bir  sözlə  bütün  cəmiyyətlər  bu  fenomenlə  qarşılaşmışlar.  Müasir  dövrdə 

şə

hərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə müşahidə 



olunmuşdur.  Nataraz  urbanizasiya  bir  mənada  ölkənin  az  inkişaf  etmiş  olmasının 

göstəricisi  olsa  da,  öz  təbii  qanunauyğunluğu  içində  müntəzəm  urbanizasiya  prosesi, 

eyni zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə 

mərhləsində  olan  ölkələrdə  şəhərlər  get-  gedə  daha  çox  əhalini  özünə  cəlb  etməklə, 

milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal etməklə 

ölkənin  dominant  regionu  olmağa  can  atırlar.  Bu  şəhərələrin  idarəsi  xüsusilə 

ə

həmiyyətli, 



lakin 

çox 


çətin 

məsələyə 

çevrilmişdir.  

 

2. 



URBANİZASİYANIN 

YARANMA 


SƏBƏBLƏRİ 

     Urbanizasiya  prosesinin  yaranmasında  iqtisadi,  texnoloji,  siyasi  və  sosioloji 

www.behruzmelikov.com



amillərin  böyük  rolu  vardır.  İqtisadi  amillərdən  birincisi  kəndliləri  yaşadıqları 

kəndlərdən  şəhərlərə  sarı  istiqamətləndirən  miqrasiya  amilidir.  Kənd  təsərrüfatında 

müasir  texnoloji  avadanlıqların  tətbiqi  ilə  ibtidai  üsulların  aradan  çıxması,  bir  sözlə 

kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı 

xeyli  azaltmışdır.  Digər  tərəfdən,  xüsusilə  az  inkişaf  etmiş  ölkələrdə  kənd 

təsərrüfatının  məhsuldarlığı  aşağıdır  və  sahədəki  istehsaldan  əldə  olunan  gəlirin  fərd 

başına  düşən  gəliri  də  azdır.  Torpağın  qeyri-  bərabər  bölünməsi,  iqlim  dəyişikliyi, 

torpaqların 

eroziyası 

da 


bu 

amili 


gücləndirir. 

     Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri isə müsbət miqrasıya 

adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin 

yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə kəndlərdən şəhərə 

axınıdır.  Belə  ki,  sənayeləşən  ölkələrdə  şəhərlərin  iş  imkanları  daha  genişdir. 

İ

qtisadiyyatın inkişafı ilə birlikdə, fərd başına düşən gəlir artdıqca, şəhərlərdə istehsal 



olunan  əmtəə  və  xidmətlərə  tələbat  da,  kənd  təsərrüfatı  mallarına  olan  tələbatı 

üstələyir. 

     Urbanizasiyanın  texnoloji  səbəbləri  bilavasitə  XVII  əsrin  sonunda  buxar  qatarının 

icadı  ilə  bağlıdır.  Buxar  “gücü”  bir  çox  sənaye  sahəsinin  sürətli  inkişafına  təkan 

verməlkə  yanaşı,  bir  çox  insanın  şəhərlərdə  yerləşən  sənaye  obyektlərinin  ətrafında 

məskunlaşması ilə nəticələnmişdir. Buxar “gücünün” əhalini sıxlaşdırıcı təsirinə əlavə 

olaraq,  elektrik  enerjisinin  də  sənayedə  istifadə  edilməyə  başlanması  həm  sənayenin, 

həm  də  əhalinin  müəyyəm  mərkəşlər  ətrafında  toplanmasına  səbəb  olmuşdur.  Quru, 

dəniz  və  hava  nəqliyyatı  vasitələrinin  inkişafı  da  urbanizasiyaya  təkan  verən 

nailiyyətlərdəndir.  əsrimizin  son  nailiyyətlərindən  olan  kommunikasiya  və 

texnologiyalarının 

urbanizasiyaya 

təsirini 

isə 


zaman 

göstərəcək. 

     Müxtəlif səviyyələrdə verilən siyasi qərarlar, idarəetmə quruluşunun xüsusiyyətləri, 

hüquqi  təsislatlar,  beynəlxalq  münasibətlər,  səyahət,  məskunlaşma  və  ticarət 

sərbəstliyini  qadağan  edən  qanunların  ləğvi,  torpaq  üzərində  mülkiyyətlə  əlaqəli 

qanunlar,  sənayeləşməni  dəstəkləyən  sosial  –  iqtisadi  inkişaf  proqramları  və  torpaq 

islahatları 

da 


urbanizasiyanı 

sürətləndirən 

amillərdir. 

     Sosial  –  psixoloji  amillər  isə  kənd  yaşayış  tərzi  və  səviyyəsi  ilə  şəhər  həyatı 

arasındakı  mühüm  fərqlərdir.    Həqiqətən  də,  şəhərin  ictimai  –  sosial  bazası  kəndə 

nəsbətdə  xeyli  yüksəkdir.  İnkişaf  edən  ölkələrdə,  kənd  təsərrüfatı  sahəsində  marjinal 

məhsuldarlığı  azaltmış  artıq  işçi  qüvvəsinin,  kənd  təsərrüfatı  xaricində  yaradılmış  iş 

imkanlarına  yönəldilməsi  bir  qayda  olaraq  iş  gücünün  qüvvəsini  artıra  bilər.  Sürətli 

www.behruzmelikov.com



inkişafın  tələb  etdiyi  investisiyalar  şəhərlərdə  cəmləşdiyi  üçün,  sənaye  və  xidmət 

sektorunun  tələb  etdiyi  inkişaf  mühiti  şəhərdə  olduğu  üçün,  urbanizasiya  prosesi 

ölkənin  tərəqqisinə  də  xidmət  edə  bilər.  Xülasə  etsək,  urbanizasiyanı  şərtləndirən 

mənfi 


amilləri 

belə 


sıralaya 

bilərik: 

ə

hali 



artımının 

təyziqi; 

torpaq 


çatışmazlığı 

və 


torpaq 

bölgüsündə 

ə

dalətsizlik; 



gizli 


işsizlik, 

yetərsiz 

iş 

təminatı; 



aşağı 


məhsuldarlıq; 

kənd 


təsərrüfatında 

makinalaşma; 

bəzi 


mövsümlərdə 

iqtisadi 

fəaliyyətin 

yetərsizliyi; 

təbii 


fəlakətlər; 

kənd 



təsərrüfatı 

icraatları; 

kənd 

təsərrüfatı 



ə

razilərinin 

xüsusiyyətləri; 

iqlim 



şə

raiti 


və 

eroziya; 

Urbanizasiyanı 

doğuran 


müsbət 

amillər 


isə 

bunlardır; 

kənd 


və 

şə

hər 



arasındakı 

gəlir 


müxtəlifliyi; 

daha 



yaxşı 

və 


mütərəqqi 

təhsil 


imkanı; 

şə



hər 

həyatının 

cazibəsi, 

daha 


yüksək 

həyat 


standartı; 

iş 



imkanları, 

nəqliyyat 

imkanları; 

müasir 



səhiyyə 

xidmətləri. 

 

3. 


TARAZ 

VƏ 


NATARAZ 

URBANİZASİYA 

PROSESİ 

     İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  urbanizasiya  fərqli  xüsusiyyətlərə 

malikdir.  Belə  ki,  inkişaf  etrmiş  ölkələrdə  urbanizasiya  prosesi  sənayeləşmə  ilə 

qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş 

ölkələrdə  isə  bunun  əksinə  sənayeləşmədən  daha  sürətli  urbanizasiya  prosesi  sezilir. 

Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə 

cərəyan  edən  urbanizasiya  prosesi  tarazlı,  ikinci  qrupdaki  urbanizasiya  isə  nataraz 

urbanizasiya  adlanır.  Inkişaf  edən  ölkələrin  şəhərləşmə  dinamikasını  inkişaf  etmiş 

ölkələrin  urbanizasiya  prosesindən  ayıran  xüsusiyyətlərdə  biri  də,  XX  əsrin  bir  əhali 

partlayışına  şahidlik  etməsidir.  Bunun  nəticəsində  inkişaf  etməkdə  olan  ölkələrdə 

urbanizasiyanin  sürətlənməsi  demoqrafik  xüsusiyyətə  malik  olmuşdur.  II  Dünya 

müharibəsindən  sonra  tibbdəki  nailiyyətlərin  də  təsiri  ilə,  doğum  nisbəti  xeyli 

artmışdır.  Bu  nisbət  inkişaf  edən  ölkələrdə  daha  yüksək  olmuşdur.  Başqa  tərəfdən 

ölüm  nisbətinin  də  kəndlərə  nisbətdə  şəhərlərdə  daha  aşağı  olması  şəhərlərdə  təbii 

ə

hali  artımının  tempini  yüksəltmişdir.  Tarazlı  və  nataraz  urbanizasiyanı  bir-birindən 



www.behruzmelikov.com


ayıran  mühüm  iqtisadi  amillər  də  var.  Tarazlı  urbanizasiya  prosesindən  keçən 

ölkələrdə  bu  proses  daha  əvvəl  də  vurğulandığı  kimi,  sənayeləşməyə  paralel  olaraq 

kənd təsərrüfatının artıq iş qüvvəsinin şəhər sənayesində işə cəlb olunması nəticəsində 

baş  verir.  Lakin  inkişaf  edən  ölkələrdə  bu  proses  sənayeləşmədən  daha  sürətli 

olmuşdur. 

Urbanizasiyanın xüsusiyyətlərindən biri də, cəmiyyətin ictimai həyatında, onun ictimai 

quruluşunda  dəyişikliklərə  səbəb  olmasıdır.  Şəhərdə  meydana  gələn  yeniliklər  sürətlə 

ə

trafa  yayılır  və  beləliklə  şəhər  yenilik  mərkəzi  halını  alır.  Lakin  eyni  şeyi  inkişaf 



etməkdə  olan  ölkələr  üçün  söyləmək  çətindir.  Bu  ölkələrdə  urbanizasiya  ictimai 

dəyişikliklərə  yol  açan  bir  faktor  deyil.  Burada  böyük və  çox  böyük şəhərlər,  orta  və 

kiçik şəhərlərə nisbətdə daha sürətlə böyüyür və burada regional bərabərsizliklər hökm 

sürür. Şəhərləşmə prosesi bəzi regionlarda çox güclü, bəzilərində isə çox zəyif tempdə 

olur.  Şəhər  infrastrukturun  səviyyəsi  çox  aşağı  olduğundan,  xidmətlər  tam  yerinə 

yetirilə  və  tələbat  tam  ödənə  bilmir.  Xüsusilə,  artan  əhalinin  mənzillə  təmin  edilə 

bilməməsi,  gecəqondulaşma  prosesini  sürətləndirir.  Nəqliyyat  infrastrukturunun 

yetərsizliyi  də  böyük  problem  yaradır.  Bu  ölkələrdə  urbanizasiyanın  sənayeləşmədən 

daha  sürətli  olması  nəticəsində  yaranan  artıq  işçi  qüvvəsinin  işlə  təmin  edilə 

bilməməsi,  onların  marjinal  sektora  yayılmasına  səbəb  olur  ki,  bu  da  iqtisadi  rifaha 

xidmət etmir. Nataraz urbanizasiyanın ortaya çıxardığı iqtisadi problemlər özünü daha 

çox  işsizlik  və  işsizlərin  marjinal  sektorda  cəmləşməsi,  sektorlararası  bərabərsizlik, 

infrastruktur  xidmətlərinin  keyfiyyətsizliyi,  gecəqonduların  sürətli  artımı  şəklində 

büruza  verir.  İctimai  müşküllərə  gəldikdə  isə,  ətraf  mühitin  təhrif  oluması,  fiziki 

plansızlıq  və  plansız  məskunlaşma,  gəlirlərin  ədalətsiz  bölüşdürülməsi,  ictimai 

sinifləşmənin artması, mədəni fərqliləşmə və mədəniyyət boşluğu nümunə verilə bilər.  

     Müasir dövrün ən aktual olan məsələlərindən olan urbanizasiyanın ümumilikdə həm 

müsbət,  həm  də  mənfi  cəhətlərini  sadalamaq  olar.  Şəhərlərin  böyüməsi  nəticəsində 

şə

hər  həyatının  müxtəlif  sahələrində  yaranan  çətinliklərlə  şəhər  həyatının  yaşanmaz 



hala  gəlməsi  insalarda  psixoloji  gərginliyə  səbəb  olur.  Dört  bir  tərəfdən  hündür  və 

nəhəng  binaların  əhatəsində  sıxılaraq  təbiətdən  və  hər  növ  təbii  mühitdən  ayrı  qalan 

insanlar estetik zövqdən, təbiilikdən uzaqlaşır. Tibbi təminatın yetərsizliyi nəticəsində 

xəstəliklərin  artma  ehtimalı  çoxalmaqla  yanaşı  işsizlik  problemi  də  yoxsulluq 

dərəcəsini artıra bilər ki, bu da ölüm nisbətinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə 

mənzil  ehtiyacının  tam  ödənə  bilməməsi  nəticəsində  yaranan  gecəqonduların 

yerləşdiyi  ərazilərdə  torpaq  spekulyasiyası  arta  bilər.  Lakin  planlı  və  nəzarət  altında, 

www.behruzmelikov.com




düzgün  siyasətə  əsaslanacaq  urbanizasiyanın  bir  çox  müsbət  cəhətləri  də  vardır. 

Məsələn  elm  və  texnikanın  səviyyəsi  yüksəlir,  icadların  sayı  artır,  mədəniyyət  və 

incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyatın inkişaf edir, istehsal edilən əmtəə 

və xidmətlərin keyfiyyəti artır, fikir mübadilərərində axıcılıq və canlanma yaranır, fikir 

müxtəlifliyinin inkişafı ilə məhsuldar bir təbəqə yaranır 

           



 URBANİZASİYA 

PROSESİ 


VƏ 

YERLİ 


İ

DARƏETMƏ 

     Çox  təbiidir  ki,  urbanizasiyanın  ortaya  çıxardığı  problemləri  böyük  əksəriyyəti 

idarəetmə orqanlarının xüsusilə də yerli özünü idarəetmənin üzərinə düşür. Şəhərlərdə 

artan  əhalinin  minimal  həyat  standartlarının  təminatı,  başqa  sözlə  yaşayış  yerlərinin 

təşkili,  su,  qaz,  enerji,  nəqliyyat,  kanalizasiya  sistemləri  kimi  kommunal  ehtiyacların 

təmini vəzifəsi bilavasitə yerli idarəetmənin üzərinə düşür. Funksional mənada da yerli 

idarəetmə,  müəyyən  bir  coğrafi  ərazidə  yaşayan  (kənd,  şəhər,  qəsəbə)  əhalinin  özü 

tərəfindən  bu  ərazinin  ümumi  ehtiyaclarını  təmin  etmək  üçün  seçilən,  xalqa  ən  yaxın 

olan 


quruluşlardır. 

     Deməli  şəhərləşmə  prosesi  genişləndikcə,  əhalinin  sayı  artdıqca  onların  ehtiyac 

duyduqları ortaq tələbat da artır, bu da öz növbəsində yerli idarə etmənin üzərinə düşən 

vəzifələrin və məsuliyyətin artmasına gətirib çıxarır. Buradan da göründüyü kimi yerli 

idarəetmə  və  şəhərləşmə  problemləri  bir  çox  yöndən  ortaqdır.  Yerli  idarəetmə  və 

şə

hərləşmə  dünya  gündəmini  uzun  zamandır  işğal  etmişdir.  1970-ci  illərdən  etibarən 



sürətlə  artan  dünya  əhalisinin  məhdud  olan  təbii  sərvətləri  sürətlə  istehlak  etməsi 

nəticəsində  xüsusilə  şəhər  və  kənd  yerlərində,  yaşayışın  keyfiyyətinin  sürətlə  aşağı 

düşməsi  nəticəsini  vermişdir.  Hətta  bu  mövzuda  iş  birliyini  inkişaf  etdirmək  və  təcili 

tədbirlər  planı  hazırlamaq  məqsədilə  BMT  HABİTAT  3-cü  iclasını  dünya  şəhər 

sammiti  adı  altında  1996-cı  ildə  İstanbulda  keçirmişdir.  Bununla  bərabər  BMT 

nəzdində  fəaliyyət  göstərən  Avropa  İqtisadiyyat  Komissiyası  İnsan  Yerləşmələri 

Komitəsinin  son  zamanlardaki  gündəmində  davamlı  və  yaşayışa  əlverişli  şəhərlər 

mövzusu  durur.  Beynəlxalq  təşkilatların  bu  diqqətinə  baxmayaraq  hal-hazırda 

urbanizasiya problemləri artan tempdə davam edir. Dünya miqyasında şəhər əhalisinin 

1/6-i, kənd əhalisinin isə ½-si gecəqondularda yaşayır. BMT`nin məlumatına görə hal 

hazırda dünyada təxminən bir milyard olan və yoxsul təbəqəni təşkil edən gecəqondu 

sakinlərinin sayı lazımi tədbirlər görülməzsə 2030-cu ildə iki milyard ola bilər. Qitələr 

arası  müqayisələrdə  ən  çox  gecəqondu  Asiya  qitəsinin  payına  düşür.  Asiya  ölkələri, 

Latın Amerikası ölkələri və inkişaf etməkdə olan digər ölkələrdə şəhər əhalisinin 60%i 

www.behruzmelikov.com



gecəqondularda  yaşayır.  Bütün  bunların  nəticəsində  yerli  idarəetmə  orqanlarının  işi 

təbii  ki,  mürəkkəbləşir.  Hər  şeydən  əvvəl  şəhərə  cəmləşən  əhalinin  yaşayış  yeri  ilə 

təmin oluna bilməməsi, bu əhalinin alternativ yaşayış məskənləri tapmağa sövq edir ki, 

bunun  da  ən  asan  yolu  gecəqondulardır.  Gecəqondular  şəhərin  baş  inkişaf  planına 

uyğun  olmayan  ərazilərdə,  dövlət  əhəmiyyətli  ərazilərdə,  yüksək  gərginlikli  elektrik 

xəttlərinin  atında,  qaz,  su  və  neft  kəmərlərinin,  su  anbarlarının  yaxınlığında 

yerləşmələri həm şəhərin ümumi görünüşü həm də, əhalinin sağlam mühitdə yaşaması 

baxımından  təhlükəlidir.  Bu  problem  eyni  zamanda  torpaq  spekulasiyasının 

yüksəlməsinə  səbəb  olur.  Buna  görə  də  yerli  idarəetmə  bu  məsələyə  ciddi 

yanaşmalıdır.  

     Yerli idarəetmənin urbanizasiya nəticəsində qarşılaşdığı başqa bir problemdə sosial-

mədəni  problemlərdir.  Belə  ki,  meydana  gələbiləcək  yoxsulluq,  işsizlik,  əhalinin 

şə

hərlə  bütünləşməsini  çətinləşdirməklə  cinayət  işləmə  dərəcəsini  artıra  bilər. 



Urbanizasiya  zonalarında  mərkəzi  idarəetmə  ilə  yerli  idarə  etmənin,  xüsusilə  yerli 

idarəetmə orqanları ilə yerli özünüidarəetmə orqanlarının sıx əməkdaşlığı tələb olunur. 

Çünki  bütün  bu  problemləri  nəzərə  almaqla  bu  orqanlar  şəhərin  gələcəyini 

müəyyənləşdirəcək 

stratejik 

qərarlar 

almalıdırlar. 

Maliyyə 


problemləri 

də 


urbanizasiyanın  sürətlənməsi  ilə  yerli  idarəetmə  üçün  artan  problemdir.  Çünki,  artan 

şə

hər  əhalisinə  daha  çox  xidmət  göstərilməli,  daha  çox  çox  infrastruktur  təmin 



edilməlidir  ki,  bu  da  külli  vəsait  tələb  edir.  Burada  yerli  idarəetmə  bazasında  olan 

ehtiyatlardan 

ə



səmərəli 



və 

israfsız 

istəfadə 

yolları 


araşdırılmalıdır. 

     Müasir  dövrdə  izdihamdan  boğulan  və  natarız  şəkildə  böyüyən  şəhərləri  optimal 

xidmət  səviyyəsinə  çatdırmaq  üçün  yerli  idarəetmə  orqanları  qoruyucu  və 

yaxşılaşdırıcı  tədbirlər  həyata  keçirirlər.  Qoruyucu  tədbirlərdən  məqsəd  şəhərin 

böyüməsinin qarşısını almaq, yaxşılaşdırıcı tədbirlərdən məqsəd isə sıxlığı azaltmaqla 

şə

həri  optimal  ölçüyə  çatdırmaqdır.  Böyümənin  səbəbləri  kəndlilərin  şəhəri  ən 



səmərəli  əmək  bazarı  kimi  görmələridir.  Kəndlilər  daim  şəhərin  üstün  imkanlarından 

faydalanmağa  can  atmışlar  ki  bu  hallar  onları  şəhərə  köçməyə  meyl  etdirir.  Bunun 

mənfi  cəhətlərini  aradan  qaldırmaq  üçün  xüsusilə  bu  tədbirlər  həyata  keçirilir.  

-  daha  əvvəl  şəhərlərin  mərkəzində  inşa  edilmiş  və  yeni  qurulan  sənaye  obyektlərini 

xüsusi 

sənaye 


bölgəsi 

quraraq 


buraya 

köçürmək. 

-  yeni  şəhərlərin  salınması.  Yəni,  böyük  şəhərlərin  əhalisinin  müəyyən  bir  qisminin 

köçürüləcəyi  və  böyük  şəhərlərin  ətrafında  yeni  salınacaq  şəhərlər.  Bunun  ən  bariz 

nümunəsi  olaraq  Fransada  Parisi  əhalinin  sıxlığından  xilas  etmək  üçün  görülən 

www.behruzmelikov.com




tədbirlərlər,  İngiltərədə  bu  istiqamətdə  aparılan  bəzi  işləri  göstərmək  olar.  

     Əhalinin  sıxlığının  azaldılması  tədbirləri  isə  urbanizasiyaya  qarşı  yerli  idarə  etmə 

orqanlarının  apardığı  başqa  bir  siyasətdir.  Şəhəri  “boğulmaqdan”  xilas  etməyin  bir 

yolu  şəhərdə  təmərküzləşmə  meyllərinin  sosial  və  iqtisadi  faktorlarını  öyrənmək  və 

onları aradan qaldırmaqdır. Məsələn, ölkə qanunvericiliyinin yol verdiyi dərəcədə əhali 

məskunlaşan şəhərlərdə, başqa şəhərlərə nisbətən daha ağır məskunlaşma vergisi tətbiq 

oluna bilər, yerli satış vergiləri ağırlaşdırıla bilər. Yeni inşaat üçün icazə verilməməsi, 

sənaye  təsislərinin  şəhər  kənarına  köçürməyi  könüllü  qəbul  edən  sənayedarlara  ucuz 

torpaq verilməsi, aşağı vergi tətbiq edilməsi və aşağı faizli kreditlərin təqdim olunması, 

şə

hər kənarında yeni yaşayış massivlərinin salınması, bu işlə məşğul olan özəl sektora 



vergi  endirimlərinin  tətbiqi,  və  s.görülə  biləcək  tədbirlərdəndir.  Əhalisi  az  olan  kiçik 

yaşayış yerlərinin də, müxtəlif fəaliyyətlərlə canlandıraraq iqtisadi və sosial baxımdan 

inkişaf etdirmək və yaşayış üçün əlverişli mərkəzlərə çevrilməsi də mühüm əhəmiyyət 

kəsb  edir.  Ermənistan  tərəfindən  Azərbaycana  aparılan  təcavüz  siyasəti  minlərlə 

insanın ölümü ilə bərabər, onun xalq təssərüfatına və təbiətinə güclü zərbə vurmuşdur. 

Bu  baxımdan  “ekosid”  anlayışı  -  təbiətin  məhvinə  yönəldilmiş  ekoloji  müharibə 

anlayışı  xüsusilə  diqqəti  cəlb  edir.  Çünkü  Qarabağın  misilsiz  təbiətinə  qarşı  xüsusi 

amansızlıq,  bu  işğalçı  müharibəni,  eyni  zamanda  ekoloji  müharibə  adlandırmağa  tam 

ə

sas  verir.  Bu  barədə  Azərbaycan  Respublikası  ətraf  mühiti  və  təbiəti  mühafizə 



komitəsinin  dünya  birliyi  təşkilatlarına,  qabaqcıl  elm  xadimlərinin,  ziyalıların  dünya 

ictimaiyyətinə müraciəti çox aktualdır. Azərbaycan BMT-nin tamhüquqlu üzvü olduğu 

üçün  onun  təbiətini  dağıdan,  ekoloji  fəlakətə  sürükləyən  bu  müharibəyə  qarşı  dünya 

ölkələri,  beynəlxalq  təşkilatlar  öz  sözünü  deməlidir.  Belə  müharibə  yalnız 

Azərbaycana  qarşı  deyil,  bütün  bəşəriyyətə  qarşı  cinayət  hesab  edilməlidir.  Çünkü 

Azərbaycana  qarşı  aparılan  ekoloji  müharibənin  əks-sədası  dünyanın  istənilən 

nöqtəsində öz acı nəticələrini göstərə bilər. 

Hazırda  Ermənistan-Azərbaycan  müharibəsindən  məğlub  çıxmış  Azərbaycan 

ə

razisinin  20  faizindən  çoxu  (17min  kv.m)  işğal  altında,  bir  milyon  Azərbaycan 



vətəndaşı öz torpaqlarında qaçqın vəziyyətindədir. 

Məlumdur  ki,  qaçqın  və  məcburi  köçkünlərin  məcburiyyət  qarşısında  tərk  etdikləri 

daimi yaşayış yerləri onların formalaşmasında, təşəkkül tapmasında bilavasitə həlledici 

təsirə  malik  olmuşdur.  Bu  təsir  özünü  əmək  alətlərində,  məişət  predmetlərində, 

www.behruzmelikov.com



özünəməxsus  adət  və  ənənələrində  göstərmişdi.  Təbii  mühit  geyimin  və  mənzilin 

xüsusiyyətlərini  müəyyənləşdirmiş,  bu  və  ya  digər  məhsulların  istehsalını 

şə

rtləndirmişdi.  Yaşadıqları  torpaqların  əsasın  daşlıq  zonalarından  ibarət  olması 



onların  əmək  fəaliyyətində  əks  olunmuşdur.  Yaşadıqları  dədə-baba  torpaqlarının 

coğrafi  mühiti  onların  mənəvi  mədəniyyətlərində,  düşüncə  tərzlərində  silinməyən 

dərin,  xarakterik  iz  buraxmış,  müəyyən  vərdiş,  adət  və  ənənələri  qərarlaşdırmışdır. 

Eyni zamanda bu təbii mühit formalaşmış sosial davranış üsullarını inkişaf etdirmişdir. 

Bu  xüsusda  qaçqınların  əsas  məşğuliyyəti  üçün  kənd  təsərrüfatı,  əkinçilik,  maldarlıq 

səciyyəvi olmuşdur. Son dövrlərdə onların həyat tərzi istər forma, istərsə də məzmunca 

dəyişməlidir.  Təbii  mühitə,  torpağa  bağlı  insanlar,  əsasən,  şəhərlərdə,  şəhər  tipli 

qəsəbələrdə yerləşdikləri üçün kənd təsərrüfatından uzaqlaşmışlar. 

Şə

hər  yerlərində  məskunlaşmış  müvəqqəti  məcburi  köçkünlər  yuxarıda  göstərdiyimiz 



çoxlu  sayda  faktorların  təzyiqinə  məruz  qalaraq  sosial-ictimai  həyat  tərzini  dəyişməli 

oldular.  C.Dorstun  sözlərilə  desək:  “İnsan  təbii  kompleksin  ayrılmaz  hissəsi  olmaqla 

mühitə  qarşı  münasibətdə  müəyyən  mənada  rəqib  rolunu  oynasa  da,  o,  mühitin 

tələblərinə  tabe  olaraq  məskunlaşdığı  ərazinin  iqliminə  və  şəraitinə  uyğun  şəkildə  öz 

həyat tərzini dəyişir”. 

Qaçqınların  böyük  hissəsinin  iri  şəhərlərdə  mərkəzləşməsi  ilə  bağlı  urbanizasiya 

problemləri, elmi texniki tərəqqinin doğurduğu sosial-mənəvi nəticələr ictimai həyatın 

bütün  sahələrində  kəskin  şəkildə  özünü  büruzə  verdi.  Bu  proseslə  bağlı  mənzil, 

işsizlik, xidmət, ekologiya və s. sahələrdə həlli çox mürəkkəb problemlər yarandı. Bu 

problemlər isə öz növbəsində əhalinin demoqrafik vəziyyətinin əsas göstəriciləri kimi 

doğum təbii artım səviyyəsinin tədricən aşağı düşməsinə, bir yaşınadək və bir yaşından 

yuxarı uşaqlar arasında ölüm səviyyəsinin artmasına səbəb olmuşdur. 

Ə

halinin  sağlamlığı  sahəsində,  milli  genefondumuz  sahəsində  narahatçılıq  doğuran 



digər səbəb 1990-1996-cı illərdə hər 1000 min nəfərdən diri doğulan uşağa düşən ana 

ölümünün 9 nəfərdən 44 nəfərə və  ya 4,9 faizə qədər artması tendensiyasıdır.  

Demoqrafik  vəziyyətin  inkişaf  meyllərini  səciyyələndirən  ən  mühüm  göstəricilərdən 

digəri  əhalinin  nikah  və  boşanma  səviyyəsindən  asılıdır.  Bu  sahədə  mövcud  olan 

problemlərin,  belə  demək  mümkündürsə,  ən  yenisi  Azərbaycan  mentalitetinə  xas 

www.behruzmelikov.com




olmayan  belə  bir  haldır  ki,  hazırda  25-29  yaşlı  gənclərin  arasında  subayların  sayına 

görə respublikamız MDB ölkələri arasında ilk yerlərdən birini tutur.  

Bütün  bunlar  erməni  təcavüzünün  demoqrafik  duruma  göstərdiyi  acınacaqlı 

nəticələrdir,  hazırda  demoqrafik  vəziyyətin  göstəriciləri  sayıla  bilən  ən  mühüm 

amillərdən biri də əhalinin miqrasiyasıdır. Bu qaçqınlar və kənd əhalisinin miqrasiyası, 

yəni  urbanizasiyanın  ekstensiv  inkişafı  prosesi  hesabına  baş  vermişdir.  Ermənistan 

silahlı  qüvvələrinin  hərbi  təcavüzü  nəticəsində  hər  şeyi  sıfırdan  başlamağa  məcbur 

olan,  psixoloji  sarsıntı  keçirən  insan  axını  miqrasiya  prosesini  tənzimləməyə  imkan 

vermədi.  Nəticədə  bu  prosesin  kortəbii  inkişaf  şəklində  davam  etməsi  təbiətimizi  və 

iqtisadiyyatımızı  acınacaqlı  hala  saldı.  Vəziyyət  elə  bir  dərəcəyə  çatmışdır  ki,  son 

illərdə  miqrasiya  edən  əhalinin  miqdarı,  respublikamızdakı  artımın  miqdarından  çox 

olmuşdur.  Hazırda  respublikanın  sosial-mədəni  fondunun  70  faizinin  və  iqtisadi 

imkanlarının  yarıdan  çoxunun  Abşeron  iqtisadi  rayonunda  yerləşməsi  vəziyyəti  daha 

da  çətinləşdirmişdir.  Bu  prosesə  təsir  edən  başlıca  səbəb  urbanizasiya  səviyyəsinin 

yüksəlməsidir. Məsələn: Bakı, Sumqayıt və Abşeron rayonunda xidmət sahələri bu gün 

təqribən iki milyon adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu regionlarda 

dörd  milyona  yaxın  adam  cəmləşmişdir.  Bu  isə  istər  demoqrafik,  istərsə  də  ekoloji 

cəhətdən  qətiyyən  məqsədə  müvafiq  deyil.  Bu  cür  intensiv  axınlar  həmin  rayonlarda 

onsuz da dözülməz olan ekoloji şəraiti son həddə çatdırmaqla, bu rayonları yeni sosial 

münaqişə  və  partlayışı  mənbəyinə  çevirir.  Bunun  da  əsas  amilləri  çox  yüksək  əhali 

sıxlığı fonunda, əmək ehtiyatlarının və iş yerlərinin qıtlığı, dünya görüşü və psixoloji 

fərqlər  və  s.  problemlərdir.  Bütün  bunlar  insanların  mənəvi-psixoloji  həyatını 

zəhərləyir,  onların  ağır  sosial,  iqtisadi  və  ekoloji  stresslər  şəraitində  yaşamasını 

şə

rtləndirir.  



Məcburi  köçkünlərin  müəyyən  bir  hissəsi  respublikamızın  bəzi  rayonlarında  xarici 

ölkə  və  beynəlxalq  təşkilatların  köməyi  ilə  salınmış  çadır  şəhərciklərində 

məskunlaşmışdılar.  Onlar  Beyləqan,  İmişli,  Biləsuvar,  Bərdə,  Saatlı,  Sabirabad, 

Ağcabədi  rayonlarında  yerləşən  bu  çadır  şəhərciklərində  insanlar  yayın  qızmarında, 

qışın  şaxtasında  normal  insan  həyatından  çox  uzaq  bir  vəziyyətdə  yaşamağa 

məcburdurlar.  Elementar  məişət  şəraitinin  minimum  həddi,  sanitar-gigiyena  şəraiti, 

içməli  suyun  və  ərzağın  aşağı  keyfiyyəti  və  eyni  zamanda  qıtlığı  bəzi  yaşayış 

məskənlərində  nəfəs  yollarının  yoluxucu  xəstəlikləri,  kəskin  bağırsaq  infeksiyaları, 

www.behruzmelikov.com



difteriya,  vəba,  malyariya,  vərəm  və  sair  xəstəliklərin  yayılması  və  daha  da  böyük 

zonaları  əhatə  etməsinə  səbəb  olmuşdur.  Əhali  sıxlığının  artması  ilə  epidemioloji 

nəzarətin  zəifləməsi,  hər  sahədə  olduğu  kimi,  bu  sahədə  də  özünün  gücsüzlüyünü 

göstərmiş oldu.  

Bütün bunlar erməni təcavüzünün cəmiyyətimizə və təbiətimizə vurduğu ağır yaraların 

nəticəsidir.  Erməni  işğalı  bir  milyona  qədər  soydaşımızı  həyatın  dəhşətləri  qarşısında 

gücsüzlüklərini dərk etmələrinə, həyatları boyu qazandıqları hər şeyi bir anın içərisində 

itirib, xilas olmaq üçün dərbədər olmağa vadar etdi. Öz xəstə millətçiliyinin əsiri olan 

Ermənistan  Azərbaycana  olan  torpaq  iddiası  ilə  milyondan  artıq  insanın  həyatını 

cəhənnəmə çevirdi. 

Doğrudur,  həyatın  bu  problemləri  aradan  qaldırmaq  üçün  respublikamızda  Qaçqınlar 

və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bundan başqa, 

BMT-nin  Qaçqınlar  üzrə  Ali  Komissarlığının  respublikamızdakı  nümayəndəliyi  də 

müəyyən  işlər  görür.  Beynəlxalq  təşkilatların  digər  nümayəndələri,  xarici  ölkələrin 

müxtəlif firma və assosiasiyaları, ayrı-ayrı xeyriyyəçilər qaçqın və məcburi köçkünlərə 

müəyyən  humanitar  yardımlar  göstərirlər.  Lakin  problemin  həlli  uzandıqca  bu 

təşkilatlar donorluq  funksiyasını  olduqca  könülsüz  yerinə  yetirirlər.  Nəticədə,  həyatın 

çətinliklərindən  doğan  sadə  bir  məntiq  problemdən  çıxış  yolunu  yalnız  və  yalnız 

torpaqlarımızın geri qaytarılmasında tapır.   

 

 



 

www.behruzmelikov.com



Yüklə 109,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə