Microsoft Word usaq huquqlari konvensiyasi docx



Yüklə 167,84 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü167,84 Kb.
#66868


UŞAQ HÜQUQLARI KONVENSİYASI     

                        

(qısa variant) 

                                                 

 

Maddə 1 


Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır.  

Maddə 2 


Dövlətlər hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara 

hörmət bəsləyir və onları təmin edir, uşağın irqindən, dərisinin rəngindən, 

cinsindən, dilindən, dinindən, istedadından və ya hər hansı başqa hallardan asılı 

olmayaraq.  

Maddə 3 

Uşaq barəsində bütün tədbirlərdə onun maraqları tam həcmdə nəzərə alınmalıdır.   

Maddə 4 

Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri 

görməlidir.   

Maddə 5 


Uşağın inkişaf etməkdə olan öz bacarığına layiqincə tərbiyə edilməsi işində dövlət 

valideynlərin hüquqularına və məsuliyyətinə hörmət bəsləməlidir.  

Maddə 6 

Hər bir uşaq yaşamaq hüququna malikdir. Dövlət uşağın sağ qalmasını və 

inkişafını təmin etməyə borcludur.  

Maddə 7 



Bütün uşaqlar doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, 

mümkün olduğu dərəcədə, öz valideynlərini tapmaq və onlardan qayğı görmək 

hüququna malikdilər.   

Maddə 8 


Dövlət uşağın vətəndaşlıq, ad və ailə əlaqələri hüquqlarına hörmət bəsləməlidir.  

Maddə 9 


Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu, uşağın 

xeyrinə olacaq. Uşaq valideynlərindən biri ilə və ya hər ikisi ilə ayrıldıqda onların 

hər ikisi ilə əlaqə saxlamaq hüququna malikdir.  

Maddə 10 

Ailənin qovuşması və ya uşaqla valideynlər arasında şəxsi münasibətlər saxlanması 

məqsədilə uşaqlar və onların valideynləri hər hansı ölkəni tərk etmək və öz 

ölkəsinə getmək hüququna malikdilər.  

Maddə 11 

Dövlət uşağın oğurlanmasının yaxud xaricdə saxlanmasının qarşısını almaq üçün 

lazımı tədbirlər görməyə borcludur.  

Maddə 12 

Uşaq öz baxışlarını azad ifadə etmək hüququna malikdir, özü də həmin uşaqla 

bağlı hər hansı məsələlərin həlli zamanı bu baxışlara diqqət yetirilməlidir.  

Maddə 13 

Uşaq informasiya almaq, informasiya və ideyalar vermək hüququna malikdir nə 

qədər ki, informasiya uşağın özünə yaxud digər şəxslərin hüquqlarına zəruri 

deyilsə.  

Maddə 14 

Dövlət valideynlər tərəfindən layiqli rəhbərlik şəraitində uşağın əqidə, vicdan və 

din azadlığına digər şəxslərin hüquqlarını pozmayarkən hörmət etməyə borcludur.   

Maddə 15 

Uşaq digər şəxslərlə görüşmək və assosiasiyalara daxil olmaq və ya onları 

yaratmaq hüququna malikdir, nə qədər ki, bu digər şəxslərin hüquqlarına zəruri 

deyil.   




Maddə 16 

Uşaqlar onların şəxsi, ailə və ev həyatına, habelə yazışmasına qarışmaqdan 

müdafiə, böhtan və şərdən müdafiə olunmaq hüququna malikdirlər.   

Maddə 17 

Uşaq kütləvi informasiya vasitələri ilə etibarlı informasiya almaq hüququna 

malikdir. Dövlət uşağın sosial və mədəni inkişafına kömək olan materialların 

yayılmasına rəvac verməli və uşaqların zərərli informasiyadan qorunması üçün 

tədbirlər görməlidir.   

Maddə 18 

Uşağın tərbiyəsi üçün əsas məsuliyyəti valideynlər birgə daşıyırlar. Dövlət isə 

uşaqların tərbiyəsində valideynlərə lazımi kömək etməlidir.  

Maddə19 


Dövlət uşağı valideynlər və ya uşağa qayğı üçün məsuliyyət daşıyan digər şəxslər 

tərəfindən fiziki, yaxud psixolojı zorakılıqdan, təhqirdən və hər hansı formada pis 

rəftardan qorumalı və bu halların qarşısının alınması və zərərçəkənlərin müalicəsi 

üçün sosial proqramlar hazırlamalıdır.  

Maddə 20 

Dövlət ailə şəraitindən məhrum olmuş uşağın müdafiəsini təmin etməyə və ailə 

qayğısına yaxud belə hallarda uşağın layiqli tərbiyə müəssisəsində 

yerləşdirilməsini təmin etməyə borcludur. Bu vəzifələrin yerinə yetirilməsi üçün 

uşağın milli mədəni mənsubiyyəti də nəzərə alınmalıdır.   

Maddə 21 

Uşağı övladlığa götürəndə ilk növbədə onun maraqları nəzərə alınmalıdır. Uşağın 

öz doğma ölkəsində övladlığa götürülməsindən və yaxud digər ölkəyə 

aparılmasından asılı olmayaraq bu qanunlar yerinə yetirilməlidir.  

Maddə 22 

Qaçqın uşaqların hüquqları həmin ölkədə anadan olan uşaqların hüquqlarıyla eyni 

olmalıdır.  

Maddə 23 

Əlil uşaq onun mümkün olduğu dərəcədə müstəqilliyini təmin edən şəraitdə və 

layiqli həyat sürməsinə kömək etmək üçün xüsusi qayğı, təhsil və hazırlıq 

hüququna malikdir.   




Maddə 24 

Dövlət uşağın tibbi yardım hüququnu, qidalı ərzaq və təmiz içməli su verilməsini, 

təmiz ətraf mühitin olmasını təmin etməlidir. İnkişaf etmiş ölkələr zəif-inkişaf 

etmiş ölkələrə bu hüququların təmin edilməsində yardım göstərməlidilər.  

Maddə 25 

Dövlətlər uşağa baxılması, onun müdafiəsi və ya fiziki yaxud psixi müalicəsi 

məqsədilə səlahiyyətli orqanlar tərəfindən qəyyumluğa verilmiş uşağın keçdiyi 

müalicənin və onun haqqında belə qəyyumluqla bağlı bütün digər şəraitin vaxtaşırı 

qiymətləndirilməsi barədə uşağın hüququnu təsdiq edirlər.  

Maddə 26 

Uşağın imkanları və onun saxlanması üçün məsuliyyət daşıyan şəxslərin imkanları 

olmadıqda dövlət onları maddi yardımla təmin etməlidir.  

Maddə 27 

Hər bir uşaq özünün fiziki, əqli və mənəvi inkişafı üçün lazımi həyat səviyyəsi 

hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas 

məsuliyyəti valideynlər daşıyırlar. Valideynlərin bu məsuliyyəti daşımaqda imkanı 

olmasa dövlət onlara maddi yardım göstərməlidir.  

Maddə 28 

Uşaq təhsil almaq hüququna malikdir. Məktəb intizamına uşağın hüquqlarının 

nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə riayət olunmalıdır. 

İbtidai təhsil sistemi pulsuz olmalıdır. İnkişaf etmiş ölkələr zəif-inkişaf etmiş 

ölkələrə bu hüquqların təmin edilməsində yardım göstərməlidilər.  

Maddə 29 

Təhsil şəxsiyyətin, əqli və fiziki qabiliyyətin mümkün dərəcədə inkişaf 

etdirilməsinə yönəldilməlidir. Təhsil uşağı valideynlərinə, öz və başqalarının 

mədəni ənənələrinə və dəyərlərinə hörmət tərbiyə etməlidir.  

Maddə 30 

Azlıqlara və yerli əhaliyə mənsub olan uşaqlar öz mədəniyyətindən, ana dilindən 

istifadə etmək hüququna malikdirlər.  

Maddə 31 

Uşaq istirahət etməyə, mədəni və yaradıcılıq həyatda iştirak etmək hüququna 

malikdir.   




Maddə 32 

Uşağa onun sağlamlığı, təhsili və ya inkişafı üçün təhlükə törədən iş tapşırıldıqda 

o, müdafiə hüququna malikdir.  

Maddə 33 

Dövlət uşağın narkotik maddələrin istifadəsindən müdafiə etmək üçün bir sıra 

tədbirlər görməlidir.  

Maddə 34 

Dövlət uşağı seksual istismardan və pis yola düşməkdən qorumalıdır.  

Maddə 35 

Dövlətin vəzifəsi uşaqların oğurlanması, onlarla alver edilməsi hallarının qarşısını 

almaqdır.  

Maddə 36 

Uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna 

malikdirlər.  

Maddə 37 

Qanunu pozmuş uşaqlarla kobud rəftar etmək olmaz. Onlara həbsxana şəraitində 

yetkinlik yaşına çatmış şəxslərlə bir yerdə saxlamaq qadağandır. Uşaqlar ailəsi ilə 

əlaqə saxlamaq hüququna malikdirlər.  

Maddə 38 

15 yaşına çatmamış uşaqlar silahlı qüvvələrin hərbi xidmətinə çağrılmamalıdır. 

Dövlətlər hərbi zonalarda yerləşən uşaqların müdafiəsini təmin etməlidirlər.  

Maddə 39 

Dövlət pis rəftardan və ya istismardan zərər çəkmiş uşağın sağlamlığını qorumaq 

üçün lazımi müalicə təmin etməyə borcludur.  

Maddə 40 

Qanunu pozmuş olan uşaq elə rəftar hüququna malikdir ki, bu rəftar uşaqda ləyaqət 

və mənlik hissinin inkişafına kömək etsin. Uşaq müdafiə zamanı əsas təminatlar, 

habelə hüquqi və digər yardım hüququna malikdir.   

Maddə 41 



Dövlət qanunlarında uşağın hüquqları ilə bağlı normalar bu Konvensiyada 

müəyyən edilmiş normalardan yüksək olduqda ən yüksək normalar tətbiq edilir.   

Maddə 42 

Dövlətlər bu Konvensiyanın prinsipləri və müddəalarından valideynlərə və 



uşaqlara geniş məlumat verməyi öhdələrinə götürürlər.   

Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdi. 43-54-cü maddələrdə 

dövlətlərin və yetkinlik yaşına çatmış şəxslərin birlikdə uşaqların bütün 

hüquqlarının həyata keçməsində işləməyi haqqında danışılır.   

 

Yüklə 167,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə