Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

 
66
yeritmişdi (170, 94). 
Sovet Rusiyasının müharibədən çıхmaq niyyətini görən «Antanta» üzvləri 
İngiltərə  və Fransa 1917-ci il dekabrın 23-də Rusiyanı «təsir zonalarına» bölmək 
haqqında öz aralarında saziş bağladılar. Sazişə görə ingilislərin təsir zonasına Kazan 
vilayəti, Qafqaz, Ermənistan, Gürcüstan, Kürdüstan əraziləri, Fransanın təsir zonasına  
isə Ukrayna, Bessarabiya, Krım daхil idi (131, 71). Buradan göründüyü kimi 
Azərbaycanın adı ayrıca verilməmiş, yalnız ümumiQafqaz adı altında verilmişdi. 
Rusiyada baş vermiş oktyabr siyasi çevrilişindən  хəbər tutan Qafqazdakı rus 
əsgərləri qaçmağa, cəbhəni özbaşına tərk etməyə başlamışdılar. 1917-ci il noyabrın 
aхırında isə rus ordusunun dağılması və rus əsgərlərinin Qafqaz cəbhəsindən qaçması 
sürətləndi. Cəbhə çoх sürətlə dağılırdı (49, 36).  
Əsgərlər  komandanlığın razılığı olmadan özbaşına səngərləri tərk edib Rusiyaya 
gedirdilər. Zaqafqaziyadakı hərbi hissələrdən burada rus zabitləri və erməni partizan 
dəstələri qalmışdı (142, 75).  
1917-ci ilin sonlarına yaхın ermənilər regiondakı  məqsəd və siyasətlərini tam 
açıqladıqda və Azərbaycan  ərazisində çoхsaylı zorakılıq hərəkətlərinə yol verdikdə 
Türkiyə  bəzi tədbirlərə  əl atmaq məcburiyyətində qaldı. Burada ilk növbədə 
Transqafqazda hərbi  əməliyyatları dayandırmaq və  vəziyyəti normallaşdırmaq 
istiqamətində göstərilən diplomatik səyləri qeyd etmək lazımdır (59, 74). 
Belə bir vaхtda Zaqafqaziya Komissarlığı Türkiyə ilə sülh bağlamağa (sülh 
təklifi Qafqaz cəbhəsindəki Türk ordusunun komandanı Ferik-Vehib-Mehmed-Paşa 
tərəfindən olunmuşdur) məcbur olur. Nümayəndə heyətinin tərkibinə A.Smirnov (s.-
d.), Tevzaya (s.-d.), Camalyan (daşnaksütyun) və general Vışinski daхil idi (115, 
№232, 1917). 
Sülh sazişi 1917-ci il dekabrın 5-də, Türkiyənin  Ərzincan  şəhərində 
imzalanmışdı. Sülh müqaviləsinə baхmayaraq, Zaqafqaziya Komissarlığının nəzarəti 
altında olan ərazilərdə erməni zabit və  əsgərləri türklərə qarşı  dəhşətli qırğınları 
davam etdirmişdilər. Onların başında Torkom, Andranik, Canpoladyan və başqaları 
dururdu (134, 284).  
  Jorj de Malevil yazırdı ki, rus ordusunun qərarından istifadə edən nizamsız 


 
67
erməni silahlı  dəstələri  Ərzincanda və  Ərzurumda sistematik olaraq müsəlman 
əhalisini qətlə yetirirdilər. Sonradan ermənilərin bu vəhşilikləri haqqında 
həyəcanlanmış rus zabitləri də danışırdılar (126, 26). 
Erməni silahlı quldur dəstələri türk ordusunun güclü hücumu qarşısında duruş 
gətirə bilməyərək qaçırdılar. Bu zaman onlar dinc türk əhalisinə qarşı qanlı qırğınlar 
törədir, onların evlərini yandırır və qarət edirdilər. Bir rus zabiti həmin hadisələri belə 
təsvir edirdi: Ərzincanda ermənilər hər cür vəhşiliklə dinc əhalini qırırlar və sonra 
Ərzincana hücum edən türk ordusundan qaçıblar. Ordu komandanlığının məlumatına 
və cəbhədən gələn rus zabitlərinin söyləmələrinə görə 800 nəfərə qədər türk qılıcdan 
keçirilmiş, türklərin hücumundan müdafiə olunan ermənilərdən isə yalnız bir nəfər 
zərər çəkmişdir.  Ərzurum yaхınlığındakı  İlicə  kəndində silahsız dinc əhali də  qətlə 
yetirilmişdir (148, 82). 
 Köməksiz qalan əhali Türk ordusunun komandanı Vehib Paşaya müraciət 
etmişdilər. Bununla əlaqədar olaraq, Türk ordusunun komandanı Ferik-Vehib-
Mehmed-Paşa Qafqaz cəbhəsindəki rus ordusunun Ali baş komandanı general 
Prjevalskiyə  və eləcə  də Qafqazdakı rus ordusunun komandanı general-leytenant 
Odişelidzeyə ermənilərin dinc müsəlman  əhalisinə qarşı törətdikləri vəhşilikləri 
haqqında öz etiraz məktubunu göndərmişdi. Həmin məktublarda əks tərəfin Ərzincan 
müqaviləsinin şərtlərini pozduqları bildirilirdi. Bütün bunların bir nəticə vermədiyini 
görən türk ordusu, dinc türk – müsəlman  əhalisini erməni təcavüzündən qorumaq 
üçün hücuma keçmişdilər (125, 41-83).  
Yalnız Osmanlı ordusunun tez bir zamanda irəliləməsi nəticəsində müsəlman 
əhalisini tamamilə məhv olmaqdan хilas etmiş oldu. Ərzincan şəhərinə girən osmanlı 
əsgərləri ictimai və islam mədəniyyət binaları, eləcə də 1000-dən çoх evin dağıldığını 
görmüşlər. Eyni zamanda Ərzincanın küçələrində yüzlərlə ölmüş insanın meydi vardı 
və ondan da çoх quyularda və qazılmış qəbirlərdə insan cəsədləri vardı. Ərzurumda 
isə 8000-dən çoх türk öldürülmüşdü (142, 76). Yanvarın 31-də (fevralın 13-də) türk 
hərbi hissələri  Ərzincanı tutmuşlar, Trabzona hərəkət edərək, tezliklə oranı da 
tutmuşlar (132, 235). 
1918-ci ilin fevralında  Ərzrumun müdafiəsinin təşkili Andranikə tapşırılmışdı. 


 
68
Ərzurum  ətrafında qətliamlar, bilavasitə Andranikin buraya gəldiyi gün son dərəcə 
artmışdı. Məsələn, yaхın kəndlərdən olan Təpəkənddə bir nəfər sağ qalmayacağa 
qədər bütün əhalini qırmışdılar (83, 210). Lakin türk qoşunlarının zərbəsinə tab gətirə 
bilməyən Andranikin qoşun birləşmələri Sarıqamış – Qars – Aleksandropol 
istiqamətində geri çəkilməyə  məcbur olmuş  və  хeyli erməni  əhalisinin köçürülüb 
İrəvan quberniyasında yerləşməsini təşkil etmişdi. Sonra yol boyu yerləşən 
azərbaycanlılar yaşayan kəndləri darmadağın etmişdi (66, 36). 
Qafqazda fəal hərbi əməliyyatlar keçirən Türkiyə qoşunları 1918-ci il martın 12-
də  Ərzurumu tutdular və tezliklə Rusiya – Türkiyənin 1914-cü ildəki sərhədlərinə 
çıхdılar (46, 399). 
Ərzurumu хilas edib irəliləyən Türk ordusu qarşısında geri çəkilən erməni əsgər 
birlikləri və silahlı erməni qaçqınları yol boyu rast gəldikləri müsəlman kəndlərini yer 
üzündən silir, hər  şeyi atəşdən və  qılıncdan keçirir və düşünülməmiş  vəhşiliyə yol 
verirdilər (83, 216).  Lakin türk ordusunun sürətli hücumu erməni vəhşiliklərinin 
qarşısını almış oldu. 
Rusiyada silahlı üsyan yolu ilə hakimiyyətə  gələn bolşeviklər ilk əvvəl
imperiyanın  əsarətində yaşayan  хalqları öz tərəfinə  çəkmək və imperiyanın 
dağılmasına yol verməmək üçün bir-birinin ardınca qanunlar qəbul etməyə 
başlamışdı. 
1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya хalqlarının hüquq 
Bəyannaməsi»ni qəbul etmişdi. Həmin bəyannamə bütün хalqların bərabərliyini və 
müstəqilliyini, onların öz müqəddəratını  təyin etmək, hətta ayrılmaq və müstəqil 
dövlət təşkil etmək hüququnu, bütün və hər cür milli və milli – dini imtiyazların və 
məhdudiyyətlərin ləğv edilməsini elan edirdi.  
1917-ci il noyabrın 22-də elan edilmiş başqa bir sənəddə isə – «Rusiyanın və 
Şərqin bütün müsəlman zəhmətkeşlərinə» adlı müraciətnamədə Sovet hökuməti 
müsəlman zəhmətkeşlərinə öz həyatlarını azad və  sərbəst olaraq qurmaq hüququ 
bildirlirdi (21, 84). Lakin Azərbaycan bolşevikləri həmin dövrdə milli məsələnin 
həllinə lazimi diqqət verməmişdilər. Onlar Sovet respublikasının federasıya və 
keçmiş çar Rusiyası ərazisində məskunlaşan bütün хalqların, o cümlədən, müsəlman 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə