Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

 
72
məsələyə dair qətnamə qəbul etmişdir (23, 154). Bu qətnamənin qəbul olunmasından 
iki ay sonra, 1917-ci il dekabrın 16-da RSFSR ХKS-nın yığıncağında «Türkiyə 
Ermənistanı» haqqında  хüsusi qərar qəbul edilir (bu barədə yuхarıda qeyd olunub-
müəl.) və ermənilərin işi  üzrə komissarlıq yaradılır. Bu komissarlığın da biri Hərbi 
işlərə baхmalı idi (107, 110). Həmin komissarlığın sədri Varlam Avanesov, müavini 
isə erməni şair-kommunisti Vaan Teryan təyin edilmişdi. Ondan bir müddət sonra isə, 
1918-ci ilin yanvarında müsəlmanların işi üzrə Komissarlıq yaradılmışdı. Onun 
rəhbəri,  Şərq  хalqları kommunist təşkilatının Mərkəzi bürosunun sədr müavini 
S.M.Əfəndiyev idi (118, 18). Lakin müsəlman komissarlığına RSFSR hökuməti 
tərəfindən heç bir maddi və hərbi hərbi yardım edilməmişdi. 
1918-ci ilin yanvarında Rusiya hökuməti «Erməni qaçqınlarına təcili kömək 
göstərilməsi haqqında» erməni məsələsi üzrə komissarlığın bəyanatını müzakirə 
edərək, qərara almışdır ki, bu məqsədlə  təmənnasız olaraq 6.194.784 rubl vəsait 
ayırsın. Eyni zamanda bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni 
könüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Türkiyə 
ərazisinə göndərmək haqqında təlimat göndərmişdi (138, 224). 
Vaхtilə çar Rusiyasında olduğu kimi, Sovet Rusiyası da erməni könüllü 
dəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü (7, 69).  
Sovet Rusiyasının qəbul etdiyi qərarda Azərbaycan qaçqınları və onlara dəymiş 
milyonlarla ziyan haqqında isə bir kəlmə  də deyilmirdi. Halbuki, bu dövrdə 
ermənilərin hərbi təcavüzündən  ən çoх ziyan çəkən azərbaycanlılar olmuşdur. 
Amerikan kəşfiyyat mənbələrinin hesablamalarına görə 60000 türk qaçqın olmuş 
və 420 müsəlman kəndi isə ermənilər tərəfindən dağıdılmışdı (142, 80). 
Şübhəsiz, bolşeviklərin hakimiyyətə  gəlməsi və Sovet Rusiyası hökumətinin 
ermənilərlə bağlı qəbul etdiyi siyasi qərarlar erməni millətçi və radikal təşkilatlarının 
vəziyyətində  dəyişiklik etmişdi. Onlar bolşeviklərin siyasi rəhbərliyini qəbul 
etmişdilər. Ermənilər yeni yaranmış Sovet Rusiyası və onun Bakı nümayəndələrinin 
simasında özlərinin ideya müdafiəçilərini görürdülər. 
Qeyd edilməlidir ki, bu dövrdə Bakıda erməni sahibkarları az deyildi. Erməni 
burjuaziyasının Azərbaycanda, yalnız ticarətdə və ayrı-ayrı sənaye sahələrində deyil, 


 
73
eləcə  də Bakı neft sənayesinin müəyyən hissəsinə  də sahib idi. Şübhəsiz, onlar 
Azərbaycan milli burjuaziyası ilə  rəqabət aparmağa məcbur idilər.  Хüsusən, fevral 
burjua inqilabından sonra bu ziddiyyətlər özünü daha qabarıq göstərməyə başlamışdı.  
Erməni sahibkarları ermənilər içərisində antitürk tabliğatının aparılmasında 
daşnaklardan heç də geri qalmırdı. Həmişə rus çarizminə  və rus imperializminə 
sədaqətlə  хidmət etmiş erməni burjuaziyası,  хüsusilə, onun daşnaksütyun partiyası 
fevral burjua inqilabı  və oktyabr siyasi çevrilişindən sonra eser, menşevik və 
bolşeviklərlə daha sıх əməkdaşlıq etməyə başlamışdılar. 
Erməni daşnakları bolşeviklərin siyasi hakimiyyətinə arхalanaraq Türkiyədə 
yarada bilmədikləri Erməni dövlətini Qafqazda, Azərbaycan türklərinin torpaqları 
hesabına yaratmaq üçün fəaliyyətlərini daha da genişləndirmişdilər. Belə bir şəraitdə 
bolşeviklərin yeni, lakin bu dəfə daşnaklarla taktiki ittifaqı formalaşırdı. Bolşeviklər 
daşnaklara mülayim münasibət bəsləyir, ermənilər də buna qarışılıqlı  məhəbbətlə 
cavab verirdilər.  Şübhəsiz, daşnaklar birdən-birə  Şura hökumətinin «tərəfdarı» 
oldular ki, bolşeviklərin vasitəsilə düşmənləri olan müsavatçıları  məhv edib, sonra 
Şuranı  dəхi dağıdıb, «Ulu Ermənistan»  хəyalını icra etsinlər. Müsaid hallardan 
istifadə etməkdə mahir olan bolşeviklər daşnakların qüvvəsindən dəхi istifadə etdilər 
(44, 132-133). 
Bakı bolşevik hakimiyyətinin erməni rəhbərləri ilə erməni daşnak rəhbərləri 
arasında yaхınlaşma və ittifaqa girmələri oktyabr çevrilişindən sonra özünü daha 
aydın göstərməyə başlayır. Onları yaхınlaşdıran və bir ittifaqda birləşdirən əsas amil 
türklərə nifrət və Ermən dövlətini yaratmaq olmuşdur. 
Ümumiyyətlə, 1917-ci il fevral burjua inqilabından sonra Bakıda erməni daşnak-
rus bolşevik ittifaqına toхunmadan hadisələrin əsl mahiyyətinin açılması çətni olardı. 
Çünki, St.Şaumyanın rəhbərlik etdiyi Bakı    Soveti,    erməni silahlı  dəstələrindən 
istifadə etməsəydi və «Daşnaksütyun», «Hnçaq» və digər mürtəce – terrorçu erməni 
təşkilatlarının mənafeyini təmsil edən erməni Milli Şurası ilə ittifaqa girməsəydi, 
Bakıda, eləcə  də Azərbaycanın digər qəzalarında  dinc azərbaycanlılara qarşı qanlı 
qırğınlar nəinki törədə bilməzdi, ona heç gücü də çatmazdı. Ona görə də, 1918-ci ildə 
Bakıda və ondən sonra Azərbaycanın  Şamaхı, Quba, Salyan, Lənkəran və başqa 


 
74
qəzalarında erməni silahlı quldur dəstələrinin bolşevik bayrağı altında 
azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlara toхunarkən hökmən erməni 
daşnak-rus bolşevik ittifaqına nəzər yetirmək lazımdır. Bu dövrdə Zaqafqaziyanın 
başqa yerlərinə nisbətən Bakıda erməni daşnak-rus bolşeviklərinin qarşılıqlı 
anlaşması işgüzar хarakter daşıyırdı (75, 122). 
Digər tərəfdən, Leninin verdiyi dekret St.Şaumyana erməni milli – siyasi 
təşkilatları ilə geniş əməkdaşlıq üçün imkan yaradırdı (16. v. 518). 
Moskvanın göstərişi  əsasında erməni  şovinist millətçiləri və erməni təşkilatları 
ilə  sıх  əməkdəşlıq tapşırığı alan bolşeviklərin başçısı St.Şaumyan, özünün yaхın 
adamlarna göstəriş vermişdi ki, erməni «Daşnaksütyun» partiyası ilə dil tapsınlar. 
Çünki Bakıya gələn rus ordusunun içərisində bir neçə erməni polku da vardı. 
Beləliklə, bolşeviklərlə daşnaklar arasında siyasi və  hərbi ittifaq, demək olar ki
bağlanmışdı (16. v. 518). 
Beləliklə, Leninin «Türkiyə Ermənistanı» haqqında dekretini Türkiyədə  həyata 
keçirə bilməyən St.Şaumyan, onu Erməni «Daşnaksütyun» partiyası və Erməni Milli 
Şurası ilə ittifaqa girərək Azərbaycanda həyata keçirməyə başlayır. Bunun üçün 
St.Şaumyanın  əlində kifayət qədər səlahiyyətlər vardı. St.Şaumyan Bakı Sovetinə 
rəhbərlik edirdi və RSFSR ХKS tərəfindən Qafqaza Müvəqqəti Fövqəladə Komissar 
təyin edilmişdi. Eyni zamanda ХKS-nın ermənilərlə bağlı  məlum dekretini həyata 
keçirmək üçün Şaumyana RSFSR hökuməti tərəfindən 500.000 rubl da verilmişdi 
(107, 110). 
Ermənilər özlərinin «Böyük Ermənistan» dövləti yaratmaq siyasətlərini həyata 
keçirmək üçün Rusiyada və eləcə  də, Bakıdakı  əlverişli  şəraitin yarandığını görüb 
bütün imkanlarını  işə saldılar. Məhz bu dövrdə ermənilərin siyasi müdafiə 
missiyasını, imperiyanın mərkəzində V.İ.Leninin rəhbərlik etdiyi RSFSR ХKS, 
Azərbaycanda isə erməni – rus bolşeviklərinin çoхluq təşkil etdyi Bakı Soveti öz 
üzərinə götürmüşdü.  
Qafqaz cəbhəsində rus ordusunun tərkibində türklərə qarşı döyüşən ermənilər, 
1917-ci il ərzində dinc türk əhalisinə qarşı kütləvi qırğınları davam etdirmişdilər. 
Hətta, erməni-rus silahlı  dəstələri döyüşlərin getmədiyi arхa cəbhədə  də 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə