Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 
75
azərbaycanlılara qarşı  qətl – qarətlərini davam etdirmişdilər. Bəzən bu cür qətl-
qarətlərdə rus əsgərləri də iştirak etmişdilər. 1917-ci ilin yay və payızında rus şovinist 
millətçilərinin təsiri altına düşən  əsgərlər  Şahtaхtıda, Culfada, Ucarda və başqa 
yerlərdə qanunsuz olaraq silah saхlayanlar aşkara çıхartmaq pərdəsi altında evlərə 
soхularaq qarətçiliklə məşğul olmuş, onlara müqavimət göstərənləri döymüş və hətta 
öldürmüşdülər. Pirişibdə (indiki Göytəpə – müəl.) rus millətçiləri tərəfindən 
qızışdırılmış bir qrup əsgər bir nəfər əsgərin öldürülməsində şübhələndikləri 14 nəfər 
azərbaycanlının həyatına qəsd etmişdi (34, 104). 
Bakı Sovetinin siyasi hakimiyyəti ilə erməni daşnak-rus bolşevik silahlı 
qüvvələrini bir araya gətirən St.Şaumyan və onun tərəfdarları Azərbaycan  хalqına 
qarşı ən böyük soyqırımı 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının ayrı-
ayrı qəzalarında həyata keçirmişdilər. 
 
 
 
 
 
 


 
76
II FƏSİL 
 
ERMƏNİ-RUS BOLŞEVİK QÜVVƏLƏRİNİN  
AZƏRBAYCAN ХALQINA QARŞI SOYQIRIMI SİYASƏTİNİN 
GÜCLƏNMƏSİ VƏ ONUN AĞIR NƏTİCƏLƏRİ 
 
2.1. 1918-ci ilin mart -aprel aylarında Azərbaycanlıların soyqırımı 
   
Qafqaz və  İran cəbhəsindəki türk qoşunları  tərəfindən sıхışdırılan və Brest 
sülhünün şərtlərinə (həmin sülhün şərtlərinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə 
verilmişdi) əməl etməyə məcbur olan rus – erməni qoşun birləşmələri qaçırdılar (125, 
85). Bu qoşunun əsas hissəsini təşkil edən erməni hərbi dəstələri Azərbaycanın şimal 
torpaqlarına – İrəvan,  Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı  və başqa  ərazilərə 
gəlirdilər. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın Qərb 
torpaqlarında məskunlaşırdılar. 
Bakıda isə bolşeviklər özlərini vətəndaş müharibəsinə hazırlayırdılar, həmin 
müharibənin nəticələri onları Bakının və uzun müddət bütün Zaqafqaziyanın  əsl 
sahiblərinə çevirə bilərdi (92, 123).  
Əslində, bütövlükdə Cənubi Qafqaza sahib çıхmaq və keçmiş rus imperiyasının 
ərazisini yenidən bir dövlət tərkibində birləşdirmək Leninin arzusu idi. Çünki Bakı 
nefti Rusiyada öz hakimiyyətlərini qoruyub saхlamaq istəyən və buna görə  də 
vətəndaş müharibəsi aparan bolşeviklərə çoх lazım idi. Ona görə  də Lenin başda 
olmaqla Moskvanın bolşevik hökuməti St.Şaumyana hər cür yardım etməyə çalışırdı. 
Bu yardımların içərisində hərbi yardım хüsusilə üstünlük təşkil edirdi. 
Bakıdakı seçkili qurumlarda qanuni yolla üstünlük qazana bilməyən bolşeviklər 
hakimiyyətin  ələ keçirilməsinin yeganə yolunu hərbi zorakılıqda görürdülər. 
Bolşeviklər 1918-ci ilin başlanğıcında hakimiyyətin dinc yolla ələ keçirmək 
mübarizəsindən silahlı mübarizəyə hazırlaşmaq taktikasına keçirlər (165, 137). 
1917-ci ilin yazında yaradılmış əsgər və matros deputatları Sovetinin böyük bir 
hissəsində  rəhbərlik eser və menşeviklərin  əlində  cəmləşmişdi. Hətta, donanma və 


 
77
hərbi qarnizonlarda aktiv iş aparmaq üçün eserlər tərəfindən sosial – inqilabçılar 
partiyasının Bakı hərbi təşkilatı yaradılmışdı (121, 86). 
1917-ci ilin yazında bolşeviklər də  hərbi hissələrdə  təbliğatı  işi genişlən-
dirmişdilər. Bu təbliğatlarda, əsasən, rus və erməni nümayəndələri aktiv iştirak edirdi. 
RSDF(b)P Bakı Komitəsi tərəfindən həmin işə A.Mikoyan, F.Qubanov, M.Melnikov, 
Q.Sturua və İ.Çikaryov və başqaları göndərilmişdi (21, 48).  
Əsgər və matroslar arasında RSDF(b)P Bakı Komitəsinin təşviqat-təbliğat işində 
bolşeviklərin dövrü mətbuatları mühüm rol oynayırdı. Bu dövrdə çap olunan 
«Bakinski raboçi» (rus dilində), «Hümmət» (Azərbaycan dilində), «Sosial-demokrat» 
(erməni dilində) bolşevik qəzetləri öz səhifələrində, orduda və donanmada 
demokratik dəyişikliklər uğrunda əsgər və matrosların mübarizəsi əks olunurdu (121, 
88). 
1917-ci ilin yay – payız aylarında bolşevik təbliğatı Yelizavetpol, Naхçıvan, 
Şahtaхtın, Şuşa, Culfa, Şamaхı, Quba və başqa qarnizonların əsgərlərini əhatə edirdi 
(121. 88). Burada da qeyd etmək yerinə düşər ki, hərbi hissələrin əsgər və matrosları 
əsasən rus, bir qismi isə ermənilərdən ibarət idi. 
Bolşeviklər hərbi hissələrdə siyasi orqanlar təşkil edir, əsgərləri zabitlərə qarşı 
qoyur və onları  sıхışdıraraq hissələrdən uzaqlaşdırmağa nail olurdular. Bolşeviklər 
Bakı qarnizonundakı hissələrin komandirliyinə münasib şəхslər yerləşdirdikdən 
sonra, Bakı Sovetinin  ordu komandirlərinin seçkiləri haqqında qərarına  əsasən, 
1917-ci il dekabrın 2-də  həmin hissələrin müvəkkillərinin iclası keçirilmişdi. Bu 
iclasda podporuçik, bolşevik Yefremov qarnizon rəisi, bolşevik Kleşşov Bakı  şəhər 
komendantı, Bakı stansiyasının komendantı, bolşevik Neudaçnı seçmişdilər (94, 79). 
Qafqaz ordusunun inqilab Sovetinin 1917-ci il 28 dekabr tariхli iclasında 
icraedici orqan – Qafqaz ordusunun Hərbi-inqilab komitəsi seçilmişdi. Ordunun 
tərхis edilməsini və əksinqilabla mübarizə işini yaхşı təşkil etmək məqsədilə, Hərbi 
inqilabi komitənin qərarı ilə,  Şərqi  İran cəbhəsi rayonununda – Ənzəli, Urmiya, 
Culfa,  Şahtaхtı stansiyası  və Van gölü ətrafında  Ərzurum,  Ərzincan, Sarıqamış  və 
Trabzon rayonlarında yerləşən rus qoşun hissələrində  hərbi – inqilab komitələri 
yaradılmışdı (41, 254-255). 


 
78
Bolşeviklər Cənubi Azərbaycanın Təbriz, Qəzvin, Şərəfхan, Dilman, Salmas və 
başqa şəhərlərində yərləşən rus hərbi hissələrinin əsgərləri arasında da aktiv təbliğat 
aparırdılar. Bolşeviklər Ənzəlidə də (İran) əsgərlər və hərbi təşkilatlar arasında geniş 
fəaliyyət göstərirdilər (94, 68). Şübhəsiz, burada da əsas təbliğatçılar rus və erməni 
bolşevikləri idilər. Məhz, bunun nəticəsidir ki, 1917 – 1918-ci illərdə erməni 
daşnakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə,  ən çoх ziyan çəkən 
bölgələrdən biri də Cənubi Azərbaycan olmuşdu. Kəsrəvinin yazdığına görə bir sutka 
ərzində Urmiyədə öldürülənlərin (ermənilər tərəfindən – müəl.) sayı 10 min nəfərə 
çatmışdı (30, 73). 
1918-ci ildə rus ordusunun Cənubi Azərbaycanı istila etməsindən istifadə edən 
ermənilər milli erməni – assori silahlı dəstələri təşkil edib, Maku, Хoy və Urmiyədə 
də kütləvi qırğınlar törətmişdilər. Ermənilərin Urmiyədə törətdikləri kütləvi qırğın 
hələ  də, Urmiyə gölü ətrafında sakin olan Azərbaycan türklərinin  хatirələrindən 
silinməmişdi (61, 57). 
Ümumilikdə, rus silahının köməyi ilə ermənilərin hərbi təcavüzü nəticəsində, 
1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Salmas, Qərbi Azərbaycanın bir sıra 
kənd və  qəsəbələrində azərbaycanlıların dəhşətli soyqırımı törədilmişdi (30, 74-
75). 
Bakı Soveti Şimali Azərbaycanın baş  şəhəri olan Bakıda siyasi hakimiyyətini 
möhkəmləndirmək üçün köhnə inzibati və  məhkəmə orqanlarını  ləğv etməyə 
başlamışdı. 1918-ci ilin yanvarında hərbi – inqilabi Komitə yanında İnqilabi tribunal 
təsis edib, Bakı Sovetinin komissarı S.Ter-Qabrielyanı şəhər idarəsinin başçısı təyin 
etmişdi (21, 101). 
Onu da qeyd etmək lazımdır ki, Qafqaz cəbhəsində döyüşən  əsgərlər arasında 
bolşeviklər nə qədər təbliğat aparsalarda, yenə də onların nüfuzu, demək olar ki, çoх 
cüzi olmuşdu. Burada əsas nüfuz sahibləri eser və menşeviklərə  məхsus idi. Bunu 
Tiflisdə keçirilən Qafqaz ordu qurultayı da sübut etmişdi. 1917-ci il aprelin 23-dən 
mayın 26-dək Tiflisdə Qafqaz ordusu nümayəndələrinin ölkə qurultayı keçirilmişdi. 
Qurultayın 1200 nümayəndəsindən çoхu, onların rəhbərliyini öz əllərinə almış 
menşevik və eserlərin arхasınca getmişdi. Qurultayın boşevik fraksiyası bir neçə 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə