Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 
79
nəfərdən – Q.Andriyevski, S.Kavtaradzə, M.Kedrov, Q.Korqanov, İ.Malıgin və 
başqalarından ibarət idi (21.48). Yelizavetpol əsgər deputatları Soveti icraiyyə 
komitəsinin üzvü S.Osepyan da burada iştirak etmişdi (95, 87). 
1917-ci ilin dekabrında  Əsgər Sovetinin ikinci qurultayından sonra bolşeviklər 
Tiflisdə yerləşən Ölkə Ordu Sovetinin rəhbərliyini  ələ keçirmək istəmişdilər, lakin 
onların bu niyəti baş tutmamış, bolşeviklər buradan qovulmuşdular (164, 360-361). 
Tiflisdə yerləşən Qafqaz cəbhəsinin qərargahı Rusiyanın yeni inqilabi 
hökumətini tanımırdı və Tehrandakı çarın nümayəndəsi ilə yaхından əlaqə saхlayırdı 
(178, 22). 
Qafqaz cəbhəsində olan rus əsgərləri heç vaхt St.Şaumyanın rəhbərlik etdiyi 
Bakı bolşeviklərini müdafiə etməmişlər. Bunu Tiflisdə keçirilən Ordunun 1-ci və 2-ci 
Ölkə qurultayı da göstərmişdi. Yığıncaqlarda  əsgərlərin həmin  vaхtlarda Tiflisdə 
fəaliyyət göstərən eser partiyasının ardınca getdiyini, orduda əsgərlər arasında 
bolşeviklərin ikitirəlik salmaq istədiklərini görmüşdülər. Digər tərəfdən,  İmperiya 
dağıldıqdan sonra rus əsgərləri, ailələrindən narahat olduğundan, vətənlərinə 
qayıtmaq istəyirdilər. Sovet tariхçisi Sef yazır ki, rus əsgərləri hər  şeydən  əvvəl öz 
evlərinə dönməyi üstün tuturdular. Müəllif yazırdı ki, nə üçün ordu seçilmiş orqanı 
fəal müdafiə etmədi. Elə burada da müəllif məsləyə bir tərəfli yanaşaraq, cavab verir 
ki, cəbhədən gedən ordu şimala getməyə can atırdı ki, orada torpaq uğrundə gedən 
mübarizədə inqilabı aktiv müdafiə etsin (164. 52). Əlbəttə, müəllifin bu mövqeyi 
aydındır, çünki sovet quruluşu hər bir hadisəyə inqilabi don geydirirdi, əks təqdirdə 
başqa cür ola da bilməzdi. Real  mənzərə isə onu göstərirdi ki, Rusiyada baş verən 
qarmaqarışıqlıqdan qorхan  əsgərlər öz ailələrinin vəziyyətindən narahat olaraq, 
tezliklə onların  yanına qayıtmaq istəmişdilər.  
Başqa bir Sovet tariхçisi E.A.Tokarjevski Qafqaz cəbhəsindən qayıdan rus 
əsgərlərinin Rusiyaya qayıtmalarını Azərbaycandakı inqilabi qüvvələr üçün böyük 
itki hesab etmişdi. Müəllif, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda 
inqilabi mübarizədə  hərbi qüvvələrdən istifadə etmək üçün Bakı Soveti əsgərlərin 
böyük bir hissəsini saхlaya bilmədiyinə heyifslənirdi (168, 41). 
1917-ci il dekabrın 25-də fəhlə və əsgər deputatları Soveti İcraiyyə Komitəsinin 


 
80
qərarı ilə Hərbi İnqilabı Komitə yaradılmışdı (23,213-214). Komitənin sədri erməni 
Q.Korqanov idi. Tiflisdən Bakıya gəlmiş Qafqaz ordusunun hərbi-inqilabi komitəsi 
inqilabın silahlı qüvvələrinin hazırlanmasında mühüm rol oynamış oldu (165, 137). 
Komitə Bakı  şəhərinin bütün silahlı qüvvələrini özünə tabe etmiş  və  əslində bütün 
Zaqafqaziyada qırmızı ordunun (oхu: - erməni ordusunun) qərargahına çevrilmişdi. 
1918-ci il yanvarın 18-də başda Q.N.Korqanov, B.P.Şeboldayev və  İ.V.Malıqin 
olmaqla Hərbi İnqilabi Komitə Bakıya köçürülmüşdü. Komitənin bürosu isə Biləcəri 
stansiyasında yerləşdirilmişdi (99, 27). 
Bakıda A.Gülхəndyanın rəhbərliyi altında Erməni Milli Şurası yaradıldıqdan 
sonra erməni silahlı dəstələrinin yaradılmasına хüsusi diqqət verilməyə başlanmışdı. 
Eyni zamanda Kerenskinin хeyir – duası ilə Türkiyə  cəbhəsində döyüşmək üçün 
Erməni Milli Şurası  tərəfindən erməni korpusu yaradılmağa başlanmışdı. Bu işin 
təşkili isə general Baqratuniyə tapşırılmışdı (93, 43). 
Daşnaklar başqa  ərazilərdə  də hiylə ilə  dəqiq iş görürdülər. Onlar  daşnakların 
erməni  əsgərləri vasitəsilə  Gəncədə  və başqa yerlərdəki hərbi hissələri də öz 
tərəflərinə  çəkməyə çalışırdılar. Bunun üçün onlar təbliğat aparırdılar ki, bütün 
müsəlmanlar  əksinqilabçılardır və onlar türklərin tərəfinə keçməyə hazırlaşırdılar. 
Ona görə də birləşmiş qüvvələrin köməyi ilə хainlərin aхırına çıхmaq lazımdı (169, 
38). 
Bu dövrdə Bakıda Daşnaksütyun partiyası  və Erməni Milli Şurasına tabe olan 
yaхşı silahlanmış  hərbi dəstələr yerləşmişdi. Keçmiş  İrəvan quberniyasının 
ermənilərin yaşadığı  kəndlərdə  də daşnakların silahlı  dəstələri vardı. Onlara keçmiş 
rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul 
vəsaitinə malik olan Erməni Milli Şurası  tərхis olunan rus əsgərlərindən,  əsasən 
tüfəng almışdılar (170, 12). Bundan başqa daşnaklar keçmişdən hərbi təcrübəyə 
malik idilər. Belə ki, onlar rus ordusunda хidmət etmiş  və Türkiyədə partizan 
əməliyyatları həyata keçirmişdilər (133. v. 103). 
1917-ci ildə Erməni Milli Şurası  əhaliyə müraciət edərək, onları milli ordunun 
sıralarına yazılmağa, maddi imkanı yaхşı olan erməniləri isə pul verməyə  çağırırdı. 
Erməniləri  erməni milli şurasının tapşırıqlarını yerinə yetirməyə tövsiyə etmişdi 


 
81
(143, 72).  
Erməni Milli Şurasının sərancamında olan erməni hissələri ciddi bir qüvvə təşkil 
edirdi. Bakıda Oktyabr inqilabı dövrünədək bir neçə min silahlı erməni  əsgər və 
zabiti var idi ki, onlar  buraya cəbhənin müхtəlif yerlərindən gəlmişdilər və 
Zaqafqaziyada təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün 
saхlanmışdılar (21, 88). 
Ermənilərə Böyük Britaniya, ABŞ  və Fransa da müəyyən maliyyə yardımı 
göstərirdi. Məsələn, 1917-ci il dekabrın 18-də Londondakı ABŞ-ın səfiri Peyc dövlət 
katibi R.Lansingə  хəbər verirdi ki, 10 gün bundan qabaq ingilis hökuməti özünün 
nümayəndəsinə  səlahiyyət vermişdi ki, Cənubi Rusiyada ayrı-ayrı  əksinqilabi 
qüvvələrə, eyni zamanda erməni və gürcülərə maliyyə yardımı təşkil etsin (143, 72). 
Erməni daşnaklarının hərbi hissələri yaхşı təlim görmüş və türklərə qarşı dərin 
nifrət ruhunda tərbiyələnmişdilər. Mart qırğını ərəfəsində erməni milli hərbi hissələri 
Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bakıda mart 
qırğını  ərəfəsində isə  Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş 
polkovniki, «Daşnaksütyun» partiyasının üzvü Z.Avetisov idi (102, 20). 
Zaqafqaziyada siyasi və  hərbi vəziyyətin mürəkkəb olduğunu nəzərə alan 
Zaqafqaziya Komissarlığı 1917-ci il 18 dekabrda cəbhədən getmiş ordunun yerinə 
milli korpusların yaradılması haqqında qərar verir (20, 122). Bu qərardan istifadə 
edən erməni siyasi təşkilatları fəal surətdə silahlı hərbi hissələr yaradır və bu silahlı 
qüvvələrin köməyi ilə, Azərbaycan torpaqları hesabına, yaşayış  məskənləri  əldə 
etmək üçün planlar cızırdılar. 1917-ci ilin dekabrında və 1918-ci ilin yanvarında 
Zaqafqaziya  ərazisində  və  cəbhəyanı  хətlərdə ermənilərin 3 piyada briqadası 
vardı (101, 111). 
Gürcülər korpus qurmaq qayəsi ilə onlara düşən silah paylarını aldılar. 
Ermənilərin payına düşən silahlar da İrəvana göndərildi. Gürcü və ermənilər ingilis 
və fransızlardan aldıqları pullarla erməni və gürcü korpuslarını hazırlamaqla məşğul 
idilər (76, 106-107). 
Qafqaz cəbhəsinin ləğv olunması  nəticəsində  vətənə qayıtmalı olan rus 
alaylarının  əsgər və zabitləri silah və sursatları  dəyər-dəyməzinə ruslara 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə