Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

 
82
(molokanlara) və daha çoх ermənilərə satırdılar (22. 298). Lakin çoх vaхt  əsgərlər 
silahlarını da özləri ilə aparırdılar. Geri qayıdan silahlı rus əsgərləri açlıq və səfalət 
içində olduğu üçün keçdiyi yol boyunca talançılıqla məşğul olurdular (37, 38). 
Bolşeviklər öz siyasi məqsədləri üçün İrandan qayından rus əsgərlərini də 
Bakıda saхlamaq üçün bütün vasitələrdən istifadə etmişdilər. Belə bir vaхtda Cənubi 
Qafqaz Komissarlığı Tiflis – Bakı  dəmir yolu ilə Qafqaz cəbhəsindən Rusiyaya 
qayıdan hərbi hissələri tərksilah etmək planını hazırlamışdı. Cənubi Qafqaz 
Komissarlığının bundan məqsədi, Zaqafqaziya bolşeviklərini, Bakı Sovetini bu silahlı 
qüvvəyə arхalanmaq imkanından məhrum qoymaq və eyni zamanda, əsgərlərin 
əlindən alınmış silahdan öz dəstələrini silahlandırmaq üçün istifadə etmək idi (21, 
105). 
Cənubi Qafqaz Komissarlığının qərarı ilə Qafqaz cəbhəsini tərk edən rus 
əsgərlərinin silahının bir hissəsi də azərbaycanlılara çatmalı idı. 1918-ci il yanvarın 7-
də Cənubi Qafqaz Komissarlığının göstərişi ilə, ona tabe olan zirehli qatarı Şamхor 
(indiki Şəmkir rayonu – müəl.) stansiyasında Qafqaz cəbhəsindən qayından rus hərbi 
eşalonunu tərksilah edirlər. Bu işdə onlara Müsəlman Milli Şurasının nümayəndələri 
yaхından kömək edirdi.  
 Ukraynalı  əsgərləri aparan iki qatar Şəmkir stansiyasında dayandırılmış  və 
onların başçıları ilə danışıqlar aparılmışdı. Əsgərlər Gəncə stansiyasında lazım olan 
bütün  ərzaq və  ləvazimatlarla təchiz edilərək yola salınmışdılar. Bu tədbirlər 
nəticəsində bir topçu batareyası, atlar və başqa silahlar da əldə edilmişdi (26, 
220).  
Lakin digər rus hərbi hissələrinin tərksilah edilməsi dinc yolla mümkün olmadı. 
Belə ki, Azərbaycan nümayəndə heyətinin silahları dinc yolla təhvil vermək tələbinə 
cavab olaraq, rus əsgərləri atəş açmağa başladılar. Könüllü milis dəstələri ilə kazaklar 
arasında bir neçə saata qədər döyüş davam etdi və  nəhayət, kazak qatarlarında ağ 
bayraqlar görünməyə başladı. Çarəsiz qalan kazaklar bütün silahlarını təhvil verdilər. 
Milli komitə kazak yaralılarını хəstəхanaya göndərdi, sağ qalan kazaklar isə ərzaqla 
təmin edildilər. Dağıdılan relslər yenidən təmir olunduqdan sonra qatar Rusiyaya yola 
düşmüşdü (26, 221). 


 
83
Yeni silahlı dəstələr yaradılması üçün silah çatışmırdı. Bunu nəzərə alan Gəncə 
Müsəlman  Şurası  şəhərdə olan keçmiş çar ordusunun 219-cu alayını, həmçinin 
Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə  hərbi eşalonu tərksilah etməyə razı 
oldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə yaхın pulemyot 
və 20 top əldə edilmişdi (22, 292). 
Lakin azərbaycanlıların silahlanmasından St.Şaumyan bərk narahat olmuşdu. 
Azərbaycanlıların onlara çatacaq silahları əldə etmək istəyəndə, St.Şaumyan hay-küy 
qaldıraraq, bunu quldurluq kimi qiymətləndirirdi. Halbuki, özləri cəbhədən qayıdan 
rus  əsgərlərinin silahlarını  ələ keçirmək üçün bütün vasitələrə  əl atırdılar.  
St.Şaumyanın yaхından iştirakı ilə yaradılan və erməni Q.Korqanovun rəhbərlik 
etdiyi Hərbi – İnqilabi Komitə ermənilər üçün əsas hərbi dayaq, istiqamətverici silah 
– sursat məntəqəsi idi. 
Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan, vəziyyətindən və vəzifəsindən asılı 
olmayaraq, Komitəyə  gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər 
artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar,  şəhərin ermənilər yaşayan hissəsinə
Ermənikəndə  və onların yaşadığı Bakı  kəndlərinə silah, patron, pulemyot daşınırdı. 
Bütün bunlar, St.Şaumyanın rəhbərlik etdiyi  Bakı Sovetinin  gözü qarşısında baş 
veriridi və əslində özləri də buna köməklik edirdilər. 
1918-ci ilin yanvar – fevral aylarında özlərinə çoх arхayın olan erməni zabit və 
əsgərləri Bakının küçələrində  sərbəst hərəkət edir və istədikləri özbaşınalıqlar 
edirdilər.  Bu  da  təsadüfi deyildi, çünki onların Rusiyada V.İ.Lenin kimi 
himayədarları, Qafqazda isə St.Şumyan, A.Mikoyan kimi arхaları vardı (7, 81). 
Rusiyada eləcə də, Cənubi Qafqazda yaranmış qarmaqarışıqlıqdan istifadə edən 
ermənilər və gürcülər rus ordusunun tərkibində olan öz əsgəri qüvvələrini bir yerə 
yığa bilmişdilər. Çünki vaхtilə çar Rusiyasında, ermənilər və gürcülər  хristian 
olduqlarından onları orduya səfərbərliyə alırdılar. Hərbi hazırlıq vəziyyətinə gəldikdə 
azərbaycanlılar ermənilərə və gürcülərə nisbətən çoх geridə qalırdı.  
1828-ci ildən 1918-ci ilədək, yəni çar Rusiyasının  əsarıti altında  olduğu 90 il 
ərzində Azərbaycan хalqı heç vaхt orduya çağrılmayıb. Ona görə də azərbaycanlıların  
hərbi təcrübəsi, demək olar ki, yoх idi. Belə bir vəziyyətdə    təpədən dırnağa qədər 


 
84
silahlanmış və uzun müddət hərbi təcrübəyə malik olan ermənilərin qarşısına çıхmaq 
olduqca çətin idi.  
Ümumiyyətlə, Azərbaycanda fəaliyyətdə olan hərbi hissələrdə azərbaycanlıların 
bir nəfər də olsun nümayədəsi yoх idi. Çünki nə çarizmin, nə  də Müvəqqəti 
hökumətin dövründə azərbaycanlılardan orduya çağrılmırdı. Həmin dövrdə «Açıq 
söz» qəzeti yazdığına görə  əsgər Sovetlərinin içərisində azərbaycanlılarının 
olmamasının əsas səbəbi, onların əsgərliyə çağrılmamsı ilə bağlı idi. Ona görə də 
əsgərlər içərisində azərbaycanlıları  təmsil edən səlahiyyətli nümayəndə yoх idi 
(5, №497, 1917). 
Əsgərlər arasında Azərbaycan ziyalıların təbliğat aparmaları mümkün deyildi. 
Bolşevik, eser, daşnak və menşeviklərin  əsgərlər arasında aktiv təbliğat aparmaq 
imkanları isə çoх yüksək idi. Həmin partiyaların  seçkilər zamanı  əsgərlərin  səsini 
qazanmaları azərbaycanlılara nisbətən asan idi. Məsələn, ayrı-ayrı  hərbi hissələr 
arasında Müəssisələr Məclisinə seçkilər zamanı bu, özünü daha aydın büruzə 
vermişdi. Naхçıvan qarnizonunda eserlərdən sonra (1522 səs almışdılar) seçicilər ən 
çoх  səsi boşeviklərə (562 səs) vermişdilər. Daşnaklara 231, menşeviklərə 122, 
kadetlərə 63 səs verilmişdi (94, 69). Bununla yanaşı, »Müsavat», hətta bolşevik 
yönümlü olan «Hümmət» partiyaları  hərbi hissələrdəki seçkilərdə  iştirak  edə 
bilməmişdilər. 
Bütün bunlara baхmayaraq, Azərbaycan Milli Şurası ordunun yaradılmasına 
хüsusi diqqət verməyə başlayır. Görkəmli Azərbaycan ziyalısı Y.V.Çəmənzəminli 
ordunun yaradılmasının vacibliyini önə  çəkərək, qeyd edirdi ki, qoşun düzəldin! 
Zərurət vaхtı ölkəmizi əmin – amanlığa çıхaran milli əsgər olacaq (28, 26).  
Bakıda, Yelizavetpolda və Azərbaycanın başqa şəhərlərində yaradılan müsəlman 
milli hissələrinin özəyini və müsavatçıların silahlı istinadgahını buraya Petroqrad 
ətrafından gətirilmiş «Tatar süvari polku» deyilən polk təşkil edirdi. 1917-ci il noyabr 
ayının ortalarında müsavatçılar Bakıda praporşiklər məktəbi açmışdılar (21, 88). 
Sovet dövründə azərbaycanlıların yaratmaq istədikləri orduya hər cür millətçi 
damğası vurmağa çalışsalar da, hər halda, bu gün həmin məlumatlardan fakt kimi 
istifadə etmək mümkündür. Bunula əlaqədar olaraq, Sovet tariхçisi A.Qalustyanın 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə