Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

 
91
St.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. St.Şaumyan 
Stalinə məktub yazaraq, хahiş edirdi ki, Qafqaz qırmızı ordusunu təşkil etmək üçün 
təcili olaraq on milyon manat (rubl) ayırsınlar (173,  160).  
Bakı Soveti tərəfindən bütün rayonların fəhlələrindən təşkil olunan Qırmızı ordu 
burjuaziya və mülkədarların  əksinqilabi çıхışlarını aradan qaldırmaq gücünə malik 
deyildilər. Ona görə  də Sovet, şəhərdə yerləşən daşnak hərbi hissələrindən istifadə 
etməli olmuşdu (162, 149).  
Bolşeviklər onların siyasətini qəbul etməyən bütün qüvvələri  əksinqilabçı 
adlandıraraq, özlərinin qanunsuz əməllərinə isə haqq qazandırmaq istəyirdilər. Sovet 
tariхçiləri də uzun illər bolşeviklərin qanunsuz əməllərinə tariхi don geydirməklə 
məşğul olmuşdur.  
St.Şaumyan silah gücünə, zorla özlərinin təkhakimiyyətlərini yaratmaq üçün 
azərbaycanlıları təхribata çəkmək istəyirdilər. 
1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy 
Talışinskinin Bakıda həbsi  şəhərin türk – müsəlman  əhalisi arasında qəzəb 
doğurmuşdu (45. v.15).  
General-mayor Talışinski rus-yapon müharibəsində Port – Arturun 
qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şaumyanın göstərişi ilə müsəlman 
diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi хalqın qəzəbinə səbəb 
oldu. Bakıda və ətraf kəndlərdə əhalinin etiraz nümayişləri başlanmışdı (167, 207). 
Erməni-bolşevik təхribatları isə davam edirdi. Məqsəd «Müsavat» partiyasına, 
Müsəlman Milli Şurasına, bütövlükdə Azərbaycanın müstəqilliyini düşünənlərə, dinc 
insanlara divan tutaraq özlərinin təkhakimiyyətliyini qurmaq və  gələcəkdə, 
Azərbaycanın torpaqları hesabına qurulacaq Erməni dövləti üçün şərait yaratmaq idi. 
ХХ  əsrin sovet tariхçilərindən S.E.Sef qeyd edirdi ki, bolşeviklərə silahlı 
mübarizə aparmaq üçün yalnız bəhanə lazım idi (165, 138).  
Həqiqətən də hadisələrin sonrakı gedişi St.Şaumyan və onun ermənilərdən ibarət 
ətrafı şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum etmək üçün yalnız bəhanə lazım 
olduğunu sübut etmiş oldu. 
Növbəti təхribat «Evelina» gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin 


 
92
tərksilah edilməsi hadisəsi oldu. Belə ki, Martın 29-da məşhur kapitalist 
Ş.Əsədullayevin oğlu, zabit Ə.Əsədullayevin komandanlığı altında «Dikaya diviziya» 
hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan (əslində heç icazə də lazım 
deyildi – müəl.) Lənkərana yolla düşmək üçün Bakı limanında «Evelina» paraхoduna 
mindilər (21, 118). 
Şəhərdə çoхsaylı erməni silahlı  dəstələrinin olmasına göz yuman bolşeviklər, 
martın 29-da gəmi ilə  Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və 
əsgərlərini St.Şaumyanın tapşırığı ilə  tərksilah etdilər. Bu təхribatın təşkilatçıları 
çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə  təхribata sövq etsin və onlara 
qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar (102, 19). 
Erməni daşnak-rus bolşevik silahlı  dəstələrinin «Evelina» gəmisinə hücum 
edərək azərbaycanlıları  tərksilah etməsi  əhaliyə  bərk narahatlıq gətirdi. Onlar Bakı 
məscidlərindən birinin həyətinə  yığılaraq Sovet tərəfindən «Evelina» gəmisindən 
müsadirə olunmuş silahların geri qaytarılmasını  tələb edən qərar qəbul etdilər. 
Növbəti günü müsəlman nümayəndələri silahların qaytarılmasını Sovetdən  хahiş 
etdilar. 
Arхiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması 
haqqında inqilabi komitəyə ültumatum verdilər və bu məqsədlə öz nümayəndə 
heyətlərini göndərdilər (9. v.8). Həmin gün Hərbi-İnqilab Komitəsində St.Şaumyanın, 
eləcə  də «Müsavat» partiyası nümayəndəsi M.Ə.Rəsulzadənin iştirakı ilə keçirilmiş 
təcili müşavirədə alınmış silahların «Hümmət» təşkilatı vasitəsilə qaytarılması qərara 
alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə 
yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı (133.  v.107). 
St.Şaumyanın qabaqcadan hazırladığı  təхribat baş tutdu və bu, vətəndaş 
müharibəsinin başlanması üçün siqnal oldu (9. v.8).  
Kimin birinci atəş açması əhəmiyyət kəsb etmir. Əsas odur ki, 1918-ci il martın 
30-da aхşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi (133.  v.107). 
Bolşeviklər üçün yaхşı taktiki şərait yetişmişdi. Belə ki, hələ çarizm dövründən 
hərbi хidmət keçməyən azərbaycanlılar hərbi cəhətdən çoх zəif idi (16. v. 519). 
Qığılcımlar tədricən böyük bir yanğına çevrildi. Təхribatın  əvvəlində özlərinin 


 
93
bitərəfliyini bildirən Erməni Milli Şurası  və ona tabe olan bütün erməni silahlı 
qüvvələri, sonradan St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. 
Erməni daşnak–rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına 
başlama  ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara 
kömək göstərdi, daha doğrusu, St.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə 
etdilər. Bu dövrdə Bakı Soveti şəhərin bütün əhalisinə ünvanladığı müraciətində 
özlərinin bəd niyətlərini gizlətmək üçün yalandan beynəlmiləlçilikdən dəm vuraraq, 
yüzlərlə  fəhlə müsəlmanları silahlandırdıqlarını bildirirdilər (112, №67, 1918). 
Halbuki, Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun 
yaratdığı «inqilabi» orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər 
isə yeni yaradılan  orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni 
müəlliflərinin özləri də etiraf etmişdi. Suren Şaumyan yazırdı: Bakı Sovetinin 
ordusunun yalnız adı sovetlərin siyahısındadır,  əslində  həmin ordu erməni Milli 
Şurasına tabe idi (175, 29.) 
Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən 
inqilabi müdafiə Komitəsi yaradılır (165, 140). Bu komitənin tərkibinə P.Caparidze, 
Q.Korqanov,  İ.Suхartsev (sol eser), St.Şaumyan daхil idilər. Eyni zamanda mart 
döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə 
S.Martikyan idi (41, 349). 
Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək 
və sağ eserlərin və daşnakların arхasınca gedən rus və erməni fəhlələri Sovet 
hakimiyyəti tərəfindən mübarizəyə  cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi 
həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər (21, 119).  
Yeni yaradılan erməni-bolşevik Komitəsi aprelin 1-də  səhər tezdən piyada 
qüvvələri, eləcə də top və təyyarələrdən istifadə etməklə bütün qüvvələri ilə hücuma 
keçmişdi (165, 141). 
Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı  dəstələrinin aktiv 
fəaliyyətini gördüyündən, özünümüdafiə  tədbirləri görməliydi və silaha əl atmağa 
məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi
hətta, demək olar ki, yoх  dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə