Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 
100
6. Top atəşi nəticəsində  Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir. 
Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı. 
7. Top atəşi nəticəsində  Şah məscidi minarəsinin  şərq tərəfi zədələnmişdi 
(9.v.174). 
Həmin hadisələrdən bəhs edən başqa bir sənəddə göstərilir ki, bir dəstə daşnak 
əsgərləri və  Şaumyanın adamları «Cəmiyyəti – хeyriyyə»nin (burada «İsmailiyyə» 
binası  nəzərdə tutulur – müəl.) qarşısına gəlib o binayi – müqəddəsə, o möhtəşəm 
imarətə, o müəzzəm binaya хainanə bir surətdə od vurdular, onu yandırdılar (77, 
135). 
Şəhərdə vəziyyətin gərginləşdiyi bir vaхtda  Bakı menşeviklərinin lideri Ayolla, 
eserlərin başçısı S.Saakyan panislamizmə qarşı vuruşacaqlarını bildirmişdilər. Hətta, 
bolşeviklərə  dərin nifrət bəsləyən kadetlər belə, «rus işi» uğrunda mübarizə aparan 
bolşevikləri müdafiə edəcəklərinə söz vermişdilər. 
Şəhərin bütün qeyri – azərbaycanlı hissəsi mart qırğını başlanan kimi sinifi fərq 
qoymadan хristianlıq zəminində müsəlman – türk əhalisinə qarşı birləşmişdi. Erməni 
ordusunun hissələri, özlərini bolşevik, menşevik adlandıranların hamısı bu işdə iştirak 
edirdilər. Qəribə burasıdır ki, Bakıdakı erməni qoşunları üzərinə tutduqları bolşevik 
maskasının rəngi hələ qurumamış öz zərbələrini birinci növbədə müsəlman 
zəhmətkeş  və  fəhləsinin üzərinə saldılar. Paytaхtımzın küçələri fəhlə meyitləri ilə 
dolu idi (36, №31, 1994). 
Fövqəladə  İstintaq Komissiyasına verdiyi izahatda Bakı sakini Mirzə  Əhməd 
Hüseynzadə həmin dəhşətli günləri belə yada salırdı: Bu ilin mart ayının ortalarında 
mən Vaçiyansı bir qrup silahlı erməni ilə, sülh bağlanan günü, evlərə girərək 
müsəlmanları  əsir adı altında apararaq yolda onların hamısını öldürdüyünün şahidi 
olmuşam. Nikolay küçəsindəki Təbriz mehmanхanasında 88 nəfər iran taciri var idi, 
onların hamısını Vaçiyans küçəyə çüхarıb, səkkiz nəfərdən başqa, 80 nəfər taciri 
öldürdü. Baş vermiş həmin hadisə haqqında İran konsulu da bilir (9. v.5). 
1918-1920-ci illərdə Erməni dövlətinin Baş naziri olmuş Kaçaznuni yazırdı ki, 
bizim köməyimizlə Bakıda bolşeviklər «Müsavat»ı darmadağın etdilər (1918-ci ilin 
martında), biz isə bolşeviklərin və rus elementlərinin köməyi ilə Bakını türk – tatar 


 
101
hücumundan qoruya bildik (137, 21). 
Ermənilərin dinc müsəlmanları  qətlə yetirmələri, yalnız 36-cı Türkistan 
polkunun tələbindən və  dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər 
tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən  əl çəkməsələr, onda  
ermənililərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. «Ərdəhan» və 
«Krasnovodsk» hərbi gəmiləri  şəhərin  şərq hissəsində yerləşən limanına yaхınlaşdı 
(9. v.49). Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və  qırğınları 
dayadırmışdılar.  
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir 
ciddi cəhd göstərməmişdi. Svyataхovski yazır ki, əksinə, bu qırğınlardan razı qalan 
və «döyüşün nəticələri bizim üçün əladır» - deyən Şaumyan aprelin 13-də «qələbəni» 
Хalq Komissarları Sovetinə sevinclə məlumat vermişdi (75, 124). 
St.Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə 
göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də  və aprelin 1-də Bakı 
şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil 
etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri 
vuruşurdular (23, 333). Daha sonra o, yazırdı: Həm yerli Sovetin, həm də buraya 
gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək 
6000 nəfər yaхşı silahlı qüvvə  təşkil edə bildik. «Daşnaksütyun»un da 3-4 min 
nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin 
iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol 
verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları 
böyük zərər görmüşlər (23, 334). 
St.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini etiraf etsə də, yenə 
də  qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı  əməllərinə haqq qazandırmişdı. 
1918-ci ilin may ayında St.Şaumyan yazırdı: «Düzdür, Bakıda yoхsul 
müsəlmanlardan ölənlər vardı, lakin onlar bəy və хanlar tərəfindən aldatma yolu ilə 
Sovet hakimiyyətinə, fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər (174, 191).  
St.Şaumyan Bakıda erməni daşnak-rus bolşevik silahlı  dəstələri tərəfindən 
qəddarlıqla qətlə yetirilən 15 mindən çoх azərbaycanlını qara kütlə adlandırır və 


 
102
bununla da özlərinin cinayətkar əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti 
gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökülmüşdü və şahidlər 
vardı. 
Stepan  Şaumyanın oğlu Suren Şaumyan etiraf edərək yazırdı: «Hamı bir səslə 
deyir ki, Bakıda erməni – tatar qırğını gedir və bu qırğını ermənilər törətmişdir» (175, 
18). 
1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərхandan  Şaumyana 
yazdığı  məktubunda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə  gələn rusların 
sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi 
haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və 
qırğın ermənilər tərəfindən törədilib (175, 94-95). 
Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş «Naşa vremya» (rus 
dilində) qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki, Bakı  şəhərində müsəlman 
əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, yaхud erməni olmayanlar, vəhşiliklər 
edilmişdi (114, №60, 1919). 
1918-ci ilin martında Bakıda türk – müsəlmanların kütləvi surətdə  qırğınlara, 
zorakılıqlara və talanlara məruz qalması ermənilərin cinayətkar əməllərindən biridir. 
Məhz bu qanlı cinayətdən sonra bolşeviklərin Bakıda məğlubiyyətinin  əsası 
qoyulmuşdu. Bakı Sovetinə inanmayan azərbaycanlılar mart hadisəsindən sonra 
ondan tamamilə üz döndərmişdi (152,  53). 
1918-ci ildə Bakıda və eləcə  də Azərbaycanın digər yerlərində törətdikləri 
cinayətləri ört – basdır etmək üçün sosial – demokratların menşevik və bolşevik 
rəhbərləri tərəfindən Cənubi Qafqaz Seyminin rəhbərliyinə  də yalan məlumatlar 
vermişdilər. Onlar Cənubi Qafqaz Seyminin elə bir siyasi və  hərbi gücə malik 
olmadığını yaхşı bilirdilər.  
Azərbaycanlılara qarşı  qırğınlarda, bilavasitə günahkar olan erməni və gürcü 
inqilabçıları, öz cinayətlərini ört-basdır etmək üçün, varlığını heç vaхt tanımadıqları 
və birdən-birə güya tanıdıqları, siyasi və  hərbi gücə malik olmayan Seymə yalan 
məlumatlar verməkdən belə  çəkinməmişdilər. Bunu həmin dövrdə  nəşr olunan 
qəzetlərin səhifələrindən də görürük. Bu qəzetlərin, demək olar ki, hamısı erməni və 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə