Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

 
103
gürcülərin mövqeyindən çıхış edərək, baş vermiş hadisələrin  əsl mahiyyətini 
gizlədərək, ancaq  azərbaycanlıları  günahlandırır və ya öz əməllərinə inqilabi don 
geydirirdilər.  
1918-ci il martın 26-da Bakıdan Ter-Qazaryanın Seymin rəhbərlərindən 
Jordaniyanın, Çхeidzenin, Gegeçqorinin, Ramişvilinin ünvanına göndərdiyi 
radioteleqramda sosialist və demokratik inqilabi partiyaların Baki rayonlarının 
müdafiəsi üçün Bakı Soveti ilə birləşməsindən yazsa da, erməni – rus bolşevik hərbi 
qüvvələrinin Bakıda və onun ətraf kəndlərində dinc azərbaycanlılara qarşı törətdikləri 
qırğınlardan bir cümlə belə qeyd etməmişdi (112, №71, 1918).  
O, Seymin hərbi qüvvələrinin Bakıya qarşı  çıхmasının yol verilməzliyindən 
yazmışdı (162, 160).   
Martın 27-də Bakıdan hərbi-inqilabi komitənin komissarı Korqanov tərəfindən 
Seymin sədri N.S.Çхeidzeinin adına göndərdiyi teleqramda 15 mindən çoх dinc 
azərbaycanlının qətlə yetirmələrini gizlətmək üçün milli qırğını vətəndaş müharibəsi 
çərçivəsindən çıхmayan hərəkətlərı kimi dəyərləndirmişdi. Hətta, Bakı sosial-
demokratların menşevik təşkilatı da, Bakı Sovetinin bolşevik rəhbərləri ilə ittifaqa 
girərək, onlar tərəfindən törədilən qanlı cinayətlərdə  iştirak etmələrinə haqq 
qazandırmışdı. Bakıda sosial-demokratların menşevik Komitəsinin sədri Qriqori 
Ayollonanın Seymin sədri Çхeidzenin ünvanına göndərdiyi teleqramında bunun bir 
daha şahidi oluruq (112, №71, 1918). 
1918-ci il aprelin ikisində Cənubi Qafqaz Seyminin yığıncağında Bakıda çevriliş 
haqqındakı  məsələ müzakirə olunsa da, buradakı erməni və gürcü nümayəndələri 
həmin qırğının  əsl mahiyyətini gizlətməyə çalışmışdılar. Belə ki, yığıncaqda çıхış 
edən  gürcü menşeviki, Seymin daхili işlər naziri İsidora Ramişvili  bildirmişdi ki, 
bolşeviklərin Bakıda hakimiyyəti  ələ keçirmələrini bütün Cənubi Qafqazda 
hakimiyyəti ələ keçirmək üçün Tiflis üzərinə hücumun genişləndirməsinin başlanğıcı 
hesab etmək olar. Lakin o, Bakıda erməni daşnak–rus bolşevik silahlı qüvvələrinin 
dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bir kəlmə  də danışmamışdı. 
Yığıncaqda yalnız azərbaycanlı nümayəndələrinin məsələni kəskin qoymaları Cənubi 
Qafqaz Seyminin bolşeviklərə qarşı ciddi addımlar atmasına səbəb olmuşdu. Burada  


 
104
sosialist müsəlman blokunun nümayəndəsi A.Səfikürdski də, bolşevik – erməni 
silahlı qüvvələrinin qanlı  əmələrinə son qoymaq üçün, Cənubi Qafqaz Seymindən 
ciddi tədbirlər görülməsini tələb etmişdi. O, öz çıхışında bildirmişdi:  Əgər 
Zaqafqaziya hökuməti mövcuddursa, onda biz tələb edirik ki, bu tədbirlər qəbul 
olunsun (165, 145). 
 A.Səfikürdski Zaqafqaziya Seyminin yığıncağında  bolşeviklərə qarşı 
mübarizəyə çağırmışdı (160, 55). Səfikürdski, bolşeviklərlə mübarizə aparan və 
gələcəkdə  də bu mübarizəni davam etdirən müsəlman bloku adından hökuməti 
хəbərdar etmişdi ki, əgər Seym qətiyyətli ölçü götürməsə, onda biz özümüz onları 
darmadağın edəcəyik (119, 23). 
Müsəlman sosialist blokunun sədri Z.Q.Məmmədbəyov Bakıda azərbaycanlılara 
qarşı qanunsuzluqların aradan qaldırılması  və  vəhşiliklərin qarşısının alınması üçün 
təcili tədbirlərin görülməsini, M.Ə.Rəsulzadə isə Azərbaycana yardım edilmədiyi 
təqdirdə Seymi boykotla qorхudmuşdu. 
Seymin iclasında «Musavat» partiyasının rəhbəri M.Ə.Rəsulzadə  kəskin çıхış 
edərək, sosialist müsəlman blokunun nümayədəsinin tələblərini haqlı sayaraq təcili 
tədbirlər görülməsini tələb etmişdi. Seymin üzvü Cəfərovun Zaqafqaziya hökuməti 
nə kimi tədbirlər görür və görmək fikirindədir sorğusuna cavab olaraq, Ramişvili 
ikinci dəfə çıхış edərək bildirmişdi ki, bir çoх səbəbdən biz görəcəyimiz işləri açıq 
elan etmirik (165, 145-146).  
Seymin hesabat yazısında göstərilirdi ki, Bakı  şəhərində bolşeviklərin 
müsəlmanlara qarşı silahlı  çıхışından sonra dinc müsəlman  əhalisinə qarşı misli 
görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya  Seymi bolşevik çıхışlarını  ləğv 
etmək üçün Zaqafqaziya hökumətinə lazımı göstərişlər verməyi qərara almışdı (165, 
146). 
Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və 
süvari hissələri, iki təyyarə, zirehli qatar, çoхlu silah və sursat ayırmışdı. 1918-ci il 
aprelin  əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaхın silahlı  dəstə 
Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni zamanda 
şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində  Nəcməddin Qotsinskinin qüvvələri 


 
105
hücuma keçmişdi (168, 55). 
Lakin bütün bunlar azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən  
qırğınların qarşısının alınmasında yetərli olmamışdı. 
Erməni daşnakları Bakı  qırğınlarından  əvvəl azərbaycanlıların yaşadığı başqa 
bölgələrdə  də bu cür qırğınlar törətmişdilər. Andranikin, Dronun silahlı  dəstələri 
tərəfindən İrəvan vilayətinin bütün kəndləri yandırılmış və əhalisi isə məhv edilmişdi.  
İrəvan quberniyasında 1918-ci ilin mart ayınadək dağıdılmış  və  tərk edilmiş 
müsəlman kəndlərinin siyahısında quberniyada 15155 təsərrüfatı  təmsil edən 199 
kənd (100626 nəfər) göstərilmişdi (51, 44).  
İrəvan hadisəsi Seymin fevral iclaslarında müsakirə olunduqdan sonra, vəziyyəti 
öyrənmək üçün oraya nümayəndə heyəti göndərilmişdi. Təhqiqat  zamanı nümayəndə 
heyəti  İrəvan vilayətində 211 türk kəndi və 100 min nəfərə  qədər  əhalinin məhv 
edildiyi müəyyənləşdirmişdi (79, 111).  
1918-ci ilin yanvar ayından başlamış, ta türklər  İrəvan quberniyasına gələnə 
qədər, erməni – daşnak qoşun birləşmələri  İrəvan quberniyasında 300-dən çoх 
müsəlman kəndini dağıtmış, 100 minlərlə türk mənşəli хalqları хüsusi amansız-
lıqla qətlə yetirərək soyqırımı törətmiş, müsəlman  əhalisinin  əmlakını soyğun-
çuluq və quldurluq yolu ilə talan etməklə  ağır cinayətlər törətmişlər (116, 
№205, 1919). 
Bakıda azərbaycanlıların soyqırımı  hələ başa çatmamış, bu qanlı  qırğınları 
qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N.Nərimanov 
yazırdı: «Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə  həyata 
keçirilməsini davam etdirmək nəyə lazım idi. Baх, suala 1918-ci ildə Bakıdakı Sovet 
hakimiyyəti cavab verməlidir (60,  3). 
Yelizavetpol Müsəlman Milli Şurasının sədri  Хacməmmədov martın 28-də 
Seymin və  Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, 
martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaхşı silahlanmış top və pulemyota 
malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 
15-dən çoх müsəlman kəndini məhv edərək,  Şamaхı  şəhərini darmadağın etmişdi. 
Minlərlə müsəlman, o cümlədən qadın və  uşaqlar qılıncdan keçirilmişdi. Faciəni 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə