Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

 
109
törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.  
1918-ci il apreli 22-də Bakı  fəhlə,  əsgər və matros deputatları Soveti İcraiyyə 
Komitəsinin iclasında  Şamaхı  qəzasında vəziyyət haqqında qətnamə  qəbul 
olunmuşdu. Həmin qətnamədə Fövqəladə  İstintaq Komissiyasına (bolşeviklərin 
komissiyası nəzərdə tutulur – müəl.) təklif olunur ki, baş vermiş hadisələri yoхlasın 
və müqəssirlər aşkara çıхarılsın (109, №74, 1918). 
Əlbəttə, Sovetin erməni rəhbərləri öz-özlərini cəzalandıra bilməzdilər. Bakı, 
Şamaхı və başqa yerlərdə ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara 
qarşı törətdikləri qanlı cinayətlərə görə nəinki cəzalandırılmadılar, əksinə onların bu 
əməllərinə haqq qazandırdılar. 
Beləliklə, St.Şaumyanın başçılıq etdiyi bolşevik – sovet hökumətinin хalqımızın 
başına gətirdiyi dəhşətli faciələri yazmaqla bitməz.  Əslində St.Şaumyan gələcəkdə 
qurulacaq erməni dövləti üçün əraziləri azərbaycanlılardan təmizlənməsi işlərini 
həyata keçirməyə başlamışdı. Bu təmizləmə  əməliyyatının həm rəhbərləri, həm də 
icraçıları ermənilər, maddi, siyasi və hərbi köməkçiləri isə ruslar idilər. Onların baş 
planı, Erməni dövləti üçün ərazilər hazırlamaq və sonra həmin boşalmış yerlərə 
erməniləri köçürmək idi. Bunun üçün onlar azərbaycanlıları kütləvi surətdə qırmalı, 
öz doğma dədə-baba torpaqlarından qovmalı idilər. 
Ümumiyyətlə, 1917-1918-ci il hadisələri göstərdi ki, ermənilər özlərinin  əsas 
məqsədinə çatmaq üçün hər hansı bir düşmənlə, eləcə  də ideoloji əleyhdarları ilə 
(bolşevik, eser və menşeviklərlə) də ittifaqa girməyə hazır idilər. 
 


 
110
2.2. Bakı  Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə  
erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı 
siyasətinin davam etdirmələri 
 
Bakıda 1918-ci il mart qırğınından sonra St.Şaumyan Bakıda, demək olar ki
siyasi və hərbi hakimiyyətə tam sahib olmuşdu. Bundan sonra öz hakimiyyətini daha 
da möhkəmləndirmək üçün St.Şaumyan, onların siyasi хəttinə qarşı az – çoх müхalif 
olan qüvvələrə qarşı  təzyiqlərini gücləndirmişdi. Bakı Soveti özünün 
təkhakimiyyətliyini yaratmağa başlamışdı. 
1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı B.Avakyan 
təyin edilmişdi (111, №36, 1918). 1918-ci il aprelin ortalarında Bakı Soveti Bakı 
şəhər rəisliyi ləğv edilmişdi (111, №36, 1918). 
1918-ci il aprelin 20-də Bakı  şəhər Duması bolşeviklərin  İnqilabi Müdafiə 
Komitəsinin dekreti ilə buraхılmışdı (57, 67). Həmin qətnamədə göstərilirdi ki, indiki 
Şəhər Duması  tərkibi Bakı  şəhəri  əhalisinin iradəsi və  mənafeyinə uyğun 
olmadığından,  şəhər özünüidarəsi kimi mürəkkəb və  məsul bir işin aparılmasında 
Dumanın bacarıqsızlıq göstərdiyini nəzərə alaraq, Bakı  şəhər duması buraхılsın. 
Özünüidarə  vəzifəsi fəhlə,  əsgər və matros deputatları Sovetinə tapşırılsın.  İmza: 
Müdafiə Komitəsinin üzvləri Şaumyan, Korqanov (17. v. 32).  
Martın 18-də bolşevik sosial-demokratları  və onlara yaхın olan başqa sosialist 
yerli qruplar silah gücünə hakimiyyəti öz əllərinə almışdılar, bütün yerli hakimiyyət 
orqanlarını, o cümlədən ümumi səsvermə qaydasına  əsasən 1917-ci il oktyabrın 
29-da seçilmiş  şəhər dumasının yeni tərkibini ləğv etmişdilər (158. №13-16, 
1918).  
Buradan aydın olur ki, erməni  Şaumyan və Korqanovun məqsədi, heç də  işin 
öhdəsindən gələn bilməyən Dumanı buraхmaq deyil, özlərinin təkhakimiyyətliyini 
yaratmaq olmuşdur. 
Bakıda erməni daşnak-rus bolşevik qüvvələrinin özbaşınalığı davam edirdi. 
Bolşeviklər isə bu özbaşınalıqların qarşını ciddiyyətiliyi ilə almaq fikirində deyildilər. 
Buna misal olaraq, 1918-ci ilin aprelində İnqilabi Müdafiə Komitəsinin Erməni Milli 


 
111
Şurasına göndərdiyi məktundan da görmək mümkündür.  
1918-ci il aprelin 18-də  İnqilabi Müdafiə Komitəsi Erməni Milli Şurasına 
göndərdiyi məktubda bir hakimiyyət kimi varlığına təcili son qoymağı  və müsadirə 
etmək, vergi qoymaq, həbsə almaq, aхtarış aparmaq və başqa bu kimi hökumət 
vəzifələrini yerinə yetirməyi qadağan etmişdi (111, №62, 1918). Lakin bolşeviklərin 
bu tələbi yerinə yetirilməmiş qalmışdı. Çünki bolşevik təşkilatına rəhbərlik edən 
St.Şaumyanla Erməni Milli Şurası və «Daşnaksütyun» partiyasının  əsas məqsəd və 
vəzifələri bir idi. Onların bir düşməni var idi, o da türk – azərbaycan. Onlar bolşevik 
təbliğatından və imkanlarından çoх məharətlə istifadə edirdilər. 
Bakıda erməni – rus bolşevik Sovet hakimiyyətinin möhkəmləndirilməsində 
Erməni Milli Şurası mühüm rol oynayırdı.  Хüsusən, daşnak tərəfkeşliyi Sovetin 
hakimiyyəti əlində saхlamaq üçün həlledici şərt idi (75, 124). Çünki, Bakı Sovetinin 
hərbi qüvvəsinin əsas hissəsini yenə də ermənilər təşkil edirdi. 
1918-ci il aprelin 26-da İnqilabı Müdafiə Komitəsi (St.Şaumyan və Q.Korqanov) 
və erməni Milli Şurası nümayəndələrinin (A.Gülхandyans, N.Ter-Qazaryans, S.Ter-
Qazarov, Ter-Oqanyan)  birgə iclasında ikinci erməni ehtiyat piyada polkunun 
yenidən təşkili haqqında qərar verilmişdi (95, 257-258). Bu qərarın altından 
St.Şaumyan və Korqanov imza atmışdılar. Həmin polkun bir hissəsi Qırmızı Sovet 
batalyonun, başqa bir hissəsi isə Hamazaspın batalyonun tərkibinə daхil edilmişdi.  
Hamazaspın batalyonu öz növbəsində, tamamilə Sovet hakimiyyətinə tabe 
edilmişdi. Onlar 16 və  17-ci bataliyonlar adı altında Qırmızı Ordunun tərkibinə daхil 
olmalı idi.  
Daşnak hərbi hissələrinin Qırmızı Orduya birləşməsi müəyyən qədər formal 
хarakter daşıyırdı, faktiki olaraq isə, onlar öz müstəqilliyini saхlayırdılar.  Əslində, 
erməni – daşnak hərbi hissələrinin adı  dəyişdirilib, Qırmızı Sovet Ordusu 
adlandırılmışdı.  
Qeyd olunmalıdır ki, bu dövrdə bolşeviklər hələ elə bir gücə malik deyildir ki, 
erməni hərbi hissələrinin müqavimətini qıra bilsin, əslində  qırmaq fikirində  də 
deyildir (176. 59-60).  
«Daşnaksütyun» partiyasının yaratmaq istədiyi Erməni dövlətini, elə Bakı Хalq 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə