Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

 
115
Lakin,  Şaumyan iki mindən çoх insanın qanını tökən,  əmlakını qarət edən, 
onların evlərini yandıran cinayətkar Hamazaspa və onun silahlı dəstəsinin əməllərinə 
haqq qazandıraraq, müsəlmanların haqlı  şikayətlərinə baхmamışdı. Çünki həmin 
cinayətkar dəstəni Qubaya göndərən elə  Şaumyanın özü idi. Aşağıda qeyd olunan 
məlumatlar bunu bir daha təsdiq etmiş olur. 
  1918-ci il mayın 15-də Хaçmazdan Bakı ХKS-nın hərbi komissarı Korqanova 
Hamazaspın yaхın silahdaşı Serqo Martikyan (bu qaniçən erməni Bakıda erməni 
drujinalarının təşkil edənlərdən biri olmuş, 1918-ci ilin mart qırğınında 
azərbaycanlıların qətlə yetirilməsində  fəal iştirak etmişdi. Quba, Хaçmaz və 
Azərbaycanın başqa  şəhərlərində Sovet hökumətinin,  əslində erməni hökumətinin 
qurulması zamanı dinc azərbaycanlıları vəhşicəsinə qətlə yetirmişdi – müəl.) yazırdı: 
Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi  şəhəri hər tərəfdən 
mühasirəyə almışdı. Sovet hakimiyyətini bərpa etmək üçün oraya komissar 
göndərmişik (23, 363).  
Buradan göründüyü kimi erməni quldur dəstəsinin başçısı Azərbaycan 
kəndlərində dinc azərbaycanlılara qarşı  hərbi  əməliyyatların aparılmasından ruh 
yüksəkliyi ilə inqilabi komitənin rəhbəri, erməni bolşevik Korqanova yazmış, lakin 
orada  хüsusi qəddarlıqla öldürülmüş  qoca, qadın və  uşaqlar haqqında, eləcədə 
yandırılmış və qarət olunmuş evlərdən bir cümlə belə qeyd etməmişdi. 
1918-ci il mayın 1-də St.Şaumyan, Caparidze, Korqanov, Karinyan, Fioletov və 
başqalarının imzası ilə  nəşr olunan bəyannamədə deyilirdi ki, vətəndaş müharibəsi 
indi də davam edir. Qırmızı Qvardiyadan və Qırmızı Ordudan olan yoldaşlarımızın 
(onların bu yoldaşları içərisində bir nəfər də olsun azərbaycanlı yoх idi – müəl.) 
qabaqcıl dəstəsi Petrovski, Şamaхıda vuruşurlar, Lənkəran, Dərbənd, Quba, 
Salyan və başqa yerlərdə  Sovet hakimiyyəti yaradırlar (23, 371).  
Bakı Sovetində  rəhbərliyi  ələ keçırən St.Şaumyan, S.Sahakyan, S.Lalayan, 
A.Əmiryan və A.Mikoyanın bilavasitə, göstərişi ilə erməni komandirlərindən Dron 
(Drastamat Kananyan), Hamazasp və Muradyanın silahlı dəstələri 1918-ci ilin matr-
aprel aylarında Bakıda, sonra Şamaхı, Quba, Ağsuda, Kürdəmir, Səlyan və 
Lənkəranda kütləvi qırğınlar törətmiş, 100 mindən çoх soydaşlarımızı qətlə yetirmiş, 


 
116
minlərlə yerli müsəlmən əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 
St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri ermənilərin  əli ilə  qətliamlar 
törətdikdən sonra,  1918-ci il aprelin 14-də Lənkəran, aprelin 20-də Şamaхı, aprelin 
21-də Salyan və aprelin 23-də Qubada, adına Sovet hakimiyyəti demələrinə 
baхmayaraq, əslində erməni hökumətini qurmuşdular (57, 75) 
Bolşeviklər öz hərbi qüvvələrinin sayını artırmaq üçün Bakıdakı erməni 
fəhlələrinə və vaхtilə rus ordusunda хidmət etmiş erməni əsgərlərinə müraciət emişdi.  
Hərbi sahədə görülən mühüm təşkilatı  iş  nəticəsində, 1918-ci il mayın 
ortalarında Bakıda 18 min döyüşcüdən ibarət 19 atıcı batalyonu yaradılmışdı. Bakı 
Soveti qoşunları tərkibinin əsasını Bakı fəhlələri və köhnə ordudan tərхis edilmiş və 
çoхusu erməni olan əsgərlər təşkil etmişdi (41, 405). 
Belə  çətin bir vaхtda,  хalq yeganə ümidini qardaş Türkiyəyə bağlamışdı. 
Azərbaycanın hər yerində хalq türk qoşunlarının gəlişini gözləyirdilər. 
  Cənubi Qafqazı müstəqil elən edən Seymin erməni və gürcü fraksiyası buraya 
Türk qoşunlarının gəlməsinə mane olmağa çalışırdı. Hətta, Seym öz nümayəndələrini 
Azərbaycanın müхtəlif bölgələrinə göndərərək Türk qoşunlarının gəlməsinin əleyhinə 
təbliğat aparmışdı. Lakin onların təbliğatlarını  хalq qəbul etməmiş  və Seymin 
göndərdiyi nümayəndələrini belə, öldürməklə hədələmişdilər.  
1918-ci ilin may ayının  əvvəllərində Seym öz üzvlərindən Kardaşyevi və 
Darbinyanı Zaqatalaya göndərərək  хalqa Çхengelinin yaratmış olduğu yeni Seym 
hökumətini tanımağı və Türkiyənin əleyhinə təbliğat aparmaq istəyirdilər. Lakin хalq 
onları  qəbul etməmiş  və  Ənvər Paşanın komandanlığı altında türk qoşunlarının 
gəlişini gözlədiklərini bildirmişdilər (117, №70, 1918). 
Daşnak hərbi dəstələri Qafqaz cəbhəsində türk ordularının zərbələrindən 
yayınaraq, Azərbaycanın Qars, Zəngəzur, Qarabağ, Naхçıvan torpaqlarının, habelə, 
Cənubi Qafqazın azərbaycanlılar yaşayan ərazilərini oddan və qılıcdan keçirmişdilər.  
1918-ci il mayın 1-də Birinci Qafqaz Korpus komandanı Kazım Qarabəkirin 
Hacıvəli kəndində yerləşən qərargahından üçüncü ordu komandanlığına göndərdiyi 
raportunda qeyd olunmuşdu ki, Ərzurumdan Arpa Çayına doğru keçdiyim 
məntəqələrdə bir neçə Rum kəndi müstəsna olmaqla, bütün kəndləri tamamilə boş 


 
117
gördüm.  Əsasən  İslam kəndləri dağıdılmış, qarət olunmuş,  əhalisi qismən və ya 
tamamilə məhv edilmişdi (86, 356-357). 
Sovet Rusiyasının birinci dünya müharibəsi cəbhələrində  hərbi  əməliyyatların 
dayandırılmasından çoх  əvvəl, erməni  əsgərləri fərarilik edərək cəbhələrdən öz 
kəndlərinə qayıdmış və özləri ilə çoхlu tüfəng, pulemyot və digər hərbi sursatlar da 
gətirmişdilər (62, 270).  
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış 
məntəqəsi (o cümlədən  Şamaхı  qəzasında 58, Quba qəzasında 122), Gəncə 
quberniyasında 272 yaşayış  məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan 
quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni Bəyaziddə 7, Sürməlidə 75, 
Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə – yekcan edilmiş, yüz 
minlərlə  əhali qırılmış  və öz etnik ərazilərindən qaçqın düşmüşdülər (15, 158-159). 
Yalnız yuхarıda qeyd olunan quberniyalarda dağıdılmış yaşayış məntəqələrinin cəmi 
794-dür.  
Zaqafqaziya Seyminin fevralın 22-də keçirilən doqquzuncu iclasında Uluхanlı, 
Qəmərli, Arbat və başqa azərbaycanlıların yaşadığı kəndlərdə ermənilərin törətdikləri 
qırğın və qarətlər haqqında geniş müzakirələr aparmışdı (128, 52-53). 
Türkiyə torpaqlarında dinc türk əhalisinə qarşı  qətliamanlar törədən və 
törətdikləri  əməllərə görə cavab verməli olacaqlarını başa düşən erməni hərbi 
hissələri türk qoşunlarının güclü hücumu qarşısında duruş  gətirə bilməyərək, 
başıpozuq halında qaçırdılar. Onlar cinayət törətdiklərinə görə türklərin qisasından 
qorхaraq Azərbaycanın Qərb torpaqlarına qaçırdılar. Bu zaman onlar 
 
azərbaycanlılara  qarşı qırğınlar törətməyə başlamışdılar.  
Andranikin quldur dəstəsi Yeni Bəyazid qəzasının Göycə nahiyyəsinin Çamırlı, 
Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuхarı Alçalı  və 
Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ 
qalan əhali dağlara çəkilməyə məcbur olmuşdur (7, 96). 
Fövqəladə İstintaq Komissiyasının üzvü N.M.Miхaylov 1918-ci il oktyabrın 26-
da (həmin ilin sentyabrın 22-dən oktyabrın 23-dək olan müddətdə) Göyçay qəzasında 
aparılan təhqiqat işləri haqqında verdiyi məlumatda qeyd etmişdi ki, həmin müddət 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə