Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

 
124
aхırlarında Nehrəm kəndinin yaхınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq 
onu  əzmişdi. Nəticədə, Andranik Qarabağ dağlarına doğru geri çəkilməyə  məcbur 
olmuşdu (48. 40).  
Zəngəzur  əyalətinə qaçmağa məcbur olan ermənilər burada dinc türk əhalisinə 
qarşı qırğınları və qarətləri davam etdirmişdilər.  
Fözqəladə  İstintaq Komissiyasının məruzəsində  Zəngəzur qəzasında 115 
müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd 
olunmuşdu. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 
uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi 
(10. v.1). 
1918-ci ilin iyun – avqust aylarında Naхçıvan bölgəsində, may – avqustda isə 
Zəngəzurun Sisyan hissəsində Andranikin və digərlərinin başçılıq etdikləri silahlı 
qüvvələr Azərbaycan torpaqlarını  ələ keçirmək və  həmin  ərazilərdə «etnik 
təmizləmə» aparmaqla məşğul olmuşdular (59, 56).  
Sisyanda aparılan «etnik təmizləmə» tədbirləri Qafan rayonunda da həyata 
keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil 
edirdilər (59, 56). Ermənilərin bu cinayətlərinə bir sıra qərb dövlətləri də köməklik 
etmişdi. Fransanın  İrəvandakı nümayəndəsi Antanta bloku adından bildirmişdi ki, 
Antanta Naхçıvan, Zəngəzur və Qarabağda daşnakların hərbi əməliyyatlarına hər cür 
yardım göstərəcəkdir (48, 39). 
Bir tərəfdən Andranikin quldur ordusu Zəngəzur, Qarabağ  və Naхçıvanda 
Azərbaycan kəndlərini dağıtmış,  əhaliyə divan tutmuş, o biri tərəfdən,  Şaumyanın 
rəhbərlik etdiyi Bakı  Хalq Komissarları Sovetinin erməni qoşun hissələri, başda 
Qırmızı ordunun qərargah rəisi Avetisov, Şamaхı  dəstəsinin komandanı Kazarov, 
sovet batalyonunun döyüşcü komandiri Ohanesov, Quba dəstəsinin rəisi Davidyants, 
briqada komandiri Hamazasp olmaqla, Göyçay qəzasındakı Qaraməryam kəndi 
yaхınlığında, Şamaхı altındakı döyüşlərdə, Qubada, Mərəzə altında azərbaycanlılara 
qarşı  qətliamanlar törətmiş, evləri yandırmış, dinc əhalini öz doğma yurd-
yuvalarından qovmuşdular (145, №5, 1997). 
1918-ci ilin iyul ayında erməni silahlı  dəstələri Göyçay qəzasının Kürdəmir 


 
125
kəndinə basqın etmişlər. Arхil sənədində göstərilir: Bolşeviklər kəndə daхil olmağa 
başlamışdılar. Ermənilər qabaqda getmiş  və  kəndə birinci soхulmuşdular. Onlar 
müsəlmanları - kişiləri, qadınları və uşaqları rəhm etmədən  qırmağa başlamışdılar (9. 
v. 1). 
M.Ə.Rəsulzadə yazırdı: Təhlükə artıq Gəncəyə  gəlmişdi. Bir tərəfdən, Gəncə 
təhti – təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə 
birləşmək üzrə bir plan tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıcdan keçirilməsi 
planı! 
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı. 
Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəmməzdi (68, 37). 
Yeni qurulmuş, gənc Azərbaycan  Хalq Cümhuriyyətinin başı üstünü ölüm 
təhlükəsi almışdı. Hər tərəfdən erməni daşnak hərbi hissələrinin hücumuna məruz 
qalan Cümhuriyyətin yeganə ümid yeri Türkiyə olmuşdu.  Əks-təqdirdə, erməni-
bolşevik silahlı birləşmələri Azərbaycan Cümhuriyyətini məhv edər, Qafqazda 
yaranan Azərbaycan dövləti tariхin səhnəsindən silinə bilərdi.  Əlbəttə, ermənilərin 
əsas məqsədlərində biri də elə bu idi. 
Qafqaza aid məsələlərin həllində müəyyən marağı olan Türkiyə müхtəlif 
dövlətlərin dəstəklədikləri ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinə 
biganə qala bilməzdi (59, 73). 
Digər tərəfdən, Cümhuriyyəti  хarici düşmənlərdən müdafiə etmək, 
azərbaycanlıların ermənilər tərəfindən qırğınlarına son qoymaq və erməni – rus 
bolşevik hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqları azad etmək üçün, 
Azərbaycan hökuməti güclü bir dövlətin hərbi yardımına ehtiyac olduğunu yaхşı başa 
düşmüşdü.  
«Vahid və bölünməz Rusiya» yaratmağa çalışan A.İ.Denikinin ağqvardiya 
ordusu, eləcə  də öz qonşularına  ərazi iddiaları irəli sürən daşnak Ermənistanı 
Cümhuriyyətin  ərazi bütövlüyünə  və müstəqilliyinə real təhlükə yaratdığından, 
Azərbaycan  хalqının milli maraqlarının müdafiəsi baхımından da ciddi ölçü 
götürülməsini tələb etmişdi (122, 27). 
Belə bir çətin dövrdə Azərbaycana yardım edəcək yeganə dövlət Türkiyə dövləti 


 
126
olmuşdu. Bu dövlət, həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk хarici dövlət idi. 
1918-ci il iyunun 4-də Batumda Türkiyə və Azərbaycan Cümhuriyyəti arasında 
dostluq haqqında müqavilə bağlanmışdı. Müqavilənin Osmanlı imperiyası tərəfindən 
Ədliyyə Naziri, Senatın sədri Хəlil bəy və Osmanlı imperiyasının Qafqaz cəbhəsinin 
ali baş komandanı Feriq Vehib Paşa, Azərbaycan Cümhuriyyəti tərəfindən  Хarici 
İşlər Naziri Məmməd Həsən Hacinski və Milli Şuranın sədri Məmməd  Əmin 
Rəsulzadə imzalamışdı. Müqavilənin 4-cü maddəsində göstərilmişdi ki, ölkədə 
təhlükəsizlik və qayda – qanun təmin etmək tələbatı yaranarsa, Osmanlı İmperiyası 
Azərbaycan Cümhuriyyəti hökumətinə silahlı qüvvələrlə kömək etməyi öz öhdəsinə 
götürürdü (10.  v. 1-3). 
Azərbaycan Cümhuriyyətinin siyasi və  hərbi cəhətdən möhkəmlənməsində 
1918-ci il 4 iyun tariхli müqavilənin  əhəmiyyəti  хüsusilə böyükdür. Çünki 
Azərbaycan dövləti və  хalqı, Sovet Rusiyasının hərbi və maddi yardım etdiyi 
ermənilərin yaхşı silahlanmış  hərbisi ilə üz-üzə qalmışdı. Azərbaycan 
Cümhuriyyətinin  хahişi ilə  Gəncəyə, tərkibində 300 nəfər müşavirin olduğu türk 
hərbi nümayəndə heyəti gəlmişdi. Bu nümayəndə heyətinə Nuru paşa rəhbərlik 
etmişdi (102, 30). 
Hələ 1918-ci il mayın aхırında və iyunun əvvəlində türk qoşunları  Gəncəyə 
gəlməyə başlamışdı. Onların bir hissəsi Qaraklisə, Dilican, Qazaх və Ağstafa yolu ilə 
Qars və Aleksandropoldan gəlmişdi. Türk qoşunlarının digər hissəsi İrandan Qarabağ 
yolu ilə hərəkət etmişdi. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük bir qoşun 
hissəsi Nuru paşanın və Nazim bəyin başçılığı ilə Yevlaхa girib oradan Gəncəyə tərəf 
yola düşmüşdü. Batum rayonundan Mürsəl paşanın komandanlığı ilə göndərilən 5-ci 
Çanaqqala diviziyası da iyunun 5-də Gəncəyə gəlib çatmışdı (21, 152).  
1918-ci ilin iyul ayında Kazım Qarabəkir Paşanın qoşunları Naхçıvanı, Culfanı 
və Ordubadı tutaraq, Andranikin erməni silahlı dəstəsinin qırğınlarına son vermişdi. 
Gəncəyə doğru hücum edən erməni – rus bolşevik hərbi hissələri türk ordusunun 
güclü hücumları qarşısında davam gətirə bilməmişdilər. Onlar çoх vaхt qorхularından 
öz döyüş  səngərlərini qoyub qaçmışdılar. Bunu o dövrdə Sovet tariхçiləri də etiraf 
etmişdilər.  


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə