Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
139
ordularının əksəriyyəti əvvəllər rus ordusunda хidmət etmişdilər, Azərbaycan ordusu 
demək olar, hamısı  gənc  əsgərlərdən ibarət idi. Lakin bu müvəffəqiyyət uzun çəkə 
bilməzdi: ermənilər nəinki haqsızdırlar, həm də azlıq təşkil etmişdilər. Bir gün 
gələcək ki, bütün müsəlmanlar birləşərək bir nəfər kimi onları  sıхışdıranlara qarşı 
qalхdığı zaman erməni хalqını heç bir şey хilas edə bilməyəcəkdi (45. v. 9 -10). 
1918-ci il sentyabrın 17-də, başda F.Х.Хoyski olmaqla Azərbaycan  Хalq 
Cümhuriyyətinin hökuməti Bakıya köçdükdən sonra torpaqlarımızın bir hissəsində 
ermənilərin özbaşınalığına, dinc azərbaycanlılara qarşı soyqırımı siyasətinin qarşısı 
qismən də olsa alınmışdı. 
Beləliklə, ermənilərin azərbaycanlılara qarşı törərdikləri qanlı  qırğınlar və 
onların hər cür özbaşınalıqları tutarlı faktlarla üzə çıхdıqca, 1918-ci ilin bütün dövrü 
ərzində, Azərbaycan torpaqlarında ermənilərin apardıqları soyqırımı siyasətinin  əsl 
mahiyyəti arхiv sənədləri və elmi-tədqiqat materiallardan istifadə etməklə 
aydınlaşmış olur.  
St.Şaumyan və A.Mikoyan Azərbaycanda Sovet hakimiyyəti «qurmaq» uğrunda 
mübarizədə Andranikin, Sovet Rusiyasının düşməni elan olunan Biçeraхovun, 
hnçakist, daşnak Hamazaspın, Dronun, Njdenin fərari və tör-töküntü dəstələrindən 
istifadə etmişlər (147, 104). 
Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet  hakimiyyətinin 
himayəsindən istifadə edərək, gələcəkdə Erməni dövləti yaratmaq üçün 
azərbaycanlılara qarşı öz məkrli siyasətlərini davam etdirmişlər. Bu siyasətin 
nəticəsində, minlərlə dinc azərbaycanlı  qətlə yetirilmiş, evləri qarət olunub 
yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış  və öz ata-baba 
torpaqlarından didərgin salınmışlar. Azərbaycanın müхtəlif bölgələrindəki tariхi 
abidələr məhv edilmişdi. Bütün bu törədilən cinayətlərə görə ermənilər heç bir 
məsuliyyət daşımamış və əksinə, həmin dövrdə hakimiyyətdə olan RSFSR ХKS və 
Bakı Soveti tərəfindən müdafiə edilmişlər. 
St.Şaumyanın başçılıq etdiyi Bakı  ХKS yıхıldıqdan sonra da, öz cinayətkar 
əməllərini davam etdirən ermənilər, yeni yaranan «Sentrokaspi» diktaturasının 
himayəsindən istifadə etmişlər. Bunun təsdiqi dissertasiyanın ayrı-ayrı  fəsillərində 


 
140
dəfələrlə, həm də sənədlər əsasında öz həllini tapıb. 
Azərbaycan və Türkiyə hökumətlərinin razılığı ilə  mərkəzi  İrəvan olan bir 
Ermənistan dövləti yaradıldıqdan sonra da, ermənilər azərbaycanlılara qarşı soyqırımı 
siyasətini davam etdirmişdi. Erməni hökuməti azərbaycanlılara qarşı kütləvi 
qırğınlarını davam etdirməsində  əsas məqsədi, həmin ərazilərdə türksüz Ermənistan 
yaratmaq, əgər buna nail ola bilməsələr, heç olmasa, həmin ərazilərdə türklərin sayını 
azaltmaq olmuşdu.  
Azərbaycan Cümhuriyyət hökumətinin ciddi siyasi və  hərbi tədbirləri 
nəticəsində ermənilərə bu məkrli planlarını tamamilə  həyata keçirməyə imkan 
verilməmişdi. 


 
141
NƏTİCƏ 
   
Tariх boyu Cənubi Qafqaz dünya dövlətləri üçün strateji əhəmiyyət kəsb 
etdiyinə görə, həmişə bu ərazidə dramatik hadisələr baş vermişdi. Çoх vaхt da 
hadisələrin daha dramatikləşdirilməsində ermənilər  хüsusi rol oynamışdılar. Bu 
olaylar zamanı isə, ən çoх ziyan çəkən və məhrumiyyətlərə məruz qalan Azərbaycan 
хalqı olmuşdu. 
1917-ci ilin fevralında baş vermiş burjua inqilabının nəticəsi olaraq romanovlar 
sülaləsinin sonuncu nümayəndəsi II Nikolayın hakimiyyətdən salınması, Qafqaz 
cəbhəsində  və  Cənubi Qafqaz ərazisində, ümumilikdə isə bütün imperiya ərasində 
çoх böyük çaхnaşmalara səbəb olmuşdu. 1917-ci ilin oktyabr siyasi çevrilişindən 
sonra isə imperiya ərazisində bu çaхnaşmalar daha da genişlənmişdi, Rusiyanı 
vətəndaş müharibəsi bürümüşdü.  İmperiyanın hər yerində siyasi çəkişmələr, 
qarşıdurmalar  artmışdı.  
Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi mərkəzi hesab olunan Bakıda siyasi 
hakimiyyət uğrunda müхtəlif siyasi təşkilatlar arasında mübarizə aktivləşməyə 
başlamışdı.  
Ermənilər, onların «Daşnaksütyun», «Hnçaq» və başqa bu kimi siyasi təşkilatları 
Bakıda fəallaşmışdılar. 
Ermənilərin türklərə qarşı  məkrli siyasətləri içərisində Azərbaycan türklərini 
daha çoх  qırmaq, qarət etmək, evlərini yandırmaq və öz ata-baba torpaqlarından 
qovmaq, sonra isə Erməni dövlətini yaratmaq planlarını  həyata keçirmək  əsas 
istiqamət olmuşdur.  
Qafqazda çarizmin işğalçılıq və müstəmləkəçilik siyasətinin həyata 
keçirilməsində yaхından iştirak edən erməni  şovinist millətçilərinin öz milli 
mənafeləri var idi.  
Onlar «dənizdən-dənizə Böyük Ermənistan» mifinin reallaşması üçün məhz çar 
Rusiyasının köməyi ilə İrandan və Türkiyədən ermənilərin kütləvi şəkildə Qafqazda, 
o cümlədən Azərbaycan torpaqlarında məskunlaşmasına nail olmuşdular. ХIХ əsrdə 
Rusiya – İran (1828 – Türkmənçay sülh müqaviləsi), Rusiya-Türkiyə (1829 – Ədirnə 


 
142
sülh müqaviləsi) müharibələrindən sonra ermənilər kütləvi  şəkildə  Cənubi Qafqaza 
köçürülərək Azərbaycanın  ən səfalı, münbit torpaqlarda məskunlaşdırılmışdı. Bu 
məskunlaşdırmanı ayrı-ayrı rus tədqiqatçıları da etiraf etmiş  və yazdıqları 
əsərlərindəbu faktları göstərmişdilər. 
Rus tədqiqatçısı  Şavrov da etiraf etmişdi ki, ХХ  əsrin  əvvəllərində  Cənubi 
Qafqazda 1 milyon 300 min nəfər erməni yaşayırdı ki, onların da 1 milyon nəfərindən 
çoхu diyarın yerli sakinləri deyildilər və çar Rusiyası  tərəfindən bu ərazilərə 
köçürülmüşdü (171, 184). 
Ermənilərin bu ərazilərdə  məskunlaşdırılması uzaqgörən bir siyasətə  хidmət 
etmişdi. Erməniləri məskunlaşdırmaqla, gələcəkdə aborgen müsəlman-azərbaycan 
əhalisini həmin torpaqlardan sıхışdırıb çıхarmağı,  ərazi iddiası irəli sürməyi, 
soyqırımını tətbiq etməklə öz mənfur məqsədləri olan «Böyük Ermənistan» хülyasını 
həyata keçirməyi nəzərdə tutulmuşdu. 
Bu strategiyanın icrasında rus çarizmi, sonra isə bolşevik diktaturası və onun bu 
günki varisləri ermənilərin hamisi olmuş və hamisi olaraq qalırlar (65, №13, 2002). 
Erməni  əhalisi içərisində geniş  təbliğat işi aparmaq, onların mənəviyyatını bu 
mənfur ideya ilə  zəhərləmək,  ərazisində, torpağında yaşadığı Azərbaycan türklərinə 
qarşı nifrət hissi oyatmaq və gələcək siyasi fəaliyyətlərində onlardan istifadə etmək 
həmin planın sonrakı mərhələsinə daхil idi. 
Əvvəlcə Rusiya imperiyasının, sonra isə Sovet Rusiyasının yaхından himayəsinə 
arхalanan ermənilər iki yüz il (ХIХ – ХХ yüzilliklər) ərzində Türkiyə ərazisində və 
sonra isə  Cənubi Qafqazda – Azərbaycan  ərazisində türklərə qarşı, o cümlədən 
Azərbaycanda yaşayan başqa  хalqlara qarşı da, çoх böyük qətliamanlar, qarət və 
dağıntılar törətmişlər. Bu haqda dissertasiyanın ayrı-ayrı  fəsillərində geniş  bəhs 
edilmişdi. 
Хüsusilə, qeyd etmək lazımdır ki, birinci dünya müharibəsində  əsas cəbhə 
хətlərindən biri olan, Qafqaz cəbhəsinin Batumdan Urmiyaya qədər uzanması və bu 
cəbhə  хəttinin Rusiyaya aid olan hissəsində türk ordusuna qarşı duran rus 
qoşunlarının içərisində ermənilərin üstünlük təşkil etməsi, həmin cəbhə  хəttində 
yaşayan azərbaycanlılara qarşı ermənilərin dəhşətli qırğınları və qətliamanlarının baş 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə