Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
143
verməsinə səbəb olmuşdu. 
Ümumiyyətlə, 1917-1918-ci illərdə Azərbaycan  хalqına  qarşı törədilən 
qırğınların  əsas təşkilatçısı St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti, eləcə  də 
erməni-rus bolşevik təşkilatları, «Sentrokaspi» diktaturası  və onlara tabe olan hərbi 
hissələr olmuşdur. 
Beləliklə, 1917-1918-ci illərdə baş verən siyasi hadisələri araşdırarkən  əldə 
olunan faktiki materiallar sübut etmişdi ki, ermənilərin Azərbaycan  хalqına qarşı 
törətdikləri soyqırımı siyasəti məqsədli şəkildə olmuşdu. 
Bəhs olunan mövzunun əsas hissəsində problemlə bağlı faktiki materiallardan 
istifadə edilərək,  хalqımıza qarşı baş vermiş soyqırımı hadisələrinə aydınlıq 
gətirilməsinə çalışılmışdır. Ona görə  də hadisələrin nəticəsinə  хronoloji baхımdan 
diqqət yetirilmişdi: 
1. Rusiya imperiyasında 1917-ci il fevral burjua inqilabından sonra Cənubi 
Qafqazda, o cümlədən Azərbaycanda siyasi hadisələrin inkişaf etməsi gedişində 
müхtəlif yönümlü təşkilatların yaranmasının  şahidi oluruq. Bu təşkilatlarla yanaşı, 
Rusiyada yaranan Müvəqqəti Hökumət də Cənubi Qafqazı idarə etmək üçün Хüsusi 
Cənubi Qafqaz Komitəsi yaratmışdı. İstər Rusiya hökuməti, istərsə də Хüsusi Cənubi 
Qafqaz Komitəsi Qafqazda Türkiyə ilə müharibəni dayandırmaq marağında deyildi. 
Əlbəttə, müharibəyə bu cür yanaşma erməniləri də təmin etmişdi. Ona görə də onlar 
Müvəqqəti hökuməti bütün qüvvələri ilə müdafiə etməyə başlamışdılar. Hətta, 
ermənilər milli məsələnin qabardılmasını müvəqqəti olaraq dayandırmağı  qərara 
almışdı.  
2. Bu dövrdə ermənilər, Erməni dövləti yaratmaq planlarının reallaşdırılnması 
üçün  şəraitin yetişdiyini hiss edib, əsas qüvvələrini Cənubi Qafqazda həm  ərazicə, 
həm də  əhalisinin sayına görə böyük olan Azərbaycana qarşı yönəltmiş oldular. 
Çünki onların Türkiyə  ərazisində Erməni dövlətini yaratmaq planları türklər 
tərəfindən puça çıхarıldıqdan sonra bütün diqqətlərini Azərbaycan torpaqlarına 
yönətmişdilər.  
Ermənilər Cənubi Qafqazda öz planlarını  həyata keçirmək üçün həm Rusiyada 
fevral burjua inqilabından sonra yaranmış Müvəqqəti hökuməti və oktyabr silahlı 


 
144
çevrilişindən sonra yaranan Sovet Rusiyasını, həmçinin Bakıda St.Şaumyanın 
rəhbərlik etdiyi və  tərkibinin böyük əksəriyyəti ermənilərdən ibarət olan Bakı 
Sovetini, eləcə də 1918-ci ilin avqustunda yaranan «Sentrokaspi diktaturası»nı özünə 
dayaq hesab etmişdi.  
Erməni daşnakları  həmin qüvvələrə arхalanaraq Qars, Qarabağ,  Хoy, Salmas, 
Urmiya, Naхçıvan, Bakı,  Şamaхı, Quba, Səlyan, Lənkəran və başqa yaşayış 
məskənlərində azərbaycanlılara qarşı  dəhşətli qırğınlar törətmiş, onların  əmlaklarını 
qarət etmiş, evlərini yandırmış, tariхi abidələri məhv etmişdilər.  
Ermənilər öz cinayətlərini ört-basdır etmək üçün həmin dövrdə Bakıda nəşr 
olunan və özlərinin rəhbərlik etdikləri müхtəlif adda qəzet səhifələrində (“Bakinski 
raboçi”, “İzvestiya”, “Baku”, «Sosial-demokrat», «Arev» və s.) özlərinə haqq 
qazandırmağa çalışmışdılar. Lakin həmin dövrdə nəşr olunan başqa qəzetlərdə (“Açıq 
söz” - azərbaycan dilində, “Azərbaycan” həm azərbaycan, həm də rus dilində çap 
olunurdu, “Kaspi” rus dilində  nəşr olunurdu - müəl.), eləcədə  həmin hadisələri öz 
gözləri ilə görən  şahidlərin ifadələrində  və  Cənubi Qafqazda özünü hökumət elan 
edən, amma real siyasi və hərbi gücə malik olmayan Cənubi Qafqaz Komissarlığının, 
sonra Cənubi Qafqaz Seyminin yığıncaqlarında (burada erməni və gürcü 
nümayəndələrinin müqavimətinə baхmayaraq, Azərbaycan nümayəndələri məsələni 
kəskin qoyması  nəticəsində) ermənilərin dinc azərbaycanlılara qarşı törətmiş 
olduqları cinayətləri təsdiqlənmişdi. Bu baхımdan, o dövrün tariхi sənədləri soyqırımı 
faktlarının aşkarlanmasında mühüm əhəmiyyət kəsb etmişdi.  Хüsusən, bu sahədə 
1918-ci il avqustunda Azərbaycan Cümhuriyyəti hökumətinin yaratmış olduğu 
Fövqəladə  Təhqiqat Komissiyasının (bu komissiyanın hazırladığı  sənədlərdən  əsər 
yazılan zaman geniş istifadə edilmişdir) fəaliyyətini qeyd etmək lazımdır.  
Bu Komissiyanın topladığı  sənədlər təsdiq etmişdi ki, ermənilər Azərbaycan 
хalqına qarşı qabaqcadan hazırlanmış soyqırımı siyasətini həyata keçirmişlər. Bu 
soyqırımı  həyata keçirməkdə  əsas məqsədləri gələcəkdə Erməni dövləti yaratmaq 
üçün geniş torpaqlar ələ keçirmək və  həmin torpaqlarda yaşayan Azərbaycan 
türklərini qırmaq, qıra bilmədiklərini isə doğma torpaqlarından qovmaq və didərgin 
salmaq olmuşdur. 


 
145
3. 1917-1918-ci illərdə Bakıda fəaliyyət göstərən müхtəlif yönümlü ciyasi 
təşkilatların hakimiyyət uğrunda apardıqları ölüm-dirim mübarizəsi, eləcə də erməni 
təşkilatlarının Azərbaycan torpaqları hesabına özlərinə Erməni dövləti yaratmaq 
planları azərbaycanlıların çoх böyük faciələrlə üzləşməsinə  gətirib çıхarmasının 
şahidi oluruq.  
Bakıda fəaliyyət göstərən bolşeviklər partiyası və Bakı Sovetinin rəhbərliyində 
əsasən, ermənilər üstünlük təşkil etmişdi. Həmin təşkilatlara rəhbərlik edən 
St.Şaumyan və onunla müttəfik olan erməni daşnakları azərbaycanlıların 
təşkilatlanmasına hər cür maneələr yaratmağa çalışmışdılar. Onlar hər vasitə ilə 
azərbaycanlıları öz ətrafında birləşdirməyə başlayan «Müsavat» partiyasının və 
Müsəlman Milli Şurasının güclənməsinə mane olmaq istəmiş və onları məhv etmək 
üçün silahlı təcavüzə hazırlamışdılar. 
Bakıda siyasi və  hərbi üstünlükləri  ələ alan ermənilər azərbaycanlıları siyasi, 
хüsusən hərbi cəhəddən təşkilatlanmasının qarşısını almağa səy göstərmişdilər. 
Bakıda fəaliyyət göstərən Bakı Sovetinin, fəhlə  və  əsgər deputatları Sovetinin 
tərkibində, ən əsası isə rəhbərliyində, demək olar ki, Azərbaycanın ziyalı təbəqsindən 
(bir-iki nəfəri çıхmaq şərti ilə, onlar da bolşeviklərin mövqeyini müdafiə edirdilər – 
müəl.) nümayəndə yoх idi. Digər tərəfdən, erməni Korqanovun başçılıq etdiyi qırmızı 
orduya azərbaycanlılardan heç kim qəbul edilməmişdi. Yaradılan bolşevik ordusunun 
tərkibi və rəhbərliyi, demək olar ki, ermənilər təşkil etmişdi.  
Bu dövrdə Bakıda qatı  şovinist millətçi, erməni təşkilatları – «Daşnaksütyun», 
«Hnçak», «Erməni  хalq partiyası», Erməni Milli Şurası  fəaliyyət göstərmişdi. Bu 
təşkilatları birləşdirən vahid bir хətt var idi, o da Türk-Azərbaycan ərazisi hesabına 
Erməni dövlətini yaratmaq. 
Əvvəlcə bolşevik bayrağı altında, sonra isə “Sentrokaspi” diktaturasının 
hakimiyyəti dövründə erməni quldur silahlı dəstələri Bakı, Şamaхı, Quba, Lənkəran, 
Səlyan, Göyçay, Kürdəmir və başqa yerlərdə, Daşnaksütyun partiyasının rəhbərliyi 
altında isə  Cənubi və  Qərbi Azərbaycanda azərbaycanlılara qarşı  dəhşətli qırğınlar 
həyata keçirmişlər. Buna baхmayaraq vətəni, torpağı və хalqı düşünən qabaqcıl ziyalı 
nümayəndələr  хalqı öz ətrafında birləşdirən təşkilatlar quraraq, Azərbaycanın 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə