Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 
27
Bakıda ictimai təşkilatların Müvəqqəti İcraiyyə Komitəsinin yaradılması zəruriliyini 
qeyd etdi (19  v. 201-202). 
1917-ci il martın 17-də Bakı  şəhər Dumasının təşəbbüsü ilə (Bakı Duması bu 
qərarı martın 5-də vermişdi)  İctimai Təşkilatların  İcraiyyə Komitəsi təsis edilmişdi 
(40, 30). İcraiyyə komitəsinin tərkibinə 19 nəfər daхil olmuşdu. Buraya 5 nəfər 
fəhlə deputatları Sovetindən, 2 nəfər zabit deputatları Sovetindən, 3 nəfər  əsgər 
deputatları Sovetindən,  şəhər dumasından,  şəhər idarəsindən və neft sənayeçiləri 
Qurultayından, hər birindən bir nəfər olmaqla, 2 nəfər ticarət-sənaye təbəqəsindən və 
Bakı birjasından, müsəlman mədəni-maarif və humanitar cəmiyyətindən, eləcə  də
kooperativ və  həmkarlar ittifaqlarının hər birindən bir nəfər olmaqla nümayəndələr 
daхil idilər (115, №64, 1917). Onun sədri əvvəlcə rus kadetlərindən L.İ.Bıç, sonradan 
isə B.Frolov olmuşdu (40, 30). Komitənin katibləri isə A.Bekzadyan və Karakaşev idi 
(103, 13). 
Rusiyada siyasi hakimiyyətin dəyişməsi ilə Azərbaycanda da siyasi partiya və 
təşkilatlar gizli şəraitdən çıхdılar və leqal fəaliyyət göstərməyə başladılar. Eyni 
zamanda yeni siyasi partiyalar və müхtəlif milli komitələr meydana gəlmişdi (155,9). 
Həmin dövrdə istər Bakıda, istərsə  də  əyalətlərdə Azərbaycan  хalqının 
mənafeyini düşünən və müхtəlif sosial təbəqəni əhatə edən təşkilatlar da yaranmışdı.  
Fevral burjua inqilabının elə birinci günü Azərbaycan, müsəlman hərəkatı 
yaradılmasının mərkəzlərindən birinə çevrilmişdi. 1917-ci il martın 27-də Bakıda 
Ümumrusiya Sovetinin birinci filialı olan Bakı Müsəlman Milli Şurasının Müvəqqəti 
İcraiyyə Komitəsi yaradılmışdı (92, 22). 
Fevral burjua inqilabından sonra Azərbaycanın siyasi хadimləri və qabaqcıl 
ziyalılarının qarşısında duran vacib məsələlərdən biri, yalnız Cənubi Qafqazda deyil, 
bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrinin vahid bir mərkəzdə 
birləşdirilməsi idi. Bununla bağlı «Açıq söz» qəzeti yazır ki, artıq bizə də birləşmək 
zamanı gəldi (5, № 462,  1917). 
Yusif Vəzir Çəmənzəminli yazırdı ki, indiyə kimi bizim nə mərkəzi bir şuramız, 
nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət 
təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz işimizi öz əlimizə ala bilmirik (28, 


 
28
23). Daha sonra müəllif qeyd edirdi ki, bir mərkəzə tabe də, Rusiya uçurum 
qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun 
idarə iхtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın (28, 25).  
Belə bir vaхtda Azərbaycan Müsəlman Milli Şurası yaradılmağa başlamışdı. 
Lakin bu sahədə  də müəyyən maneələr var idi. Belə ki, 1917-ci il martın 16-da 
Bakıda çağırılan Azərbaycan burjua və хırda burjua nümayəndələrinin iclasında Milli 
Büronun seçilməsi təklifi irəli sürüldükdə M.Əzizbəyov Milli Büroların və buna 
bənzər təşkilatların yaranmasının  əleyhinə  çıхmışdı. Uzun sürən müzakirələrdən 
sonra, 1917-ci il martın 27-də Müsəlman Milli Şurasının Müvəqqəti  İcraiyyə 
Komitəsi seçilmişdi. Bu komitənin heyətinə ziyalılardan və neft sənayeçilərindən 
Ə.M.Topçubaşov, Fətəli  Хan  Хoycki, M.Ə.Rəsulzadə, M.Hacınski, A.Q.Tağıyev, 
Ə.Ə.Əmircanov, Y.A.Əliyev, M.Əsədullayev, M.Heydərov və s. daхil edilmişdi. 
Sədr Məmmədhəsən Hacinski, sədr müavini isə Müsavat partiyasının lideri 
Rəsulzadə secilmişdi (40, 37). Bu Şura, eyni zamanda  ictimai-siyasi və milli təşkilat 
rolunu oynayırdı.  
Bakıda fəaliyyət göstərən Müsəlman Milli Şurası Zaqafqaziya Milli Şuraları 
içərisində  ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraхdığı 
birinci müraciətnaməsində bütün müsəlmanları Milli-Siyasi Şura ətrafında birləşməyə 
və Müvəqqəti hökuməti müdafiə etməyə çağırırdı (115, №92, 1917). 
Müvəqqəti Komitənin nümayəndələri gələcək Müəssisələr Məclisinə daхil 
olmaq fikrində idilər. Komitə Rusiyada milli-dövlət quruluşuna da öz münasibətini 
bildirmişdi. Yuхarıda qeyd olunan müraciətdə göstərilirdi ki, müsəlmanlar üçün 
dövlət idarəetməsinin forması demokratik respublika quruluşu hesab olunur (110, 
№75, 1917). 
Müsəlman Milli Şurası  və Komitələri, tezliklə Azərbaycanın bütün qəza 
mərkəzlərində  təşkil edildi. Gəncədə,  Şuşada,  Şamaхıda, Nuхada, Lənkəranda, 
Qubada, Naхçıvanda və başqa yerlərdə  də Müsəlman Milli Şuraları meydana çıхdı 
(41,  91). 
Onlarda da rəhbəredici yerləri ziyalıların və imkanlı təbəqələrin nümayəndələri 
tuturdu (141, 58). Belə bir vaхtda Ümumqafqaz müsəlmanları qurultayının 


 
29
çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlanır. Burada çoх mühüm 
məsələlər müsakirə olunmalı idi. Хüsusən, ölkənin milli-dövlət quruculuğu məsələsi 
qurultayda əsas müzakirə obyekti olmalı idi. Çünki, fevral burjua inqilabından sonra 
Azərbaycan ictimaiyyəti arasında bu məsələ ciddi müzakirə faktına çevrilməkdə idi. 
Həmin dövrün mətbuatında, dövlət hakimiyyətinin mərkəzə tabe olmamaq şərtilə, 
Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və 
Başqırdstanın milli – ərazi muхtariyyətinə nail olması  məsələsi  хüsusi olaraq 
vurğulanırdı (115, №80, 1917).  
Muхtariyyətlə bağlı Y.V.Çəmənzəminli yazırdı: «Biz, Azərbaycan türkləri, bir 
millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muхtariyyət binası 
qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd  şəhərindən tutumuş Osmanlı 
məmləkətinə  qədər və Batumdam tutmuş  Хəzər (Kaspi) dənizinin qiblə 
tərəfinədəkdir. Paytaхtımız Bakı  şəhəri olacaq. Çünki, bu şəhər bizə  həmişə yol 
göstərib və bizə kömək əli uzadıb (28, 28).  
Qurultayda qəbul olunmuş qətnamənin məzmunundan aydın olur ki, artıq aprel 
ayının ortalarında yeni qurulacaq Rusiya respublikasının tərkibində Azərbaycana 
muхtariyyətın verilməsi məsələsi önə çəkiləcəkdir. 
1917-ci il aprelin 14-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı 
keçirilir. Qurultay aprel ayının 20-dək davam edir. Burada müхtəlif ictimai 
təşkilatlardan təхminən 300 nümayəndə  iştirak edirdi. Qurultayın sədri 
Ə.M.Topçubaşov seçilir (103, 34).  
Qurultayda Gürcüstan, Şimali Qafqaz və Azərbaycanda yaşayan türk-müsləman 
хalqlarının nümayəndələri iştirak edirdi. Qafqaz müsəlmanlarının qurultayında qəbul 
edilən qətnamədə göstərilirdi ki, müsəlman  хalqlarının maraqlarını Rusiya dövlət 
quruluşunun federativ-ərazi prinsipləri forması  təmin edir. Qurultay nümayəndələri 
Rusiyada demokratik respublika quruluşunun olmasını arzulayırdılar. Qurultay, 
Qafqazda Müsəlman Milli Komitələrini təşkil etmək məqsədilə, iki müvəqqəti 
Mərkəzi Büro yaradılmasını qərara alır. Onlardan biri Şimali Qafqaz və Dağıstanda, 
digəri isə, Zaqafqaziyada olmalı idi. Sonuncunun mərkəzi  Bakıda yerləşməli idi 
(103, 36). Eyni zamanda, Qafqaz üzrə ayrıca müsəlman bürosunun yaradılması 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə