Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə1/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
  1   2   3   4   5   6   7   8   9   ...   274


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 

 



 

 

 



 

 

Böyük Azərbaycan şairi  



Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş  

«M.P.VAQİF VƏ MÜASİRLİK»   

mövzusunda Respublika elmi-praktik konfransının  

 

MATERİALLARI 



 

 

7 dekabr 2017-ci il 



 

 

 



 

 

 



 

 

 



 

 

«Елм вя тящсил» 



Бакы – 2017 

 



M.P.Vaqif və müasirlik 

 

 



2

KONFRANSIN  TƏŞKİLAT  KOMİTƏSİ 

 

Akad. A.M.Məhərrəmov 



sədr, rektor 

AMEA-nın müxbir üzvü,  

prof. A.H.Kazımzadə 

 

sədr müavini, Elm və innovasiyalar üzrə prorektor 



Dos. E.H.Məmmədov 

sədr müavini, Filologiya fakültəsinin dekanı 

Prof. İ.N.Əliyeva 

üzv, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor 

Prof. S.T.Hacıyev 

üzv, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə 

prorektor 

Akad. N.A.Paşayeva 

üzv, kafedra müdiri 

Prof. A.O.Məmmədova 

üzv, Magistratura və doktorantura şöbəsinin müdiri 

Prof. N.Q.Xəlilov 

məsul katib, Filologiya fakültəsi elmi işlər üzrə dekan müavini 

 

 



KONFRANSIN  PROQRAM  KOMİTƏSİ 

 

Prof. C.Q.Nağıyev 



üzv, kafedra müdiri 

Prof. H.A.Əsgərov 

üzv, kafedra müdiri 

Prof. A.C.Hacıyev 

üzv, kafedra müdiri 

Prof. Ə.Ə.Rəcəbli 

üzv, kafedra müdiri 

Prof. S.Ə.Abdullayeva 

üzv, kafedra müdiri 

Prof. L.H.Quliyeva 

üzv, kafedra müdiri 

Prof. M.M.Cəfərov 

üzv, kafedra müdiri 

Prof. R.B.Əskər 

üzv, kafedra müdiri 

Prof. S.H.Orucova 

üzv, kafedra müdiri 

Prof.T.H.Hüseynov 

üzv, kafedra müdirinin müavini 

Dos. Ə.M.Paşayeva 

üzv, kafedra müdiri 

Dos. S.V.Abbasova 

üzv, kafedra müdiri 

Dos. A.Q.Abbasov 

üzv, kafedra müdiri 

Dos. B.İ.Hacıyev 

üzv, kafedra müdiri 

Dos. E.N.Fərəcullayeva 

üzv, kafedra müdiri 

 

TƏŞKİLATİ İŞLƏR ÜZRƏ KOORDİNATORLAR 



 

Fil.ü.f.d.Ü.H.Hüseynova 

“Türkoloji araşdırmalar” ETL-in böyük elmi işçisi,  

baş koordinator 

P.E.Eyvazov 

“Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi  

R.Ə.Bayramov 

“Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi  

A.T.Fərəcov 

“Türkoloji araşdırmalar” ETL-in böyük laborantı 

A.Ə.Sadıqlı 

Doktorant 

 

 

© ”Elm və təhsil” nəşriyyatı, 2017 



© BDU 2017 


M.P.Vaqif və müasirlik 

 

 



3

 

 



 

 

ELÇİN MƏMMƏDOV  



Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru 

Bakı Dövlət Universiteti 

 

 

MOLLA PƏNAH VAQİF  



 

 

Molla  Pənah  Vaqif  Şərq  şeirinin  bütün  vəznlərini  yaxşı  bilən,  doğma  dilində,  xalqının  ruhunu  və 



zövqünü  oxşaya  biləcək  səpkidə  yazıb-yaratmağı  üstün  tutan  görkəmli  söz  ustalarından  biridir. 

Ədəbiyyatşünas  alim  Firidun  bəy  Köçərli  Vaqifin  xalq  ədəbiyyatı  ruhunda  yazdığı  əsərlərinin  “...həqiqi 

həyatdan  nəşət  etdiyini”  söyləyir,  Vaqifi  həyatı  doğru  təsvir  edən  bir  realist  kimi  müasirlərinə  nümunə 

göstərirdi:  “Yüz  sənə  bundan  irəli  ata-babalarımızın  dolanacağını,  ədəb  və  əxlaqını,  libas  və  təamlarını, 

arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (vəziyyət) və dəstgahını Vaqif... gözəl əşar 

(şeir)  və  kəlami-abidar  (xoşagələn)  ilə  yazıb  gələcək  nəsil  üçün  unudulmayan  bir  əlamət  və  yadigar 

qoymuşdur”. Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində 

bəhs edərək yazır ki, “Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük 

poetik məktəbdir”. 

Molla Pənah Mehdi ağa oğlu Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya göz 

açmışdır. O, mədrəsədə dövrünün görkəmli ziyalısı Şəfi Əfəndinin yanında təhsil almış, ərəb və fars dillərini 

öyrənməklə yanaşı, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də yiyələnmişdi. 

 XVIII  əsrin  50-ci  illərinin  sonlarında  Qazax  mahalında  və  qonşu  Gürcüstan  sərhədlərində  feodal 

özbaşınalığı  və  hərc-mərcliyi  nəticəsində  bir  çox  ailələr  öz  doğma  yurdlarını  tərk  etməli  olmuşdur.  Bu 

səbəbdən həmin dövrdə  - 1759-cu ildə Vaqifin ailəsi də Qarabağa köçmüş, Cavanşir mahalının Tərtərbasar 

kəndində  yerləşmişdir.  Maddi  və  mənəvi  sıxıntılar  keçirən  Vaqif  burada  məktəbdarlıqla  məşğul  olmuş, 

məşhur “Bayram oldu” şeirini də məhz həmin illərdə yazmışdır. Bir müddət sonra şair Qarabağ xanlığının 

mərkəzi Şuşa şəhərinə köçmüş, şəhərin Saatlı məhəlləsində məktəb açmışdır. 

Vaqifin alimlik və şairlik şöhrəti yüksək dairələrə də çatmış və o saraya dəvət olunmuşdur. Qarabağ 

hökmdarı İbrahim xan onu əvvəlcə eşik ağası, sonra isə baş vəzir təyin etmişdir. O, təxminən 27 il Qarabağ 

sarayının ən mötəbər və uzaqgörən xadimi olmuş, öz müdirkliyi və intellekti ilə xalq arasında geniş şöhrət 

qazanmışdır.  

Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan biri ondan ibarətdir ki, Vaqif 

ayın tutulması və zəlzələ olacağı barədə əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. Şairin 

dərin  ağıl  və  zəkasından  heyrətə  gələn  xan  onunla  tanış  olmaq  istəyir  və  fəaliyyətini  sarayda  davam 

etdirməyi təklif edir. İkinci rəvayət isə hələ Gəncədə ikən M.P.Vaqif Cavad xana bir şikayətçinin dilindən 

ərizə  yazır.  Ərizənin  yazılış  tərzi,  üslubu  xanı  o  qədər  valeh  edir  ki,  o,  Vaqifi  saraya  dəvət  edir.  Lakin 

sonradan İbrahimxəlil xanın təkidi və xahişi ilə onun Qarabağa qayıtmasına icazə verir. 

Məlum olduğu kimi, 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşaya hücum etmiş, lakin Şuşa qalasını 

ala  bilməmişdir.  1797-ci  ildə  ikinci  dəfə  Şuşaya  hücum  edən  Şah  Qacar  Vaqifi  həbs  etdirərək  zindana 

saldırmışdır. Sui-qəsd nəticəsində Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Vaqif azadlığa çıxmışdır. 

Lakin şairin bu sevinci də uzun sürməmişdir. Şahın ölümündən sonra ordu şəhəri tərk edərək qaçmış, bundan 

istifadə edən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirmişdir. Bir qədər 

sonra, 1797-ci ildə o, Vaqifi oğlu Əliağa ilə birlikdə edam etdirmişdir.  

Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini 

tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan 

qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanmışdır. Şairin həyatda nikbin baxışını 

ifadə  edən  əsərləri  içərisində  onun  Vidadi  ilə  deyişməsi  daha  səciyyəvidir.  Həyata  bağlı  olan  şair  hətta 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə