Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə1/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
  1   2   3   4   5   6   7   8   9   ...   86



 
 
 
 
 
 
 
 
 
 
 
 
ÂÀÃÈÔ ÌßÌÌßÄΠ 
ÕÀÒÈÐßËßÐÄß 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2017  
 


Vaqif Məmmədov xatirələrdə 
 
2
 
Tərtibçi və  
ön sözün  müəllifləri:                Aypara Behbudova  
Filologiya üzrə fəlsəfə doktoru, 
dosent 
 
Səbuhi Məmmədov 
      Hüquqşünas 
 
 
Redaktor:   
 
          Səbuhi Məmmədov 
 
 
 
 
VAQİF MƏMMƏDOV  XATİRƏLƏRDƏ.  
Bakı: “Elm və təhsil”, 2017,  356  səh. 
 
Bu kitab ömrünün 40 ilini Azərbaycan təhsilinə, elminə, 
mədəniyyətinə həsr edən tarix üzrə fəlsəfə doktoru, dosent, şair-
publisist  Vaqif Məmmədovun keşməkeşli və nailiyyətlərlə zəngin 
olan həyatına, elm aləmindəki uğurlu axtarışlarına həsr olunub. 
Alim, şair, naşir, pedaqoq, ictimai xadim və ən əsası, İNSAN 
Vaqif Məmmədovun həyat və yaradıcılığı xatirələrin, sənədlərin dili 
ilə tam dolğunluqla canlandırılmışdır. 
Kitabda Vaqif Məmmədovun  həyat və yaradıcılığı haqqında 
görkəmli şəxslərin fikirləri, ithaf olunan şeirlər və ömrünün bir çox 
anlarını yaşadan fotoşəkillər də verilmişdir.    
 
 
 
 
 
ISBN  978-9952-8176-2-1 
 
 
  © “Elm və təhsil”, 2017 


Vaqif Məmmədov xatirələrdə 
 
3
Aypara Behbudova 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
Səbuhi Məmmədov 
Hüquqşünas 
 
ÖN SÖZ
 
 
Doğurdan da hamımızın sonu axirət olduğu üçün insan 
oğlunun dünyada qoyub getdiyi bir mənəvi miras var ki, o da 
insanlıq və yaxşılıqdır. Ulular bunu çox gözəl dərk etdikləri 
üçün insanlara nümunə olacaq müdrik kəlamlar söyləmişlər. 
Böyük sufi Hacı Bektaş Vəli demişdir ki, mənim üç dostum var: 
mən öləndən sonra biri evdə qalar, biri yolda qalar, biri də 
mənimlə gedər. Evdə qalan malımdır, yolda qalan yaxınlarımdır, 
mənimlə gedən isə mənim yaxşılıqlarımdır. 
Yaddaşımızı vərəqləyə-vərəqləyə, Vaqif Məmmədovu tanı-
dığımız  illər ərzində  onun bu dünyada qoyub getdiyi malının, 
mülkünün, dostlarının, qohumlarının, onu sevən insanların çoxu-
nun şahidiyik. Bunların içərisində isə onun bu dünyada qazandı-
ğı ən qiymətli şey insanlara etdiyi xeyirxahlıqlar, yaxşılıqlardır. 
Həyatda elə nadir şəxsiyyətlər olur ki, onlar sadəcə yaşamır-
lar, bütün ömürləri boyu şam kimi yanır, insanların ürəklərini, 
şüurlarını işıqlandırır, necə yaşamağı, ülvi əməllər uğrunda necə 
mübarizə etməyi, vətən üçün faydalı vətəndaş olmağın yollarını 
onlara öyrədir. Belələri insanları həmişə xöşbəxt görmək arzu-
suyla yaşayırlar. Vaqif müəllim də sadəcə olaraq yaşamamışdır, 
bütün ömrü boyu şam kimi yanıb, ətafdakıların ürəyini işıqlan-
dırmışdır. 
Belə bir ömür yaşayan Vaqif Məmmədovla bağlı xatirə 
kitabı tərtib etmək, onun 67 illik ömür tarixini vərəqləmək və bu  
illərdə gördüyü uğurlu, sanballı işləri ilə oxucuları tanış etmək 
istədikdə, belə qərara gəldik ki, onu yaxından tanıyan, onunla 
təmasda olan, bir yerdə işləyən, dostluq, əməkdaşlıq edən insan-
lara müraciət edək. Fikirləşdik ki, onların dedikləri kitabı daha 


Vaqif Məmmədov xatirələrdə 
 
4
rəngarəng, oxunaqlı və maraqlı edər. İlk əvvəl bu insanların 
siyahısın tutduq, amma bu siyahı çox geniş oldu, açığı buna 
sevindik ki, Vaqif müəllim haqqında söz demək, fikir söyləmək 
istəyənlər olduqca coxdur. Həm də xatirə yazan insanlar öz 
sahələrində tanınmış alimlər, elm və incəsənət xadimləri, müəl-
limləri, iş yoldaşları, tələbəlik dostları, öz tələbələri və oxucula-
rıdır. Kitabı oxuyan zaman siz də bunun şahidi olacaqsınız ki, 
xatirə yazan hər bir müəllifin fikirləri çox orjinal, məntiqli və 
maraqlıdır. Və biz də bu qənaətə gəldik ki, həqiqətən insanı ya-
şadan onun xeyirxah əməlləridir. Gördük ki, Vaqif Məmmədov 
özünün xeyirxah, təmənnasız əməlləri ilə ətrafına yüzlərlə, 
minlərlə insanları toplayıb. Maraqlıdır, bəs o, bunları necə əldə 
edib? Axı, insanların çoxu ömrünün böyük hissəsini özü üçün, 
övladları və gələcək nəsli üçün var-dövlət yığmaqa həsr edir. Bir 
də ayılır ki, ömür keçib, bu fani dünyada  bir iz qoymayıb. Vaqif 
müəllimsə bunların tam  əksinə olaraq  “Dövlətim, varım” adlı 
şeirində də də dediyi kimi, ancaq onun bu dünyada dövləti, varı 
şeirləri olub. 
Henri Adams demişdir: “Müəllim əbədiyyətə qovuşur, heç 
kəs deyə bilməz ki, onun ömrü nə zaman qurtaracaqdır.” Vaqif 
Məmmədov bu mənada, uzunömürlü pedaqoq idi, insan psixolo-
giyasının mühəndisi idi. Onun xatirəsi zaman-zaman nəsildən-
nəslə keçəcək və onu tanıyanların qəlbində həmişə yaşayacaq. 
Ona görə ki, özündən sonra sanballı bir irs qoyub getmişdir. 
Onun keçdiyi çətin, eyni zamanda, şərəfli yol böyük bir məktəb, 
mükəmməl bir nümunədir. Bu yola nəzər salmaq, onu öyrənmək 
və davam etdirmək yalnız gənc nəsillər üçün deyil, vətənini, 
xalqını sevən hər bir azərbaycanlı üçün böyük şərəfdir.  
Vaqif müəllim həqiqətən, elə bir həyat yolu keçmişdir ki, 
onun elmi-bədii yaradıcılığı o qədər genişdir ki, bu həyat yolu 
araşdırlmağa, tədqiq edilməyə, öyrənilməyə və örnək göstəril-
məyə layiqdir. Çünki, belə şəxsiyyətlər dünyaya az-az gəlir və 
özlərindən sonra isə böyük bir ədəbi irs qoyub gedirlər. Şair 
Adil Babayev “Təzədən doğulur şair ölən gün” adlı şeirində 
yazdığı kimi: 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə