Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   2   3   4   5   6   7   8   9   ...   104

 
B i b l i o q r a f i y a      
 
23
sında müəyyən münasibət şərtiliyi var: nə qəzəli, nə də müxəm-
məsi XIII-XVI əsrlərdəki normativ məzmununda çıxış etmir və 
bu da onların dilinə təsir edir. 
Vaqif şeir dilinə danışıq “ədası” gətirdi; bu, ədəbi-bədii dildə 
realizmin mühüm faktı idi; 
 
Əbəs-əbəs neçin qaçırsan məndən, 
Mən ki, zalım, adam yeyən deyiləm. 
 
Yaxud: 
Ol Xədicə haqqı, Səkinə haqqı, 
Xeyrannisə haqqı, Əminə haqqı, 
Kəbə, Məkkə haqqı, Mədinə haqqı, 
Dərdin bu Vaqifi aldı, sevdiyim! 
 
Danışıq ədası o yerə çatdı ki, şair deyilməsi mümkün olma-
yan sözü də dedi,– Vaqifin dili bu baxımdan naturalizmə varacaq 
qədər təbii məzmun (və intonasiya) əldə etdi: 
 
Ara xəlvət ikən etmə qilü qal, 
Tez ol, çıxdı canım, naz vaxtı deyil. 
 
Vaqif  şeir dilini o qədər sadələşdiridi ki, məsələn, inanmaq 
olmadı ki, aşağıdakılar sənət faktıdır: 
 
Sənə peşkəş etmənəmmi can-başı, 
Neçin bir gəlməzsən bizə, Fatimə?..  
 
Yaxud: 
Mən cahan mülkündə mütləq doğru halət görmədim... 
 
Göründüyü kimi, sadələşmə iki istiqamətdə gedir, birinci nü-
munədə etnoqrafik konkretləşdirmə (qonağa can-başla qulluq 
edərlər), ikinci nümunədə fəlsəfi ümumiləşdirmə (cahan mülkün-
də hər cür deyil, mütləq doğru halətin olmamağından söhbət ge-
M o l l a   P ə n a h   V a q i f  
 
24 
dir) var; hər iki təfəkkür prosesi nitqi sadələşdirir, aşkarlaşdırır, – 
çünki bu sadalanan əlamətlər eyni zamanda nitq təzahürünün 
(F.de Sossürün ifadəsi ilə daha dəqiq desək, “nitq fəaliyyəti”nin) 
arxasında dayanan təfəkkür prosesinin əlamətləridir... Vaqif poe-
tik ifadə  tərzini orta əsrlərə  məxsus  ədadan məhrum etdi, müb-
həmliyi aradan qaldırdı; nəinki qoşmalarında, hətta qəzəllərində
müxəmməslərində də ifadə konkretliyinə riayət etdi: 
 
Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, 
Yığılıbdır ona cəmiyyəti hurü pərinin, 
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,- 
Filməsəl, şəklü şəmildə, bəli, hər birinin 
Mahi-təbanə bərabər sərü simaları var. 
 
Göründüyü kimi, təkcə bir yerdə klassik təşbihə müraciət 
olunur – Tiflis gözəllərinin “sərü simalar”ı” “mahi-təban”a bəra-
bər” tutulur; bu “bərabər”liy”in şərtiliyi isə bir yox, bir neçə vasi-
tə ilə xatırladılır, hər şeydən əvvəl, “mən bu şəhrin nə deyim (yə-
ni görəsən necə deyim...) vəsfini dilbərlərinin” ifadəsini işlətmək-
lə kontekstdəki metafora şərtiliyini hazırlayır, bərabər”liyin “şək-
lü şəmil”də” olduğunu xüsusi şəkildə qeyd etməklə bir də şərtili-
yə işarə vurur, nəhayət, şərtilik “filməsəl”, “bəli” ara sözləri vasi-
təsilə möhkəmləndirilir. 
Vaqif “san ki” (elə san ki)” ifadəsini kifayət qədər tez-tez iş-
lədir, – bunun məntiqi var; məsələ burasındadır ki, “san ki” (elə 
san ki)” şairin təfəkküründə real olanı metaforik olandan ayırır, 
real ifadə ilə metaforik ifadə arasındakı semantik tipoloji sərhədi 
müəyyən edir: 
 
Sanasan ki, iki qəndü şəkərdir 
Qoynundakı qoşa narı, şamama! 
 
Yaxud: 
Sanki bir guşədir cənnət bağından, 
Açılıbdır güli-əlvan evində. 


 
B i b l i o q r a f i y a      
 
25
Vaqif təkcə dövrünün poetik fiqurlarını yaradıb normativləş-
dirmir, XV-XVI əsrlərin məhsulu olan klassik obrazları da şərh 
edir, – həmin obrazlar yеni dövrün məntiqi ilə yenidən dərk olu-
nur, mənalandırılır. 
Klassik janrlardakı  əsərlərində  də Vaqif hər cür nəsr dilinin 
qibtə edə biləcəyi bir ifadə forması verir: Ya budur ki, Tiflisi qərq 
eylərəm göz yaşına, Ol sənəm vəsli mənimçün ya kəlisadan çı-
xır... Hansı qəmli könlü kim, sən edər olsan şadiman, O sənə, əl-
bəttə ki, bədguluq eylər biguman... Vaqifə, ya rəbbəna, öz lütfünü 
eylə pənah, Səndən özgə kimsədə lütfü inayət görmədim... 
XVII-XVIII  əsrlərdə  nəsr dilinin təşəkkülü prosesi gedir, 
“Şəhriyar” dastan-povesti yaranır; əlbəttə, şeir dilində nəsr təhki-
yəsi məqamlarının artması da, prinsip etibarilə, həmin prosesin 
təzahürüdür, çünki nəsr dili şeir dili əsnasında təşəkkül tapır, şeir 
dilinin həm tam, həm də yarımçıq nəsrləşən (yarımçıq nəsrləşdi-
yinə görə elə şeir dili faktı kimi qalan) formaları meydana çıxır... 
Nəticə etibarilə, nəsr dilinin şeir dili əsasında təşəkkülü (forma-
laşması) həm nəsr dilinin, həm də elə şeir dilinin keyfiyyətinə tə-
sir edir; nəsrdə  şeir ladları olduğu kimi, şeirdə  də  nəsr ladları 
faktlaşır. 
Vaqifin klassik janrlardakı şeirlərində (xüsusilə müxəmməs-
lərində) nəsr təhkiyəsi məqamlarının meydana çıxması eyni za-
manda janrın özünün daxili inkişafı ilə şərtlənir, – şair bu inkişa-
fın məntiqinə uyğun olaraq eksperimentlər aparır, janrların satirik 
ifadə potensiyasını aşkara çıxara-çıxara nəsr ladını qüvvətləndirir. 
Ümumiyyətlə, Vaqifin klassik janrlardakı şeirlərində postpozisiya 
satirik (prozaik) ifadə üçün daha tipikdir; müxəmməslərində, 
müstəzadlarında ovqat lirik ladla başlayır, getdikcə prozaik lada 
çevrilir.  
Əlamət həssaslığı Vaqifin təfəkkürü üçün aparıcı hadisədir, 
ona görə də şairin dilində əlamət bildirən sözlərin kəmiyyətcə üs-
tünlüyü müşahidə edilir, məsələn: 
 
O şux qəmzələrin, xəncər kipriyin, 
Gündə olur yüz min qan qabağında, 
Xumar-xumar baxan ala gözlərin 
Gərəkdir verəsən can qabağında. 
M o l l a   P ə n a h   V a q i f  
 
26 
“Şux”luq” – “qəmzə”nin”, “xəncər” “kipriy”in, “xumar-xu-
mar baxmaq” isə “ala gözlər”in təyinidir, – bu əlamət həssaslığı-
nın birinci səviyyəsidir; “gündə olur yüz min qan qabağında” –  
“şux qəmzə”yə, “xəncər” “kipriy”ə, “gərəkdir verəsən can qaba-
ğında” isə “ala gözlər”ə aiddir, funksional definisiya faktlarıdır, – 
bu, əlamət həssaslığının ikinci səviyyəsidir; mətn özü bütövlükdə 
“gözəl”i müəyyən edir,... bu isə  əlamət həssaslığının üçüncü sə-
viyyəsidir... Göründüyü kimi, Vaqifin dilində (eləcə  də  təfəkkü-
ründə) əlamət bildirən ifadələrin (eləcə də məfhumların) iyerarxi-
yası mövcuddur; bu cür iyerarxiyalılıq isə, prinsip etibarilə, 
pоеtik-üslubi qanunauyğunluq deməkdir, – Vaqifin təqdimində 
əlamət  əlaməti açır, hətta predmet kimi götürülən “gözəl”in özü 
də nəticədə əlamət kimi çıxış edir. 
Şübhəsiz, əlamət bildirən sözlərin təkrarı da əlamət həssaslı-
ğının faktıdır: 
 
Qərib-qərib durduq biganələr tək, 
Soyuq-soyuq baxdıq divanələr tək… 
 
Naqis-naqis çəkər üzünə niqab
Yüngül-yüngül qaçar, etiraz eylər... 
 
Əlamət həssaslığı – Vaqif dilinin həm lüğət tərkibinə, həm 
də sintaksisinə  təsir edir; hər  şeydən  əvvəl, ifadə paralelizmi 
güclənir: 
Dəhanın sədəfdir, dişlərin inci, 
Sən məni eylədin ellər gülüncü, 
Libasın əlvandır, çarğat narıncı, 
Saçaqlar yaraşır qıraqlarından 
 
Burada təyin olunanla təyin edənin simmetriyası var; sim-
metriya isə predmetin natural mövcudluğuna əsaslanır... Vaqif elə 
bil sözlə italyan intibah rəssamlarının — L.da Vinçinin, Mikelan-
celonun gördüyü işi görür… 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə