Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

 
B i b l i o q r a f i y a      
 
31
Milli təfəkkürün ifadəsi özünü toponimik leksikada da göstə-
rir, – şair müxəmməslərində  Təbriz,  Şəki, Gəncə, Tiflis, İrəvan, 
Dərbənd, Quba, Bakı, Şamaxı kimi şəhərlərin adlarını çəkir; klas-
sik janrda – həm də təkcə bir şeirdə bu qədər yerli toponimin iş-
lənməsi dövrün ictimai təfəkkürü ilə əlaqədardır. Təbiilik burada 
da özünü göstərir, – düzdür, Təbriz, Bakı, Tiflis tipli toponimlər, 
məsələn, Məkkə, Mədinə, Hələb toponimləri qədər obrazlı olmur 
(necə ki, Fatma, Yetər antroponimləri  Şirin, Leyli qədər obrazlı 
deyil), lakin bunlarda milli kolorit var, bu isə  ədəbi-bədii mətn 
üçün az şey deyil. 
Vaqif mövhumi düşüncə tərzinin materiallarından ancaq me-
tafora istinadı kimi istifadə edir; şübhəsiz, bu da Vaqifin (və 
ümumən dövrün) təfəkküründəki demokratizmin göstəricisidir; 
 
Hər kəsin dünyada bir qibləsi var, 
Mən də yönüm sənin sarı tutmuşam.  
Yaxud:  
Mən Vaqifəm, kuyin mənə Kəbədir, 
Şükrlillah, müsəllaya dönmüşəm və s. 
 
Füzulidə, xüsusilə Nəsimidə bu cür ifadələr terminoloji məz-
mundan təcrid olunmur, Vaqifdə isə “məhşər hekayəti”, “inayət 
eləmək”, “qiblə”... poetik anlayışlardır: dünya haqqındakı irreal 
təsəvvürlər onun təfəkkürü (ümumən intibah təfəkkürü) üçün 
yaddır, ona görə də şair deyə bilər ki, 
 
Siyah vəsmə zivər çəkibdir qaşa, 
Onu görən gözlər istər qamaşa,  
Bir ləhzə hüsnünə etdim tamaşa, 
Behəmdüllah, din-imana yetişdim. 
 
“Siyah vəsmə zivər çəkibdir qaşa” – gözəlin sifətinin mehra-
ba bənzəməsinə  işarədir, odur ki, aşiq ona tamaşa edəndə “din-
imana” yetişir; şeirin sonrakı misralarında isə deyilir: 
 
M o l l a   P ə n a h   V a q i f  
 
32 
...Könül pərvaz etdi qalxdı havaya, 
Yer üzündən asimana yetişdim.  
 
Və bu da əvvəlki qənaəti möhkəmləndirir; “din-imana” yeti-
şənlərin ruhu göylərdə olur... Beləliklə, dini-panteist təfəkkürün 
doğurduğu anlayışlar, həmin anlayışlar arasındakı əlaqələr meta-
foralaşır, stilistik materiala çevrilir; bunun da səbəbi ictimai tə-
fəkkürdə hadisələrə təbii demokratik münasibətin qərarlaşmasın-
dan ibarətdir. 
Vaqif təfəkkürünün demokratizmi Vidadi ilə Vaqifin deyiş-
məsində  də özünü göstərir, – Vidadi Vaqifə müraciətən deyir: 
 
Axirət sözünü salma yadına, 
Dürüst deyil mütləq etiqadına...  
 
Elə bu cür demokratizmin nəticəsidir ki, Vaqifin dilində söz 
nə  qədər mücərrədləşirsə mücərrədləşsin, nə  qədər obrazlaşırsa 
obrazlaşsın, yenə həyati məzmundan məhrum olmur…  
O yerdə ki  düşünülən mətləb adekvat ifadəsini tapır, Vaqif 
orada, həqiqətən, görülməsi mümkün olmayan işi görür: 
 
Yenə məni yanar-yanar odlara 
Dağılmış ayrılıq saldı, sevdiyim! 
Mən ha öldüm həsrət ilə, dərd ilə,  
Can sənin yanında qaldı, sevdiyim!  
 
“Yanar-yanar” təyininin “od”la əlaqədar işlənməsi odun şid-
dətini göstərir (od onsuz da yanan şeydir); “ayrılıq” elə “dağıl-
maq”dır, halbuki şair “dağılmış ayrılıq” deyir... Nəticədə həm ay-
rılığ”ın şiddəti ifadə olunur, həm aşiqin ayrılığ”a münasibəti (da-
ğılmış, yəni viran olmuş, – qarğışdır) bildirilir, həm də “yanar-ya-
nar od” ifadəsinə sintaktik-semantik analogiya tapılır. 
“Mən ha öldüm həsrət ilə, dərd ilə, Can sənin yanında qaldı, 
sevdiyim” ifadəsinin daxili məntiqi isə vasitə ilə açılır: 
 


 
B i b l i o q r a f i y a      
 
33
Canandan ayrılan candan ayrılır  
Xalq içində bir misaldı, sevdiyim. 
 
Göründüyü kimi, “can sənin yanında qaldı” ifadəsi canandan 
ayrılan”ın candan ayrıl”ması demək imiş – Vaqif xalqa bu cür da-
yanır... 
Ola bilər ki, sözlər ifadələr məişətcə milli olsun, lakin intona-
siya yad təsirdən yaxa qurtarmasın, Vaqif dilinin milliliyi isə bi-
rinci növbədə intonasiyasından başlayır:  
 
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, 
Hər zaman kuyində ziyarətimdir
Qiblə deyib, qaşlarına baş əymək  
Gecə-göndüz mənim ibadətimdir. 
 
Göründüyü kimi, lüğət tərkibinin yarıdan çoxu ərəb mənşəli-
dir, bununla belə, intonasiyanın hesabına ifadə  tərzinin milliliyi 
təmin olunur; Vaqifin intonasiyası onun təfəkkürünün məntiqinə 
sözlərindən, ifadələrindən daha yaxındır... İntonasiya şairin dilin-
də çox hallarda sözün, ifadənin estetik mövqeyini müəyyən edir: 
 
Pərim, sənubərim, gülbərgi-tərim, 
Gövhərim, yaqutum, ləli-əhmərim, 
Hekayətim, fikrim, zikrim, əzbərim, 
Xəyalımda şirin nihanım mənim. 
 
İntonasiya “pərim”, “sənubərim”, “gülbərgi-tərim” tipli sino-
nim müraciətləri məzmunca neytrallaşdırır,  neytrallaşma “xəya-
lımda” sözünə qədər gedir, “şirin nihanım” ifadəsi avtonomlaşır; 
mətnin estetik semantikasını da, əsasən, həmin ifadə əks etdirir. 
Vaqif qədər rəngarəng intonasiyası olan ikinci şair tapmaq 
çətindir, – bu, intibah emosiyasından gəlirdi, intibah emosiyası 
özü qədər təbii intonasiya formalaşdırırdı, onu çeşidlərə ayırıb 
normativləşdirirdi, – şeir dilində danışıq ifadələrinin artması da 
həmin intonasiyanın təsiri idi.  
M o l l a   P ə n a h   V a q i f  
 
34 
Vaqif dilinin psixoloji tutumu barədə ayrıca danışmaq lazım-
dır, çünki bu psixologiya dövrün psixologiyasıdır, – Vaqifin dili 
dövrün dilidir deyəndə burada forma planı ilə yanaşı  məzmun 
planı da nəzərdə tutulur. 
 
Səhər dura, sürmə çəkə gözünə, 
Birçəklərin həlqə qoya özünə, 
Cilvələnə, sığal verə özünə, 
İşi-gücü gülüb-oynamaq ola. 
 
Döşün açıb, əl dəyəndə yaxaya, 
Ağ gülün bağrına peykan toxuya, 
Bədənindən müşkü ənbər qoxuya, 
Zülfü gərdənində bir qucaq ola...  
 
Şair burada intibah dövrü üçün xarakterik olan doyumluluq 
estetikasını təqdim edir; çoxluq, bolluq, doluluq – intibah keyfiy-
yətidir, – Koroğlunun qırx qazan plov yeməsi, qırx tuluq şərab iç-
məsi də məhz bu baxımdan estetikdir... 
Vaqif deyəndə ki, – 
 
Bir maya bud gərək, baldırı yoğun, 
Sərasər ət basa, dizin, topuğun... 
 
– həmin estetikaya əsaslanır, – bu, qətiyyən elat qadını deyil, 
XVII-XVIII əsrlər üçün universal gözəllik nümunəsidir; təşbehlər 
də mövcud normativliyə uyğundur. 
Şairin dilində etnoqrafik-məişət leksikasının çox olduğunu 
qeyd etdik, lakin çoxluq – kəmiyyət ölçüsüdür, – həmin etnoqra-
fik-məişət leksikası Vaqifin ictimai-estetik təfəkkürü üçün məhz 
doğmadır; iki fakta baxaq: 
 
Hər kəsin yox isə əqlü kəmalı, 
Dünyada alıbdır sahib camalı...  
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə