Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

 
B i b l i o q r a f i y a      
 
35
Sən gülsən, bülbül sev, xarı istəmə, 
Hərgiç kamal istə, varı istəmə, 
Meyl eylə Vaqifə, sarı istəmə,  
Özü şəhbaz olan şəhbaza gedər
 
Lirik kontekstdə iki söz – “almaq” (arvad almaq) və “get-
mək” (ərə getmək) tam semantikası ilə iştirak edir; şair etnoqra-
fik, məişət məzmunlu proseslərin estetikasına varır... 
Vaqif qadını örtükdən çıxarır, – onun təbii görünüşünü, bə-
dən cizgilərini, hərəkətini realistcəsinə vəsf edir: 
 
Üzün ağ, dəyirmi, gözün məstana, 
Baxışın bağrımı döndərdi qana, 
Ağzın sədəf, dişlərindir dürdana, - 
Əcayib cəvahir, ləli sevmişəm. 
 
Еyni zamanda geyim-kecimini də  həmin təbii mövcudluğun 
bəzəyi, rəngi, çaları kimi verir: 
 
Gah zaman başına tirmə şal bağlar
Gah olur ki, zülf gizləyib, xal bağlar, - 
Kələğaynın qabağına al bağlar 
Yaşılın altından, ağın üstündən. 
 
Burada rənglərin tarixi qohumluğunu görməmək mümkün 
deyil və əlavə edək ki, bu elə intibah təfəkkürünün faktıdır ki, sö-
zün, səsin və  rəngin estetik funksiyası birləşir, söz də, səs də, 
rəng də bir hədəfə vurur. 
Vaqif öz dövrünün ifadə-obrazlarını – stilistik frazeologiyası-
nı normativləşdirdi: ciyər bərkitmək, ötkəm sözü olmaq, tərlan 
könül, havalanmaq, başına qiyamət qopmaq, qəm evində küncə 
salmaq, fikir-xəyalındır könlüm zinəti,  şirin sözlərindir ağzım 
ləzzəti, bir qırağa çəkilmək, ağçı  şəkkər, dodaqları yeməli, ağzı 
xeyir sözlü, göydə mələk, yerdə insan gözəli, ixtilat qatmaq, ha-
valanıb, dəxi endirmək bizə, bəhanə tutmaq, yol-ərkan gözləmək, 
M o l l a   P ə n a h   V a q i f  
 
36 
ellər gülüncü, hicranın altından çıxmaq, gözü şərli, cəng nəzərli, 
təşnə qoymaq, bəndə salmaq, cavabını-sualını  kəsmək, xəyalın 
könlümdə, gözümdə gəzər, gözündən irağa düşmək, kim ölə, kim 
qala, ixtilat bazarı, söhbət dəmi, qaşını-qabağını tökmək, eldən 
ayıbdır, ölüb-ölüb dirilmək, könlünü almaq, şəkər əzmək, bir gün 
məhəbbətin yüz gün cəngi var, göz görməsə dəli könül istəməz
başa qaxmaq, qaş-göz atmaq, əl əldən üzülür, çünki yorğunuyam 
mən bu yolların, könüldən-könülə yollar görünür, ağlasan ağla-
ram, gülsən gülərəm, ağırlıq satmaq, gözüm düşməni, adam bilib 
yada salmaq, laçın sevdalı, tərlan xəyallı, ağızlar tərifi, dillər əz-
bəri, sərxoş gəzişli və s. 
Qeyd olunan ifadələrin hər biri bir bədii əsər hüququndadır; 
bu cür ifadələr müstəqil  şəkildə şairin estetik idealını müəyyən 
etmək imkanına malikdir, – əgər bunlardan bir neçəsi sonralar 
başqa bir şairdə (deyək ki S.Vurğunda) varsa, deməli, Vaqifin 
estetik ifadə (müəyyən mənada təfəkkür) tərzi fuknsionallığını 
davam etdirir. 
XVII-XVIII  əsrlərdən, hətta müəyyən mənada XVI əsrdən 
başlayaraq ədəbi-bədii dilin sintaksisi milli təfəkkürü əks etdirir, 
onun strukturuna adekvat olur. Vaqifin bu istiqamətdəki işi diq-
qəti xüsusilə cəlb edir, çünki o həm klassik, həm də folklor janr-
larının sintaksisini bir-birinə yaxınlaşdırır, eyni zamanda bu cür 
yaxınlaşdırmada normativliyi gözləyir; müqayisə edək: 
 
Olmaz belə adəm, yığılsa aləm, 
Mələkdən müxərrəm, əlavü əzəm, 
Özü bir şux sənəm, istiğnası kəm, 
Bizə əmma hərdən nəzakəti var.  
 
Burada klassik ədəbi-bədii dilə məxsus ağayana ləngər var... 
 
Əyri durdu, süzgün baxdı, canımı 
Aldı o şux gözlər, amma nə gözlər. 
 
Bu isə xalq dilinin – danışıq dilinin sintaksisidir… 


 
B i b l i o q r a f i y a      
 
37
Yaxud da: 
Zülfünə qeyrilərin iman verərdim mən məgər? 
Dəysə min şəmşir, qətrə qan verərdim mən məgər? 
Öz xoşumla əqlimə nöqsan verərdim mən məgər? 
Hər yetən cəllada asan can verərdim mən məgər? 
Onun iki nərgisi-şəhlası öldürdü məni 
 
Bu, müxəmməsdir, klassik janra aiddir, sintaksisi xalq dilinin 
sintaksisidir, aşağıdakı nümunə isə müstəzaddandır, yenə klassik 
janrın faktıdır: 
 
Allaha şükür, lalə yanağında eyib yox, 
Dişində, dəhanında, dodağında eyib yox, 
Bir zərrəcə zülfündə, buxağında eyib yox, 
Qaşında, gözündə və qabağında eyib yox, 
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq – 
Bəsdir bu dayanmaq!  
 
XVIII əsrdə elmi təfəkkürün inkişaf səviyyəsini müəyyən et-
mək üçün M.P.Vaqifin şeir dili də bu və ya digər dərəcədə mate-
rial verir, – “hər oxuyan Molla Pənah olmaz”sa, demək, şairin el-
mi təfəkkürü onun ədəbi-bədii təfəkkürü gücündə olmalı idi, la-
kin heç bir elmi əsəri qalmadığından, Vaqif təfəkküründəki elmi-
liyi  şairin  şeir dilindəki filoloji terminologiyanın təhlilindən çı-
xarmaq üçün o qədər də müvəffəqiyyətli olmayan bir üsuldan is-
tifadə etməyə məcburuq: 
söz – söz sənəti, danışıq: Cəvahirlər xərc edərəm  şanına, 
Əgər müştaq olsan sözə, Fatimə. Sözləri qənd, ağızları piyalə...  
dil, nitq, göftar, ləhcə – “danışıq” mənasının müxtəlif çalar-
ları: Yarın dili şirin gərək... Göftarın edər tutiyi-şəkkərişikəni lal, 
hər nitqə gələndə. Ləhcən, sözün bir əcayib ləhcədir...  
lisan-hekayət  oppozisiyası stixiyalı  şəkildə  də olsa, dil-nitq 
oppozisiyası kimi işlədilir: Lisanında əcəb hekayəti var.  
Lisan-potensial, hekayət isə, mətndən görünür ki, funksio-
nal hadisədir: potensiya ilə fuknsiyanın bu cür qarşı-qarşıya qo-
M o l l a   P ə n a h   V a q i f  
 
38 
yulması, kontekstin poetikliyindən asılı olmayaraq, elmi-filoloji 
təəssürat verir. 
danışmaq-yazmaq: Danışma ki, o göftara baxmaram. Mə-
nim taqətim yox qələm tutmağa, Kim ola ki, yara yaza bir xəbər. 
fikir-zikir-əzbər: Gecə-gündüz fikrim, zikrim, əzbərim... 
kitab-quran: Molla odur hər nə görsə kitabda, hökm eyləsə, 
ola haqda-hesabda;  
Kütübxanə: Oxuna bucaqlarda kütübxanədən artıq  əhkami-
şəriət... 
qəzəl, qafiyə: Oxuyub Vaqifin həm əvvəlindən şirin qafiyə-
sindən, şux qəzəlindən...;  
müxəmməs: Nə  qədər söyləsəm, sənin  şanına yaranar mü-
xəmməs, qəzəl, sevdiyim!; 
bayatı: Cavanşir içrə bir mövzun bayatı dəstibəyazdır. 
məsəl (misal): Çün uman yerdən küsərlər” bir məsəldir xalq 
ara. Canandan ayrılan candan ayrılar” – Xalq içində bir misaldı, 
sevdiyim! 
dibaçə: Dibaçeyi-lövhü qələmə katibi-qüdrət Yazmış  səni 
əvvəl. 
ləffü nəşr: Ləffü nəşrində mürəttib fərəhü zibü səfa...  
Filoloji təfəkkür materialından ədəbi-bədii kontekstdə bir sis-
tem  şəklində istifadə Vaqifin ifadə  tərzi üçün diqqəti cəlb edən 
hadisədir. 
 
1. Şairin təbi kimi nazikü zibavü zərif, 
Mətləi-məsnəviyə çaki-giribani rədif. 
Caminin səci kəlamındakı mövzuna dəyər. 
Yaxud: 
Bir nimtənə kim ta ola zərbəftu nikutər,  
   Diba 
ona 
möhtac; 
Mətnində tamam rabitə mövzunu sərasər, 
  
 
 
Tək haşiyə qiyqac...  
 
Hər iki kontekstdə söhbət mətnlə onu təşkil edən vahidlərin 
əlaqəsindən gedir, qeyd edək ki, bu, bütünlüklə elmi məsəldir (nə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə