Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx


·  Ey insan, sizin “dünyanıza” baxdım, sığa bilmədim. Haqq  dünya qanunlarından isə qopa bilmədim!  ·



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

42 
 
·  Ey insan, sizin “dünyanıza” baxdım, sığa bilmədim. Haqq 
dünya qanunlarından isə qopa bilmədim! 
·  Hələ də insanlar elə bilirlər ki, hər bir ulduz bir günəşdir. Bu 
yanlış fikirdir. (Necə ki, yer planetində  hərarət 40
0
C-dən artıqda 
meşələr, torf yataqları, quru çöllüklər alovlanır). Kainatda hər bir ulduz 
bir günəş olmuş olsa idi, o “günəşlərin” istisindən elə bir Kainat 
alovlanması baş verərdi ki, o Kainat alovlanmasının qarşısını almaq 
mümkünsüz olardı. 
·  Məhdudiyyət – məhrumiyyət deyil. Məhrumiyyətlər isə 
məhdudiyyətlər deyil, ey insan! 
·  Heyf  biz insanlar “bu dünya” ilə “o dünyanın” mə`nalarını 
dərk etmək istəmədik. Kainata isə öz qanunlarımızı “diktə” etmək 
istədik. “O” isə qəbul etmədi. 
· Bütün insanlar dünyanı dedilər, dünyadan isə deyə bilmədilər. 
· Xoşbəxtliyə meyar varmı, ey insan? Bədbəxtliyə meyar varmı, 
ey insan? Istəyə, arzuya, fikirlərə, düşüncələrə, bir də əbədiyyətə meyar 
yoxdur, ey insan! 
· Kim ki, harmoniyanı (ahəngi) duymaq istəmirsə, heyf... 
· Vətənin sərhəddi? – tarixindir, tarixlərdədir. 
·  Deyirlər, deyirlər, deyirlər! Yad olanları  nə tez-tez deyirlər. 
Özlərini isə həmişə yaddan çıxarırlar, görəsən, axı bunlar nə deyirlər? 
· Dəymə müqəddəslik xatirinə, dəymə. Nəticələri çox ağır olur, 
dəymə! 
· Qaranlıqlardan çıx, İşığa gəl! Ləl işığına, Eynə gəl! 
·  Müəllimin  şagirdi fikirlərini bildirməyə başlayanda onun 
müəlliminin “müəllimlik” qədəri bilinir, görünür. 
· Hər dahilik yazır özünə baş daşı! 
·  Canlıya, insana “soyuq dəymir”,  ətrafın qarası, acısı hopur 
canımıza, gör ki, bu insan nə imiş.  İnsan Kainatla Yer aləmi arasında 
rabitə üçün yaranıb.  İnsan o rabitələri pozmağa çalışdıqca təbiət də 
karıxır.  Əsir, coşur, sanki, insana suallarını yağdırır. Onda insan 
vahimələnir, yenə  də üzünü Kainata tutur, Kainatla özü arasında “o 


43 
 
ilkin rabitəni” çağırır. Ətraf, təbiət sakitləşdikcə insan yenə də unudur. 
Gör ki, bu insan nə imiş! 
·  Gülün, çiçəyin, ağacın, kolun ətri (rayihəsi) torpağındır. 
Çiçəklərin rəngləri planetlərin rəngidir. Səmanın mavi olmasına 
karıxma, o səma rəngi dəniz, okeanların günəş  işığından  əks olunma 
rəngidir. Axşam qaranlığı Kainatın ilkin rəngidir. 
·  Kainat sirrləri açandır. Müəmmalarla insan fərq, isbat 
axtarandır. 
· “Fəlsəfə” – deyir, “məkan yoxdur!” “Məkan” ovalın 
(ellipsoidin) özündə olan planetlərin məzmuisidir. Cəm, cəmin 
özündədir. Məkan istinadlarıdır. Fəlsəfə Kainatın mərkəzini axtarır. 
Kainat dördə bölünüb, dörddədir, dörd üstə, dörddədir. Ovalı dördə böl, 
dörddədir. 
·  Əgər ilkdən (o partlayışdan) Kainat forması ellipsoid (oval) 
həndəsi quruluşda olmasa idi, riyazi ədəd və  tənliklər olmayacaqdı. 
Riyazi ədədlər yenə də həndəsi quruluşun çərçivəsi daxilindədir. 
· Öləndən sonra bilmək istəmirəm, diriykən bilmək istəyirəm. 
· Münasib, hələ mütənasib deyil! 
·  Ruh dediyimiz Yaradandan yaranışa işıq payı, yaranış 
varlığıdır (o sinədədir). 
· Yenilik gözlənilmədən olmur. Yeniliyə də yenilik gərəkdir. 
· Ey insan! Sən dünyanı istəmə, dünya səni istəsin. 
·  Ailəyə  bəxş olunan övlad da dörd baxımdadır: dünya üçün 
bəxş olunan övlad, xalq üçün bəxş olunan övlad, ərazi üçün bəxş olunan 
övlad, ailə üçün bəxş olunan övlad - bu, ata-ana istəyi və hökmündə 
deyil. 
·  Ağıl, elm ölənə  qədər lazım olur. Öləndən sonra onları  xərc 
edəcəyin lazım olur. 
·  Ölümün son anında, insan anilikdə çox aktivləşir. Bu ilkdən 
“var olma halından” (işıqdan), “var oldu” halına keçid halıdır. Varlıq 
vücudundan ayrılan işıq payını mütləq işığa çatdırmaq, qovuşdurmaq 
isə Can aparanın müşahidə halıdır. Kainatın yaranma halında, ilkdən hər 


44 
 
bir yaranış  əvvəli işıq və istidən olmayıb, ancaq soyuqdan olmuş olsa 
idi, hər varlıq həcm və kütləsinə görə  həmişə  dəyişən, qeyri-sabit 
olacaqdı.  İstinin özündən istilik keçiricilik olmasa idi, öz formasını 
(halını) dəyişən olacaqdı. Onda Kainatda bütün planetlər assimetrik və 
qeyri-hərəkətli, xaotik hərəkətdə bir varlıq olmalı idi. Kainatda olan 
cəm planetlər və bütün canlılar işıq, isti əhatəsində və varlığındadır. İlk 
partlayışdan ayrılan isti, o istidən “var olma” üzvi bağlılıqda və 
vəhdətdədir. 
·  Düzgünlük arasında yalan yoxdur. Yalan arasında isə 
düzgünlük yoxdur. Düzgünlük əqli, vücudi rahatlığın,yalan isə  əqli 
vücudi vahimən və nəticədə uğursuzluqların, vücudi əzablarındır. 
· Elə düşün, elə davran ki, ətrafın sənə təşəkkürlü olsun. Ətrafın 
təşəkkürü Kainatlara “səslənən” təşəkkür olsun. Ey insan, Kainata 
səslənən hər bir təşəkkür, təşəkkürlərin təşəkkürüdür. 
·  Tanıdıq, tanıdıq, tanıdıq bu dünyada hamını tanıdıq. Təkcə 
özümüz, özümüzü tanımaq istəmədik ki, tanımaq istəmədik. 
· Elə demə ki, elə bilirsən. Nə qədər bilsən də, yenə də o qədər 
bilirsən “nə qədər? Elə o qədər” deyib də, yenə də hələ tamı deyil, elə o 
qədər bilirsən. 
· Var olanın var olması mütləqdir, amma səbəb deyil. “Var olan” 
– bir halda Yaratmada Yaratmağındadır. Hər bir varlıq: cisim, maddə, 
fauna və flora, dialoq, simvol, riyazi, həndəsi, fiziki, anatomik-fizioloji 
varlıq “Var olanın” yaradıcılıq xassə və xüsusiyyətidir. Hər bir yaranış 
“O mütləqin” bərabərliyinə çatan deyil. 
·  Hər bir yenilik keçmişi unutdurmur. Hər bir yenilik keçmişi 
müqayisəli dərəcədə xatırladır. “Keçmiş” dediyin uzaqlaşmaz. O, hər an 
yaxınlığındadır. 
·  Yer kürəsi Günəş  ətrafında saniyədə 500 km.san. sürətlə 
hərəkətdədir. O, 500 km saniyəyə uyğunlaşa bilsən, (əqli) gələcəyi 
bilmək olar. Əgər Kainatda olan planetlərin, cəm hərəkət sürətinə 
bağlana bilsən, onda insana maraqlı olan gələcəyi demək olar. “Onu 
demək”- zehni yox, əqli sürətin nəticəsidir. O, hal sürətinə uyğunlaşmaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə