Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   2   3   4   5   6   7   8   9   ...   57


 
Naxçıvan ərazisində çox maraq doğuran təbii göl var. 
O göl, Naxçıvan  şəhərindən 80 km məsafədə  Şimali – Şərq 
istiqamətdə, Kiçik Qafqaz sıra dağlarının Zəngəzur dağ 
silsiləsində Şahbuz ərazisində Batabat yaylağındadır. 
Yaylaqda, Zor – bulaq yaxınlığında göl yerləşir. 
Zor bulağın suyu o gölə axmır. 
Maraqlı  cəhət bundan ibarətdir ki, Zor – bulaq yaxınlığında 
yerləşən (orta su tutumlu) təbii göl, oval (ellepsoid) tiplidir. 
Oval tipli o göl günəşin çıxma və batma vaxtının tam göstəricisi 
modelidir. 
Göl daxilində  həmişə  hərəkət edən ada, yerin günəş  ətrafında 
hərəkət vaxtını bildirir. 
Göl daxilində hərəkət edən ( o ada oval tiplidir) ada, Cənubdan, 
Şimala ovalın uzununa tən bölən xətt üzrə  hərəkət edir. Göl quruluşu, 
Cənubla, Şimalı göstərir. 
Sübh günəşi Uş ərəfəsində, ada gölün cənub sahilində dayanır. 
Gün çıxdıqdan sonra, gün ərzində o ada Cənub sahilindən
Şimal sahilinə tərəf düz xəttlə hərəkət alır. 
Çox maraqlı hal, günəşin çıxma anından, günəşin qüruba çatdığı 
vaxtda ada Şimal sahilə çatır. 
Günəşin gün ərazində  qət etdiyi məsafəni hərəkətdə olan ada 
şimal sahildə tamamlayır. 
Gün batmağına baxmayaraq gecə boyu o ada cənub sahilə doğru 
dayanmadan hərəkət edərək sübh günəşini gölün cənub sahilində 
qarşılayır. 
Yə`ni gün o biri yarım kürəyə keçməyinə baxmayaraq ada o 
günəş hərəkətini sinxron müşayət edir. 
Bu hərəkətlə göl daxilində o ada, heç vaxt hərəkət sür`ətini 
dəyişmir gün işığının ( hava buludlu olsa da, qış  fəsli olsa da) yer 
kürəsinə düşməsini və yer kürəsinin günəş  ətrafında bucaqda yer 
dəyişməsini karıxmadan “qeyd” edir. 



 
Bu gölün ( orta su tutumlu) tarixi çox – çox qədimdir. 
Göldəki ada yer kürəsinə nisbətdə günəşin hündürlük bucağını, 
hərəkət bucağını dərəcə - dərəcə bölgülərinin göstəricisinə çevrilir. 
Günəşin hərəkət trayektoryasını bildirir. 
Naxçıvan  ərazisindən o göl, o ada günəşi təşəkkürlə, sevinclə 
müşayət edir. 
Naxçıvan  şəhərində maraqlı bir arxitektura incisi də qaya 
silsiləsi üstündə inşa edilmiş Mömünə - Xatun türbəsidir. 
Türbə on kitabədən ibarətdir. O, əzəmətli türbə bir dayaq 
üstündə inşa edilibdir. O türbənin on kitabəsi mə`na daşıyıcısıdır. Yə`ni 
səhər günəşi çıxdıqda hansı kitabəni işıqlandırırsa (Şərqdən) günün 
qürubunda Qərbdə o kitabəni işıqlandırmaqla tamamlanır. 
Əbubəkr  Əcəmi Naxçıvani Mömünə - Xatun türbəsini 
müqəddəs qaya silsiləsi üzərində inşa edib. 
O qaya silsiləsinin müqəddəslik, hifs edici, xilas edici 
xususiyyəti var. 
Qaya silsiləsi indiki Xal – Xal meşəsindən yuxarıya  Şimali - 
Şərq səmtdən başlayır. Naxçıvan  şəhərindən keçməklə Nehrəm 
kəndinin,  Əshabül – Kəhf ( yeddi kimsənələr) istiqamətində Araz 
çayına yaxın hissədə sönür. 
O qaya silsiləsindən çox saylı su çeşmələri, kəhrizlər axır. 
Naxçıvan  şəhərində Sarvanlar məhəlləsinin başlanğıcında 
(Şimal səmt) çeşmə var. O qaya silsiləsi üzərində Cənuba doğru Kəblə 
Musa çeşməsi yerləşir. Təxminən 2,5 km sonra Qızlar bulağı yerləşir. 
(O Qızlar bulağı sıldırım qayalar arasında qaya daşlarından çox təmiz, 
sərin su sızır. O qayaların yuxarı hissəsindən dəfələrlə, kəl arabası, at 
arabası, yaşlı adam, uşaq ehtiyatsızlıqdan hündürlükdən qayalar arasına 
düşməsinə baxmayaraq, sağ qalmaqla yanaşı heç bir yara da almayıblar. 
Əhali qaya hissəsinin müqəddəslik daşıyıcısı olduğuna bir daha əmin 
olublar) 


10 
 
Sarvanlar məhəlləsində o qaya silsiləsi üzərində  ağır seyyidlər 
Miriş  ağa, Mirişlilərin evləri yerləşirdi. Sonralar onların evi yerində 
möhtəşəm məscid kompleksi inşa edildi. 
Qızlar bulağı ardınca təxminən 1 km məsafədə Mömünə - Xatun 
türbəsinin aşağı hissəsində əvvəllər çeşmə axırdı. 
Türbənin o sahədə, yüksəklikdə inşasının üç mə`nası var idi. 
Əvvala müqəddəslik daşıyıcısı qaya silsiləsi, səhər günəşinin çıxma və 
batmasında türbənin işıq əhatəsində olması və o türbənin (Xan diki də 
deyilir o sahəyə) aşağısından axar çeşmə, türbəni yer altı sulardan, 
nəmişlikdən qoruma anlamı daşıyıb. 
Amma türbənin aşağısından bir vaxtlar axan çeşmə gözü 
tutulduqdan yer altı sular geriyə  sıxıldığından türbə  nəm çəkmə 
səbəbindən Şimal səmti güclü nəmişlikdədir. 
Mömünə Xatun türbəsindən sonra həzrəti Nuh məzarı, Nuh 
məqbərəsi yerləşir. 
Həzrəti Nuh məqbərəsi yüksəklikdə  həmin qaya silsiləsi 
üzərindədir.Onun aşağısında da çeşmə axır. O axar çeşmə də, üzərində 
həzrəti Nuh məqbərəsi, Mömünə Xatun türbəsinin yerləşməsi, 
möhtəşəm Məscid kompleksi, Qızlar bulağı və s. Mə`na daşıyıcılarıdır. 
Onlar yer seçməyiblər, o yer onları seçib. Şəhərdə Sarvanlar 
məhəlləsi də o qaya silsiləsi üzərində yerləşir. 
Şəhərdə dörd yol deyilən yerdən yollar ayrılır – Şimala doğru: 
Şahbuza, Qərbə doğru: Şərura, Şərqə doğru: Ordubada, Cənuba doğru: 
Naxçıvan şəhəri yerləşir. 
Naxçıvan  ərazisi çox – çox qədimdən duz yolu kimi və 
Naxçıvanda olan çox elastik və Şəffaf ipəyinə görə İpək yolu kimi də 
tanınıb, tarixləşib. Tarixi mənbələrdə öz yerini həzrəti Nuhla da tapıb. 
Azərbaycan və Naxçıvan  ərazisi  İşıq  ərazisidir. Tarixlərdən 
mə`lumdur ki, Azərbaycan və xüsusi ilə Naxçıvana bir çox sərkərdələr 
qoşunla hərbi yürüşlər ediblər. Naxçıvan ərazisinə, işıq ərazisinə, sahib 


11 
 
olmaq istəyiblər. Naxçıvan əhalisi mətinliklə mübarizə apararaq, hər bir 
döyüşcü bir sərkərdə olub. 
Amma o yürüşlərin sonluğu, o sərkərdə  və qoşunu bir 
müddətdən sonra o ərazidən geriyə dönüblər. Onunla da o sərkərdə və 
qoşun, öz ərazisi ilə süquta məhkum olunublar. 
Çünki, Azərbaycan  ərazisinin ilkdən  İşıq Sahibi var, Mütləq 
olan O İşıq Sahibinə isə, sahib olmaq olmaz. 
 
"Azad Azərbaycan" əzetində 24.06.2014 N 87 (2532) çap 
edilmişdir. 
 
Bürclər ilk təqvimlərdir 
 
Tarixi mərhələlərdə  Həzrəti Nuh dövrü tufanı baş vermişdir. 
Tarixi tufan və o tufandan xilas olmuş insanlar, böyük inam və inanc 
başlanğıcına bir daha addımlar atmağa davam etdilər. 
Həzrəti Nuh dövrü tufanı  və o tufandan xilası o dövr insanlar 
yaddaşlarında saxlamaqla bərabər, o dövrü daşlarda, qayalarda, 
kitabələrdə  işarələrlə tarixləşdirdilər. Onunla yanaşı, o xilas dövrünü 
Xilaskarla yaddaşlarda saxlayaraq Günəş  mə’bədləri inşa edərək, axar 
sulara, torpağa, qayalara, dağlara bir xilaskar kimi baxaraq onları, 
müqəddəslik kimi dəyərləndirirdilər. 
Sonrakı tarixi mərhələlərdə insanlar bəşər övladının bu dünyaya 
gəliş başlanğıcını su ilə, bu yer aləmindən qayıdışını da su sonluğu ilə 
yaddaşlaşdırdılar. 
Xilas olmuş o insanlar göy qübbəsini, səmanı, Günəşi bir 
xilaskar, rəhimli, mehriban kimi bilərək göylərə ümidlə baxaraq, inamla 
baxaraq belə bir qənaətə  gələ bildilər ki, Xilas edən, Xilas edici, 
Xilaskar, Xilas olunmuşlar. Yə’ni, Xilas edən Tenqri, Xilas edici 
Həzrəti Nuh Nuru, Xilaskar İşıq,  ətrafda daşlar, qayalar, Xilas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə