Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

24 
 
Çünki,  əsrlərlə yer üzündə Nuh xillaskarlığı ilə bağlı olan müxtəlif 
ərazilərdə, Zər, Azər adlı  şəhər, yaşayış  məskənləri inşa olunub və 
Azərbaycanın arxitektura məktəbi - elementlərindən istifadə olunub 
Zər düşdü, Zərdə düşdü,  İşıqdan düşdü,  Əraziyə  Zər, A-Zər 
düşdü, A-Zəri düşdü! İlk olan, İşıqdan törəyən, İşıq törədicisi olan, Zəri 
düşdü! 
Dünya tufanından sonra, Həzrəti Nuh ailəsi və tufandan xilas 
olmuş o insanlar bu ərazini, bu coğrafiyanı Duz yolu, İpək yolu, Zər, 
İşıq yolu kimi əbədiləşdirə biliblər. 
Bizi, ərazimizi Zərlərin, Babların, Maqların, Qamların, Durların, 
Kahinlərin əraziləri kimi də tanıyıb, dəyərləndiriblər. Bu səbəbdən, Zər, 
Azər, vətənləri Azərilərin vətənidir - deyib, tanıyıblar. 
Biz Zərik, Zərdənik, Azərləyik, Azəriyik! Bu adlıqları biz 
özümüzə vermədik, bizi görüb, bizə baxıb, bizi belə adlandırdılar. 
 
Qoç bürcündən başlanmış, ikinci həyat 
Dünya tufanı ərəfəsində, yer kürəsində nə baş verirdi? 
Yer kürəsinin nüvəsi o dərəcədə aktivləşmişdi ki, yer kürəsinin 
dərin qatlarında və yer üzündə olan bütün kütlələr təlatümə gəlmişdi. O, 
təlatümlər nəticəsində sular, su hövzələri nüvə aktivliyinə uyğun olaraq 
dalğalanırdı. 
Bunlara səbəb isə, yer kürəsinin nüvəsindən başlamış kürə boyu 
eşidilən vahiməli, uğultu səsi idi. Sanki yer kürəsi üsyana qalxmışdı, 
üsyan edirdi. 
O İşıq tezliyi sür`əti çox güclü olduğundan, suları dalğalandırıb, 
sular hərəkətə gəlmişdi. Torpaq səthi partlayıb, daşlar parçalanırdı. Bir 
anda baş vermiş o yer üzü təlatümü çox vahiməli idi. 
Bu yer üzü təlatümünün nəticəsində, o dövr insanlar, su 
dalğaları  və kürə  təlatümü arasında qalaraq və  ətrafda görünən 
yüksəkliklərə, dağlara, qayalara tərəf dartınırdılar. Su dalğaları özü ilə 
gətirmiş müxtəlif  əşya, predmet, ağaclar o insanların su içərisində


25 
 
sudan xilas olmaqlarına da, kömək edirdi (maraqlı bir hal da, ondadır 
ki, əksər, heyvanlar üzə bilirlər. Amma insan, üzməyi kömək vasitələri 
ilə öyrənir. İndiki halda, yer üzündə neçə milyard əhali varsa, onun az 
bir hissəsi, suda üzməyi bacarır. Əksəriyyətinə üzmək çətin görünür). 
Su işərisində olan o insanlar güclə, sulara, dalğalara güc gələrək 
tufandan dağlara, qayalara, daşlara tərəf istiqamətlənərək xilasa cəhd 
edirdilər. Görünən o daşlar, qayalar da, onlara bir xilas ümidi və inamı 
verirdi. Güc sərf edərək, biri-birinə kömək edərək, güclə o daşlarda, o 
qayalar üzərində sudan xilas olurdular. Tufan sakitləşdikdən sonra o 
qayaları, o daşları, Gəm – qayası, güc qayası, xilas qayası adı ilə 
adlandırdılar, yaddaşlarda tarixləşdirdilər. 
Ümumiyyətcə keçmiş dövrdə  bədii  ədəbiyyatda,   hələ  ΧІΧ - 
əsrin özündə  də, Gəm – ifadəsi işlədilirdi. Gəm – güc, bir yerə 
toplanmaq, birlikdə cəm olmaq, güc işlətmək  mə`na daşıyıcısı idi. Yəni 
ki, çox sonrakı tarixi mərhələlərdə yaz vaxtı deyirdilər ki, “gəm 
vaxtıdır, torpağı gəmləmək vaxtıdır, gəm sürmək vaxtıdır”. 
Yəni, gəm - in bir mə`nası, güclə, güc sərf edib, dalğalara qarşı 
güc sərf edib, “birlikdə xilas olduq” -  yaddaş daşıyıcısıdır. Ona görə o 
insanlar xilas olduqları sahəyə,  əraziyə güclə - gəmlə, sudan birliyə 
yığışdıqlarını, yaddaşlaşdırıblar. 
Yaz vaxtı, əkin, şum vaxtı bir ifadə işlədərdilər ki, “Gəm etmək, 
torpağı  şum etmək, Buğa ilə olar”. Buna isə çox böyük səbəb var idi. 
Səbəb ondan ibarət idi ki, o dövr insanlar göy qübbəsində  hərəkətdə 
olan (yeri dəyişən) Bürclər onlara mə`lum idi və adları da, mövcud idi. 
Amma dünya tufanından sonra, o bürclərin ad mə`naları da, 
dəyişilməyə başladı. Olan bürclər   ərəfə vaxtına uyğun , hadisələrə 
uyğun olaraq adlandırılıb,   ardıcıllaşdırıb, ilk yer üzü təqvimləri 
mə`nası daşıyıcılarına keçdi. 
Yə`ni yaz vaxtı günəşin “Qoç”- bürcündən, “Buğa” – bürcünə 
keçən ərəfədə (indiki təqvimlə, fevral ayının 18-dən, mart ayının 18 - zi 
ərəfəsi, bu tufan ərəfəsi və tufanın dayanması  ərəfəsi kimi xarakterizə 
olunurdu. Həyatın yenidən başlaması, təzələnməsi, yenilənməsi yaddaşı 


26 
 
idi) torpağın gücə, vəcdə  gəlməsi, torpaq altında olan bütün bitkilərin 
görünməsi, güclə, güc sərf etməklə boy artması  ərəfəsi hesab edilirdi. 
Səbəblərdən biri də, o idi ki, Buğa bürcü görünən  ərəfədə, tufandan 
xilas  ərəfəsi, suyun çəkilməyə başlayıb, yer üzündə  həyatın bir də, 
başlaması  mə`nası anlamı idi. 
Bu ərəfədən səmada günəşli günlərin başlaması, hava, torpağın 
istinməsi, yeni həyat bəxş edirdi. 
Günəşli günlərlə, ağ buludlar topalaşıb, hərəkətə  gəldi, 
dünyasını dəyişənlər yad olundu, dirilər biri – birinə daha da, mehriban 
oldu.  O insanlar arasına mehribançılıq bir də döndü,  bir də qayıtdı. 
Tufandan sonra, sudan xilas olunmayanlara məzarlar 
qazıldı.   İlk məzarlara və  məzarlıqlara yerlər ayrıldı. O məzarlıqlar 
mə`na, yaddaş daşıyıcıları hesab olundu. 
Tufan vaxtı  ətrafda olan dağlar, qayalar nicat və xilas daşları 
hesab olduğundan, ilk məzar daşlarına, “onlar ucalıqlara yüksəldi” – 
anlamı ilə, hündür ensiz daşlar seçildi. O daşlar üzərinə qovv, qavv, 
çaxmaq daşları vasitəsi ilə, tufan vaxtı, tufan ərəfəsi, günləri həkk 
olundu (epitafiya – məzar üstü yazı qeydləri). 
Dəfnlər ilkdən olduğu kimi, məzarlar qazmaqla icra olundu. 
İlkdən olduğu kimi bir yaddaş daşıyıcısının davamı kimi o 
yaddaşı saxladılar ki, insan, canlı bu yer aləminə “örtülü” – aləmdən 
gəldiyindən, örtməklə, örtülməklə bu yer aləmindən, dünyadan köçürlər 
yaddaşı idi. Fərq etmirdi insan hansı mövqe tutmuş olsa da belə, o 
insana çox əziz və diqqətlə yanaşmanın nəticəsi hesab olunurdu. 
Bu dünyadan köçən heç bir canlının açıq sahədə qalması qəbul 
edilə bilməyən bir hal idi. İnsan - insanı, canlını  əziz bilməsi, insan 
məxsusiyyəti yox, insan mənsubiyyəti idi  (Məxsusdur ayrı, Mənsubdur 
ayrı). 
Məzar üzərində   işarəli olan o daşların (çox-çox sonralar “baş 
daşı”- kimi adlandırıldı),  ilk məzarların səmti, Günəşin sübh vaxtı, Uş 
ərəfəsində  çıxma istiqamətinə doğru olaraq qazıldı. “Sən  İşığa, 
qovuşdun, hamımız o işığa qovuşacağıq” - deyərək, dəfn edilirdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə