Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

27 
 
Həmin məzarlıqlar və məzar daşları eyni vaxtda aqibət sonluğu 
yox, insanın yüksək varlıq olduğu, yüksəklərə qovuşar mə`nası 
daşıyırdı. 
Məzar daxili və dibi, daşla kip örtülürdü. Ona səbəb yox, mə`na 
var idi, insanlar daşlarda, qayalarda sudan xilas oldular anlamı 
daşıyıcısına çevrildi. 
Bir səbəb də o idi ki,  bir çoxları tufan vaxtı zədələrdən, aldıqları 
yaralardan və özlərində ola biləcək, bə`zi xəstəlikləri (onların müxtəlif 
tipləri) məzardan, torpaq yaddaşına süzülməsin, keçməsin. 
Dəfndən sonrakı müddətdə, yağacaq yağışlar, torpaq səthindən 
süzülərkən, süzülüb keçərkən o vücudlarda (gedən bioloji proseslərin 
nəticələrindən) o sular, özündə (“o halları”) yaddaşlaşdırıb,  yer altı 
sulara qovuşdurmasın. 
Yer altı sular, yer altı çaylar çox mürəkkəb şəbəkədir. O yer altı 
çaylar, dərin qatlarda, çox sür`ətlə yer kürəsinin ekvatoruna tərəf 
(şəbəkəli) çatıb, cəm olub oradan iki qütb arasına paylanır, süxurları, 
qatları yeniləşdirir. Bir də iki qütb arasından, ekvatora tərəf səmtlənib, 
dayanmadan güclü su axınıdır. 
O “yaddaş” - daşıyıcısı bulaq, keşmə, kəhrizlər, çaylar  vasitəsi 
ilə, (bir də “o hallar”)  yer səthinə qaldırılmasın. Torpaq, bitkilər, su, o 
“halların daşıyıcısına” – çevrilməsin. Canlılar da, qida ilə, su ilə o 
halların “daşıyıcısına” - çevrilməsin. O şərtlər qanun deyildi, ola biləcək 
nəticələr kimi, nəzərdə tutulurdu. 
Tufandan sonra xilas olmuş insanlar arasında Həzrəti Nuh 
səmalara baxıb-baxıb, “İnsanlar bu ərazidə xilas oldular. Baxın ki, 
Günəşin, küləyin, buludların, yağışların, suların, doluların,  ərazisi 
olmaz. Onlar yer üzündə  hərəkətdə olar, bütün canlılarla bərabərliyi 
bölər, bölüşdürər. Çünki onlar yer üzünün hər tərəfindən gələr, yer 
üzünün hər tərəfinə yayılar, onların ərazisi olmaz, onlar bütün ərazilərə 
çatar, onların qarşısını kəsən də, olmaz”- deyə xitab etdi. 
O insanlar arasına,  ətrafa, səmaya köklü olaraq bir 
mehribançılıq, bir təşəkkürlülük inamı yarada bildi. Insanlar çox 


28 
 
sonralar göy qübbəsinə  Kəhkəşan, bürclərə isə, Kəşanə deyərək seyr 
edirdilər. 
Tufandan sonrakı ilk məzarlar, 
 ancaq məzarlıqlar kimi 
xarakterizə olunmadı. O məzarlar mə`na daşıyıcılarına, yaddaş 
daşıyıcılarına çevrildilər. Məzarlar üzərində yerləşdirilən hündür, ensiz 
daşlar bir mə`na daşıyırdı ki, gələcək insanlara, törəyəcək övladlara bir 
yaddaş daşıyıcısı olsun ki, tufan vaxtı insanlar qayalarda, daşlarda cəm 
oldular. 
Tufana güc gərdilər, sinə  gərdilər, daşlarda xilas oldular ki, 
insan törəməsi də, davam etdi (tufan ərəfəsində, sudan xilas olmağa, 
başqa bir xilas vasitəsi olmuş olsa idi, çox güman ki, o xilas vasitəsini 
tarixləşdirib, yaddaşlaşdıra bilərdilər və bu tarixi yaddaşlaşdırmağa 
labüd olardı). 
Amma, dünya tufanından əvvəl, yer üzündə yaşayan bəşəriyyət, 
evlənirdi də, bu dünyadan köçürdü də. Tufan ərəfəsinə  qədər bu 
dünyadan köçən insanlara “O, ilkinə qovuşdu” – düşüncəsi ilə, 
yanaşırdılar və  məzarlar üzərində  nəsil, törəmə  rəmzləri ilə, müxtəlif 
işarələrlə  işarələnirdi. 
O törəmənin xüsusiyyəti, davranışı, insanlar arasında tutduğu 
mövqe tanıtma “tamğa” işarələri ilə, simvolizə olunurdu. O tamğa 
işarələri ilə yanaşı, müxtəlif təbii rəngləri üzlərinə  çəkməklə  işarə
bildiriş daşıyırdı. 
Dulusçuluq (saxsı, gil qablar, əşyalar) üzərinə  işarələr (tamğa) 
və bu kimi başqa mə`mulatlarda, o mə`mulatın kimə, kim tərəfindən 
hazırlanması ilə yanaşı, hansı  nəslə, törəməyə aid olduğu bilinsin. O 
işarələr, simvollar, ornamentlər nəsil (qlan-klan) bildirişi idi. 
O işarələr, tamğalar o dövr insanların və  nəsillərin biri – biri 
arasında tanıtma işarələri olmaqla, onların xasiyyət, davranış, tutduğu 
mövqeyini bildirirdi. Sonralar o işarələr, simvollar, tamğalar bayraq 
şəklinə, atribut şəklinə qədər gəlib çıxdı.    Tufandan sonra xilas olmuş 
insanlar daşlara, qayalara öz nəsil, törəmə  işarələrini tamğalarını da 
işarə etdilər. Onlarla yanaşı daşlar, qayalar üzərinə ən mühüm işarələr 


29 
 
arasında buynuzlu Qoç, Buğa şəkilləri həkk etmək isə o tufan ərəfəsinin 
Qoç bürcündən, Buğa bürcünə keçən ərəfədə baş verdiyi işarələnirdi. 
O qeydlər, o işarələrlə yanaşı, daş kitabələrdə o dövr işlədilən 
həriflər də, həkk olunurdu. Bu gələcəkdə böyüyəcək, uşaqların, 
törəmələrin öz “daş yaddaşı” – daşlaşacaq yaddaşında, bu davamlı 
əlifbası olacaqdı. Bu ərazi, tufandan sonra, insanlığın beşiyi, nənnisi 
adlandırıldı. 
O dövrdən sonrakı tarixi mərhələlərdə bir çox ərazilərdə daş 
üzərində qazılmış buynuzlu qoç, buğa  şəkilləri ona işarə idi ki, yer 
həyatı “bu ərəfədə”, dünya tufanından sonra ikinci dəfə başlayıb. Bu 
işarələr bütün bəşəriyyətə yaddaş tövsiyyəsi idi. 
O insanlar, bir çox halları, yaddaşlaşdırırdılar. Ən böyük yaddaş, 
su yaddaşı, hesab olunurdu. Çünki, Suyun - yaddaş daşıyıcısı olması o 
insanlara bir daha, yad olundu ki, “suya mehriban olaq, sudan – su ilə 
xilas olduq, istəklərimiz, düşüncələrimiz xilas etdi bizi, suya deyilən hər 
söz, hər düşüncə, sular arasında dolaşar,  əzabını, dərdini, xəstəliyini 
demə suya, o özündə daşıyar, o özünə (sənə), qaytarar. Mehribançılığı, 
istəklərini, həsrət çəkdiyini, sevincini de suya, tapa bilmədiklərini de 
suya, sular - sularla dolaşar, kömək gətirər sənə. Suyu əziz saxla, əziz 
bil, su candır, canındır - canını əziz saxla”.   
Qəribədir, yer üzünün yaddaş daşıyıcısı sudur, insanın yaddaş 
daşıyıcısı isə, qandır. O da maye, bu da maye. O da axır – axmadadır, 
qan da axır – axmadadır. Yaddaş hallarını daşımaqdadır. Ürəyi də, 
hərəkətə  gətirən, elə qandır. (Ürək daxili üzv kimi, qanı  hərəkətə 
gətirmir, qan güclə  hərəkətdə olub, ürəyin mədəciklərini hərəkətə 
gətirir). 
Bu  ərəfədə  Həzrəti Nuhdan o insanlara bir xitab da var idi, o 
təşəkkürlülük xitabı idi. Həzrəti Nuh o insanlara deyərdi ki, 
“Təşəkkürlü olaq - Günəşə, suya, torpağa.  İnsan törəməsinə kömək 
edər,  yaşadar onlar.   
 
 
 
 
 
 Başın üstündə  İşıq, sudan xilasın - torpaqda oldu, torpaq əziz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə