10
investorlardan fərqli olaraq üstəlik xərcləri yoxdur; banklardan fərqli olaraq
sahibkarlardan borc vəsaitə görə girov tələb etmirlər. Nöqsan cəhətləri: onlar ikinci
dəfə maliyyələşdirmə üçün maliyyə vəsaitlərinə malik deyil; onlar anonis fəaliyyət
göstərirlər (reklamsız) ki, onlardan xidmət almağı xeyli çətinləşdirir. Xüsusi
investorlar vençur biznesində iştirakının müxtəlif məqsədləri ola bilər: biznesin
təşkilində qohumlarına, dostlarına kömək etmək; layihənin reallaşdırılmsına
maliyyə dəstəyi göstərmək, hansıki reallaşmasında cəmiyyət maraqlıdır; özü üçün
iş yerləri yaratmaq; öz kapitalını artırmaq.
Maliyyə vasitəçiliyi – fərdi investorların maliyyə vəsaitlərini toplayan və onu
vençur maliyyələşdirilməsi üçün istifadə edən investisiya təşkilatıdır. Maliyyə
vasitəçilirənin əmələ gəlməsi vasitəçi maliyyə xidmətinə tələbatın yaranması ilə
şə
rtlənmişdir. Maliyyə vasitəçiliyinin əsas təşkilati formaları: vençur kapital
firması və vençur kapital fondu hesab edilir.
Vençur kapital firması peşəkar menecerlər, yaxud fərdi investorlar tərəfindən
təsis edilə bilər. Belə firmaların hüquqi statusu məhdud məsuliyyətli tərəfdaşdır,
yaxud xüsusi müəssisədir. ri investorlar vençur kapital firmasının təsisçilərinin
tərkibinə daxil olub baş tərəfdaş qismində çıxış edə bilər. Bu halda vençur kapitalı
bilavasitə vençur kapital firması çərçivəsində toplanılır. Əgər iri investor vençur
kapital firmasının təsisçilərindən biri deyilsə, onda vençur kapitalının toplanması
vençur fondu yaratmq əsasında baş verir.
Vençur fondunun hüquqi statusu vençur kapital firmasında olduğu kimi
məhdud məsuliyyətli tərəfdaşdır. Vençur kapital firması baş tərəfdaş kimi çıxış
edərək fondun idarə olunmasında tam məsuliyyət daşıyır, yəni şirkətin idarəedici
rolunu oynayır, fonda bir faizdən çox olmayan vəsait qoyur. Bu zaman investor
məhdud məsuliyyətli tərəfdaşa çevrilir və fonda 99 faiz vəsait qoyur, fonda
sərəncam vermək hüququ olmamaq şərtilə, vençur kapital fondunun vəsaitindən
istifadəsindən alınan mənfəətin 80 faizi investora çatır.
Vençur kapitalı fondu çərçivəsində vençur biznesində investorların iştirakı
onlara aşağıdakı üstünlükləri verir:
11
- vençur layihəsinə qoymaq üçün onlardan böyuk həcmdə maliyyə resursları,
həmçinin vençur əməliyyatlarının idarə olunmasında xüsusi bacarıq tələb edilmir;
- onlar maliyyələşdirilməyə qəbul edilməyən layihələr haqqında qiymətli
informasiyalar əldə edirlər, hansıki sərbəst istifadə edə bilərlər.
Vençur biznesinin qeyri-əsas subyektləri aşağıdakılardır:
- vençur fəaliyyətində iştirakçılara xidmətlər göstərən, onlar üçün iş görən
müxtəlif müəssisə və təşkilatlar;
- vençur fəaliyyətinin iştirakçıları üçün hesab açan (investor olmayan)
banklar;
- vençur fəaliyyəti daxil edilməklə sahibkarlıq fəaliyyətinin bütün növlərini
tənzimləyən dövlət;
- vençur fəaliyyətinin iştirakçıları kimi işə götürülən fiziki şəxslər.
1.2. Vençur maliyyəlişdərilməsi və onun xüsusiyyətləri
Vençur kapitalının bir sıra xüsusiyyətləri vardır:
- maliyyə resurslarını ifadə edir, hansıki peşəkar maliyyə menecerləri
tərəfindən idarə olunur;
- həmişə məqsədli təyinat üzrə istifadə olunur, bir qayda olaraq müəssisənin
təşəkkülünün sıfır mərhələsində maliyyələşdirməyə yönəldilmir;
- xüsusi vəsait kimi səhmdar formasında fəaliyyət göstərir, ona faiz ödəmək
lazım deyil;
- bu 100 faiz borc və cəlbedici vəsaitdir.
Vençur kapitalın əmələ gəlməsi ani investorun maliyyə vasitəçisinin hesabına
pul vəsaiti köçürdüyü vaxt hesab edilir. Vençur kapitalının geniş mənbəyi vardır
ki, onlar şərti olaraq iki sektora ayrılır: formal və qeyri-formal.
Vençur kapital mənbəyinin formal sektoruna aiddir:
- Vençur kapital firmaları;
- Vençur kapital fondları;
- elmi-texniki sferada işləyən kiçik firmalara dəstək üzrə ixtisaslaşmış fondlar;
12
- investisiya şirkətləri;
- pensiya fondları və sığorta şirkətləri;
- sənaye-maliyyə qrupları;
- milli və kommersiya bankları.
Vençur kapital mənbələrinin qeyri-formalar sektoruna aiddir:
- sahibkarın şəxsi əmanətləri;
- qohumların, dostların və tanışların şəxsi vəsaitləri;
- qrantlar;
- sponsorların vəsaiti;
- elm, innovasiya, texnologiyanın inkişafına dəstək üzrə ixtisaslaşmış
fondların vəsaiti;
- elmi-tədqiqat institutlarının, universitetlərin, konstruktor bürosunun və digər
elmi-tədqiqat təşkilatlrının vəsaitləri;
- biznes-inkubatorların vəsaitəri;
- biznes-anqellərin vəsaitləri;
- xüsusi vençur kapitalistlərinin vəsaitləri.
Formal sektorda adətən böyük maliyyə vəsaiti tələb edən, qısa müddətdə
yerinə yetirilən və aşağıdakı risk dərəcəli irimiqyaslı layihələr maliyyələşdirilir.
Vençur maliyyələşdirməsinin məqsədləri aşağıdakılardır:
- investorlar üçün – əmtəə və xidmətlərin istehsalının inkişafının yeni
istiqamətlərinin maliyyələşdirilməsi yolu kapitalın əhəmiyyətli artırılmasına nail
olmaq;
- iri şirkət üçün – hər hansı məhsulun istehsalında inhisarçılığa malik olmaq,
rəqabət mübarizəsində sıxışdırıb çıxarmağı təmin etmək.
Vençur maliyyələşdirməsinin iki tipi fərqləndirilir: daxili və xarici.
Daxili maliyyələşdirmə vençur firmasının inkişafının ilkin mərhələlərində
həyata keçirilir. Xüsusilə, ilkin kapital əsasən təsisçilərin şəxsi vəsaitlərindən
yaradılır. Sonradan daxili maliyyələşdirmə alınan mənfəət, aktivlərin satışı,
dövriyyə kapitalın azaldılması, əmtəə krediti, debitor borcları hesabına həyata
keçirilir. Bu mərhələdə həmçinin borc vəsaitlərdən istifadə edilə bilər.
Dostları ilə paylaş: |