Microsoft Word who-aims final report azerb 04 2008. doc



Yüklə 281,14 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix26.03.2018
ölçüsü281,14 Kb.
#34098
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

27



prosesini təşkil etmək üçün onlar Bakı şəhərinin tibb müəssisələrini (1 və 2 saylı şəhər 

psixiatriya xəstəxanaları) klinik baza kimi istifadə edir.   

 

Son illər  ərzində  bəzi QHT-lər ölkədə psixososial müdaxilələr üzrə  qısamüddətli 



təlimlər təşkil etmişdir, ancaq bu təlimlər diplomdansonrakı/davamlı  rəsmi təhsil    

sistemi tərəfindən tanınmamışdır.

 

 

 



DİAQRAM 4.4. PSİXİ SAĞLAMLIQ SAHƏSİNDƏ 

ÇALIŞAN MÜTƏXƏSSİSLƏR 

(hər 100 000 nəfər əhali üçün)

0,12

7,5

18,8

0

0

0

0

0

2

4

6

8

10

12

14

16

18

20

 

 

 

İstehlakçı və ailə assosiasiyaları  

 

İstehlakçı assosiasiyalarının üzvü olan hər hansı psixiatrik pasiyent, həmçinin ailə        

assosiasiyalarına daxil olmuş ailə üzvü yoxdur. İstehlakçı, ailə  və ya peşə            

assosiasiyalarına dövlət tərəfindən iqtisadi dəstək verilmir.    

 

Ölkədə 14-ə qədər QHT məsləhətvermə, psixoloji maarifləndirmə və ya dəstək kimi 



fərdi yardım tədbirlərinə cəlb olunmuşdur. Azərbaycan Psixiatriya Assosiasiyası psixi 

sağlamlıq sahəsində qanunvericiliyin hazırlanması, təlimlər, kampaniyaların          

aparılması, himayə  və beynəlxalq  əməkdaşlıqla bağlı bir sıra tədbirlər həyata       

keçirmişdir. 

 

ƏHALİNİN

 

MAARİFLƏNDİRİLMƏSİ

 



 

 

DİGƏR

 

SEKTORLARLA

 

ƏLAQƏLƏR 

 

Əhalinin maarifləndirilməsi və psixi sağlamlıq sahəsində məlumatlandırma 

kampaniyaları 

 



 

 

28



PS sahəsində nəşr olunan materiallara və aparılan məlumatlandırma kampaniyalarına 

nəzarət edən heç bir əlaqələndirici qurum mövcud deyil. Son beş il ərzində QHT-lər, 

peşə assosiasiyaları  və beynəlxalq təşkilatlar  əhalinin maarifləndirilməsi və 

məlumatlandırma kampaniyaları həyata keçirmişlər. Bu tədbirlər qeyri-müntəzəm və 

kiçikmiqyaslı xarakter daşımışdır. Kampaniyaların hədəf olaraq yönəldiyi qruplar 

bunlar olmuşdur: uşaqlar, yeniyetmələr, qadınlar, travmadan sonra sağ qalanlar və 

yardıma ehtiyacı olan digər qruplar (qaçqın və  məcburi köçkünlər). Bundan başqa, 

peşə qruplarına, o cümlədən səhiyyə  işçilərinə, müəllimlərə  və  səhiyyə sektoru ilə 

əlaqəli olan digər professional qruplara yönəlmiş maarifləndirmə və məlumatlandırma 

kampaniyaları aparılmışdır. 

 

Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri 

 

İşlə  təminat haqqında və  iş yerində ayrı-seçkiliyə qarşı qanunvericilik normaları 

mövcuddur. Yaşayış yeri ilə təminat haqqında belə norma var, ancaq məcburi qaydada 

yerinə yetirilmir. 

 

Digər sektorlarla əlaqələr 

 

Qanunvericilik və maliyyə dəstəyindən başqa, PS xidmətləri üçün məsuliyyət daşıyan 



dövlət qurumları ilə  İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-

istifadə məsələləri ilə məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları 

arasında rəsmi əlaqələr mövcuddur. 

 

Uşaq və yeniyetmələrin sağlamlığına yardım etmək üçün, bütün ibtidai və orta 



məktəblərdə (100%) ya hissəvi, ya da tam iş saatlarında çalışan psixoloqlar olmalıdır. 

Bu psixoloqlar Bakı Dövlət Universitetinin sosial psixologiya fakültəsini bitiriblər və 

klinik bilik və bacarıqlara malik deyillər. İbtidai və orta məktəblərin təxminən 20%-də 

psixi sağlamlığın təşviq edilməsi və psixi pozğunluqların qarşısının alınması ilə bağlı 

məktəb tərəfindən tədbirlər həyata keçirilir. 

 

İslahetmə  və  həbsxana müəssisələri sisteminə  gəldikdə isə, məhbuslar arasında 



psixozları olanlar 2%-dən azdır, lakin əqli inkişafdan geri qalanlar üçün uyğun faiz 

məlum deyil. Orta və  ağır dərəcədə  əqli inkişafdan geri qalmış  şəxslər cinayət 

törətdikləri halda həbs edilmirlər, çünki belə hesab edilir ki, onların hüquqi 

məsuliyyəti məhduddur və ya tamamilə yoxdur. Məhkəmə-ədliyyə sistemində psixi 

sağlamlıqla bağlı  tədbirlər haqqında olan məlumatlara görə, 80%-ə  qədər 

həbsxanalarda hər ay heç olmasa bir məhbus müalicə  məqsədilə psixiatriya üzrə 

mütəxəssisə müraciət edir. Təlimlərə gəldikdə isə, heç bir polis işçisi, hakim və vəkil 

son beş ildə psixi sağlamlıq məsələləri üzrə təlim və məşğələlərdə iştirak etməmişdir. 

Onu da qeyd etmək lazımdır ki, penitensiar sistemdə  fəaliyyət göstərən həkimlər 

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda psixi sağlamlıq üzrə müxtəlif tematik 

ixtisasartırma kursları keçir.    

Pasiyentlər üçün maddi dəstəklə bağlı heç bir psixiatriya müəssisəsi həmin 

müəssisədən kənarda həyata keçirilən və ağır psixi pozğunluqları olan şəxslərin digər 

yerdə işlə təmin olunmasını təşkil edən proqramlardan istifadə imkanına malik deyil. 

Nəticədə, insanların 1%-i psixi əlilliklə əlaqədar sosial təminat və yardım alır. 

 

Digər sektorlarla əlaqələr zəif təşkil edilmişdir və əlaqələndirilməmişdir.  



 


Yüklə 281,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə