Microsoft Word who-aims final report azerb 04 2008. doc



Yüklə 281,14 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix26.03.2018
ölçüsü281,14 Kb.
#34098
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

5



MİNNƏTDARLIQ 

 

 



Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin 

Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında psixi sağlamlıq 

sistemi haqqında məlumatların toplanmasında istifadə olunmuşdur. 

 

Azərbaycan Respublikasında layihə Şirin Kazımov, Fuad İsmayılov, Murad Sultanov, Səbuhi 



Abdullayev  tərəfindən yerinə yetirilmişdir.                                                                                                                   

 

Layihə ÜST ölkə ofisi heyətinin üzvü Sevil Əsədova və Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov tərəfindən 

koordinasiya edilmişdir. 

 

Əsas iştirakçı qurumlar olan Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, 



Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi təşkilatlarla  əməkdaşlıq edilmədən bu 

tədqiqatın yerinə yetirilməsi mümkün olmazdı. Azərbaycan Psixiatriya Assosiasiyası (AzPA), 

Beynəlxalq Tibb Korpusunun Azərbaycan nümayəndəliyi və Psixiatriya üzrə Qlobal 

Təşəbbüsün rolu yüksək qiymətləndirilməlidir. Psixi sağlamlıq üzrə Milli koordinator Gəray 

Gəraybəyli və AzPA-nın layihələr üzrə katibi Fidan Məmmədovaya xüsusi təşəkkürlərimizi 

bildiririk. Hesabatın nəzərdən keçirilməsində fəal iştiraklarına və faydalı düzəlişlər etdiklərinə 

görə Bakı  səhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin baş  həkimi t.e.d. Nadir Əliyevə

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə  İnstitutunun Psixiatriya kafedrasının müdiri 

professor Teymur Qafarova, AzPA-nın prezidenti professor Nadir İsmayılova və Azərbaycan 

Respublikasının Baş  Məhkəmə Psixiatrı professor Bilal Əsədova dərin minnətdarlığımızı 

bildiririk.         

 

Ümumdünya Səhiyyə  Təşkilatının Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün 



Vasitəsi (ÜST-PSSQV), ÜST Cenevrə ofisinin Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-

istifadə Departamentinin Sübut və  Tədqiqatlar Qrupu tərəfindən, ÜST-də  və digər 

təşkilatlarda çalışan həmkarları ilə əməkdaşlıq şəraitində konseptual cəhətdən hazırlanmış və 

tərtib edilmişdir.   

 

ÜST-PSSQV-in tərtib edilməsi haqqında tam məlumat  əldə etmək üçün aşağıda göstərilən 



saytda yerləşdirilmiş ÜST-PSSQV (ÜST, 2005) sənədinə müraciət edin. 

http://www.who.int/mental_health/evidence/WHO-AIMS/en/index.html

 

 

Layihə, Amerika Birləşmiş  Ştatlarının Milli Psixi Sağlamlıq  İnstitutu (Milli Sağlamlıq 



İnstitutları  nəzdində) və Psixi Sağlamlıq Xidmətləri Mərkəzi (Narkotik Vasitələrdən Sui-

istifadə    və Psixi Sağlamlıq Xidmətləri Administrasiyası [SAMHSA] nəzdində);  İtaliyanın 

Lombardiya vilayətinin Səhiyyə  İdarəsi; Belçikanın  İctimai Səhiyyə Nazirliyi; Kanadanın 

Sağlamlıq Tədqiqatları İnstitutları – Nevrologiya, Psixi Sağlamlıq və Narkomaniya İnstitutu 

tərəfindən maliyyə yardımı və/ və ya kadr dəstəyi almışdır.      

 

ÜST Baş  Qərargahında ÜST-PSSQV qrupuna Benedetto Saraseno, Şexar Saksena, Tom 



Barret, Antonio Lora, Mark van Ommeren, Codi Morris, Anna Mariya Berrino və Qrazia 

Motturi daxildir. 

 

ÜST-PSSQV layihəsi Şexar Saksena tərəfindən koordinasiya edilmişdir. 



 

 

 



 

 



 

 

6



İXTİSARLARIN

 

SİYAHISI 

 

 



 

AzPA Azərbaycan Psixiatriya Assosiasiyası 

DB Dünya 

Bankı 


İS  

İctimai səhiyyə 

İSX 

İlkin səhiyyə xidməti 



KTM Klinik 

Tibbi 


Mərkəz, Bakı 

MK Məcburi köçkünlər 

MPEM Məhkəmə-Psixiatriya Ekspertizası Mərkəzi 

MPSŞ 


Məhkəmə psixiatriyası stasionar şöbəsi (Məcburi müalicə üçün 

nəzərdə tutulan stasionar şöbələri) 

PND Psixonevroloji 

dispanser 

PS Psixi 

sağlamlıq 

PSS Psixi 

sağlamlıq sistemi 

PSSQV Psixi 

Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün Vasitə 

PX Psixiatriya 

xəstəxanası 

PSŞ Psixosomatik 

şöbə 


SƏT Sübutlara 

əsaslanan təbabət 

SN Səhiyyə Nazirliyi 

Soİ Sovet 

İttifaqı 

Sİ Sosial 

işçi 

ÜST Ümumdünya 



Səhiyyə Təşkilatı 

 

 



 

 

 

 

 


 

 

7



QISA

 

MƏZMUN 

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin 



Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında 2006-cı 

ilə mövcud olan psixi sağlamlıq sistemi haqqında məlumatların toplanmasında istifadə 

olunmuşdur. Bu məlumatların toplanmasında məqsəd psixi sağlamlıq sistemini 

təkmilləşdirmək və  dəyişikliklərə  nəzarəti təmin etmək üçün əsas hazırlamaqdır. 

Nəticədə, Azərbaycan Respublikasında psixi sağlamlıqla bağlı  dəqiq məlumatlara 

əsaslanmış, aydın baza informasiyaya və hədəflərə malik planlar tərtib etməyə imkan 

yaranacaqdır. Bu, həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma 

yönümlü xidmətlərin verilməsində, psixi sağlamlıq sahəsində maarifləndirmə, 

profilaktika, müalicə  və reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər 

iştirakçıların cəlb edilməsində  baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı 

olacaqdır. 

 

Hal-hazırda Azərbaycanda psixi sağlamlıqla bağlı siyasət həyata keçirilmir. Həmçinin 



psixi sağlamlıq sahəsində strateji plan və fövqəladə hallar/ fəlakətlər üçün psixi 

sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir. Sosial sığorta sistemi formalaşma 

dövründə olduğuna görə psixi sağlamlıqla bağlı xidmətlər sığorta ilə tam təmin 

olunmur. Ölkədə insan hüquqlarına riayət edilməsinə  rəy verən qurumun olmasına 

baxmayaraq, həmin orqan psixi xəstə  şəxslərin hüquqlarının qorunması ilə bağlı 

məsələləri sistemli şəkildə həyata keçirmir. 

 

Ölkədə psixi sağlamlıq məsələləri ilə  məşğul olan rəsmi qurum yoxdur. On bir 



ambulator psixiatriya müəssisəsinə  hər 100 000 nəfər ümumi əhalidən 1092 nəfər 

müraciət edir. Gündüz stasionarları kifayət qədər istifadə olunmur və onlarda hər 100 

000 nəfər ümumi əhali üçün 24,9 pasiyent müalicə olunur. Ümumi tipli 

xəstəxanalardan yalnız ikisində stasionar psixiatriya şöbəsi mövcuddur və onların 

çarpayı sayı hər  100 000 nəfər əhali üçün 0,71-ə bərabərdir. Bu stasionar psixiatriya 

şöbələrində  uşaqlar və yeniyetmələr üçün çarpayılar nəzərdə tutulmamışdır. Ölkədə 

ümumi çarpayı sayı  hər  100 000 nəfər  əhali üçün 48,9-a bərabər olan doqquz 

psixiatriya xəstəxanası (PX) vardır. Psixiatriya xəstəxanalarına ilk növbədə 

şizofreniyadan  əziyyət çəkən,  şizofreniyaya bənzər  əlamətlərlə  və sayıqlama ilə 

müşayiət edilən xəstəlikləri olan pasiyentlər (36%) qəbul edilir. İnsan hüquqlarının 

pozulması halları bəzi stasionar psixiatriya müəssisələrində müşahidə edilir. Kultural 

xüsusiyyətlərlə  əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım 

üçün psixiatriya müəssisələrinə kişilərdən daha az müraciət edirlər. Belə ki, 

Azərbaycan Respublikasında qadınların ailə  çərçivəsində qayğısına qərb ölkələri ilə 

müqayisədə daha çox diqqət yetirilir.  Psixiatriya müəssisələrinə müraciət edənlərə 

psixososial sahədə  hər hansı köməklik göstərilmir. Psixiatriya müəssisələrinin 

hamısında (100%) müəssisədə  tətbiqi mümkün olan hər dərman qrupu üzrə heç 

olmasa bir pulsuz psixotrop preparatla təmin olunmuşdur. 

 

İlkin səhiyyə xidməti işçiləri psixi sağlamlıqla bağlı  hər hansı  təlimlər keçmirlər və 



nadir hallarda psixiatriya müəssisələri ilə qarşılıqlı əlaqələr yaradırlar.  

 

Hər 100 000 nəfər  əhaliyə psixi sağlamlıq sahəsində çalışan 22 işçi düşür. Sosial 



işçilər və klinik psixoloqlar üçün bu göstəricilər xüsusilə  aşağı  səviyyədədir. Peşə 

xəstəlikləri üzrə mütəxəssislər arasında psixi sağlamlıq məsələləri ilə məşğul olanlar 

yoxdur. Psixi sağlamlıq sahəsində çalışan işçilər,  əsasən psixiatriya xəstəxanaları  və 



Yüklə 281,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə