Microsoft Word who-aims final report azerb 04 2008. doc



Yüklə 281,14 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix26.03.2018
ölçüsü281,14 Kb.
#34098
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

24



psixiatrlar yoxdur, lakin onların 8%-i eyni zamanda hər iki sektorda çalışır.  Tibb     

bacılarının 99%-i yalnız dövlət psixiatriya müəssisələrində  işləyir, 1%-i isə yalnız 

QHT-lərdə, özəl psixiatriya müəssisələrində  və ya xüsusi praktika ilə  məşğul olan 

psixiatrların yanında çalışır. Psixoloqlar və sosial işçilər (Sİ) səhiyyə  sistemi       

strukturunda işləmirlər. Sİ-lər (50%) Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

sistemində çalışırlar, klinik psixoloqların böyük əksəriyyəti isə (94%) QHT-lərdə   

çalışır. 

 

İş yerinə görə, psixiatrların 158-i ambulator psixiatriya müəssisələrində, 11-i ümumi 



təyinatlı xəstəxanaların psixiatriya şöbələrində, 133-ü isə psixiatriya xəstəxanalarında 

çalışır. Psixiatriya üzrə ixtisaslaşmamış, digər sahələrin həkimlərindən 18-i ambulator 

müəssisələrdə, 47-i isə psixiatriya xəstəxanalarında çalışır. Tibb bacılarına gəldikdə 

isə, onların 313-ü ambulator psixiatriya müəssisələrində, 17-i ümumi təyinatlı 

xəstəxanaların psixiatriya şöbələrində, 393-ü isə psixiatriya xəstəxanalarında çalışır. 

Ambulator psixiatriya müəssisələrində, yaxud ümumi təyinatlı  xəstəxanaların 

psixiatriya şöbələrində çalışan heç bir psixososial işçi (klinik psixoloq, sosial işçi və 

peşə  həkimləri) yoxdur, yalnız Respublika Psixiatriya Xəstəxanasında bir psixoloq 

çalışır. Digər səhiyyə  və ya psixi sağlamlıq sistemi işçilərindən 273-ü ambulator 

psixiatriya müəssisələrində, 16-ı ümumi təyinatlı  xəstəxanaların psixiatriya 

şöbələrində, 334-ü isə psixiatriya xəstəxanalarında çalışır. 

 

Psixiatriya müəssisələrinin kadrlarla təminatı baxımından, ümumi təyinatlı 



xəstəxanaların psixiatriya şöbələrində  hər çarpayıya 0,18 psixiatr, müqayisə üçün 

psixiatriya xəstəxanalarında isə  hər çarpayıya 0,03 psixiatr düşür. Tibb bacılarına 

gəldikdə isə, ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrində hər çarpayıya 0,3 

tibb bacısı, müqayisə üçün psixiatriya xəstəxanalarında isə  hər çarpayıya  0,1  tibb    

bacısı düşür. 

 

Kadr resurslarının  şəhər və  kənd bölgələri arasında paylanması qeyri-mütənasibdir. 



Ən böyük şəhər və ya onun ətrafında psixiatrların sıxlığı, bütün ölkə üzrə olduğundan 

1,6 dəfə artıqdır. Tibb bacılarının sıxlığı isə,  ən böyük şəhərdə bütün ölkə üzrə 

olduğundan 2 dəfə çoxdur. Ölkədə klinik psixoloqların və klinik sosial işçilərin sayı 

məhduddur və onlar kənd əhalisinə xidmət göstərmirlər. 

 

  



 

 

25



DİAQRAM 4.1. PSİXİ SAĞLAMLIQ SİSTEMİNDƏ 

KADR RESURSLARI 

(hər 100 000 nəfər əhaliyə görə)

5,2

0,8

8,4

0,2

0,3

0

7,4

0

1

2

3

4

5

6

7

8

9

 

 



 

DİAQRAM 4.2. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ ÇALIŞAN İŞÇİLƏR 

(diaqramda faizi, cədvəldə isə sayı verilmişdir)

0%

20%

40%

60%

80%

100%

PSİXİATRİYA XƏST.

133

47

393

1

334

STASİONAR ŞÖB.

11

0

17

0

16

AMBULATOR MÜƏS.

158

18

313

0

273

PSİXİATRLAR

DİGƏR 

HƏKİMLƏR

TİBB BACILARI

PSİXOSOSİAL 

İŞÇİLƏR

DİGƏR P.S. 

İŞÇİLƏRİ

Qeyd: 4.2 saylı diaqramda göstərilən psixiatrların sayı rayon poliklinikalarında və digər 

nazirliklərdə (Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və s.) çalışan psixiatrları nəzərdə tutmur.  

  



 

 

26



DİAQRAM 4.3. HƏR ÇARPAYIYA DÜŞƏN İŞÇİLƏRİN ORTA SAYI

      

0,18

0,03

0,28

0,1

0

0

0

0,05

0,1

0,15

0,2

0,25

0,3

ÜMUMİ TƏYİNATLI XƏSTƏXANALARIN

PSİXİATRİYA ŞÖBƏLƏRİ

PSİXİATRİYA XƏSTƏXANALARI

PSİXİATRLAR

TİBB BACILARI

PSİXOSOSİAL

İŞÇİLƏR

  

 



Psixi sağlamlıq sahəsində mütəxəssislərin hazırlanması 

 

2006-cı ildə akademik və  təhsil müəssisələrini bitirmiş mütəxəssislərin sayı  hər 100 



000 nəfər  əhaliyə görə  aşağıdakı kimi olub: həkimlər (psixiatriya sahəsində 

ixtisaslaşmamış) - 7,5, tibb bacıları (psixiatriya sahəsində ixtisaslaşmamış) - 19, 

psixiatrlar - 0,1. Heç bir psixoloq, tibb bacısı, sosial işçi və ya peşə  həkimi psixi 

sağlamlıq sahəsində heç olmasa 1 illik təlim keçməmişdir. Təhsillərini tamamladıqdan 

sonrakı beş il ərzində psixiatrların 20%-ə qədəri digər ölkələrə mühacirət edirlər. 

 

Psixi sağlamlıq xidməti işçilərindən hər hansı birinə, dərmanlardan rasional istifadə və 



uşaq/yeniyetmələrdə psixi sağlamlıq məsələləri mövzusunda biliklərin təzələnməsi 

məqsədilə heç olmasa iki günlük təlim keçilməmişdir. Həkimlərin bazis təhsillərində 

psixi sağlamlığa aid tədris saatları  məhduddur (20 saat tibbi psixologiya, 130 saat 

psixiatriya). Həkim-psixiatrlar ilkin ixtisaslaşmanı 1 illik internaturanı 

tamamlayandan sonra alırlar.  İnternatura tədrisi sistemsiz keçirilir, subixtisaslaşma 

üçün (uşaq psixiatriyası, narkologiya və s.) proqramlar yoxdur, müddət baxımından 

kifayət deyil. Qanunvericiliyə  əsasən psixiatrlar beş ildən gec olmayaraq 

ixtisasartırma kursu keçməlidir. Dövlət tərəfindən təmin edilən ixtisasartırma kursları 

aparan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ildə 5 müxtəlif mövzuda (şəxsiyyət 

və davranış pozğunluqlarının diaqnostikası  və müalicəsi; psixoterapiya və tibbi 

psixologiyanın müasir məsələləri və s.) tematik kurslar keçirir. Tematik kursların 

çeşidi ildən ilə tədricən təzələnir (ildə 20%). Kursların müddəti 1,5-2 aydır. Kursların 

müdavimləri həkim-psixiatrlarla yanaşı digər ixtisaslı  həkimlər olur. Ümumiyyətlə, 

səhiyyə sistemində diplomdansonrakı tədris qısamüddətli kurslar (davamlı tibbi təhsil 

kursları) və akkreditasiyanı nəzərdə tutmur. Onu da qeyd etmək lazımdır ki, nə bazis 

və ilkin ixtisaslaşma tədrisini təmin edən Dövlət Tibb Universiteti, nə  də 

diplomdansonrakı ixtisasartırma kursları keçirən Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun tədrisi həyata keçirmək üçün universitet klinikası yoxdur. Tədris 




Yüklə 281,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə